Rəy verən: f.ü. f d. dos. Fazil Rüstəmov


Multikulturalizm - fəlsəfi lüğət



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə16/144
tarix30.10.2018
ölçüsü2,71 Mb.
#76105
1   ...   12   13   14   15   16   17   18   19   ...   144

Multikulturalizm - fəlsəfi lüğət 

*

 



ona görə də II dünya müharibəsindən sonra kütləvi xarakter 

daşıyan işçi miqrantlara ilk vaxtlar həmin münasibət bəslənilirdi. 

-

 

Almaniyanın kansleri Angela Merkel etiraf edir ki: 



*

 

“1960-cı illərdə biz xarici işçi qüvvəsini Almaniyaya dəvət 



edəndə  elə  bilirdik  ki,  onlar  qayıdıb  gedəcəklər.  Lakin  bu  baş 

vermədi və bizim multikulturalizm siyasətimiz isə iflasa uğradı”. 

-

 

Fransanın keçmiş prezidenti Nikola Sarkozi də: 



*

 

multikulturalizmin  məğlubiyyətə  uğramasında  aparılan 



yanlış siyasəti deyil, fərqli mədəniyyət daşıyıcılarım, xüsusən də 

İslam həyat tərzini ittiham edir. 

-

 

Nikola Sarkozi bildirirdi ki: 



*

 

“əgər insan Fransaya gəlirsə o, fransız xalqının bir hissəsi 



olmalıdır, əgər bunu istəmirsə burda ona yer yoxdur. Fransızlar öz 

dəyərlərinə  yenidən  baxmaq  fikrində  deyillər,  insanların 

küçələrdə ibadət etməsini, qızların məktəbə getməsinin qadağan 

edilməsini, qadın və kişilərin bərabərliyinə dair dəyərləri itirmək 

istəmirlər”. 

-

 



Mühafizəkar  bəyanatdır  və  kimlərinsə  fransız  dəyərlərinə 

zorla müdaxiləsi həqiqətən də yolverilməzdir: 

*

 

lakin  görəsən  yəhudilərin  Fransada  yalnız  XIX  əsrin 



sonlarında  vətəndaşlıq  hüququ  qazandığını  nəzərə  alsaq,  mənşə 

etibarı ilə yəhudi olan cənab Sarkozi bu bəyanatı 100 il əvvəl də 

verərdimi? 

-

 



Bu gün Avropa multikulturalizmin iflasa uğradığını qəbul 

və bəyan edir: 

*

 

hətta bəzən bunu dövlət xadimlərinin dilindən də eşitmək 



olur, 

*

 



yəni 

bu 


multikulturalizmin 

fərqli 


şərhlərinin 

mövcudluğunu bildirir. 

-

 

Multikulturalizmin iflas həmı ictimai məsələlərdə, həm də 



siyasi məsələlərdə ola bilər: 

*

 



“titul millət” öz üstünlüyünü vurğulayır. 

47 


Yaşar Əhmədov AzərHətəmov 

*

 



beləliklə,  də  ən  yaxşı  halda  multikulturalizmin  daha  az 

inkişaf etmiş komponentləri özünü təcrid olunmuş vəziyyətdə hiss 

edir, 

*

 



ən pis halda isə müəyyən natamamlıq kompleksləri duyur

*

 



belə olduqda münaqişələr yaramr, onlar daha çox ictimai, 

siyasi xarakterli olur

*

 

bu aspekt multİkulturalizmi müəyyən edən  yeganə və ən 



vacib aspekt olmadığından diqqəti digər, ümumbəşəri humanitar 

aspektə yönəltmək lazımdır. 

-

 

Rumıniyanın  möhtərəm  sabiq  prezidenti  Emil  Konstan- 



tinesku yaxşı bir fikir söyləmişdir: “Dünya - Allahın adıdır”. 

-

 



Həqiqətən, multikultura çətin məqsəd və çətin ideyadır; 

*

 



bəşəriyyət  hər  zaman  qarşısına  məqsəd  və  hədəflər 

qoymuşdur; 

*

 

hal-hazırda  qlobal  məqsəd  çoxmədəniyyətli  cəmiyyət, 



çoxmədəniyyətli məkan yaratmaqdır. 

-

 



Multikulturalizm mürəkkəb məqsəd, mürəkkəb ideyadır: 

*

 



belə ki, dünya daha çox inkişaf etdikcə, hər bir fərd Özünü 

daha çox müstəqil şəxsiyyət kimi dərk edir

*

 

hər  bir  fərdin  maraqlan  ilə  ümumi  maraqlar  arasında 



qarşıdurma yaranır; 

*

 



o  cümlədən,  ayrı-ayrı  dövlətlər  və  ya  bütövlükdə  dünya 

maraqları arasında münaqişələr yaranır; 

*

 

bununla  bərabər,  etiraf  etməliyik  ki,  bu  münaqişələr 



həmişə olub və olacaqdır; 

*

 



əgər  bu  münaqişələr  olmasaydı,  cəmiyyətin  dialektik 

inkişafı olmazdır. 

-

 

Düşünürük ki, alimlərin hədəfi cəmiyyətin əbədi mənalara, 



əbədi  ideyalara,  “Dünya  Allahın  adıdır”  fikrinə  meyllən-  məsi 

üçün çalışmaq olmalıdır. 

-

 

Xristian  dininin  daşıdığı  mərhəmət  ideyası  çoxlannı 



birləşdirdi. 

48 


Multikulturalizm - fəlsəfi lüğət 

-

 



Ədalət  ideyasını  daşıyan  islam  dini  də  çoxlanm 

birləşdirmişdir. 

-

 

Tarixi  inkişafın  ayn-ayrı  dövrlərində  bunlar  müxtəlif  cür 



baş vermişdir. 

-

 



Müasir  dövrdə  bu  humanitar  aspekt,  humanitar  anlayışlar 

müəyyən  münaqişələrdən  xilas  olmağa  kömək  edə  bilər  -  o 

zaman: 

*

 



XXI əsrin əvvəllərində norveçli Anders Breyvik adlı şəxsin 

törətdiyinə  bənzər  cinayətlər  olmaz  -  o,  günahsız  insanlann 

öldürülməsi 

kimi 


dəhşətli, 

müdhiş 


cinayətini 

dİgər 


mədəniyyətlərlə yanaşı yaşamağa öz etirazı kimi bəyan etdi

-

 



Müasir  dövrün  mürəkkəblikləri  unudulmuş  haqq-ədalət 

ideyalan ilə bağlıdır: 

*

 

onlar  haqq-ədalətin  özündən  yox,  onun  şərhindən  asılı 



olmağa başladılar; 

*əgər hələ də bu şərhlər ümumbəşəri dəyərlərdən yox, maddi 

rifahdan və ya başqa dəyərlərin rəyindən asılı olacaqsa; *təəssüf 

ki, bu münaqişələr yaranmaqda davam edəcəkdir. 

-

 

Yalnız  Avropa  və  Şərq  mədəniyyətinin  yox,  hər  bir 



mədəniyyətin əsasım təşkil edən baza anlayışları bəşəriyyəti xilas 

edə bilər. 

-

 

Yalnız  onlar  insanların  bir  dövlətdə,  bir  məkanda  birgə 



yaşamalanna imkan yarada bilər - bu, müasir dünyada alimlərin, 

siyasətçilərin, ayn-ayrı insanlann, ictimai təşkilatlann can atmalı 

olduğu həmin məna, həmin ideyadır. 

-

 



Fitscerald Skott dahiyanə bir fikir söyləmişdir: 

*

 



“Çoxdan  anlamaq  lazımdır  ki,  bu  dünyada  hər  şey 

ümidsizdir,  ancaq  onu  dəyişmək  üçün  qətiyyəti  itirməmək 

lazımdır.” 

-

 



Multikulturalizm  böyük  Qərb  mədəniyyətini  yavaş-yavaş 

məhv olma həddinə çatdırmışdır -bu ifadənin mənasında iki təzad 

aydın görünür: 

*

 



İlkin  olaraq  çoxmədəniyyətlilik  etnik  cəhətdən  rəngarəng 

cəmiyyətdə  mədəni  bərabərliyin  xüsusiyyətlərinin  qorunması 

mənasını daşıyır; 

49 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə