Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə78/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   74   75   76   77   78   79   80   81   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

238

 

günü,  keçən günü” ifadə edirsə, “yarın” da sonrakı günü (24 saat) 



işarələndirir. Bu assosiativlik belə düşünməyə  əsas verir ki, “ya-

rın” sözü gün işığının sonrakı günə keçməsini, sonrakı günün açıl-

masını ifadə edir.  Yəni “yarın” sözünün “yar(maq) + ın = yarın 

(sabah, gələcək gün)” modeli əsasında düzələ bilmə ehtimalı təbii 

qarşılanır. Bu ehtimalın düzgünlüyünü isə bir neçə faktla arqu-

mentləşdirmək olar: Orxon-Yenisey abidələrində  işıq, parıltı an-

lamlı yarık//yaruk sözünə rast gəlinir ki, bu da sonrakı günə keçən 

işıq anlamlı  “yarın” sözünün kök morfemi ilə eynidir; Orxon-

Yenisey abidələrindəki “yaruk” sözünün Günəş, həm də Ay mə-

nasında tərcümə edilməsini də təsadüfi hesab etmək olmaz: “Kiçə 

yaruk batur  erigli süηüşdim – Gecə ay batarkən döyüşdüm

1

; Gecə 



günəş batarkən döyüşdüm”

2

; qədim türk dilindəki işıq, parıltı 



anlamlı “yaruk” sözü rus dilinə keçərək ilkin forma və seman-

tikasına uyğun şəkildə sabitləşib: яркий (parlaq, aydın-açıq), ярко 

(parlaq, aydın, açıq), яркость (parlaqlıq, aydınlıq, açıqlıq); “yar” 

sözü bir sıra türk dillərində işıqlı, işıq buraxmaq, işıqlı olmaq kimi 

mənalarda işlənir

3

. Maraqlıdır ki, M.Kaşğarinin “Divan”ında qış-



dan yaza keçid, yazın gəlişi də məhz açılmaq anlamlı “yarılmaq// 

yazılmaq” sözləri kontekstində verilib. Bu mənada yarın (sabah) 

və yaz sözləri bir zaman kəsiyindən digər zaman kəsiyinə keçidi 

ifadəetmə xəttində birləşir: bu gün→yarın (sabah); qış→yaz. Coğ-

rafiya və astronomiyaya dair ədəbiyyatda göstərilir ki, Günəş 

ekliktika boyunca yerini dəyişərək cənub yarımkürəsindən şimala 

keçir (20-21 mart) və yaz gecə-gündüz bərabərliyi nöqtəsində 

olur. Bu an şimal yarımkürəsində yazın başlanğıcı hesab edilir

4



Aydındır ki, bərabərlik nöqtəsi Günəşin (işıq) yer kürəsini iki yerə 



bölməsi, yarması  (şərti olaraq belə ifadə edirik) nəticəsində real-

laşır.  Bu  da  “Günəş (işıq)→yarar  →yar=yaz” modelinin məntiqə 

                                                            

1

 Ə.Rəcəbli. Göytürk dilinin leksikası. Bakı, 2004, səh.241. 



2

 Yenə orada, səh.344. 

3

 M.Seyidov. Azərbaycan xalqının soykökünü düşünərkən. Bakı, 1989, səh.55. 



4

 Azərbaycan Sovet Ensiklopediyası. IV cild, Bakı, 1980, səh.419. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

239

 

zidd olmadığını göstərir. Yaxud “yarın” sözünün ilkin semantik 



yükü növbəti günə (24 saat) keçən, növbəti gecəni, qaranlığı yaran 

Günəş (işıq) mənasına uyğun gəlir. Bu mənada işıq, parıltı anlamlı 

“yar” sözü çoxmənalı “yarmaq” felinin semantik konversiyası 

əsasında yaranıb – qənaətinə də gəlmək mümkündür. 

 

Həftənin günlərinin adlarını  

bildirən isimlər 

 

Ayna. Cümə, cümə günü anlamlı “ayna” sözünə “Kitab”da 

az rast gəlinir: “Sağış günində ayna görkli, ayna güni oqıyanda 

qütbə görkli” (D-6). Bir həqiqəti də söyləmək lazım gəlir: “Ki-

tab”da həftənin digər günlərinin adları işlənməyib. 

 

 

Nisbətən böyük zaman kəsiklərini 

 ifadə edən isimlər 

 

Yerin Günəş ətrafında bir dəfə fırlanma müddəti 365 gün 5 



saat 48 dəqiqə 46, 1 saniyəni əhatə edir ki, bu da yıl//yil//il sözü 

ilə ifadə olunur.  Bir il ərzindəki zaman kəsiklərinin adlarına nəzər 

salaq: saniyə, dəqiqə (60 saniyə), saat (60 dəqiqə), gün (24 saat), 

həftə (7 gün), ay (29,5 gün), yaz (74 gün), yay (148 gün), güz// 

payız (84 gün), qış (59 gün, hər dörd ildən bir 60 gün) (fəsilləri 

əhatə edən günlərin sayı Azərbaycandakı, daha dəqiqi, Bakıdakı 

iqlim bölgüsünü əks etdirir). Bu sistemdəki ərəb mənşəli saniyə 

dəqiqə, fars mənşəli həftə  və payız sözləri istisna olunmaqla qa-

lanları “Kitab”ın dilində işlənib. Qeyd etdiyimiz kimi, 24 saat an-

lamlı “gün” sözünün yaranması birbaşa  Günəşin (işığın) hərəkəti 

ilə bağlıdır (qaranlıq – işıq; gecə-gündüz). 29,5 gün anlamlı ay sö-

zü də Ayın yer ətrafında bir dəfə tam dövrə vurmasını ifadə edir. 

Qəməri təqvimində 29,5 gün bir ay hesab olunur ki, bu da 29,5 

dəfə gecə və elə bir o qədər də gündüz deməkdir. Türk dillərindəki 

fəsil adları da birbaşa Günəşin hərəkət trayektoriyasını, daha dəqi-



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

240

 

qi, müxtəlif zaman kəsiklərindəki düşmə bucağını əks etdirir (son-



rakı səhifələrə bax). Fəsillərə daxil olan günlərin cəmini (365 gün 

5 saat 48 dəqiqə 46,1 saniyə) ifadə edən yıl//yil//il sözü isə od, işıq 

anlamlı “yal” arxetipi ilə bağlanır, onun allomorflarından biri kimi 

görünür. Bu isə o deməkdir ki, 365 gecə  və elə bir o qədər də  

gündüzü  əhatə edən zaman kəsiyinin yıl//yil (il) sözü ilə ifadəsi 

təsadüfi hesab oluna bilməz. Bütün bunlar “Kitab”ın dilindəki 

nisbətən böyük zaman kəsiklərini ifadə edən isimləri bir il ərzin-

dəki zaman kəsiklərinin dinamikası kontekstində  nəzərdən keçir-

məyi diktə edir. Yəni belə: ay, yaz, yay, qış = yil (il); 

 

29,5 və ya 30 gün mənasını ifadə edən “ay” sözü 

 

“Kitab”ın dilində “yer kürəsinin peyki olub, onunla birlikdə 



günəşin  ətrafında fırlanan və gecələr inikas edən günəş  işığı ilə 

işıqlanan göy cismi” anlamlı “Ay” sözü  daha çox obrazlı ifadələr-

də müşahidə olunur: aydan arı. “Aydan arı gündən görkli qız qar-

daşıη Banıçiçəgi Bamsı Beyrəgə diləməgə  gəlmişəm!” (D-83); 

ayın  on dördü – on dörd gecəlik ay kimi gözəl. “Baqdı gördü kim, 

ayıη on dördinə bəηzər” (D-266). Sonuncu nümunədəki “ayın on 

dördü” ifadəsi Nəsiminin dilində “iki həftəlik qəmər” şəklindədir: 

“Saçun  şəbində yüzin iki həftəlik qəmərdir// Bu sirri bilən bilür 

kim, bu necə  nəzərdür”. Bu qarşılaşdırmalarda iki cəhət maraq 

doğurur: “Kitab”ın dilində işlənmiş təşbehdəki sözlər türk mənşə-

lidirsə, Nəsiminin dilindəki təşbehdə “həftə” sözü fars, “qəmər” 

isə ərəb mənşəlidir; “Kitab”ın dilindəki “on dörd” ədədi Nəsimi-

nin dilində daha yuvarlaq ədədlə ifadə olunub (iki həftəlik). Bura-

da bir həqiqəti də deyək ki, “Kitab”da “həftə”  sözünün işlənmə-

məsi onun VII əsrdən  əvvəl formalaşdığını göstərir. Belə ki, 

qədim türklərdə  həftənin yeddi gününün adı yoxdur, çünki həftə 

anlayışı islamiyyətdən sonra meydana çıxmışdır (M.Kaşğari. 

“Divan”, I c., səh.356). “Müqəddimə”də işlənmiş cümə, cümə gü-

nü anlamlı “ayna” sözü isə “Kitab”a sonradan əlavə edilmiş 

sözlərdən biri hesab oluna bilər. 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə