Sahibkar qadin lar



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə4/22
tarix12.10.2018
ölçüsü1,75 Mb.
#73779
1   2   3   4   5   6   7   8   9   ...   22

 

 

 



 

Vətəndaşların özəl fəaliyyətinin  əsasını  təşkil edən mülkiyyət məsələlərində 

kişilərin və qadınların bərabər olmasına baxmayaraq, qeyri-rəsmi məlumatlara görə 

yeni mülkiyyətçilərin 90%-i kişilərdir. 

Özəlləşdirmə prossesində qadınların və kişilərin bərabər iştirakının təmin edilməsi 

çox mühümdür. Xüsusi mülkiyyətçilik fəaliyyətinin genişləndirilməsi və inkişafı 

əhalinin iqtisadi vəziyyətinin yaxşılaşdırılmasının  əsas  şərti və yoxsulluğa qarşı 

mübarizədə mühüm vasitələrdən biridir. Yalnız qadınların iqtisadiyyata cəlb olunması 

ilə sosial məqsədlərə nail olmaq əmək prossesində qadının barabər hüquqlu iştirakını 

təmin etmək olar. Ölkədə  həyata keçirilən özəlləşdirmə prosesinin istiqamətləri və 

onun mahiyyəti haqqında qadınların məlumatı azdır. Dövlət istehsal obyektlərinn 

özəlləşdirilməsi sahəsində hüquq və digər tənzimləyici sənədlər haqqında 

informasiyaya malik olmaması qadınların bilavasitə bu prossesdə  iştirakını 

məhdudlaşdırır. 

 

 

 



Son onillik ərzində ümumi məşğulluq aşağı düşmüşdür. Belə ki, keçid dövrünün 

ilkin dövründə qadınlar arasında işsizlik xeyli yuxarı olmuşdur. Hal-hazırda işsizlik 

hər iki cins üçün demək olar ki, oxşardır: 0.99%  kişilər və 1.73%  qadınlar. 



 

 

Son illərdə ölkədə yoxsuluq səviyyə araşdırılmasına dair aparılan tədqiqatar 



nəticəsində müəyyən olunmuşdur ki, (belə  tətqiqat 2001-ci ildə Dövlət Statistika 

Komitəsi və Dünya Bankı  tərəfindən aparılıb) ölkələrin yoxsul olma ehtimalları ailə 

başçısının cinsi mənsubiyyətindən də cox asılıdır. Ailə başçısının kişi və ya qadın 

olmasından asılı olaraq ölkədə yoxsulluq dərəcəsi 49%-dir. Belə ki, ölkədə yoxsulluq 

səviyyəsi kişilər arasında 48% olduğu halda qadınlar arasında bu səviyyə 50%-dən 

yuxarı həddədir. 

Azərbaycan Respublikasının statistika orqanları ancaq regionlarda məşğulluq 

idarələrində  rəsmi olaraq qeydiyyatdan kecmiş  işsizlərin uçotunu aparırlar. Bunun 

nəticəsi olaraq ölkədə 2002-ci ildə qeydiyyata alınmış  işsizlərin sayı 50963 nəfər təşkil 

etmişdir ki, bunların 23088  kişi, 278 75 nəfəri (54,7%) qadındır. 

Azərbaycan Respublikasında yoxsuluğun azadılması və iqtisadi inkişaf üzrə 2003-

2005-ci illər ücün qəbul edilmiş Dövlət proqramında qeyd olunmuşdur ki, yoxsulluq 

səviyyəsi yalnız gəlirlər və  xərclər  əsasında ölcülə bilməsə  də qadınlar və kişilər 

yoxsuluğun fərqli aspektləri ilə müxtəlif səviyyələrdə qarşılaşırlar. Ölkədə bu sahədə 

ciddi araşdırmalar olmasa da, əhalinin məşğulluq üzrə göstəricilərindən müəyyən 

etmək olur ki, qadınlar arasında işşislik riski kişilərə nisbətən daha coxdur. Hətta 

pensiya yaşının kişilərə nisbətən beş il az olmasına baxmayaraq əmək yaşında olan 

kişilərin məşğulluq səviyyəsi qadınların məşğulluq səviyyəsini xeyli üstələyir. 

Baxmayaraq ki, Azərbaycan qanunvericiliyində eyni əmək üçün qadınlar və kişilər 

arasında bərabər  əmək haqqı  nəzərdə tutulub, bir çox sahələrdə qadının  əmək haqqı 

kişilərə nisbətən nəzərə çarpacaq dərəcədə aşağıdır (neft sənayesində fərq 56%, kimya 

sənayesində fərq 72%, kommunikasiya sahəsində fərq 85%-dir və s.) 

Ölkədə statistik göstəricilər iqtisadiyyatın formal sektorunu əhatə edir, əmək 

qüvvələri üzrə araşdırmalar müntəzəm aparılmadığından əməyin sahələr üzrə bölgüsü 

haqqında dəqiq məlumatların  əldə edilməsi çətinləşmişdir. Statistika həmçinin qadın 

əməyi üçün əmək haqqı verilməsi ilə bağlı ətraflı məlumat vermir. 

 

3.3. Azərbaycanda qadın sahibkarlığı: əsas müşahidələr 



Azərbaycanda qadın sahibkarlığı ilə bağlı rəsmi statistik məlumatlar yoxdur. Bəzi 

mənbələrə istinadən kiçik və orta sahibkarların 7-8%-i qadınlardır. Bununla belə digər 

mənbələrə görə bu rəqəmlər  şişirdilmişdir, müəyyən səbəblərdən kiçik və orta 

müəssisələr yalnız qadının adına qeydiyyatdan keçib, əslində isə o, həyat yoldaşı və ya 

başqa qohumu tərəfindən idarə olunur. 

Azərbaycanda sahibkar qadınların üzləşdiyi əsas çətinlikləri aşağıdakı kimi təsvir 

etmək olar: 

!"

Bazar iqtisadiyyatı  və sahibkarlıq fəaliyyəti haqqında bilik və 



təcrübənin olmaması; 

!"

Ermənistanın hərbi təcavüzünün nəticələri; 



!"

İş axtarana və məşğulluğun təmin edilməsinin qeyri-fəal  üsulları; 

!"

Qadının ailədən və həyat yoldaşından ənənəvi asılılığı; 



!"

Peşə hazırlığı  və yenidən hazırlıq keçən qadınların sayının az 

olması. 



 

 

Qadınların ümumiyyətlə ölkənin iqtisadi həyatında və xüsusilə kiçik 



sahibkarlıqda iştirakını  məhdudlaşdıran amillərdən biri ölkədə aparılan iqtisadi 

islahatlardan və özəlləşdirmə prosseslərindən kənarda qalmasıdır. 

Əmək qabiliyyətli qadınların 69.2%-i özəl sektorda, 30,8%-i isə dövlət sektorunda 

çalışır. Özəl sektorda çalışanların yalnız 3%-nin öz şəxsi biznesi var. İqtisadiyyatın və 

sosial sahələr üzrə idarəetmə strukturlarında çalışan qadınlar 33% təşkil edir. Bizneslə 

məşğul olan qadınlar  əsasən mikro və kiçik müəssisələrdə  fəaliyyət göstərirlər və 

qadınların çox az hissəsi orta və böyük müəssisələrdə çalışır. 

Qadınları özəl bizneslə  məşğul olmaqdan çəkindirən səbəblər kimi aşağıdakıları 

göstərmək olar: 

!"

qadınların mülkiyyət sahibliyinin aşağı olması; 



!"

ilkin kapitalın olmaması; 

!"

müəssisənin qeydiyyatı üzrə kifayət qədər məlumatın olmaması; 



!"

maliyyə bazarının tapılmasında çətinliklər; 

!"

zəruri bilik və bacarıqların olmaması. 



Göstərilən səbəblərlə yanaşı, sosialiq-tisadi maneələr də qadınların produktiv 

resurslardan (kredit və maliyyə), müvafiq bazar, biznes imkanlarını  və yüksək 

texnologiyalardan istifadə etməsini çətinləşdirir. Qadınların ailədə  ənənəvi rolu

uşaqların tərbiyəsi və qayğısı ilə bağlı  məsuliyyətin qadının üzərinə qoyulması  və 

özünəinamın aşağı olması kimi cəmiyyətdəki niövcud stereotiplər də qadınların 

biznesdə məşğul olma imkanlarını azaldır. 

Beləliklə, qadın sahibkarlığın müvəfəqiyyətli inkişafını  ləngidən aşağıdakı  əsas 

maneələri qeyd etmək lazımdır: 

!"

peşə hazırlığının zəif olması; 



!"

maliyyə  vəsaitlərinin  əldə olunmasında çətinliklər, texniki və 

idarəetmə hazırlığının olmaması; 

!"

zəruri hüquqi müdafiənin olmaması; 



!"

mənəvi mühit, ənənəvi münasibətlər və sosial streotiplər. 

 

NƏTİCƏLƏR VƏ AZƏRBAYCANDA 



QADIN SAHİBKARLIĞIN İNKİŞAFI 

ÜZRƏ TÖVSİYYƏLƏR 

 

Azərbaycanda qadın sahibkarlığın inkişafı sahəsində aparılmış araşdırmanın 



yekun hesabatından göründüyü kimi, qadın sahibkarlığın inkişafı Azərbaycanın sosial 

və iqtisadi həyatında mühüm rol oynayır. Qadın məsələləri ilə məşğul olan təşkilatların 

əksəriyyəti ümumilikdə qadınların cəmiyyətdə rolunun və hüquqlarının artırılması 

sahəsində  fəaliyyət göstərir, yalnız bir neçə qadın QHT-ləri qadınların sahibkarlıq 

fəaliyyətinə  cəlb edilməsi və müvafiq treninqlərin keçirilməsi ilə  məşğul olurlar. Hələ 

Azərbaycanda biznesin inkişafı ilə bağlı  vəziyyəti yaxşılaşdırmaq üçün bu mühüm 

sahədə çox işlər görülməlidir. 

Ümumiyyətlə, qadın sahibkarlığı  dəstəkləyən təşkilatlar öz imkanlarını 

genişləndirmək və maliyyə davamlılığını  təmin etmək nöqteyi-nəzərindən bir çox 



Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə