MiSİr səFƏrov azərbaycan diLİ


Az ərbaycan dili məsələləri



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə5/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   2   3   4   5   6   7   8   9   ...   86

Az
ərbaycan dili məsələləri 
 
17 
Çünki ideoloji iş fəalı ədəbi tələffüzə - orfoepik qaydalara 
düzgün 
əməl etmədikdə onun nitqi zəif olur və təsir gücü 
azalır.  Bu,  hər  şeydən  əvvəl,  ondan irəli gəlir ki, bəzi 
t
əbliğatçılar orfoqrafik qayda ilə orfoepik qaydanı bir-biri 
il
ə  qarışdırırlar.  Onlar  səhv olaraq belə  hesab edirlər ki, 
söz nec
ə  yazılıbsa,  elə  də  tələffüz edilməlidir. Bu səhvi 
aradan  qaldırmaq  üçün təbliğatçı  yazılışı  ilə  deyilişi 
arasında fərq olan sözləri (belə sözlər dilimizdə həddindən  
artıq çoxdur) orfoepik qaydalara uyğun şəkildə - məsələn, 
sovxoz  
əvəzinə safxoz, plandan əvəzinə plannan, başlayır 
əvəzinə başlıyır  və s. tələffüz etməlidir. Bu keyfıyyətlərə 
yiy
ələnmək  üçün təbliğatçı  tam  orfoepik  biliyə  malik 
olmalı, dilçilik ədəbiyyatında ədəbi tələffüz haqqında olan 
m
əlumatı  müntəzəm  oxumalı,  məharətli natiqləri, aktyor 
v
ə  diktorların  çıxışlarını  dinləməli və  onlardan öyrən-
m
əlidir.  
T
əbliğatçının nitqinə yuxarıda göstərilənlərdən başqa, 
müv
əffəqiyyət qazandıran bir sıra  amillər də vardır. Bura 
t
əbliğatçının  dili  mükəmməl bilməsi, sözləri müvəffə-
qiyy
ətlə, yerli-yerində  seçib  işlətməyi  bacarması,  fikri 
m
əntiqi, aydın və parlaq surətdə izah etməsi, zəngin lüğət 
ehtiyatına  malik  olması,  nitqin  ideyalılığı,  partiyalılığı, 
h
əyatla sıx əlaqəsi, günün tələblərinə cavab verməsi və s. 
daxildir. 
T
əbliğatçı  əməli fəaliyyətində  bütün bu göstərənlərə 
əməl etsə, dinləyicilərin şüuruna və qəlbinə daha geniş yol 
tapmış olar, onların qurub yaratmaq əzmini qüvvətləndirər. 
 
1978 
 
 
 


Misir S
əfərov 
 
 
18 
 
 
BƏDİİ ƏSƏRLƏRİN LEKSİK  
TƏHLİLİ HAQQINDA 
 
Son dövrl
ərdə  orta məktəbin Azərbaycan dili pro-
qramına  çox  düzgün  olaraq  “Leksika”  bəhsi  də  daxil 
edilmişdir.  Buna  görə  də  orta məktəblərdə  fonetik, 
qrammatik t
əhlil  aparıldığı kimi, leksik təhlil də aparılır. 
Leksik t
əhlil prosesində şagirdlər Azərbaycan dilinin lüğət 
t
ərkibi, onu zənginləşdirən mənbə və yollar, sözün həqiqi 
v
ə  məcazi mənası,  çoxmənalılığı,  mənşəyi,  işlənmə 
dair
əsi, sinonimliyi, omonimliyi və s. haqqında daha ətraf-
lı məlumat alırlar. 
Linqvistik t
əhlilin bu növündən təkcə  Azərbaycan 
dili d
ərslərində  ədəbi  əsərlərin öyrənilməsində  geniş 
istifad
ə  olunmasına  ciddi  ehtiyac  vardır.  Bu  çox  geniş 
mövzu  olduğundan  biz  burada  yalnız  VII  sinifdə  tədris 
olunan  Ə.Əbülhəsənin  “Tamaşa  qarının  nəvələri” poves-
tinin  lüğət tərkibinin leksik təhlilindən, özü də  həmin 
əsərin bütün leksik xüsusiyyətləri haqqında deyil, şagirdlər 
t
ərəfindən  çətin  anlaşılan  yalnız  bəzi dialekt sözlərdən 
b
əhs etməklə məhdudlaşacağıq. 
Az
ərbaycan sovet ədəbiyyatının  görkəmli nümayən-
d
ələrindən  biri  olan  Ə.Əbülhəsən öz müasirləri S.Rəhi-
mov, M.İbrahimov, Ə.Vəliyev və b. kimi, ədəbi dili canlı 
xalq  dili  hesabına  zənginləşdirmək məqsədi ilə  öz bədii 
yaradıcılığında dialekt sözlərdən yeri gəldikcə  istifadə 
etmişdir. Bu isə, hər şeydən əvvəl,  yazıçının üslubi məq-
s
ədi ilə  əlaqədardır.  Belə  ki,  yazıçı  müəyyən bir  ərazidə 
yaşayan  şəxsi,  əsəri üçün surət  seçmişsə, deməli,  onun 


Az
ərbaycan dili məsələləri 
 
19 
nitqind
ə  həmin mühitə,  şəraitə  və  əraziyə  aid dialekt 
sözl
ərindən, ləhcə,  şivə  xüsusiyyətlərindən istifadə  etmə-
lidir. Bu is
ə  surətlərin daxili aləminin  açılmasına,  onun 
dünyagörüşünü,  psixologiyasını  müəyyənləşdirməyə 
köm
ək  edir.  Yazıçı  dialekt  sözlərindən həm öz dilində, 
h
əm də  surətlərin  danışığında  istifadə  etmişdir.  “Dialekt 
söz-l
ərindən  ədəbi-bədii  əsərlərin dilində  müəyyən 
m
əqsədlə  istifadə  olunur.  Yazıçı  və  şair  kənd həyatı 
haqqında danışırsa, gerçəkliyi daha real göstərmək, əsərin 
dilini z
ənginləşdirmək məqsədilə  surətin nitqindəki kimi

əllif nitqinə  də  dialektizmləri tez-tez daxil edirlər”
1

Bununla yanaşı, sənətkar əsərin dilinə ehtiyatla yanaşmalı 
v
ə  hər cür dialektizmin əsərə  yol  tapmasına  imkan 
verm
əməlidir. Çünki bu, “əsərin dilində  məzəli duzluluq 
yox, artıq duzluluq – şorluq əmələ gətirir”
2
. Yazıçı dialekt 
sözl
ərindən “yerli kolorit yaratmaq, surətin nitqini fərdi-
l
əşdirmək, hadisəni real əks etdirmək”
3
  üçün istifad
ə edə 
bil
ər. 

əllim izah etməlidir ki, povestin dilindəki  dia-
lektizml
ərin  çoxu  canlı  xalq  danışıq  dilinə  aiddir.  Ədib 
dialekt sözl
əri vasitəsi ilə  əsərdəki surətlərin dünya-
görüşünü, peşəsini, həyat tərzini və başqa xüsusiyyətlərini 
daha real şəkildə verə bilmişdir. Digər tərəfdən, bu sözlər 
vasit
əsilə sənətkar qəhrəmanın daxili aləmini, onun psixo-
logiyasını da düzgün əks etdirmişdir. 
Düzdür, “dialekt sözl
əri  ədəbi dildə  işlənmir, çünki 
bunlar, fikrin ç
ətin  başa  düşülməsinə  səbəb olur. Lakin 
                                                 
1
 
В.Н.Прохорова. Диалектизмы в языке художественной литературы. 
Учпедгиз, 1957, стр.4. 
2
 
Ə.Dəmirçizadə. Azərbaycan dilinin üslubiyyatı. Bakı, 1972, səh.89. 
3
 A.Qurbanov. Müasir Az
ərbaycan ədəbi dili. Maarif nəşriyyatı, Bakı, 1967, 
s
əh.218. 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə