Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə74/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   70   71   72   73   74   75   76   77   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

226

 

Maraqlıdır ki, 30 günün (əslində, 29,5 günün) ay adlandırıl-



ması gecələr Günəş  işığı ilə  işıqlanan Ayın yer ətrafında 1 dəfə  

dövrə vurması ilə bağlıdır. 12 ay və ya 365 günün yıl//yil//il adlan-

dırılması da assosiativ olaraq Günəş  işığını, işıq, od anlamlı 

yal//yıl morfemini yada salır. Buraya qədər dediklərimiz “Ki-

tab”da işlənmiş zaman məzmunlu isimlərin hər birini ayrılıqda, 

həm də tarixi-linqvistik müstəvidə nəzərdən keçirməyi diktə edir. 

“Kitab”dakı zaman anlayışlı isimləri leksik-semantik xüsusiyyət-

lərinə görə üç istiqamətdə qruplaşdırmaq olar: 



 

Günün hissələrinin adları 

 

İlk olaraq qeyd edək ki, türkologiyada alar, ayda, gecə, yazın 



kimi sözlər işlənmə yerinə görə bəzən isim, bəzən də zərf başlığı 

altında verilir. “Kitab”ın dilində  işlənmiş bu tip sözlərin ümumi 

mənzərəsi daha aydın görünsün, - deyə onların hər birinin isim 

başlığı altında verilməsini daha məqbul hesab edirik. 



Alar. “sübh vaxtı, dan vaxtı, üfüq qızardığı vaxt” və s. an-

lamlı “alar” sözü “Kitab”da I növ təyini söz birləşməsinin birinci 

tərəfi kimi çıxış edir: alar sabah. “Alar sabah Dərsə xan yerindən 

uru turdı” (D-21); alar taηla (səhər tezdən). “Alar taηla yerindən 

turan yigit, nə yigitsən?” (D-287). Qorqudşünaslıqda “alar taη” 

daha çox I növ təyini söz birləşməsi modelində izah olunur. Am-

ma bu sinonim qoşa sözlər baxımından da şərh edilə bilər (müq.et: 

alar – üfüq qızardığı vaxt, sübh vaxtı; taη – sabah açılarkən, günə-

şin üfüqdə ilk ağarması...). Digər tərəfdən, o da qeyd oluna bilər 

ki, müasir dilimizdəki “səhər çağı, səhər gün çıxmaq üzrə olanda

dan yeri sökülən vaxt” anlamlı “ala-toran” sözü “Kitab”dakı “alar 

taη” ifadəsinin fonetik deformasiyalarla sabitləşmiş forması kimi 

görünür. Müq.et: alar taη; ala–toran. Bunlardan birincisi, yəni 

“alar taη”  metateza ilə işlənərsə, belə bir forma alınar: alatran. Bu 

fonetik tərkibdəki “tr” samitlərinin arasına “o” saitinin artırıla bil-

məsi də dilimizdəki mümkün fonetik hadisələrlə  səsləşir (alat-

ran=ala-toran). Amma onu da qeyd etmək lazım gəlir ki, müasir 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

227

 

dilimizdə “toran” sözü müstəqil  şəkildə  təkcə “sübh gün çıxan 



vaxt, səhər çağı” yox, həm də “axşam qaranlığı çökdüyü zaman” 

mənasında işlənir. Fikrimizcə, bu, işıqdan qaranlığa (gündüzdən 

gecəyə) və  əksinə, qaranlıqdan işığa (gecədən gündüzə) keçidi 

ifadə edən sözlərdən biri kimi götürülə bilər. Təsadüfi deyil ki, 

müasir dilimizdəki “ala-toran” sözünün birinci mənası da məhz 

“bir az qaranlıq, yarıqaranlıq, yarıişıq” kimi sözlər kontekstində 

təqdim olunur. 

“Kitab”da “alar sabah” birləşməsinin “alan sabah” (səhər ça-

ğı) şəklində işlənməsi də müşahidə olunur: “Alan sabah sapa yer-

də dikiləndə” (D-204). A.Məmmədova bunlardan birincisini qır-

mızı anlamlı “al” morfemi ilə əlaqələndirir: “Alar kəlməsi hər hal-

da qırmızı mənasını da ifadə edən al kökü ilə bağlıdır. Ola bilsin 

ki, səhər tezdən günəşin çıxmasından öncə göy üzünün qırmızı 

rəngə boyanması alar sözünün “sübh vaxtı” anlamını ifadə etmə-

sinə  gətirib çıxarıb”

1

. Müəllifin güman şəklində  təqdim etdiyi 



“alar” sözü formasına görə zaman məzmunlu “kışar” (qış) və kü-

zər (güz, payız) sözləri ilə eyni xətdə birləşir. Digər tərəfdən, “Ki-

tab”da qızarmaq anlamlı “alarmaq” felinin dissimilyasiya hadisəsi 

nəticəsində “alalmaq” şəklində  işlənməsinə  təsadüf olunur: “Qa-

zan bəg alaldı” (D-124)_. M.Kaşğarinin “Divan”ında isə “alar” 

şəklindədir: “talka alardı = üzüm qızardı” (III c., səh.229). Bu mə-

nada “alan” sözü də “alar”ın fonetik variantı hesab oluna bilər. 

Maraqlıdır ki, “Kitab”da “alar” sözünün təkcə “alan” yox, həm də 

“ala” formasında işlənməsinə rast gəlinir: ala taηla (sübh tezdən, 

səhər çağı). “Ala taηla yeriηdən turı gəldiη, oğulu tutdurduηmu?” 

(D-194). Bunların üçü də eyni semantik yükə malikdir: alar taηla 

– sübh vaxtı, səhər çağı; alar sabah – sübh vaxtı, səhər tezdən; ala 

taηla – səhər tezdən. Bu isə  həm də onu deməyə  əsas verir ki

“alar” sözü müasir dilimizdəki “ala-toran” sözündə fonetik dəyi-

şikliyə uğramış vəziyyətdə sabitləşib (yuxarıdakı şərhlərə bax: alar 

taηla = ala-toran). 

                                                            

1

 A.Məmmədova. “Dədə Qorqud kitabı”nın leksikası. Bakı, 2009, səh.22. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

228

 

Taη. “Kitab”da “tan ötmək” (dan yeri qızarmaq) və “taη yel-

ləri əsmək” (dan yelləri əsmək) kimi  birləşmələrdə müşahidə ol-

unur: “Taη ötdi, gün toğdı” (D-90); “Salqum-salqum tan yelləri 

əsdigində,  Saqallu boz ac turğay sayradıqda” (D-21). Poetik siq-

lətli bu tip misralar türk poetik təfəkkürünün zənginliyini açıq-ay-

dın şəkildə göstərir. Burada onu da vurğulayaq ki, təbiət hadisələ-

rinin, xüsusən də dan yerinin sökülməsinin bu cür obrazlı ifadəsi 

başqa xalqların ədəbiyyatı üçün də səciyyəvidir. Rus şeirinin klas-

siklərindən biri Afonisi Fetin “Dan söküləndə”  şeiri də dedik-

lərimizi sübut edir. Həmin şeiri Qoca Xalidin tərcüməsində eynilə 

təqdim edirik:  

   Gecə yanıb-tökülür: 

   Ta dan yeri sökülür; 

   Kölgə, tayaya doğru 

Çəkilir oğrun-oğrun; 

Üfüq nura bölünür

Safdı soyuq hava da, 

Quşlar dinir yuvada... 

Gün əzilib-büzülür, 

Qəlbə fərəh süzülür. 

Bədii tərcümənin bütün prinsiplərinə  əməl olunmuş bu şeir 

parçasında Qoca Xalidin poetik ruhu, şirin və obrazlı dili qabarıq 

şəkildə görünür. O, sanki “Dan söküləndə” şeirini tərcümə etmə-

yib, onu yenidən yaradıb. Açığını deyim ki, son dövrlərdə bu cür 

bədii tərcümələrə çox az rast gəlinir.  



Gün. (“gün” sözü həm də “gündüz” mənasını ifadə etdiyi 

üçün şərti olaraq bu bölməyə daxil edilir). “Kitab”da “gün”  sözü-

nün üç əsas mənada işlənməsi müşahidə olunur: gün (günəş məna-

sında); gün (“24 saat” mənasında); gün (gündüz mənasında). 

Müqayisə  və qarşılaşdırmalar göstərir ki, “Kitab”da “planet 

sisteminin işıq və istilik verən, közərmiş böyük şar şəklində olan 

mərkəzi göy cismi” anlamlı “gün” (günəş) sözü üstün mövqedə 

görünür: 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə