Microsoft Word zamanin sinagi-26. 10. 16. doc



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə28/50
tarix30.12.2017
ölçüsü2,49 Kb.
#18714
1   ...   24   25   26   27   28   29   30   31   ...   50

B u l u d x a n   X ə l i l o v  
 
126 
*** 
Səni heç nə maraqlandırmırsa, onda ya yalqızsan, 
ya da dincliyə aludə olmusan. 
 
*** 
“Lap az qalıb...” “Lap az qalıb...” demək təsəllidən 
başqa bir şey deyildir. 
 
*** 
Mən sənin kimi düşünmək istəmirəmsə, deməli, nə 
isə var... 
*** 
Dayan, hövsələn olsun, sənə də növbə çatacaq. Axı 
bu dünya bir pəncərədir. 
 
*** 
Hər bir insan öz haqqını istəyir. Bu haqqı  nə vaxt 
verəcəklər?! Kim verəcək?! 
 
*** 
Bəzən qorxaqlar hücum etməyi son şansları kimi 
seçirlər. 
 
18.05.2015 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
127
 
 
Mən - biz, sən- siz, o - onlar 
barədə deyimlərim – 
IV yazı 
 
Kişi ilə qadının bir fərqi də ondadır ki, kişilər ovçu-
dur, qadınlar isə ovdur. Ovçunun ovuna nə düşəcəyini 
ovçu bilmir. Eyni zamanda ov da bilmir ki, hansı ovçu-
nun ovu olacaq. Bəzən ovçunun da, ovun da bəxti gətirir. 
Bəzən isə heç birinin bəxti gətirmir. Bəzən isə bunlardan 
birinin bəxti gətirir, o birinin isə bəxti gətirmir. 
 
*** 
Allah hər bir kəsə bir qismət, tale, alın yazısı verib-
dir. Birinə  vəzifə, birinə pul, birinə istedad, ağıl və s. 
Doğru deyiblər ki, Allahın işinə qarışmaq olmaz. Ancaq 
Allahın işinə qarışanlar da olur. Görürsən ki, birdən bir 
istedadlı adamın yolunu bağlayırlar. Görürsən ki, birdən 
bir ağıllı, işgüzar adamın fəaliyyətini görmək istəmirlər. 
Bununla da Allahın əlehinə gedirlər. Axı Allah onları ya-
radıb ki, istedadından, ağlından, işgüzarlığından cəmiy-
yətin xeyrinə istifadə olunsun. Belə olduğundan Allah da 
tez-gec istedadlı, ağıllı, işgüzar adamların yolunu kəsən-
lərin cəzasını verməli olur. Görünür ki, belələri cəzadan 
qorxmur. 


B u l u d x a n   X ə l i l o v  
 
128 
*** 
Şər qarışanda küçənin, bazarın, ağacın, gülün də 
rəngi qarışır. 
 
*** 
İnsanlar bir yerə  yığışmalarının səbəbini bilirlər, 
ancaq səbəblərin mahiyyətinə, dərininə varmırlar. 
 
*** 
Kişi getdiyi yerdə, durub-oturduğu yerdə kişi olma-
lıdır. Adam var ki, onu evə buraxmaq olmaz, çünki kişi 
deyil. Adam var ki, onunla çörək yemək olmaz, çünki ki-
şi deyil. Adam var ki, ona ürək sözünü demək olmaz
çünki kişi deyil. Kişi olmaq Allahın insana verdiyi ən 
böyük hədiyyədir. 
 
*** 
Peşəkar aktyorlar, yəni əsl aktyorlar yalnız səhnədə 
oynayırlar. Onlar həyatda oynamağı bacarmırlar. 
 
*** 
Dünyanın axırı necə olacaq sualına cavablardan biri 
belədir: Dünya özü öz başına iş açacaq. Digər bir cavab: 
Dünya pis günə qalacaq. Başqa bir cavab: Dünya hər şeyi 
korlayacaq. Ayrı bir cavab: Dünyanın sonunu axıra qalan 
biləcək. 
 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
129
*** 
Dünyada çörək qədər  şirin nemət yoxdur. Çörəyin 
dadını heç nə verə bilməz. 
 
*** 
İnsan ən böyük dövlətdir. Ancaq insan bu dövlətin 
qədrini bilirmi?! 
 
*** 
Sevgisi olan ürək cənnətdir. Sevgisi olmayan ürək 
cəhənnəmdir. 
 
*** 
Hökmlər zəifdirsə, dövlət tez dağıla bilər. 
 
*** 
Sevgi hisslərin göy qurşağıdır. 
 
*** 
Reallıqla arzular arasında fərq var. 
 
*** 
Hər parıldayan şey qızıl deyil. 
 
*** 
Güzgü çox işıq  əks etdirir, ancaq onun qaranlıq 
tərəfi də var. 


B u l u d x a n   X ə l i l o v  
 
130 
*** 
Ən gözəl söz, ən zərif ifadə insan qəlbində başqala-
rına olan sevgidir. 
 
*** 
Mən həyatda həmişə ürəklə yaşamışam. Yəni, ürək 
çırpıntılarım olmayan yerdə mən yoxam. Ürək çırpıntıla-
rım olmayanda mən yaşamayacağam. Yəni, fiziki cəhət-
dən mövcud olmayacağam. 
 
*** 
Adamların bir qismi həyata öz maraq dairəsindən 
baxır. Onlar insanlara da belə yanaşırlar. İnsanları maraq-
ları üzərində seçirlər. Kim onların maddi maraqlarını 
təmin etmirsə, həmin adamlara onların münasibəti dəyi-
şir. Belə adamların yaşamasında qayda-qanun, nizam-
intizam – hər şey onların maraqlarına tabe olmalıdır. Bu 
cür adamlar az deyil... 
 
*** 
Uğursuzluq uğura aparan ilk pillədir. 
 
*** 
Günəş doğanda və batanda çox mənalı olur. 
 
*** 
İnsanlar bəzən xoşbəxt olduqlarını bilmirlər və 
xoşbəxtliyin də qədrini bilmirlər. 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
131
*** 
Ən yaxşı dil öyrənmək şirin dili öyrənməkdir. 
 
*** 
Bir maşının arxasına yazılmışdı: Düz sür, yüz yaşa. 
 
*** 
Əsl insan həyata teatr tamaşası kimi baxıb 
aktyorluq etmir. Əsl aktyorlar da yalnız tamaşada, 
səhnədə aktyorluq edirlər. Onlar həyatda aktyor olmurlar. 
 
*** 
Bəzən qəlbinə, ruhuna yaxın olan hər bir insan sənə 
qohumlarından da yaxın olur. Hətta sən onu özünə arxa 
hesab edirsən. Onları itirəndə də arxanı itirmiş olursan. 
 
*** 
Vaxt pul deyil, ancaq o da pul kimi çatmır. 
 
*** 
İnsanlar öz səviyyəsində olan adamları tapmadıqda 
tənhalığa çəkilirlər, tənha qalırlar. Ona görə  də istedadlı 
adamlar çox vaxt tək-tənha olurlar. 
 
*** 
Öz sənətini, peşəsini yaxşı bilən hər kəsin işi bəstə-
kar işinə bənzəyir. Bəstəkar mahnı bəslədiyi kimi, yaxşı 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə