Microsoft Word zamanin sinagi-26. 10. 16. doc



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə35/50
tarix30.12.2017
ölçüsü2,49 Kb.
#18714
1   ...   31   32   33   34   35   36   37   38   ...   50

Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
167
biri-biri ilə birləşmək barədə fikirləşmirlər. Yaxşılar 
yaxşıların və pislərin xəbəri olmadan yaxşı  əməlləri ilə 
məşğul olurlar... 
16.X.2013-cü il 
 
*** 
İnsan yaşayırsa, bu, elə xoşbəxtlikdir. 
 
*** 
İşıqlı insan özünü hər yerdə azad hiss edir. 
 
*** 
Bir yerdə çox qalmaq, durmaq və oturmaq insanı 
korlayır. Yaxşı deyiblər ki, su bir yerdə çox qalanda o da 
iy verir. 
*** 
İnsan ağzı qapağı açılmamış bir qazana bənzəyir. 
Bütün ömrü boyu bu qazanın qapağı tez-tez açılır və 
onun içindəkilər görünür. 
 
*** 
Şairin  şairliyi onun sözlərinin, sətirlərinin 
altındadır. 
 
*** 
İnsanın hər şeyi görməyə və izləməyə vaxtı yoxdur. 
3.XI.2013-cü il. 
 
13.06.2015 


B u l u d x a n   X ə l i l o v  
 
168 
 
 
Mən- biz, sən- siz, o- onlar 
barədə deyimlərim – 
VIII yazı 
 
Belə bir misal var: “Nilin suyunu içən bir də içmək 
istəyir”. 
11.XI.2013-cü il 
 
*** 
Çayın çaya, çayın gölə qovuşduğu yer, bir sözlə, 
suyun mənbəyindən axıb töküldüyü yer (mənsəb) onun 
arzusuna çatdığı yerdir. Axan suyun qovuşduğu yer yox-
dursa, o, arzusunda nakamdır. Adətən axar suyun arzuya 
yetdiyi yer daha müqəddəsdir. Həm də bu müqəddəs-
liyinə görə bulaq suyu çay suyundan, çay suyu göl su-
yundan, göl suyu dəniz suyundan, dəniz suyu okean 
suyundan fərqlənir. Bunların hər birində suyun tərkibi də 
fərqlidir. Bunların içərisində bulaq suyu daha təmizdir. 
Ona görə də bulaq sularının axıb töküldüyü çay sularında 
olan balıqlar (çay balıqları) daha dadlıdır... 
 
*** 
Əslində göz yaşı gözün giləsindən süzülüb axmaqla 
öz istəyi, arzusu naminə yanaqlara, sifətə doğru hərəkət 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
169
edir. Onu yanaqlardan və sifətdən silmək göz yaşının 
istəyinə, arzusuna müdaxilə etməkdir. Axı o da bu cür 
yaşayır... Bu cür görünür... Göz yaşından axan su insanı 
sakitləşdirir, insanı rahat edir. Deməli, göz yaşı barədə 
düşünmək olar... 
 
*** 
Görəsən kirpiklər ox, qaş, kaman olmasaydı insan-
ların baxışları  nələr törədərdi?! Ox kamana qoyulub atı-
lır, hədəfə çatır... Ox, kaman olmasa, hədəf də yoxdur... 
Kirpik, qaş olmasa, ürək də yoxdur... 
 
*** 
Nizami, Füzuli, Xətai... eləcə də digərləri xalq şairi 
deyil... Ancaq XX və XXI əsrlərdə neçə - neçə Xalq şairi
Xalq yazıçısı oldu... Düşünməyə dəyər. 
 
*** 
Yaradıcı insanlar, peşəkar insanlar öz ixtisaslarını, 
məşğul olduqları sahəni o qədər güclü bilirlər ki, onlar hər 
cür təsadüfləri, qeyri-peşəkarlığı  qəbul edə bilmirlər. Belə 
olduğundan çoxları (peşəkarlığı  zəif olanlar) onları (peşə-
karları, yaradıcı insanları) qəliz insanlar adlandırırlar. Axı 
peşəkarlar peşəkarlıqda sadə ola bilmirlər. Peşəkarlığı sadə 
olanlar çoxdur, peşəkarlığı yüksək səviyyədə olanlar azdır. 
 
*** 
Deyilənlərə görə, ağaclar da xərçəng xəstəliyinə 
tutulur. Ağaclar xərçəng xəstəliyinə tutulanda xərçəng 


B u l u d x a n   X ə l i l o v  
 
170 
xəstəliyinin torpaqda olan bütün elementlərini özlərinə 
çəkir, özlərində saxlayır və imkan vermirlər ki, başqa 
ağaclar buna tutulsun. İnsanların bəziləri onlarda xəstəlik 
yaradan mikrobları yayırlar, başqalarına da bu mikrob-
ların keçməsinə ya səy göstərirlər, ya da çox adi baxırlar. 
25.XI.2013-cü il 
 
*** 
Akademik Fikrət  Əliyev mənə  əl telefonu ilə  zəng 
vurub dedi ki, İctimai televiziyada informasiya-kommuni-
kasiya texnologiyalarının həyatımıza gəlməsinin müsbət 
cəhətləri ilə yanaşı, fəsadları barədə olan çıxışım onun çox 
xoşuna gəlib. Xüsusilə, yazı  mədəniyyətinin, nitq 
mədəniyyətinin səviyyəsinin aşağı düşməsi barədə 
söylədiyim fikirlər də onu razı saldığını dedi. Nə yaxşı ki, 
fikirlərə, mövqelərə diqqətlə, həssaslıqla yanaşanlar vardır. 
 
*** 
Məni bütün çətinliklərdən Allah qoruyur. Hər bir 
şey Allahın əlindədir... 
23.XI.2013-cü ildə (VI gün) Sumqayıta bir tədbirə 
getməli olduq (prof.Cəfər Cəfərov, prof.Məhərrəm Hü-
seynov və  mən). Qayıdanda gəldiyimiz maşın qəzaya 
uğradı. Allah bizi qorudu, heç birimizə bir şey olmadı. 
Mən Allahıma borcluyam. Təkcə buna görə yox ki, o, bi-
zi ölümdən qorudu. Həm də ona görə ki, o özü hər şeyi 
bilir. Allahın işinə bax. Biz Sumqayıta gedəndə maşının 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
171
qabağında mən oturmuşdum. Maşını Cəfər müəllim idarə 
edirdi. Qayıdanda maşının qabaq qapısı açılmadı. Arxada 
oturmalı oldum. Qabaq qapının açılmaması da Allahın işi 
idi. Mən qabaqda otursaydım mütləq xətər alacaqdım. 
Ancaq Allah buna imkan vermədi. Mən də, Məhərrəm 
müəllim də arxada oturmalı olduq. 
 
*** 
Basılan (çap olunan) kitablar dəyərini itirmir, 
kəsilən pullar dəyərini itirir. 
 
*** 
Abırlı, həyalı və halal olduğum üçün atama, anama 
borcluyam. Valideynlərim abırlı, həyalı  və halal olmağı 
mənə təlqin ediblər. 
 
*** 
Yalan danışmağı bacarmıram. Doğru, düzgün 
danışanda da inciyirlər. 
 
*** 
Deyirlər ki, pişik ölümünü qabaqcadan hiss edir. 
Pişik ölümünü hiss edəndə evdən uzaqlaşır, evə qayıtmır. 
Evdən uzaqlarda ölür. 
 
*** 
Yaxşı şeir insan üçün yaxşı bir reseptdir. 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə