Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə61/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   57   58   59   60   61   62   63   64   ...   200

127

Teatr.Kino

75 

illiyi

Həsən Əbluc

1942-1994

APREL

Həsən Abbasqulu oğlu  Əbluc 

1942-ci il aprel ayının 22-də  Təbriz 

şəhərində anadan olmuşdur. Cənubi 

Azərbaycanda demokratik hərəkat sü-

quta uğrayandan sonra ailəsi Bakıya 

köçmüşdür. Həsən  Əbluc hələ  uşaq 

vaxtlarından aktyorluğa böyük həvəs 

göstərmişdir. Hələ 5-6-cı sinifdə 

oхuyarkən Gənc Tamaşaçılar Teatrı-

nın müqtədir aktyorlarından olan Sü-

leyman  Ələsgərovun rəhbərlik etdiyi 

pionerlər sarayında keçirilən dərnəyin 

üzvü olmuşdur. 

Orta məktəbi bitirdikdən sonra, 

Azərbaycan Dövlət Politexnik İns-

titutuna (indiki Texniki Universi-

tet) daxil olmuşdur. Birinci kursdan 

sonra sənədlərini M.Əliyev adına 

Azərbaycan Dövlət Teatr İnstitutunun 

aktyorluq fakültəsinə vermişdir. Elə 

həmin il Azərbaycan Dövlət Dram Te-

atrında rumın yazıçı Sebastyanın “Ad-

sız ulduz” tamaşasına quruluş vermiş-

dir.

H.Əbluc Tofiq Kazımov kimi is-



tedadlı rejissorun Azərbaycan Dövlət 

Akademik Milli Dram Teatrında ha-

zırladığı tamaşalarda ikinci rejissor 

işləmiş  və  həm də onun kursunda 

təhsilini davam etdirmişdir. 3-cü kurs-

da oxuyanda Akademik Dram Teatrına 

işə dəvət olunmuşdur. Ona səhnə danı-

şığından Müxlis Cənizadə dərs demiş

Həsənin gözəl danışığına, sənətinə, 

diksiyasına, savadına görə onu özünə 

assistent götürmüşdür. 

Həsən  Əbluc 30 il Azərbaycan 

Dövlət  İncəsənət Universitetində bir 

pedaqoq kimi gənclərə sənətin sirlərini 

öyrətmişdir.

Vaxtilə Moskvada Ümumittifaq 

Dövlət Kinematoqrafiya  İnstitutun-

da Azərbaycan qrupu yaradılmışdı. 

Məşhur aktyor, rejissor Yevgeni Mot-

feyev həmin qrupun rəhbəri idi. Ayda 

bir həftə  səhnə danışığından dərs 

demək üçün Həsən Əblucu Moskvaya 

dəvət edirdilər.

Həsən  Əbluc gözəl, ecazkar, 

cəlbedici, inandırıcı səsi ilə qəlbi sözə 

bağlı olanların sevimlisinə çevrilmiş-

di. O, radio tamaşalarında da saysız-

hesabsız baş rollar yaratmışdır. Dubl-

yaj  filmlərində bütün rejissorlar baş 

rolları səsləndirməyi H.Əbluca həvalə 

edirdilər. Çünki o, dublyajda da öz 

möhürünü vurmuşdu.

Həm müəllim, həm rejissor, həm də 

aktyor olan Həsən Əbluc, eyni zaman-

da biri-birindən maraqlı hekayələr, 

dram əsərləri yazmışdır.

Həsən  Əbluc 1994-cü il mart ayı-

nın 13-də vəfat etmişdir. 

O, cəmi 52 il yaşadı. Bu işıqlı dün-

yadan ömrünün kamilliyə yenicə çat-

dığı bir vaxtda ayrılan Həsən  Əbluc 

yaddaşlarda da öz kamil və  ləngərli 

səsi ilə elə bu yaşda qaldı. Onu səsinin 

yaşı ilə ömrünün yaşı bəlkə də üst-üstə 

düşür. Azı ona görə ki, belə qiraət us-

tasının səsi heç vaxt qocala, titrəyə, öz 

təravətini itirə bilməzdi...

Sənətkarın qardaşı kinorejissor 

Ənvər  Əbluc  оnun haqqında “Həsən 

Əbluc”  filmini lentə almışdır. Bu 

Həsən Əbluca bir qardaş sevgisi ilə ya-

naşı, həm də bir tamaşaçı aşiqliyindən 

irəli gəlmişdir.

 

    



Ə d ə b i y y a t

Kazımzadə, A. Həsən 

Əbluc //Kazımzadə A. 

Bizim “Azərbaycanfilm”. 

1923-2003-cü illər                          

/Azərbaycan Resp. 

Mədəniyyət Nazir-

liyi, C.Cabbarlı ad. 

“Azərbaycanfilm” kinostu-

diyası.- Bakı, 2004.- S.52.

Abbaslı, T. Həsən Əbluc 

qiraətləri: Süsən sünbül 

əsimli, şeyda bülbül sədalı, 

şəbi-hicran ağrılı, dili-

vüsal çağrılı... /T.Abbaslı 

//Mədəniyyət.-2015.- 13 

mart.- S. 11.

Əhmədalılar, T.  İfa 

poeziyası...: Səhnələrin 

ali səs, hərəki-feli nəfəs 

dramaturgiyası idi - Həsən 

Əbluc... /T.Əhmədalılar 

//Mədəniyyət.-2014.- 23 

aprel.- S. 12.

İ n t e r n e t d ə

http://www.anl.az/down/

meqale/medeniyyet/2015/

mart/426160.htm

http://www.anl.az/down/

meqale/medeniyyet/2014/

aprel/365618.htm

http://azertag.az/xeber/

banzarsiz_sasin_isiginda_

aprelin_22_si_hasan_ab-

lucun_dogum_gunudur-

475824

http://baki-baku.az/

22

Aktyor


128

Teatr.Kino

115 

illiyi

İsmаyıl Оsmаnlı 

1902-1978

APREL

İsmayıl Osman oğlu Osmanlı 1902-ci 

il aprel ayının 24-də qədim Nuxada (in-

diki Şəki), kasıb bir ailədə dünyaya göz 

açmışdır. On bir yaşında olarkən atası 

vəfat etmiş, bu səbəbdən mükəmməl 

təhsil ala bilməyən  İsmayıl  Şəki  İpək 

Fabrikində, dabbaqxanada işləmişdir. 

Təbiətən çox şux görünən və  məşhur 

Şəki lətifələri söyləməyi xoşlayan  İs-

mayıl özünü daim səhnədə, tamaşaçılar 

qarşısında təsəvvür edirdi.  

1920-ci ildə o, Şəkidəki fəhlə-kəndli 

klubunda fəaliyyət göstərən, həvəskar 

aktyorları bir məram  ətrafına toplayan 

dram dərnəyinə üzv yazılmış, lakin iki 

ildən sonra Gəncəyə köçdüklərindən  

altı il buradakı  həvəskarlar teatrında 

çalışmışdır. 1928-ci ildə Tiflis Dövlət 

Azərbaycan Dram Teatrına dəvət al-

ması da məhz  Gəncədə tanınması ilə 

əlaqədar olmuşdur. Həvəskar aktyorun 

Tiflis həyatı çox çəkməmişdir. Bakıda 

fəaliyyət göstərən Milli Dram Teatrının 

truppasına qəbul olan İsmayıl Osmanlı 

ömrünün və  fəaliyyətinin sonuna kimi 

bu sənət məbədində çalışmışdır.

İsmayıl Osmanlı dram və faciə jan-

rında xarakterik obrazların, dramatik 

pyeslərdə yumorlu surətlərin, həm də 

komediyalarda məsxərəli və satirik rol-

ların ifaçısı olmuşdur. Onun yaratdığı 

Keçəl Aslan, Fon Hols, Şaliko (“Xan-

lar”, “İnsan” və “Vaqif”, Səməd Vur-

ğun), Əmrah (“Pəri cadu”, Əbdürrəhim 

bəy Haqverdiyev), Şeyx Hadi, Vali, 

Şakro (“Şeyx Sənan”, “Səyavuş” və 

“Knyaz”, Hüseyn Cavid), Munis, Kərim 

Rəhimli (“Nizami” və “Alov”, Mehdi 

Hüseyn), Əliş (“Qatır Məmməd”, Zey-

nal Xəlil),  Kefli Bəşir (“Bahar suları”, 

İlyas Əfəndiyev), Cəbi (“Hacı Qəmbər, 

Nəcəf bəy Vəzirov), Səfər bəy (“Hacı 

Qara”, Mirzə Fətəli Axundzadə), Əşrəf 

(“Türkiyədə”, Nazim Hikmət) və onlar-

la yaddaqalan obrazı misal göstərmək 

olar.

İsmayıl Osmanlı kino sahəsində  də 



uğurlara imza atmış, “Azərbaycanfilm”in 

istehsal etdiyi “Kəndlilər” (Daxili işlər 

naziri), “Bir məhəlləli iki oğlan” (Mah-

mud), “O olmasın, bu olsun” (Rza bəy), 

“Əsl dost” (Usta Şirəli), “Yenilməz 

batalyon” (Yusif), “Mən ki, gözəl de-

yildim” (Poçt müdiri), “26-lar” (Şah-

bazov), “Ulduzlar sonmür” (Hacı Zey-

nalabdin Tağıyev), “Nəsimi” (Nəimi), 

“Yeddi oğul istərəm” (Kələntər) və sair 

filmlərdə unudulmaz obrazlar yaratmış-

dır.


İstedadlı və görkəmi aktyorun yara-

dıcılığı  və  fəaliyyəti dövlət tərəfindən 

yüksək qiymətləndirilmiş, 1940-cı ildə 

Azərbaycan SSR-in “Əməkdar artist”, 

1949-cu ildə “Xalq artisti” fəxri adla-

rına, 1974-cü ildə isə SSRİ-nin “Xalq 

artisti” fəxri adına layiq görülmüşdür. 

“Şərəf Nişanı”  və “Qırmızı Əmək Bay-

rağı” ordenləri ilə təltif edilmişdir.

İsmayıl Osmanlı 1978-ci il iyun ayı-

nın 22-də vəfat etmiş, Fəxri Xiyabanda 

dəfn edilmişdir. 

    

Ə d ə b i y y a t

Abbaslı, T. Böyük, 

rəngarəng aktlar aktyoru: 

Oynanılası nə “növ” 

rol qalıb ki, İsmayıl 

Osmanlı onu oynama-

mış olsun... /T.Abbaslı                            

//Mədəniyyət.-2012.- 25 

aprel. - S.12.

Abdin, T. Siz Osmanlıya 

məktub yazmısınızmı?: 

İsmayıl Osmanlı kimdir   

/T.Abdin //Ədalət.- 2009.- 

9 may.- S. 15.

Aytək. Hamam hamam 

içində...: 107 yaşlı 

İsmayıl Osmanlı /Aytək 

//Mədəniyyət.-2009.-24 

aprel.-S. 10.

Məhərrəmova, T. Dərin 

xarakterlər ustası: SSRİ 

Xalq artisti İsmayıl 

Osmanlının həyat və 

yaradıcılığı haqqında                   

/Təranə Məhərrəmova             

//Kaspi.-2010. 24-26 

aprel.- S.15.

Nərimanoğlu, M. 

Kələntər dayının 

obrazlar qalereyası: 

İsmayıl Osmanlı - 110                                        

/Məhəmməd Nərimanoğlu                  

//Azərbaycan.-2012.- 24 

aprel.- S.11.

24

Aktyor



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə