Sahibkar qadin lar



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə3/22
tarix12.10.2018
ölçüsü1,75 Mb.
#73779
1   2   3   4   5   6   7   8   9   ...   22

 

 

işğalı  nəticəsində daha da ağırlaşmış, cəmiyyətin qaçqın və  məcburi köçkünlərdən 



ibarət zəif bir təbəqəsi yaranmışdır. 

Ancaq 90-cı illərin ortalarından başlayaraq, iqtisadiyyatda vəziyyəti dövlət 

mülkiyyətinin özəlləşdirilməsi, sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi, torpaq 

islahatlarının keçirilməsi sayəsində sabitləşdirmək mümkün olmuş  və  əhalinin 

məşğulluğu sahəsində müsbət dəyişikliklər baş vermişdir. Bununla belə, hal-hazırda 

qadınların məşğulluğu sahəsində  əsaslı problemlər mövcuddur. Bu problemləri 

aşağıdakı amillərlə xarakterizə etmək olar: 

İşləyən qadınların payı daha yüksək olmuş yüngül və yeyinti sənayesi, 

elektrotexnika, neft maşınqayırması sahəsində  əksər iri və orta müəssisələrin 

işləməməsi; 

!"

İqtisadiyyatda və elmin intellektual sahələrində qadınların payının 



kəskin azalması; 

!"

Eyni xarakterli işin görülməsi üçün kişilərin  əmək haqqı 



səviyyəsinin qadınların əmək haqqından yüksək olması; 

!"

Qadın  əməyinin üstünlük təşkil etdiyi xalq sənətkarlığı, tətbiqi 



incəsənət (xalçaçılıq, ipəkçilik və s.) məhsullarına olan tələbatın azalması 

nəticəsində bu sahənin tənəzzülə uğraması; 

!"

Qadınların peşə hazırlığı  və yenidən hazırlıq kurslarına cəlb 



edilməsinin aşağı səviyyədə olması; 

!"

Ticarət (xırda alver, maqazin, yarmarka) sahəsində qadınların 



payının kəskin artması; 

!"

 



 

 

 Həyətyanı torpaq sahəsində-fərdi maldarlıq, bostan və bağ  təsərrüfatlarında 



işləyən qadınların sayının artması. 

Əhalinin iqtisadi fəal hissəsinə aid edilməsi üçün kişi və qadınların yaş  həddi 

qanunvericilik ilə müəyyən olunmuşdur.  1999-cu ilə kimi kişilər  1659, qadınlar  1654 

yaş, 1999-2000-ci illərdə kişilər 16-60, qadınlar 16-55 yaş, 2001-ci ildən başlayaraq kişilər 

16-61, qadınlar 16-56 yaş həddlərində əmək qabiliyyətli əhaliyə aid edilmişir. 

 

 



 


 

 

 



 

 

 



 

 



 

 

2002-ci ildə Azərbaycan Respublikasında  əhalinin iqtisadi fəal hissəsi 3777,5 min 



nəfər təşkil etmişdir ki, bunların  1806,4 min nəfəri (43%-i) qadınlardır. Bunların 

müvafiq olaraq 3726,5 min nəfəri (1778,5 min qadın) bilavasitə əməklə məşğuldurlar. 

4-cü Qrafikdə qadınların ümumi sayinda iqtisadi fəal qadınların payinin 

dinamikasi göstərilmişdir. 

 

 

 



Tədqiqatlar zamanı müəyyən edilmişdir ki, fəaliyyət sahəsi və iqtisadiyyatın 

sektorlarından asılı olaraq qadınların və kişilərin məşğulluq strukturunda müəyyən 

fərqlər mövcuddur. Qadınların fəaliyyət göstərdiyi sahələr  əsasən: tibbi, təhsil, 

mədəniyyət və elm, kredit və sığorta kimi sektorlardır. Dünyanın bir çox ölkələrində bu 

sahələrdə əmək haqqı aşağıdır. Kişilər əsasən istehsal sahələrində üstünlük təşkil edir: 

sənayedə  50%, nəqliyyat sistetmində  90%-dən çox, tikintidə  90%-dən çox, idarəetmə 

sahəsində 70%-dən çoxdur. İşlərin həyata keçirilməsinin daha ətraflı bölgüsü aparılarsa 

burada qenderlə bağlı daha kəskin fərqlər görə bilərik. Məsələn, təhsil sahəsində 

qadınlar ibtidai və orta məktəblərdə üstünlük təşkil edirlər. 14-cü siniflərdə dərs deyən 

qadınlar 57%, 4-11-ci siniflərdə 42%, musiqi, nəğmə, rəsm, bədən tərbiyəsi, əmək təlimi 

sahəsində 23% təşkil edirlər. Nəticədə, bütün müəllimlərin 43%-i qadınlardır. Bundan 

əlavə, direktorların 31%-i qadındır. Lakin, ali məktəblərdə kişi müəllimlərin payı 

yüksəkdir. Səhiyyə bölməsində qadınların sayının çox olmasına baxmayaraq

mütəxxəsislərin yalnız 37%-i qadın həkimlərdir. İqtisadiyyatın müxtəlif sahələrində və 

sosial sferada rəhbər vəzifələrdə çalışanların 33%-i qadınlardır. 

 

5-ci Qrafikdə xalq təsərrüfatının müxtəlif sahələrində muzdla işləyən                                                



qadınların  payı göstərilmişdir. 

 



 

 

 



 

Göründüyü kimi, Azərbaycanda qadınlar  əsasən təhsil, səhiyyə  və sosial 

xidmətlər, kommunal xidməti, emal sənayesi kimi sahələrdə daha çox təmsil olunurlar. 

Azərbaycan Respublikasında kişilərin və qadınların təhsilinin müqayisəli 

səviyyəsi (1999-cu il) 6-cı Qrafikdə göstərilmişdir. 

 

 



 

Müxtəlif yaş kateqoriyaları üzrə 2002--ci ildə qeydiyyata alınmış kişi və qadınlarin 

faizlə nisbəti 7-ci Qrafikdə verilmişdir. 



 

 

Bir sıra QHT-lərın tədqiqatlarına əsasən Azərbaycanda işsizliyin səviyyəsi iqtisadi 



fəal əhalinin sayının 20-25% ni təşkil edir (qeyri-rəsmi məlumata əsasən). 

Əmək prosesinə  cəlb olunmuş qadınlar  əksər hallarda muzdlu işlərdə  işləyirlər. 

Bundan sonra sayına görə fermer təsərrüfatlarında və  kənd təsərrüfatı  işlərinə  cəlb 

edilmiş qadınlar, digərləri və cüzi hissəsi sahibkarlıq fəaliyyəti ilə  məşğul olan 

qadınlardır. Qadınların sosial qruplarının iqtisadi zonalar üzrə bölgüsü 8-ci Qrafikdə 

verilmişdir. 

 

 

 



Keçmiş müəllimlər, tibb işçiləri, iqtisadçılar, mühəndislər və s. özlərinin peşəsi 

üzrə daha aşağı  əmək haqqı ödənildiyinə görə,  əmtəə bazarına və kommersiyaya 

keçmişlər. Bir çox qadınlar bunun müvəqqəti olduğunu hesab edirlər. Qeydə alınmış 

kiçik, özəl müəssisələrdə qadınlar 7% təşkil etdikləri halda onlar əmək resurslarının 

49%-ni təşkil edirlər. Qadınların 

cox (64,2%) daha az ixtisas tələb edən, lakin maaşı yüksək olan işlərə gedirlər. 

Ailənin maraqları qadınlar üçün dövlət qurumlarında və ya rəsmi qeydiyyatdan 

keçmiş özəl müəssisələrdə  işləməkdən daha zəruridir. Ev işləri görmək və  uşaqların 

qayğısına qalmaq onlar üçün hökumətdə, formal özəl müəssisələrdə işləməkdən daha 

çox əhəmiyyət kəsb edir. Qeyri-  dövlət sektoru və iqtisadiyyatın digər sahələri inkişaf 

etməkdədir. Kənd yerlərində qadın əməyinin həcmi torpaqların paylanması və fermer 

təsərrüfatlarının inkişafı sayəsində artmışdır. 

Qadınlarin iş  fəaliyyətini məhdudlaşdıra  amillərdən biri onların özəlləşdirmə 

prossesindən kənarda qalmasıdır. 

 



Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə