ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə129/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   125   126   127   128   129   130   131   132   ...   157

bilməsin. Xüsusilə, hörmətli aşığımız Əkbər Cəfərov “Körpülü əhvalatı” nı toy 
şənliklərində ayrı tamda, xüsusi ləzzətlə, şövqlə danışır. Mərhum Hüseyn Saraclı 
bu əhvalatı elə gözəl, bər-bəzəkli nəql edər və oxuyardı ki, dinləyənin yaddaşına 
ömürlük həkk olunardı. 
Bəzən bu əhvalatı Şulaverin adına danışan və yazanlar da var. Bu da həmişə 
mübahisəyə səbəb olur. Əslində Şulaver stansiyasında belə bir əhvalat olmayıb. 
“Şulaver əhvalatı” adı ildə bəzi aşığın danışığı tamam-kamal uydurmadır. Bu 
əhvalatın şahidi olanlardan hələ də sağ qalanlar var: Əmrah Şəmilov, Cavad 
Həkimli, Alşan Mahmudov, Qədir Süleymanoğlu və Borçalıda, İncə dərəsində bir 
çox qocalar, ağsaqqallar bu əhvalatın Şulaverdə olmasını tam inkar edirlər. 
Əhvalatın tamam-kamal bilicisi aşıq Göyçə Məhəmməd oğludur. Sinədəftər el 
ağsaqqalı ilə Borçalı mahalının Qaçağan kəndində görşüb 1928-ci ilin payızında 
olmuş “Körpülü əhvalatı”nı söz-söz, misra-misra yazıb götürdüm. Hadisə 
İncəlioğlu Əsədin uşaqlarının kiçik toyunda baş verib. Toya iki aşıq dəvət olunub. 
Bir-birindən xəbərsiz. Burada da ikitirəlik düşüb. 
Üç gün, üç gecə olmuş aşıqların deyişmə əhvalatı uzundu, demək olar ki, 
dastanlıqdır. Ona görə də qalsın boynumuzda, onu ayrıca möhtərəm oxucuların 
qulluğuna çatdırmaq bizə borc olsun. 
Kimdi “Körpülü əhvalatı”nın səbəbkarları? Biri el şöhrəti qazanmış, məşhur 
aşıq Hüseyn Bozalqanlıdır ki, haqqında hamının məlumatı olduğuna görə biz onun 
həyat və yaradıcılığına burada müdaxilə eləmirik. Digəri isə indi yaşlı adamların 
zorla xatırladığı aşıq Quşçu İbrahimdir. Ona görə zorla xatırlanır ki, aşıq Quşçu 
İbrahim Böyük Vətən müharibəsinin odlu-alovlu cəbhələrindən qayıtmayıb. 
 Bu istedadlı el aşığı harda faşistin namərd gülləsinin qurbanı olub, indiyədək 
məlum deyil. Quşçu İbrahimin dədə-baba çırağını indi yeganə oğlu Bəhram 
İsmayılov yandırır. Bu günədək unudulmuş el aşığının qısa ömür yolunu da 
Bəhram müəllimdən öyrəndim. 
Aşıq İbrahim İsmayıl oğlu 1895-ci ildə Borçalı qəzasının Muluxaslı 
kəndində dünyaya gəlib. Atasını erkən itirdiyindən nə qarnıdolusu çörək yemiş, nə 
də təhsil ala bilmişdir. Sazlı-sözlü Borçalı mahalında mayası şerlə yoğrulan balaca 
İbrahim el sənətinə vurğunluqdan saz çalıb, qoşmalar yazırmış. Obanın el sənətkarı 
məşhur ustad Dollu Abuzərin ustad himayəsini də kimsəsiz İbrahimə çox 
 görür. Abuzər vəfat edəndən sonra Quşçu kəndində yaşayan el şairi Ağacan 
Cabbarlı (o, əslən Gümrü mahalından idi) İbrahimin sənətdən kəm qalmasını rəva 
bilmir, onu öz himayəsinə götürür. Şair Ağacanın İbrahimin kamil sənətkar kimi 
yetişməsində haqqı-sayı unudulmazdır. O vaxtdan da aşıq Quşçu İbrahim kimi 
eldə-obada hörmət qazanır. Təsadüfi deyil ki, “Körpülü əhvalatı”nda, aşıq Hüseyn 
Bozalqanlı ilə deyişmədə yeri dara düşən İbrahim öz ustadı Ağacanı “sahib zaman” 
deyə köməyə çağırır: 
 
İbrahiməm, mən çəkirəm zamanı, 
Çağırram imdada Sahib-zamanı. 
Hüseyn bir şairdir tutub dünyanı, 
Şəyirdin qolundan tutasan gərək. 
 


Aşıq İbrahimin oğlu Bəhramda atasının iki şagird dəftəri şeri qalır. Təəssüf 
ki, onlar indiyədək çap üzü görməyib. Möhtərəm oxuculara təqdim etdiyim şair 
Ağacanla, aşıq İbrahimin deyişməsini aşıq Göyçə Məhəmməd oğlunun 
yaddaşından yazmışam. 
 
Aşıq İbrahim: 
 
Başına döndüyüm şair Ağacan, 
Bir neçə urvatda söz mənə göndər. 
Yaman düşdüm aşıq Söynün cənginə, 
Mənasın, cümləsin düz mənə göndər. 
 
Şair Ağacan: 
 
Demədimmi çıxma dağlar başına, 
Tüpü olar, boran-qar olar onda. 
Əl uzatma gözün görən yuvaya, 
Gürzə olar, şahmar, mar olar onda. 
  
Aşıq İbrahim; 
 
Dörd maraldı
67
, dörd ovçudu, 
dörd də dağ, 
Dörd bağbandı, dörd boxçadı, 
dörd də bağ. 
Dör ölüdü, dördxəstədi, dörddə sağ
Bunların mənasın tez mənə gödər, 
 
Şair Ağacan: 
 
İşin nədi bu Rüstəmi-Zalınan? 
Girmisən meydana qeylü qalınan. 
Dananı qoşasan qoca kalınan, 
Görərsən hansına zor olar onda. 
 
Aşıq İbrahim: 
 
İbrahim də dəryalara dalıbdı, 
Şirin canı eşq oduna salıbdı, 
Hüseynin önündə acız qalıbdı, 
Tirmədən, atlasdan tez mənə göndər. 
 
                                                 
67
 Hüsеyn Bоzаlqаnlı tərəfin dörd оlmаsınа işаrə еdir. 
 


Şair Ağacan: 
 
Bir nə iş var o şairin canında, 
Dayanıbsan indi dur, meydanında. 
Yüz il qalsan Ağacanın yanında, 
Bilməzsən neçə cür tor olar onda. 
 
Mart, 1989-cu il. 
  
 
ŞAİR HƏVƏSKAR  
AĞKÖYNƏKLİ 
 
Nə vaxtdandı yazı masamın üstündə bir şagird dəftəri dolu şer var. Ötən yay 
(1992-ci il) Qazaxda olanda, onu mənə Rayon polis idarəsinin rəisi Fikrət 
Məmmədov vermişdi. “Elə keçmiş babalarımızdan yazıb, onları tərifləyirsən. Al, 
eloğlu, yolboyu oxuyarsan, özün şahid olacaqsan ki, mənim ağköynəklim Arif, 
Məzahir Daşqın, Bəhmən Vətənoğlu, Əli Qurbanov, Qurban Şıxlı (Musayev), 
Mikayıl və Gülarə Azaflılar, Vaqif Nəsib, İslam Türkay, daha nə bilim kimlər... 
Kimlər el yaddaşından güc almışdısa, kimlər el-oba folkloru ilə 
qidalanırdısa, kim aşıq sənətinin vurğunu idisə, podpolkovnik Fikrət onların dostu, 
həmdəmi idi. Taleyin hökmünə bax, ona ölüm də şair Aslan Kəmərli və yazıçı-
jurnalist Valeh Şıxlı ilə birgə necə gözəl şerlər yazır”, - demişdi. 
Podpolkovnik Fikrət Məmmədov on doqquz il polis işçisi olmasına 
baxmayaraq, durub-oturduğu adamların hamısı şer-sənət xiridarı idi. Şairlərdən 
kiminlə dost deyildi: mərhum Hüseyn qismət oldu. 1992-ci il oktyabrın 26-da 
Qazağın üç ziyalı oğlu sərhəd kəndlərindən qayıdanda maşın qəzasında həlak 
oldular. 
Fikrət şair Həvəskarın şerlərini tərifləyə-tərifləyə mənə verəndə kabinetində 
üçümüz idik. Valeh, Fikrət, bir də mən. 0, üzünü Valehə tutub: 
- Ayə, a qıldıqsız, tərifləməkdən yoruldum. A Valeh, şair haqda sən də bir-
iki yaxşı söz de, qoy bu da qələminin yağlı yeriynən yazsın, mənim kəndçi şairim 
haqqında... 
Fikirli-fikirli pəncərə ağzında dayanan Valeh: 
- A Şəmistan, - dedi, - mən tərif-zad deməyəcəm. Sən onun şerlərini 
“Həvəskar” təxəllüsü ilə yazmağına fikir vermə, o, həqiqi mənada püxtələşmiş 
şairdir. Özün məndən də yaxşı bilirsən, Qazaxda elə bir xeyir iş, toy-nişan yoxdur 
ki, aşıqlar, müğənnilər onun şerlərini oxumasınlar. Gileylənməkdə Fikrət haqlıyıdı. 
İndiyə kimi heç birimiz Həvəskar barədə heç nə yazmamışıq. 
Təəssüf ki, el şairi Həvəskar haqqında mənim yazımı oxumaq nə Valeh, nə 
də Fikrətə qismət oldu. Onlara vaxtsız ölüm qismət olmasaydı, mən də yazımı belə 
kədərli bir notla başlamazdım... 
Onun əsl soyadı belədi: Allahverdi Vəli oğlu Hacıalıyev. Amma onu bu 
soyadla kənd sovet sədrindən başqa heç kəs tanımır, Qazaxda bu soyadla adam 
axtarsan müsahibin dodaqlarını büzər, üzünə təəccüblə baxıb deyər ki, belə adam 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə