Microsoft Word zamanin sinagi-26. 10. 16. doc



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə34/50
tarix30.12.2017
ölçüsü2,49 Kb.
#18714
1   ...   30   31   32   33   34   35   36   37   ...   50

B u l u d x a n   X ə l i l o v  
 
162 
*** 
Ziyalı bir türk Azərbaycanda qonaqlıq zamanı icazə 
alıb ilk badəni qonaq olduğu evin sahibinin sağlığına içir. 
O qeyd edir ki, siz kökü qoruyub saxlamısınız. Bizdə 
(yəni Türkiyədə) hər hansı bir qonağı  əksər vaxt evə 
aparmırlar. Ancaq siz bunları çox asanlıqla edirsiniz. 
Hətta türk onu da qeyd edir ki, onun evində yorğan-
döşək yükü olduğu halda, hələ indiyə  qədər o yorğan-
döşək yükü açılmamışdır. Ancaq Azərbaycanda hər kəsin 
evindəki yorğan-döşək yükü qonaq-qara üçün açılır. Türk 
onu da qeyd edir ki, Azərbaycanda kök qorunub sax-
lanılır. Bu cəhətdən Türkiyədə kök qorunmur. 
15.09.2013-cü il 
 
*** 
Daş olsaydım əriyərdim, torpaq idim dözdüm. 
15.09.2013-cü il 
 
*** 
Uşaq babasından soruşur ki, hamımız öləcəyik?! 
Babası deyir ki, “yox”,  sən ölməyəcəksən. Sən qocalana 
qədər elm o qədər inkişaf edəcəkdir ki, ölümün əlacı, 
dərmanı tapılacaq və  sən  əbədi yaşayacaqsan. Bu vaxt 
uşaq yenə də babasına sual verir: 

 Baba, onda sən də ölməyəcəksən? 
Babası cavab verir: 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
163
 

 Bala, mən çox qocalmışam, mənim vaxtımda 
həmin dərman olmayacaqdır. 
15.09.2013-cü il 
 
*** 
Baba öz nəvəsi ilə  qəbristanlığın yanından keçir-
miş. Bu zaman nəvənin gözü qəbir daşları üzərindəki 
şəkillərə zillənir. Başlayır babasına suallar verməyə: 

 Baba, bu qəbirin üstündə niyə at şəkli var? 
 Baba deyir: 
– 
Bala, bu qəbirdə uyuyan filankəs mehtər olub. 

 Baba, bəs bu qəbrin üstündə niyə neft şəkli var? 

 Bala, bu qəbirdə uyuyan neftçi olub. 

 Baba, bəs bu qəbrin üstündə niyə balıq şəkli var? 

 Bala, bu qəbirdə uyuyan balıqçı olub. 
Çoxlu sayda bu suallardan sonra nəvə babasına sual 
verir ki, baba, bəs sən öləndə  qəbrinin üstündə  nə  şəkli 
olacaq?! Baba deyir ki, bala, mən bağbanam. Qulluq 
etdiyim ağaclar mənə atamdan qalıbdır.  Əgər mənim öz 
əkdiyim ağaclar bitsə və bar versə, mən öləndə qəbrimin 
üstündə ağac şəkli olacaq. 
16.09.2013-cü il 
 
*** 
Şəri cəzalandırmaq üçün yalan deyilirsə, o, həqiqə-
tə çevrilir. 


B u l u d x a n   X ə l i l o v  
 
164 
*** 
Dişi pələng çaqqala arvad ola bilməz. 
21.09.2013-cü il 
 
*** 
Yaxşı övlad ata-ananın başını yox, üzünü ağardır. 
29.09.2013-cü il 
 
*** 
İnsanın iki adı var: adam, insan 
 
*** 
Balığın elə növü var ki, həm dişidir, həm də erkək. 
O, vaxtı çatanda kürüsünü tökür. Bir müddətdən sonra 
erkək kimi kürünü qidalandırır. 
29.09.2013-cü il 
 
*** 
Füzuli sözün güc qanununu yaradıbdır. O, sözün 
güc qanununu, düsturunu elə yaradıbdır ki, heç kəs onu 
poza bilmir. Füzulinin sözdən yaratdığı qanun, düstur zir-
vədir. Bu zirvəyə yalnız qibtə etmək olar. Onu fəth etmək 
yalnız Füzulinin öz işidir. 
 
*** 
Azad Mirzəcanzadə fiziki mövcudluğu baxımından 
XX  əsrə, mənəvi, elmi mövcudluğu baxımından XXIII 
əsrə aiddir. 
30.09.2013-cü il 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
165
*** 
Ev doğulmaq və ölmək üçündür. Həyat yollarda 
keçir. 
02.X.2013-cü il 
 
*** 
Tərcüməçi tərcümə etdiyi əsəri təkmilləşdirmək 
naminə əsərin müəllifi ilə rəqabətdə olmalıdır. 
 
*** 
Ağıl üçün ən təhlükəli xəstəlik qürurdur. 
 
*** 
Sevgi elə eynəkdir ki, onu taxanda hər şey qızılgül 
kimi görünür. 
 
*** 
Musiqi mələklərin dilidir. 
 
*** 
Məqsədsiz insan yelkənsiz gəmidir. 
 
*** 
Hər şeyi sonralara saxlamaq olmaz. Sonralar böyük 
bəlalara çevrilə bilər. 
 
*** 
Külə döndünsə, gülə dönməyi gözlə  və neçə  dəfə 
gülə döndüyünü söylə. 
16.X.2013-cü il 


B u l u d x a n   X ə l i l o v  
 
166 
*** 
XX  əsrdə dilin və sözün başına nələr gətirdiyimiz 
barədə fikirləşməliyik.  Ən başlıcası XX əsrdə söz ucuz-
laşdı, dəyərdən və gücdən düşdü. Belə olduğundan 
dünyanın özü təhlükə altına alındı. Qırğınlar, qan-
qadalar, vuruşlar, daha nələr, nələr baş alıb getdi... 
 
*** 
Dünyada reallıqlar çoxdur... Bir reallıq da var. Bu 
reallıq hər birimizin özümüzük. Hər birimizin həyatı-
mızdır. Özümüz də, həyatımız da bizə Allahın verdiyi ən 
zərif hədiyyədir. Bu hədiyyəni eybəcərləşdirənlərə, 
əlimizdən alanlara qarşı olmaq lazımdır. Bu hədiyyəni 
istədiyimiz kimi istifadə etməliyik. Bu hədiyyə bizə, 
bizim hər birimizin özümüzə məxsusdur. 
 
*** 
Toy-düyün sözünün birinci hissəsi toy yemək, iç-
mək, demək, gülmək, şadlanmaqla bağlı olan, daha doğ-
rusu, bu mənaları bildirən sözdür. Düyün sözü  isə iki 
gəncin bir-birinə bağlanmasıdır, məhəbbətidir. Bu, bəylə, 
gəlinin bir-birinə bağlanmasından  əmələ  gələn sözdür. 
Daha doğrusu, bəylə gəlinin bir-birinə bağlanmasını ifadə 
edən sözdür. 
 
*** 
XX  əsrin  ən böyük faciələrindən biri də pislərin 
çoxalması, yaxşıların azalmasıdır. Bu pislər bir-birini elə 
tez tapıb birləşirlər ki, məəttəl qalırsan. Ancaq yaxşılar 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə