Microsoft Word zamanin sinagi-26. 10. 16. doc



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə29/50
tarix30.12.2017
ölçüsü2,49 Kb.
#18714
1   ...   25   26   27   28   29   30   31   32   ...   50

B u l u d x a n   X ə l i l o v  
 
132 
peşəkarlar da peşəkarlıqları ilə  fərqlənirlər. Onlar 
peşəkarlıqları ilə öz fəaliyyətlərini bəstələyir, cilalayır, 
normaya, qaydaya salırlar. Məsələn, peşəkar müəllim də 
belədir, rəssam da belədir, aktyor da belədir. Eləcə  də 
digər peşə, sənət sahibləri. 
 
*** 
Anadan olan gündən yola çıxırıq. Yolumuz 
harayadır, ömür yolumuz harada qurtarır,  nə    ilə qarşı-
laşır 

 onu yolda görəcəyik. 
 
*** 
 Bir özünüz fikirləşin: getdiyiniz yol ayaqyalın olsa 
yaxşıdır, yoxsa ayaqqabılı. 
 
*** 
Yaxşı adamlar əlinə fürsət düşən kimi yaxşılıq 
edirlər. Pis adamlar isə  əlinə fürsət düşən kimi pislik 
edirlər. 
 
*** 
Dərk etmədiyi, sonunu görə bilmədiyi bir işin 
arxasınca gedənlər bədbəxtdirlər. 
 
*** 
Yaxşı adamlar onlardır ki, özü üçün də, başqası 
üçün də eyni mövqedə olurlar. 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
133
*** 
İnsan xoşbəxtliyi səbirsizliklə gözləyir. Amma 
bədbəxtlik qəfildən gəlir. 
 
*** 
Qorxaq və yaltaq adamlar başqalarından gözlərini 
çəkmir, onlara nəzarət edir, çalışırlar ki, pis niyyətlərini 
həyata keçirsinlər. 
 
*** 
İnsanların yuxusunu ərşə  çəkənlər, insanları 
qayğılandıranlar, insanları problemlərlə üz-üzə qoyanlar 
insanların öz aralarında yaşayan adamlardır. 
 
*** 
İnsanda yaşamaq həvəsi varsa, deməli, onu 
qidalandıran nə isə var... 
 
*** 
Uşaqlıq da, yeniyetməlik də, gənclik də, cavanlıq 
da, qocalıq da, ahıllıq da insana bir hədiyyədir. 
 
*** 
Elə insanlar var ki, onlar ömürlərinin sonuna qədər 
təminat əldə edirlər. Ancaq bu təminata uyğun ağılları və 
vətəndaşlıqları olmur. 
 


B u l u d x a n   X ə l i l o v  
 
134 
*** 
Pis adamlardan gözünü çək, onlardan yaxşı heç nə 
gözləmə. 
 
*** 
Ehtiyatlı ol, şeytan hər an yanımızda,  ətrafımızda 
və içimizdədir. 
 
*** 
Ən böyük cəza insanın ömrü boyu cəza çəkməsidir. 
 
*** 
Kamil adamlar elədiklərini, etmək istədiklərini 
danışmaqla başqalarını yormurlar. Kamil olmayan in-
sanlar isə elədiklərini az qala başqalarının gözlərinə 
soxurlar, danışırlar, çox danışırlar, başqalarını yorurlar. 
Danışıqları ilə utanmadan “mən”, “mən” deyirlər. 
 
*** 
Kimsə gözləyirsə, ona baş  çəksinlər, onu yoxla-
sınlar, o adam uduzur. Kimsə baş  çəkirsə, yoxlayırsa, 
qabağa düşürsə, o adam udur. 
 
*** 
İnsan ölür... Bəlkə elə bu, dünyadan baş götürüb 
qaçmaqdır. 
 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
135
*** 
Havası təmiz olmayan mühit havası təmiz olmayan 
yerə bənzəyir. Oradan təmiz havaya çıxmaq lazımdır. 
 
*** 
Məncə, həyat iki yerdə daha çox qaynayır: 
avtovağzalda və aeroportda. 
 
*** 
Uzun müddət dayanıb dənizə baxmaq adamın 
yadına yaşamağı salır. Bəlkə də, yaşamağın nə olduğunu 
onda daha çox anlamaq olur. 
 
*** 
Cavan adamların bu dünyadan tez köçməsinin sə-
bəbi odur ki, cəhənnəmdə yer yoxdur. Cənnət isə boşdur. 
Cənnəti doldurmaq üçün cavanlar – günahsızlar dünya-
dan tez köçür. Belə olanda cənnətdəki boşluq da azalır. 
Hər halda bunların hamısı Allahın işidir. Onun işinə 
qarışmaq olmaz. Ancaq günahkarlar o qədər çoxalıb ki, 
cəhənnəmdə növbə yaranıb. Ona görə də cənnətin qapısı 
açılıb, məhz günahsızlar üçün, gənclər, cavanlar üçün... 
 
*** 
Dağın da dağ boyda dərdi var. 
 
*** 
Hamı dağa söykənir, dağ kimə söykənsin? 


B u l u d x a n   X ə l i l o v  
 
136 
*** 
Hər əsən külək palıdı yerindən tərpədə bilməz. 
 
*** 
Həyatda mübaliğəli görünən çoxlu məqamlar var. 
Məsələn, həkim həyatın gözləri üzərində  cərrahiyyə 
əməliyyatı aparmaq istəyindədirsə, bu, mübaliğədir, 
həddindən artıq mübaliğədir. 
 
*** 
Həyatın özü qədər güclü sənət əsəri yoxdur. Bizim 
hər birimiz nəyi görürüksə, nəyə baxırıqsa, nə ilə üz-üzə 
qalırıqsa, onların hər biri həyatdakı  sənət  əsəridir. Həm 
də çox təbii və inandırıcı sənət əsəridir. 
 
 22.05.2015 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
137
 
 
Mən - biz, sən - siz, o - onlar 
barədə deyimlərim – 
V yazı
 
 
Tanrı, adətən, müəllimə iki cür tələbə göndərir. Bi-
rinci qrup tələbələr sayca çox olurlar, onların elə bir iste-
dadı  və qabiliyyəti olmur. Belələrinə müəllimlərinin də 
rəğbəti olmur. Ancaq ikinci qisim tələbələrin sayı çox az 
olur. Onlarda istedad və qabiliyyət olur. Nə isə etmək, 
qurmaq, yaratmaq istəyində, ehtirasında olurlar. Belələ-
rini – ikinciləri yaxşı öyrətmək, başa salmaq lazımdır. 
Onların yolunda əziyyət çəkməyə dəyər. 
 
*** 
Elmə marağı olmayanlar sənət öyrənsələr daha 
yaxşı olar. Onlar vaxtlarını itirərək elm arxasınca 
getməkdənsə, həmin vaxtı  sənət öyrənməyə  həsr etsələr 
çox şey əldə edərlər. Həyat onu da təsdiq edir ki, yalançı 
elm adamı olmaqdansa, yaxşı  sənətkar olmaq lazımdır. 
Yalançı elm adamı ilə müqayisədə yaxşı  sənətkarın 
cəmiyyətdə hörməti daha çox olur. 
 
*** 
Qabiliyyəti, gücü çatmayan insanın bir işin arxasın-
ca getməsi özü bilmədən lovğalıq etməkdir. Onlar 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə