Rəy verən: f.ü. f d. dos. Fazil Rüstəmov


Yaşar Əhmədov Azər Hatəmov



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə13/144
tarix30.10.2018
ölçüsü2,71 Mb.
#76105
1   ...   9   10   11   12   13   14   15   16   ...   144

Yaşar Əhmədov Azər Hatəmov 

*

 



maraqlıdır  ki,  bu  gün  işçi  qüvvəsi  kimi  Avropaya  gələn 

miqrantlarm  Qərb  dəyərlərini  qəbul  etmədiyi  üçün  mul- 

tikulturalizmin məğlubiyyətə uğradığını iddia edənlər bir neçə əsr 

əvvəl okeanın o tayında nə yerli xalqların, nə də zorla Afrikadan 

gətirdikləri qulların mədəni müxtəlifliklərini nəinki qəbul etmir, 

hətta məhv edirdilər

*nədənsə  o  zaman  belə  münasibət  multikulturalizmin 

böhranına səbəb kimi qiymətləndirilmirdi. 

*İkincisi  şərti  olaraq  “Amerikan  modeli”  adlandıracağımız 

multikultural yanaşmanı fərqləndirmək olar: 

*

 

Avropa  xalqları  “Köhnə  qitə”dən  kənarda  yeni  dünya 



ölkələrində  -  Amerikada,  Avstraliyada,  Yeni  Zelandiyada  yerli 

mədəniyyətləri  qəbul  etməməklə  bərabər,  öz  aralarında  mədəni 

cəhətdən daha da yaxınlaşdılar; 

*

 



yəni,  Avropada  bir-birindən  fərqlənən  protestant,  katolik, 

pravoslav dini daşıyıcılar, eləcə də anqlo-saks, german, latın dil 

qrupu  təmsilçiləri  Amerikada  və  ya  Avstraliyada  vahid  mədəni 

dəyərlərin yaradılmasına doğru istiqamətləndirildi. 

-

 

ABŞ-da  bu  nəzəriyyəni  “əridici  qazan”  (melting  pot) 



adlandırırlar  -  bu  zaman  multikulturalizm  konsepsiyası  bütün 

millətlərin bir xalq kimi birləşdiyi “əritmə qazanı” konsepsiyası 

ilə qarşılaşdınlır: 

*

 



belə  olan  halda  Qərbsayağı  multikulturalizmdə  milli 

dəyərlər öz əvvəlki əhəmiyyətini itirmiş oldu

*

 

yeni vahid universal bir Qərb dəyərinin yaranmasına keçid 



başlandı. 

-

 



“Amerikan  modeli”  dəqiq  millət  anlayışı  olmayan,  vahid 

vətəndaş identikliyi əsasında dövlətin yaranmasına təkan verdi. 

-

 

ABŞ-da  Amerikan  identikliyi  -  anqlo-saks  ideologiyası 



üzərində  qurulsa  da,  hər  hansı  bir  millətin  milli  dəyərlərini  əks 

etdirmir. 



38 


Multikulturalizm - fəlsəfi lüğət 

-

 



“Amerikan  modeli”  daha  çox  yeni  yaradılmış  dəyərlərin 

əks olunduğu mozaik  birləşmədir  - lakin bu mozaik  birləşmədə 

yerli xalqların mədəni dəyərləri əks olunmur. 

-

 



Aborigen  xalqlar  hələ  də  cəmiyyətdən  təcrid  olunmuş 

şəkildə yaşayırlar: 

*

 

hazırda  Avstraliyanın  yerli  əhalisinin  əksəriyyəti  rezer- 



vasiya 

adlanan 


əlahiddə 

yaşayış 


məntəqələrində 

məskunlaşdırılmışdır, 

*

 

onlar  demək  olar  ki,  yüksək  mədəniyyətə  yaxın 



buraxılmırlar  -eyni  proses  digər  yeni  dünya  ölkələrində  də 

izlənilir. 

-

 

Qərbsayağı  multikulturalizmin  formalaşmasında  ikinci 



mərhələ  bir  ölkədə  fərqli  millətlərin  və  mədəniyyətlərin  birgə 

mövcud  olduğu  və  dəqiq  millət  anlayışı  olmayan  dövlət 

modelinin yaranması ilə nəticələndi. 

-

 



Bu  gün  “Köhnə  qitə”  və  ondan  kənardakı  Qərbsayağı 

multikulturalizm arasında yaranmış fərqlərin də səbəblərini burda 

axtarmaq lazımdır. 

-

 



Avropa  multikulturalizmin  iflası  və  ya  böhranı  haqqında 

danışdığı halda okeanların o tərəfindəki Qərb modellərində (ABŞ, 

Kanada,  Avstraliya,  Yeni  Zelandiya  və  s.)  çoxmədəniyyətliyə 

dövlətlərin inkişafına təkanverici qüvvə kimi baxılır. 

-

 

Bu fərqin yaranmasında ilk növbədə tarixi ənənə faktoruna 



diqqət yetirmək lazımdır: 

*

 



yəni  uzun  əsrlər  bir-biri  ilə  rəqabət  aparan  Avropa 

dövlətlərinin  vahid  Qərb  mədəniyyətini  milli  dəyərlərdən  üstün 

tutması daha çox vaxt aldı; 

*

 



yeni  torpaqlarda  isə  belə  bir  tarixi  qarşıdurma  olmadığı 

üçün “əridici qazan” daha tez və effektiv işləməyi bacardı. 

-

 

“Amerikan  modeli”nin  uğurundan  danışdıqda  başqa  bir 



incə məqama da fikir vermək lazımdır: 

*

 



multikulturalizmin  uğurlu  modelindən  danışdığımız 

regionlara nəzər saldıqda bu məkanda yerli mədəniyyət 

39 



Yaşar Əhmədov AzərHətəmov 

daşıyıcılarının tam sıxışdırıldığmı, məhv edildiyini, qalanlarının 

isə rezervasiyalarda saxlanıldığının şahidi oluruq. 

-

 



ABŞ-da  keçən  əsrin  70-ci  illərin  sonımdan  başlayaraq 

multikulturalizm siyasəti aparılmağa başlanmışdır. 

-

 

ABŞ  anqlo  -  saksonlan  immiqrantlarla  bir  yerə  qatan  bir 



növ “əridici qazan” (“melting pot”) rolunu oynayırdı. 

-

 



Bu “qazanda” anqlo-saksonlar üstün mövqeyə malik idilər 

- lakin bir müddət keçdikdən sonra vəziyyət tamamilə dəyişdi. 

-

 

“Əridici qazan” proqramı multikulturalizm ideologiyası ilə 



əvəz olundu - bunun əsas səbəbi iki mühüm qanunun - “Vətəndaş 

Hüquqlarına dair Qanun” (1964), “İmmiqrasiya haqqında Qanun” 

(1965) - qəbul edilməsi olmuşdu: 

*

 



birinci  qanun  ölkədə  anqlo-saksonların  mövqelərini  bir 

qədər  zəiflətməklə  yanaşı,  bütün  millətlərin  bərabərliyini  təmin 

etdi; 

*

 



ikinci qanun isə ölkəyə immiqrasiyanı sürətləndirdi. 

-

 



Bu gün ABŞ-m multikultural siyasətində: 

*

 



bir  tərəfdən  -  mühacirlərin  Amerika  cəmiyyətinin 

dəyərlərini qəbul etməsini

*

 

digər  tərəfdən  isə  -  etnik  və  irqçi  ekstremizmin  qarşısını 



alan  əlavə  mexanizmlərin  formalaşması  kimi  bu  cəmiyyətdə 

etno-mədəni oxşarIğın çatışmazlığını görürük. 

-

 

ABŞ-da  isə  yerli  xalqlarla  bərabər  Afrikadan  köçürülən 



əhali  də  uzun  müddət  bu  multukultural  mühitə  daxil 

edilməmişdir: 

*

 

hətta 1965-ci ilədək ABŞ-da bəzi ştatlarda qaradə- rililərin 



səsvermə hüququ da yox idi. 

-

 



Maraqlı bir mənzərənin şahidi oluruq: 

*

 



avropalıların zorla Afrikadan gətirdikləri əhali quldarlığın 

ləğvindən  sonra  hələ  uzun  müddət  İrqi  ayrı-seçkiliyə  məruz 

qalmışdır; 

*

 



avropalılar  qul  ticarəti  vasitəsi  ilə  öz  iqtisadiyyatlarını 

gücləndirdilər, 



40 


Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə