Teqvim-2017. pdf


Tarixdə bu gün  Beynəlxalq Mədəniyyət Günü



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə69/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   65   66   67   68   69   70   71   72   ...   200

143

Tarixdə bu gün 

Beynəlxalq Mədəniyyət Günü 

1935 

     

APREL

15

15 aprel mədəniyyət təqviminin 

ələmatdar günlərindən biridir.

Ümumdünya mədəniyyət gü-

nünün qeyd olunması  təklifini 

ilk dəfə 1931-ci ildə Belçikanın 

Bryuqqe  şəhərində keçirilən konf-

ransda rəssam Nikolay Rerix təklif 

etmişdir. 1935-ci il aprelin 15-də 

Vaşinqtonda “Bədii, elmi müəssisə 

və tarixi abidələrin mühafizəsi və 

qorunması haqqında” imzalanmış 

müqavilə əsasında reallaşmışdır. Bu 

gün beynəlxalq hüquq təcrübəsində 

Rerix Paktı kimi də tanınır. 1998-

ci ildə “Mədəniyyətin Müdafiəsi 

Beynəlxalq Liqası” adlı ictimai 

təşkilat bu tarixin Beynəlxalq 

Mədəniyyət Günü kimi qeyd olun-

ması  təşəbbüsü ilə  çıxış etmiş, bu 

gün bir sıra ölkələrdə qeyd olunma-

ğa başlamışdır.

2008-ci ilin dekabrında Rusiya, 

İtaliya, İspaniya, Arqentina, Meksi-

ka, Kuba, Latviya, Litvanın ictimai 

təşkilatlarının təşəbbüsü ilə 15 ap-

relin Dünya bayrağı altında Ümum-

dünya mədəniyyət günü kimi təsdiqi 

üçün Beynəlxalq hərəkat yaranır.

Azərbaycan da öz mədəniyyəti 

ilə yaşayan və dünyada nümunə 

göstərilən ölkələr sırasındadır. Dün-

yanın ən böyük mədəniyyət təşkilatı 

olan UNESCO ilə  sıx  əməkdaşlıq 

edirik, Azərbaycanın mədəni 

dəyərləri bu qurum vasitəsilə bütün 

dünyada təbliğ olunur. UNESCO-

nun müvafiq siyahılarında ölkəmizin 

çox sayda maddi və qeyri-maddi 

mədəni irs nümunəsi yer alır. Xüsusi 

qeyd olunmalıdır ki, Azərbaycanın 

mədəni irsinin qorunması, təbliği 

və  gələcək nəsillərə ötürülməsində 

Heydər  Əliyev Fondunun prezi-

denti, UNESCO-nun xoşməramlı 

səfiri Mehriban xanım  Əliyevanın 

xidmətləri böyükdür.  

Azərbaycanda müxtəlif 

beynəlxalq festivallar keçirilir, 

eyni zamanda ölkəmiz müxtəlif 

beynəlxalq mədəniyyət tədbirlərində 

təmsil olunur, bunun özü dünya-

nın mədəniyyət proseslərində  işti-

rak deməkdir.  Əslində, Beynəlxalq 

Mədəniyyət Günü xoşməramlı 

təşəbbüsdür.   

Bu gün Azərbaycan muğamı 

bəşəriyyətin  şifahi və qeyri-maddi 

şah  əsərləri siyahısına, Azərbaycan 

aşıq sənəti, milli bayramımız olan 

Novruz bayramı, Azərbaycanın 

ənənəvi xalçaçılıq sənəti, habelə 

tar ifaçılığı  sənəti UNESCO-nun 

bəşəriyyətin qeyri-maddi irs üzrə 

reprezentativ siyahısına daxil edil-

mişdir.  



Ə d ə b i y y a t

Azərbaycan dünya 

mədəniyyətinə açıqdır       

//Mədəniyyət.- 2015.- 

№4.- S12-13. 

Əliyeva, İ. 

Mədəniyyətlərarası 

dialoq məkanı: 15 aprel 

Beynəlxalq Mədəniyyət 

Cünüdür /İ.Əliyeva          

//Azərbaycan.- 2014.- 15 

aprel.- S.11.

Mehparə. 15 Aprel 

Beynəlxalq Mədəniyyət 

Cünüdür: “Dün-

ya mədəniyyətinə 

hörmət hər bir xal-

qın öz mədəniyyətinə 

münasibətindən başlayır” 

/Mehparə //Mədəniyyət.- 

2015.- 15 aprel.- S. 10.

Nərimanoğlu, M. 

Mədəni dəyərlər xalqları 

bir-birinə yaxınlaşdı-

rır /M.Nərimanoğlu               

//Azərbaycan.-2015.-15 

aprel.-S.10.

Sultanova, M. 

Mədəniyyətimiz dünya 

üçün çox anlaşıqlıdır  

/M.Sultanova //Ekran-

efir.- 2015.- 17 aprel.- S.7.


144

Tarixdə bu gün

Tarixi Abidələrin Mühafizəsi Günü

1983  

APREL

Bu  əlamətdar gün Tarixi Yerlər və 

Abidələrin Mühafizəsi Şurasının (İCO-

MOS) təklifi üzrə UNESCO tərəfindən 

1983-cü ildə təsis olunmuşdur. Məqsəd 

insanların diqqətini abidələrin və tari-

xi yerlərin qorunmasına yönəltməkdir.

Hər bir ölkənin tarixinin qədimliyi 

onun maddi-mədəniyyət yadigarları-

nın çoxluğu və  qədimliyi ilə ölçülür.

Bu sahədə ölkəmizin bəxti gətirmişdir. 

Qobustan, Gəmiqaya,  İstisu qayaüs-

tü təsvirləri, Çıraqqala, Oğlanqala, 

Cavanşir, Gülüstan, Əlincə, Buğurd, 

Gələrsən-Görərsən kimi qalalarımız, 

Möminə xatın, Yusif ibn Küseyr, Ol-

caytu Xudabəndə məqbərələrimiz, Göy 

məscid, Şah Abbas məscidi, Gövhərağa 

məscidi, Cümə  məscidi, Təzəpir 

məscidi kimi dini ibadətgahlarımız, 

Həşt behişt, Şirvanşahlar, İrəvan sərdar 

sarayı, Şəki xan sarayı kimi nadir me-

marlıq abidələrimiz bu qəbildəndirlər.

Hazırda işğal altında olan dünya 

əhəmiyyətli mədəni-tarixi abidələrimiz 

- Azıx və Tağlar mağaralardan tapılmış 

maddi mədəniyyət nümunələri hələ 

1981-ci ildə Parisin İnsan muzeyində 

“Avropanın ilk sakinləri” adlı  sərgidə 

nümayiş etdirilmişdir.

2002-ci ildə respublikamız 

Abidələrin Bərpası 

və 

Tədqiqi 


Beynəlxalq mərkəzinə üzv qəbul olun-

muşdur. Azərbaycan tarixində ilk dəfə 

olaraq Şirvanşahlar saray-kompleksi və 

Qız qalası da daxil olmaqla İçərişəhər 

Dövlət Tarixi-memarlıq kompleksi, 

Qobustan qoruğu YUNESKO-nun 

“Dünya mədəniyyəti irsi” siyahısı-

na daxil edilmişdir. Orta əsrlərə aid 

abidələr (Möminə Xatun, Qarabağlar

Gülüstan, Bərdə türbələri, Şirvanşahlar 

sarayı, Şəki xan sarayı, Şuşa şəhərinin 

abidələri və s.) nəinki Şərq, hətta dünya 

memarlığının ən gözəl incilərindəndir.      

Milli mədəni irsin qorunmasını  təmin 

etmək, “Azərbaycan 2020: gələcəyə 

baxış”  İnkişaf Konsepsiyasını  həyata 

keçirmək məqsədilə Azərbaycan 

Respublikası Prezidentinin 2013-

cü il 27 dekabr tarixli Sərəncamı ilə 

təsdiq olunmuş “Daşınmaz tarix və 

mədəniyyət abidələrinin bərpası, qo-

runması, tarix və  mədəniyyət qoruq-

larının fəaliyyətinin təkmilləşdirilməsi 

və inkişafına dair 2014-2020-ci illər 

üzrə Dövlət Proqramı” isə bundan son-

ra görüləcək işlərin istiqamətini dəqiq 

müəyyən edən qiymətli bir sənəddir. 

İşğal altında olan ərazilərimizdə 

xalqımızın keçmişi və bu gününü əks 

etdirən 1852 mədəniyyət və incəsənət 

abidəsi erməni vandalizminin 

təcavüzünə məruz qalmışdır. Nəticədə 

tariximiz üçün mühüm əhəmiyyət kəsb 

edən, milli özünəməxsusluğu özündə 

əks etdirən minlərlə tarixi və arxeoloji 

abidəmiz məhv edilmişdir. 



22

18

Ə d ə b i y y a t 

Ağaoğlu, T. Tarixin 

yadigarları qayğı se-

vir: 18 aprel Abidələrin 

Beynəlxalq Mühafizəsi 

Günüdür:  [işğal altında 

qalan ərazilərdəki tarixi 

abidələrimiz haqqında] 

/T.Ağaoğlu //Azərbaycan.-

2009.- 18 aprel.- S. 7.

Əlizadə, O. Tarixi irsimizin 

əbədi yaddaşı:18 aprel 

Abidələrin Beynəlxalq 

Mühafizə günüdür  

/O.Əlizadə //Azərbaycan.-

2010.- 18 aprel. - S.6.


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə