Rəy verən: f.ü. f d. dos. Fazil Rüstəmov


Multikulturalizm - fəlsəfi lüğət



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə20/144
tarix30.10.2018
ölçüsü2,71 Mb.
#76105
1   ...   16   17   18   19   20   21   22   23   ...   144

Multikulturalizm - fəlsəfi lüğət 

-

 



İsraildə rusdillilərin dindarlığı aşağı səviyyədədir. 

-

 



Üçüncü  yəhudi  nəslinin  gəlməsinə  imkan  verən  qanunun 

sayəsində  İsrailə  gəlmiş  bu  adamlar  ölkəyə  cəmi  köçüb  gəlmiş 

yəhudilərin 30 faizini təşkil edir

*

 



bura  hansısa  yüklə,  necə  deyərlər,  Sovet  yükü  ilə  təşrif 

buyurmuş  bu  insanlar  özlərini  nəhəng  ölkənin  vətəndaşlan  kimi 

hiss edərək, yeni vətənlərində heç də özlərini ikinci növ vətəndaş 

vəziyyətində görmək istəmirdilər

*

 

yerli  əhali  ilə  onların  arasında  müəyyən  ziddiyyətlər 



başlanmışdı, ancaq 10 ilin ərzində hər şey qaydasına düşdü. 

-

 



İsraildə bu gün vəziyyət başqa cür olmuşdur - rus icması da 

dəyişmişdir,  bu  gün  İsraildə  rus  ədəbiyyatının  bütün  klassikləri 

ivril dilinə, bütün ivritdilli klassiklərin əsərləri rus dilinə tərcümə 

olunmuşdur. 

-

 

Nə qədər paradoksal olsa da, İsraildə multikulturalizm baş 



tutdu - israillilər rusdilli əhaliyə İsrailin bir hissəsi kimi baxmağa 

başlamışlar, bu gün rus idmançılannm İsraili beynəlxalq yanşlarda 

təmsil etmələri artıq heç kimi təəccübləndirmir. 

Bolqar etnik modeli 

-

 



Bolqarıstanda  bir  milyondan  artıq  müsəlmanın  yaşayır  - 

onlardan səkkiz yüz mini bolqar türkü və Osmanlı imperiyasının 

hakimiyyəti dövründə islamı qəbul etmiş iki yüz min bolqardır. 

-

 



XX  əsrin  90-ci  illərin  əvvəllərində  Balkanlarda  etnik 

münaqişələrin 

haradan 

başlanıldığı 

soruşulanda 

hamı 


“Bolqarıstandan”  -  deyə  cavab  verirdi,  çünki  etnik  gərginliyin 

dərəcəsi o vaxt burada çox yüksək idi: 

*

 

buna  səbəb  səksəninci  illərin  ortalarında  Bolqarıstanın  o 



vaxtkı  hakimiyyətinin  müsəlmanlann  ərəb-türk  mənşəli  adlarını 

slavyan adlarına dəyişməsi idi; 



59 


Yaşar Əhmədov Azər Hətəmov 

*

 



onlara  öz  dillərində  danışmaq  qadağan  edilmişdir,  ancaq 

indinin  özündə  belə  çoxlan  ana  dilində  danışmır  -  hərçənd,  bu 

qəribə səslənir: 

*

 



məsələn,  iki  müsəlman  gedir  və  türk  dilində  danışırlar, 

milis onian saxlayır və cərimə edir

*

 

müsəlmanlara məscidlərdə öz ibadətlərini etməyi qadağan 



etdilər, vəziyyət gərginləşdi və 1989-cu ildə özünün pik nöqtəsinə 

çatdı; 


*

 

bu  zaman  kütləvi  tətillər  və  yürüşlər  başlandı,  vəziyyəti 



əldə  saxlamaq  üçün  kommunist  hakimiyyəti  dörd  yüz  min  türk 

vətəndaşını  respublikadan  qovdu,  ancaq  bu  müəyyən  qədər 

gərginliyi aradan qaldırdı, 

*

 



çünki Şərq blokunda dərhal dəyişikliklər qopdu və vəziyyət 

yenidən gərginişməyə başladı; 

*

 

Bolqarıstanın prezidenti doktor J. Jelev inkişaf edən gərgin 



münaqişənin  müsbət  həllini  istəyirdi,  ölkənin  konstitusiyası 

vətəndaşlann bütün fərdi hüquqlannı qoruyurdu. 

-

 

Müsəlmanlara öz partiyalarım yaratmaq imkanı verildi: 



*

 

bu partiya 90-cı illərin əvvəllərində qeydə alındı və onlann 



kollektiv hüquqlarını  -  yaşamaq və azadlıq hüquqlarım müdafiə 

edirdi; 


*

 

keçən müddət ərzində bu yığıncağın daimi nümayəndəliyi 



var idi, ancaq maraqlıdır ki, nümayəndəlik iyirmi dörd deputat ilə 

fəaliyyətə başlamışdı, 

*

 

indi isə onlann sayı - otuz altıya çatdırılmışdır, bu otuz altı 



deputatdan on ikisi - bolqardır; 

*

 



bu partiyaya artıq etnik bolqarlar da səs verir

*

 



bu seçkilərdə onların sayı yüz altmış min olmuşdur. 

-

 



Yeni  partiyanın  ilk  addımlanndan  bütün  partiyalar  bu 

şüarla çıxış edirdilər

*

 

terrorizmə  icazə  vermək  lazım  deyildir,  konstitusiyanı 



pozmaq lazım deyildir; 

*

 



amma hamı başa düşürdü ki, vəziyyətə hakim olmaq üçün 

bu lazımdır, əlbəttə, risk var idi və o, özünü doğrultdu: 



60 


Multikulturalizm - fəlsəfi lüğət 

*

 



tez bir zamanda müsəlmanlann adları problemi, türk əsilli 

vətəndaşların problemləri həll edilmiş, məscidlərdə ibadət hüququ 

qanuniləşmiş,  məktəbdə  dilin  öyrənilməsinə  icazə  verilmişdir; 

bütün bunlar gərginliyi aradan qaldırmışdır; 

*

 

artıq  beş  ildən  sonra  partiya  cəmiyyət  üçün  zəruri  olan 



məsələlərlə məşğul olmağa başlamışdır; 

*

 



o,  artıq  özünün  etnik  problemləri  ilə  məşğul  olmurdu,  o, 

bolqar  siyasi  spektrli  partiyalardan  biri  idi;  məhz  bunu  bolqar 

etnik problemi adlandırmışdırlar; 

*

 



inanırıq  ki,  etniklərarası  münasibətlərin  inkişafının  bu 

nümunəsi, həmçinin etnik əsasda gərginliyin  yaranma riski olan 

cəmiyyətlər üçün də bu nümunə ola bilər. 

Multikulturalizmin Rusiya modeli 

-

 



Multikulturalizm  problemləri  və  müasir  Rusiyanın  siyasi 

təcrübəsinə 

nəzər 

saldıqda 



burada 

demokratiya 

və 

multikulturalizm kimi meyarların uyuşmazlığı narahatlıq doğurur. 



-

 

Son zamanlar belə bir fikir çox populyardır; 



*

 

cəmiyyət  nə  qədər  bircins  olsa,  demokratik  institutlar 



yaratmaq  da  o  qədər  asandır  və  əksinə,  cəmiyyət  mədəni 

baxımdan  nə  qədər  mürəkkəbdirsə,  demokratik  institutlar 

yaratmaq o qədər çətindir. 

-

 



Bu  gün  keçmişin  incikliklərinin,  şovinist,  millətçi,  isla- 

mofob təsirlərin aradan qaldırılması üçün vahid Rusiya dövlətinin 

təkibinə daxil olan bütün xalqlann azad inkişaf etmək imkanına 

malik olmaları çox vacibdir. 

-

 

Çox vaxt millətlərarası, dinlərarası təfriqələrə yol verməyən 



konstitusiya müddəalan deklarativ olaraq qalır. 

-

 



Dövlət  səviyyəsində  xalqlann  inteqrasiyası,  onların 

qarşılıqlı  hörmət,  etibar,  ümumi  problemlərin  müasir  həlli 

əsasında birləşdirilməsi siyasətini həyata keçirmək zəruridir. 

-

 



“Multikulturalizm” termini Rusiya və bir sıra digər ölkələrə 

münasibətdə başqa məna qazanır: 



61 


Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə