SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə41/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   37   38   39   40   41   42   43   44   ...   98

______________Milli Kitabxana_______________ 

174 


 

Həsrətlə ayrılsaq daha gözəldir...  

Uçun göy üzünə o dilbər sona,  

O getdi, mən baxdım həsrətlə ona. 

Azacıq keçmədən açıldı səhər,  

Geydi al donunu yaqut üfüqlər.  

Xəzər bir aynaydı üzü ləkəsiz,  

Ayıldı yuxudan qızım Aybəniz.  

Mən basıb bağrıma bu ayüzlümü,  

Bu şirin dillimi, şəkər sözlümü,  

Dedim ki: - Aybəniz! O Aya bənzə,  

Daima saf yaşa, daima təzə!.. 

1941 

  



______________Milli Kitabxana_______________ 

175 


 

HÜRMÜZ VƏ ƏHRİMƏN  

 

BİRİNCİ SƏHNƏ 

 

(Zaman və məkanın təsviri) 

Azərbaycan, gözəl bir yaz... Həyat bolluq, işıq çoxdur,  

Qaranlıqdan, əsarətdən, xəyanətdən nişan yoxdur.  

Baharın qəlbi gümrahdır, gülür hər şey səadətlə;  

Ocaqlar yandırılmışdır, keçir dövran ziyarətlə.  

Qədim dağlar qucağında şəhərlər, qələlər vardır,  

Zaman keçmiş... Həyat başqa... Fəqət, dağlar o dağlardır!  

Çəmən sevdalı bir qızdır, o tac qoymuş çiçəklərdən,  

Müqəddəsdir yerin ruhu, yaranmışdır ürəklərdən...  

Buludlar sallanıb bəzən öpər dağlar camalından,  

Günəş ilham alıb parlar göyün sonsuz kamalından.  

Çatılmış varlığın alnı... Fələklər min xəyal eylər,  

Baxıb heyrətlə hər insan zamandan bir sual eylər...  

Axar çaylar, sular çağlar, dayanmaz kainat bir dəm,  

Bu gün matəm, sabah bayram, əzəldən böylədir aləm...  

Əsər ruzgar, qopar yanğın uğursuz bir qığılcımdan,  

Ömür keçdikcə odlardan, alovlardan keçən insan.  

Gələr Zərdüşt, deyər bəzən: - Mənim öz ehtişamım var,  

Bəşər qəlbi müqəddəsdir, bu qüdsiyyətdə kamım var...  

Ölüın iblisə layiqdir, həyatdır ən şirin nemət,  

Qaranlıqdan uzaqlaş ki, işıqdır ən böyük ziynət  

Çalış, qəlbin saf olsun ki, təmizlikdir sənin hüsnün,  

Bütün ömründə zəhmətsiz, hünərsiz keçməsin bir gün...  

Gözəl sözlər gözəldirsə, azadlıq min hünər istər!  

Əməl uğrunda candan keç, özün mərdanəlik göstər!  

Dönükdür dövranın hökmü, sən öz simanı saf saxla!  

Səadatdən, məhəbbətdən danışma hər bir alçaqla!  

Bir "Allah" adlanan eşqi son öz qəlbində axtarsan,  

Özün öz hüsnünü tapsan - ölüb getsən də sən varsan!  

Zamanın nəbzini tut ki, nə canandan, nə candan tut,  

Nəyin vardırsa aləmdə sən öz simana qalxan tut...  

Ölüm qorxar cəsarətdən, həyatın şəni qüdrətdir; 

 



______________Milli Kitabxana_______________ 

176 


 

 

Təvəkküllə keçən ömrün nəsibi qəmlə möhnətdir.  



Vuruş öz haqqın uğrunda, hünər bir ehtiyac olsun,  

Köçüb getsən də dünyadan adın başlarda tac olsun!  

Bu eşqin isti nurilə bütün dağlar boyanmışdır.  

Səhərdir... Quşlar, insanlar bu eşq ilə oyanmışdır. 

Baharın qəlbi gümrahdır, gülür hər şey səadətlə,  

Ocaqlar yandırılmışdır, keçir dövran ziyarətlə.  

Neyin titrək sədasından könül mülkü xuramandır,  

Açıl, pərdə! Görün, səhnə! Baxaq dövran, nə dövrandır! 

 

Qocaman Qaf dağında məbədgah...  



Od-alov asimana yüksəlmiş.  

Sanki göydən yerə yanğın gəlmiş,  

O zaman atəş imiş ilk Allah.  

Min murad istəyərək odlardan,  

Açır öz qəlbini hər bir insan,  

Yerə batsın deyilir şərlə zülüm,  

Qalmasın yerdə nə zülmət, nə ölüm!  

Ah, o günlər! O müqəddəs babalar,  

O xəyal yolçusu ellər, obalar  

Çəkdi dünyanın əzəl qəmlərini,  

Yardı zülmətləri, yol açdı bizə,  

İrs qoyub getdi bizim nəslimizə  

Ömrün imanla keçən dəmlərini. 

 

DAĞLAR SULTANI 

 

Qəlbi saf, alnı dümağ, 



Göyə əl qaldıraraq: 

- Ölüm məlun bir iblisdir, o varlıqdan kənar olmaz

Ölümsüz, fitnəsiz, şərsiz, - deyirlər, - bir diyar olmaz. 

 

Onun tufanı qopduqca uçar evlər və ehramlar,  



Onun ruzgarı əsdikcə qış ağlar... İlk bahar olmaz... 

 

O əzrayıl yaranmışdır, qılınc qurşar, qiyam eylər,  



Deyər: Mən hökm sürdükcə bir insan bəxtiyar olmaz. 

 



______________Milli Kitabxana_______________ 

177 


 

 

Ölüm heçliklə sirdaşdır, bu hikmət sığmaz idraka;  



Qıfıllanmış onun sirri, açılmaz, aşikar olmaz. 

 

Rəqabətdən, xəyanətdən yaranmışdır bu iblis ki,  



Könül verməz, könül almaz, sevən bir qəlbə yar olmaz. 

 

Həyat dünyada durduqca ölümdür ən yaxın dostu,  



Yaxın dostlarda adətdir əzəldən etibar olmaz! 

 

Böyük Hürmüz! Böyük Hürmüz! Ölümdən intiqam al ki,  



Bu iblis qatil olduqca həyat sevdası var olmaz! 

 

Eyni ahənglə bütün məclisdə  



Yalvarır Hürmüzə odlar üstə 

 

Böyük Hürmüz! Böyük Hürmüz!Ölümdən intiqam al ki,  



Bu iblis qatil olduqca həyat sevdası var olmaz! 

 

(Baxın, qol çirməmiş indi, gəlir saysız pəhləvanlar,  



Oda baş endirib əvvəl, dönüb qurşaq tutur onlar.  

Tamam meydan qızışmışdır, sükut eylər uzaq dağlar,  

Deyirlər ağ ipəkdənmiş, qırılmazmış o qurşaqlar.  

Bütün məclisdə heyrət var, ürəklər titrəyir zağ-zağ;  

İgidlər nərə çəkdikcə əsir torpaq, düşür yarpaq... 

Enir hiddətlə toppuzlar, poladdandır, nədir canlar?  

Düşənlər ah çəkib sızlar... Gülümsər qalib insanlar.  

Bu qanundur əzəl başdan - hünər alqışlanar hər an,  

Vətən övladı, qalib çıx zamanın imtahanından!) 

 

SİRDAŞ ƏMİ 

 

Əyləşin, indi bahar aləmidir,  



İndi gül fəsli, məhəbbət dəmidir. 

 

(Tale pərisinə)  

 

Sən gözəl yurdumuzun dilbərisən. 




Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə