Шәмистан нәзирли



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə6/93
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55280
1   2   3   4   5   6   7   8   9   ...   93

Səməd gecdən-gec: 
- Yolda kimi gördün, Əsgər paşa, - dedi. 
- Kimi görəcəm, dostumuz Mirqasımı. Qırmızı xurcun çiynində çarığın 
dabanını bərkidib, kompası da Şıxlını göstərirdi. Qəm eləmə, sabah axşamüstü 
Həcər ananın fəsəlisini yeyəcəyik. 
Ayaq üstə dayanmış Səməd ağır, həm də qəmli nəzərlərlə çarpayıda uzanmış 
Əsgər paşanın gözlərinin içinə baxdı. Onun baxışlarının ağırlığı dostunu çaşdırdı. 
- Gözünün içinə kimi yalan danışırsan, Mirqasım iki saatdan çoxdur gedib, 
sən onu harada görə bilərdin?! De görüm kimi görmüsən? 
- Vallah, Səməd, sən deyəni görməmişəm. O ki burda deyil Bakı 
darülmüəllimatı hara, Qazax seminariyası hara? 
Əsgər dostunun xatirinə ağ yalan dediyindən ətli yanağı qıp-qırmızı oldu. 
Pörtmüş üzünü divara döndərib əlindəki cövüzü sındırmaq bəhanəsi ilə onu 
ovcunun içində bir neçə dəfə divara vurdu. 
Səməd yaxınlaşıb onun biləyindən yapışdı, əlindən cövüzü alıb dişi ilə 
sındırdı. 
- Al, bunun ki qabığı nazikdir, dişlə sındırmaq olur. Özünu divara niyə 
döyürsən? 
Əsgər cəld çarpayıdan yerə düşdü. 
- Səməd, - dedi, - hələ axşamdandır, yatmağa çox var. Gedək bir az 
seminariyanın arxasındakı təpədə gəzək. 
Onlar çay sahilində, həmişə dərs hazırladıqları təpədə xeyli gəzdilər. Əsgər 
paşa nə qədər gülməli əhvalatlar danışıb-zarafat edirdisə, Səmədin könlü açılmırdı. 
Birdən Əsgərin yadına gözətçini aldatmağı düşdü. 
...Əsgər cövüz oğurluğuna gedəndə gözətçi təpədə oturmuşdu, O, heç cürə 
oğurluq edə bilməyəcəyini görəndə qaçıb Ağköynək kəndinin qırağındakı balaca 
uşaqları inandırdı ki, qaçın gözətçi Murada deyin ki, ot tayana od düşüb yanır. 
Arvadının qışqırmaqdan boğazı cırıldı, tez ol gəl. 
Uşaqlar gözətçi Murada ot tayasının yandığını deyən kimi kişi qaça-qaça 
evinə getdi. 
Gözətçi qayıdana kimi Əsgər paşa çiblərini doldurub dərənin o tayına keçdi. 
Gözətçinin deyinə-deyinə uşaqları qovduğunu görüb: 
- Bu dəfə mənim xeyrimə, a Murad dayı, - dedi. 
Əsgərin hay-küylə danışdığı əhvalata diqqətlə qulaq asan Səməd 
gülümsünüb: 
- Yaman fırıldaqçısan, - dedi, - ay Əsgər paşa... 
- Səməd, gəl, sabah yenə gedək cövüz yığaq, bazar günüdür, Mirqasım 
qayıdana kimi nə edəcəyik?! 
 
* * * 
 
Səhəri günü günortaüstü iki dost cövüz oğurluğundan yeyib-doyub, kefləri 
kök Qazağın mərkəzi küçəsində gəzişirdilər. 


Səmədin tez-tez Əsəd xozeyinin evinə tərəf getməyinə Əsgər mane olmaq 
istəyirdisə mümkün olmurdu. Onlar seminariya həyətində Mirqasımın yağlı fəsəli 
gətirəcəyindən danışıb gülsələr də, hər ikisinin oğrun gözləri Əsəd xozeyinin 
darvazasında idi. 
Birdən-birə onlardan xeyli irəlidə Dürrə göründü. Onun qara, uzun hörükləri 
yumru döşlərinin yanından üzüaşağı sallanırdı. Xozeyin qızı bahalı ipək paltarlarla 
elə qəşəng bəzənmişdi ki, sanki gözəllik ilahəsi ndi. O öz bədbəxt aşiqinə doğru 
irəliləyirdi. Qızın qarabuğdayı yanaqları həyəcandanmı, yoxsa firavan keçən 
həyatın varındanmı od tutub yanırdı. Ərköyün qızlara məxsus yerişi mütənasib 
bədəninə xüsusi gözəllik verirdi. 
Səməd Dürrəni görən kimi özünü itirdi. O, indi ətrafına boylanır, döyüş 
meydanından qaçmaq istəyən fərariyə bənzəyirdi. 30-40 addımlıq məsafə ona 
həyatla ölüm arasındakı yol qədər qorxulu görünürdü. Axı, bir ilə az qalırdı ki, o, 
məhəbbət qibləgahının nə üzünü görür nə də səsini eşidirdi. 
Əsgər paşa Səmədin mütləq qıza yaxınlaşacağını bildiyindən qorxa-qorxa 
ətrafa boylanırdı ki, birdən müəllimlərdən, ya da yaşlı adamlardan görən olar. 
Səməd dostunun dinmədiyini görüb: 
- Əsgər paşa, - dedi, - ora bax, o, Dürrə deyilmi bizə tərəf gələn? 
Əsgər paşa könülsüz, həm də qorxa-qorxa dedi: 
- Hə, odur, görürəm, sən allah yaxınlaşma, görən olar, biabır olarıq. 
Səməd dinmədi, onun ürəyi elə döyünürdü ki, az qala indicə partlayacaqdı. 
- Salam, Dürrə, necəsən, dünəndən gəlmisən? - Səməd soruşdu. 
Dürrə ayaq saxlayıb gülümsündü. Səmədin bir-birinə qarışmış tozlu, qara, 
qıvrım saçlarında nəzərlərini xeyli saxladı. Ürəyində deyirdi ki, başını daramaq 
üçun özünə bir daraq ala bilmirsən, hələ qız da sevirsən. Gör, hələ yuyulmamış 
köynəyin necə də üzülüb, şalvarının balağı torpaqda sürünməkdən didilib. 
Səməd Dürrənin onun üst-başına diqqətlə, həm də kinayə ilə baxdığını görüb 
dedi: 
- Belə baxma, Dürrə xanım, erkək atın çulu cırıq olar. 
Xozeyin qızı qəhqəhə çəkib güldü: 
Səməd xozeyin qızının gülüşündən yox, təsadüfi görüşdən özünü itirmişdi. 
Dönüb dostuna baxdı. Əsgər paşa başı ilə işarə edib: 
- Tez ol, gedək, - dedi. 
Birdən Səmədin yadına nəsə düşmüş kimi tələsik ciblərini axtardı. Əlini 
cibindən çıxarıb ovcunu açdı. 
- Dürrəciyim, - dedi, - sənə nəsə bağışlamaq istəyirdim. Amma üstümdə heç 
nə olmadı, bircə bu cövuzdən başqa. Atalar yaxşı deyib, bəxtini cövüzdə sına. Gəl 
bu cövüzü qoyum ayaqlarının altına, onu vur sındır. Əgər cövüz saf çıxsa, deməli 
sən mənimsən, yox çürük çıxsa... 
O, sözünün dalını demədi, aşağı əyildi. Cövüzü qızın dabanı yanında yerə 
qoydu. Qəddini düzəldib, qəmli baxışlarını hər cür qayğıdan, kədərdən uzaq, şən-
şən gülümsəyən xozeyin qızına dikdi. Durrənin tərəddüdlə, yerli-yersiz güldüyünü 
görüb: 
- Vur, - dedi, - vur sınsın. 


Dürrə ayağını qaldırıb ani olaraq havada saxladı. O, sanki ipək corabını, par-
par yanan dikdabanını yoxsul aşiqinə göstərirdi. Qız qara gözlərini süzdürüb bir 
dikdabana, bir cövuzə, bir də Səmədə baxdı. Səmədin ürəyi nimdaş köynəyi 
altından tir-tir əsirdi. Dikdaban bir zərbə ilə cövuzü sındırdı. Səməd əyilib 
torpaqqarışıq cövüzü götürdü. Ovcunda çürük cövüzü görəndə onsuz da qara olan 
sifəti daha da tünd rəng aldı, sonra da göyərdi. Sol əlinin şəhadət barmağı ilə çürük 
cövüzü qarışdırdı, sanki gözünə inanmırdı. Səməd sərt bir hərəkətlə başını dik 
tutub Dürrəyə şer dedi: 
 
Görünmə gözümə, yar, qan ağlaram
Tülək tərlan kimi səkən vəfasız. 
Onu bil, Məcnundan yaman ağlaram, 
Sinəmə dağ-düyün çəkən vəfasız
2

 
1975 
 
 
MƏHƏD BƏY VƏKİLOVUN DƏFTƏRİ 
 
Onun haqqında çox eşitmişdim. Amma nə fotoşəklini görmüşdüm, nə də 
ədəbi-pedaqoji fəaliyyətini tam bilirdim. Təkcə onu bilirdim ki, zövcəsi Olya 
xanım Vəkilova ilə bərabər inqilabdan əvvəl Qazaxda öz hesabına yetimxana 
saxlayırmış. Bir də mənə məlum idi ki, nüfuzlu Vəkilovlar nəslindən olan Məhəd 
bəy Səməd Vurğunun qohumu, daha doğrusu, 1900-cu ildən Qafqaz Tibb 
Cəmiyyətinin həqiqi üzvü, məşhur həkim Məmmədrza ağa Vəkilovun bacısı 
oğludur. 
İldə bir neçə dəfə Daş Salahlıya gedib-qayıdanda ara-sıra da olsa yol 
üstündəki “Məhəd bəy təpəsi”nə çıxıb Qazağa, Kosalara, Dəmirçilər və Çaylı-
Kommunaya baxardım. Ta Kür çayına qədər uzanan biçənəkləri, Ağstafa çayının 
sağ və sol sahillərini burdan aydın görərdim. Bu qəlbi yerdən baxanda doğma aran, 
Göyəzən və Avey dağları təsvirəgəlməz gözəlliklə insanı valeh edir. Həmyerliləri 
Məhəd bəydən, onun el-oba üçün yaxşılıqlarından iftixarla danışardılar. 
Bir dəfə ağsaqqal Əbdüləzim Həsənov çox sərt və ərklə mənə dedi ki, niyə 
Məhəd bəydən yazmırsan, axı, o, unudulası kişi deyil. 
Əbdüləzim əmi fikir-xəyal içində baxışlarını uzaqlara dikmişdi. Gözucu 
onun baxdığı səmti izləyirdim. Gövhər ağa arxını, Qazaxbəyli biçənəyini seyr edən 
kişi bərk fikirli idi. Keçmiş günlərdən nəyisə xatırlayan Əbdüləzim əmi 
doluxsunmuşdu. Ayağı ilə üstündə dayandığımız “Məhəd bəy təpəsi”nin torpağını 
qurdalaya-qurdalaya: 
- Oğul, - dedi, - el-oba sağlığında hər adamın, hər bəyin adını əbədiləşdirmir. 
Bu yurd onun olub, əlli ildən çoxdu şura hökuməti qurulub, yenə onun adını xalqın 
yaddaşından silə bilmir. Məhəd bəy xalqı talayan bəylərdən olmayıb, xalqa dayaq 
                                                 
2
 Heyf ki, Səməd Vurğunun 1922-ci ildə bədаhətən dеdiyi bu şеrin sоnrаkı bəndləri yаddа qаlmаyıb. (Ş. N.) 
 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə