Microsoft Word zamanin sinagi-26. 10. 16. doc



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə21/50
tarix30.12.2017
ölçüsü2,49 Kb.
#18714
1   ...   17   18   19   20   21   22   23   24   ...   50

Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
91
Salarlar Çində Syunxua, qismən də Tenxay əyalə-
tində, Qansuda yaşayırlar. Bu dildə 40 mindən çox adam 
danışır. 
Salar etnonimini  türkmən tayfalarından biri 
olan salqur//salur//salorla da  bağlayırlar. Hər halda tür-
kologiyada salarların türk mənşəli olması fikrini heç cür 
inkar etmək mümkün olmadığı halda, “Alban tarixi” 
əsərində bu xalqın kimliyi aydın şəkildə təhrif olunur. 
III. Voroşil Qukasyan A.Ş.Mnatsakanyanın digər 
mənasız iddialarını da zəngin faktlarla təkzib etmişdir. 
A.Ş.Mnatsakanyan saxta yolla erməni ədəbiyyatını qədim 
etmək üçün alban şairi Dəvdəki və alban tarixçisi Moisey 
Utilini (Kalankatuklunu) erməni müəllifləri kimi qələmə 
vermişdir. V.Qukasyan tarixi və filoloji faktlarla Dəvdə-
kin və Moiseyin alban olduğunu sübut etmişdir. O, alban 
toponimik adlarının erməni dilinin lüğət tərkibində olma-
dığını da tədqiq etmişdir. Doğrudan da, Dəvdəkdən, 
Moiseydən başqa, Mxitar Qoş, Qarakos Qanzakedzi kimi 
alban müəllifləri də olmuşdur. Eyni zamanda alban sözü 
bir etnik, toponimik ad olmaqla erməni dilinin morfoloji 
və qrammatik quruluşuna yabançıdır. Alban sözünün 
etimoloji cəhətinə  və morfoloji strukturuna uyğun gələn 
etnik adlar türk dillərində qanunauyğun hal kimi özünü 
göstərir. Bu mənada alban (alb-an) sözünün tarixi-etimo-
loji və morfoloji strukturu bayan   (bayan),  Salyan   (Sal-
(y)an), Qacaran (Qacar-an),   avaran//abaran   (avar//  
abar-an),  Sisiyan (Sisi-(y)an) və s. sözlərdə də qorunur. 


B u l u d x a n   X ə l i l o v  
 
92 
IV. A.Ş.Mnatsakanyan qədim alban qəbilələrini və 
udinləri erməniləşdirmiş və guya onların dillərinin də er-
məni dili olmasını saxta bir yolla sübut etməyə çalışmış-
dır. Bu mənada da V.Qukasyanın tədqiqatının nəticəsi 
maraqlıdır. O yazır: “...Bu, qədim Azərbaycan tarixini 
saxtalaşdırmaqdan başqa bir şey deyildir. Belə ki, alban 
dillərinin, o cümlədən də udin dilinin özünəməxsus 
qrammatik quruluşu, fonetik və leksik tərkibi vardır” 
(bax:  ВорошилГукасян.  О  некоторых  вопросах  исто-
рии Албанской письменности и литературы (в связи с 
работой  А.Щ.Мнацаканяна, «О  литература  Кав-
казской  Албании») – Azərbaycan SSR Elmlər Aka-
demiyasının Xəbərləri.  Ədəbiyyat, dil və incəsənət 
seriyası, 1968, №2, s.101). 
Məhz “Alban tarixi” əsərini və bütövlükdə alban-
ları erməniləşdirmək həmin dövrə aid mənbələrin bizə 
gəlib çatmaması ilə bağlıdır. Belə bir boşluqdan erməni 
mütəxəssisləri istifadə edərək, albanları erməniləşdirmə-
yə çalışmışlar. Bununla həm də  qədim Azərbaycan ta-
rixini saxtalaşdırmışlar. Ona görə ki, albanlar və alban 
tarixi qədim Azərbaycan tarixinin tərkib hissəsinə çevril-
mişdir. Bu dövrə aid mənbələrin müxtəlif səbəblərlə 
bağlı olaraq dağıdılması hal-hazırda tariximizin incə-
liklərini öyrənməkdə çətinlik yaradır. 
Əjdər Fərzəliyə görə, dünya Tanrıdan başlanır. 
Tanrıdan sonra ən qədim olan dünyadır. Dünyada isə ən 
qədim  əlifba Orxon-Yenisey əlifbası  və  Gəmiqaya-


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
93
Qobustan  əlifbasıdır. Hər ikisinin hələ  də açılmayan 
sirləri çoxdur. Ancaq “Orxon-Yenisey əlifbası Avrasiya 
mühitində şərq, Gəmiqaya-Qobustan isə qərb əlifbasıdır. 
Elə bu səbəbdəndir ki, qədim və müasir Avropa əlifba-
ları, Yaxın  Şərqin bir sıra  əlifbaları da Gəmiqaya-
Qobustanın törəmələridir. Mən bu fikrə demək olar ki, 
saysız müqayisələr, tutuşdurmalar apardıqdan sonra gəl-
mişəm. Bütün müqayisələrin cədvəllərini tərtib etmişəm. 
Müqayisələr göstərir ki, finikiya, yunan, latın, kiril, yə-
hudi,  ərəb,  İran (pəhləvi), sanskrit, brahmi (hind) və s. 
əlifbaları  Gəmiqaya-Qobustan  əlifbasından iqtibasla 
yaradılmışdır”. (Əjdər Fərzəli. Gəmiqaya-Qobustan  əlif-
bası. Bakı, “Azərbaycan Milli Ensiklopediyası” Nəşriy-
yat- Poliqrafiya Birliyi, 2003, s.13). 
  
21.04.2015 


B u l u d x a n   X ə l i l o v  
 
94 
 
 
“Nuh tufanı və Gəmiqaya - 
Qobustan əlifbası” – 
II məqalə 
 
Qobustan abidələri barədə 1924-cü ildə  məlumat 
verilmiş, bunu 1938-ci ildə arxeoloq İsaq Cəfərzadə  aş-
kara çıxarmış  və 1947-ci ildən tədqiq etməyə başlamış-
dır. Sonralar arxeoloqlar Firuzə Muradova və  Cəfərqulu 
Rüstəmov bu işi davam etdirmişlər. 1973-cü ildə  İsaq 
Cəfərzadənin müəllifliyi ilə “Qobustan” kitabı çap olun-
muşdur. Bu kitabda Qobustan qaya rəsmlərinin  şəkilləri 
verilmiş, onların barəsində ümumi məlumat öz əksini 
tapmışdır.  İsaq Cəfərzadə Qobustan qaya rəsmlərinin 
e.ə.VIII minillikdən başlayaraq qayalar üzərinə  həkk 
olunduğunu qeyd etmişdir. (İ.Cəfərzadə. Qobustan. B., 
1973, s.337) Qobustan barədə sonradan Firuzə Mura-
dovanın “Qobustan-Tunc dövrü” (B., 1985), Cəfərqulu 
Rüstəmovun “Qobustan dünyası” (B., 1994), Vəli Əliye-
vin “Qədim Naxçıvan” (B.,1984), “Gəmiqaya abidələri” 
(B., 1992) kitabları çap olunmuşdur. Bu tədqiqatlarda 
belə hesab olunur ki, Qobustan qayaları üstündəki təsvir-
lər qədim insanların, ovçuların, çobanların  əl işləridir. 
Ancaq Əjdər Fərzəli qaya üzərindəki rəsmlərin inkişaf et-
miş  mədəniyyətin izi ilə bağlı olmasını göstərmişdir. 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
95
Əjdər Fərzəli yazır: “Qobustan qayalarının rəsm və işarə-
ləri heç də “ovçuların və çobanların  əl işləri” olmayıb, 
istedadlı rəssamlar və bilicilər tərəfindən qayalar üzərin-
də bədii-həndəsi-riyazi dəqiqliklə qazılmış, həkk edilmiş-
dir. Bunların hamısı sözlü işarələrdir. Və ilk növbədə 
Tanrıçılıq, odsevərlik inamını, yer-göy əlaqələrini, kos-
mik düşüncəni  əks etdirir”. (Əjdər Fərzəli. Gəmiqaya-
Qobustan  əlifbası. Bakı, “Azərbaycan Milli Ensiklope-
diyası” Nəşriyyat – Poliqrafiya Birliyi. 2013 s.11-12) 
Gəmiqaya abidələrini 1968-ci ildə  Vəli  Əliyev 
aşkarladı. Ancaq Qobustan və  Gəmiqaya yazılarının ilk 
əlifba olduğunu Əjdər Fərzəli təyin etdi. O, sübut etdi ki, 
Qobustan və  Gəmiqaya yazıları Azərbaycan – türk dü-
şüncəsinin məhsuludur.  Əjdər Fərzəli Qobustan, Gəmi-
qaya yazıları ilə Orxon-Yenisey yazılarını müqayisə etdi, 
tutuşdurdu və aşağıdakı müqayisələri üzə çıxardı: 
I. Gəmiqaya – Qobustanda A, B, Ə, Ö, Q, Ş, P, R, 
T, G, F və J işarələri Orxon-Yeniseydə başqa işarələrlə 
təyin edilir. 
II. Gəmiqaya-Qobustanda hər işarə bir səsin ünvanı 
olduğu halda, Orxon-Yeniseydə belə deyildir. Orxon-Ye-
niseydə bəzən bir səsi bir neçə işarənin toplu halı bildirir. 
Məsələn, K səsini 10, Ş səsini 5 işarə toplu halında ifadə 
edir. 
III. Orxon-Yeniseydə a-ə, ı-i, o-u, ö-ü saitləri müş-
tərək işarələrlə bildirilir. Ancaq Gəmiqaya-Qobustan ya-
zılarında bunlar fərqlidir. 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə