Təsisçi: “Hədəf” nəşrləri Baş redaktor: fil.ü. f d., dos. Şəmil Sadiq Redaktor



Yüklə 9,34 Kb.
Pdf görüntüsü
səhifə42/53
tarix13.11.2017
ölçüsü9,34 Kb.
#9835
1   ...   38   39   40   41   42   43   44   45   ...   53

91
USTAD 
dərgisi \ Fevral 2016
90
USTAD 
dərgisi \ Fevral 2016
fərqli 
91
USTAD 
dərgisi \ Fevral 2016
90
USTAD 
dərgisi \ Fevral 2016
Ona görə ki, 150 il əvvəl bizi ayıltmağa 
çalışdığı halda, bu gün bu torpaqlarda Yerin 
fırlanmasına şəkk gətirən adamlar var və 
onlar alim adı ilə elm ocaqlarında çalışırlar. 
Dünən üçün “Kəmalüddövlə məktubları”, 
bu gün isə “Kəmalüddövlə tvitləri” təkcə 
ümumiləşdirilən İran xalqlarının deyil, türklər 
də daxil olmaqla, bütövlükdə İslamın hakim 
olduğu dünyanı ayıltmaq üçün bir vaksindir. 
Necə ki, Kəmalüddövlə bir kitab və bu kitab 
ətrafında yazılan bir sistemi aradan götürə 
bildi, eləcə də, bu günün Kəmalüddövlələri 
sosial şəbəkələrdə eyni mücadiləni 
aparmalıdır.
Bəs, bu günün Kəmalüddövləsi kimdir?
Dünənin dünyasından fərqli olaraq bu 
günün Kəmalüddövləsi oxumuş, maarifçi 
adam deyil. Çünki İŞİD simpatizianları 
arasında Qərb təhsilli yüzlərlə adam var. 
Bugünün Kəmalüddövləsi düşünən insan 
da deyil. Çünki İŞİD-in içərisində bir kəndi 
necə yox etmək, insanları hansı vasitələrlə 
öldürmək, Hollivud filmlərindən daha real 
görüntülər çəkmək yollarını düşünən onlarla 
peşəkar mütəxəssis var.
Bəs, bugünün Kəmalüddövləsi kimdir?
Əlbəttə, yenə də harada yaşamasından 
asılı olmayaraq, Qərb adamıdır, yenə də 
hansı siyasi quruluşda yaşamasından asılı 
olmayaraq sekulyar, dünyəvi dəyərlərə 
malikdir. Hədəfi təkcə gericiliklə
obskurantizmlə mübarizə deyil, həm də 
bəşəriyyətin yeganə xilası olan elmin bir 
ömürboyu xidmətçisidir. 
Nümunə gərəkdirsə, Şərqin və türk 
dünyasının bugünkü Kəmalüddövləsi, 
bugünkü Axundzadəsi Əziz Sancar kimilərdir. 
Modern dünyamızın 
Kəmalüddövləsinin tvitlərindən 
biri: “Dünyaya yenidən gəlsəm, 
Türkiyədə müəllim olmaq 
istəyərdim”.


söz məkanı
91
USTAD 
dərgisi \ Fevral 2016
90
USTAD 
dərgisi \ Fevral 2016
91
USTAD 
dərgisi \ Fevral 2016
90
USTAD 
dərgisi \ Fevral 2016
Azad Qaradərəli
Tanış 
olmayan 
yazı
hekayə
Sənin üçün
Ə
yildi. Sonra nə çarə elədi, qəddini 
düzəldə bilmədi. Niyə əyildiyinə 
özü də təəccüb etdi – həkimin 
yazdığı xəstəlik tarixçəsi yerə düşmüşdü. 
(Əslində bu, qiymətli kağızdır. Onun əsasında 
bir neçə aylıq maaş ala biləcək, amma daha 
bu da gözündə deyildi). Daha əyilmişdi 
deyin, götürdü. “Bayırda büküb ataram”, –  
düşünüb, qəddini birtəhər düzəltdi. 
Həkimin gözlərinə baxmamağa çalışdı. 
Elə bu gənc oğlan da ayrı yerə baxırdı. 
Baxışları sanki, – “mən niyə bu adama ürcah 
oldum axı, xəstəmi qəhət idi”, – deyirdi. 
Yaşlı olsaydı, bəlkə nəsə mızıldanar, mənasız 
sözlər də olsa, söyləyərdi. Amma bu çox 
gənc həkimdir. Bəlkə də yaxın günlərdə 
işə başlayıb, yaxud bəlkə də o onun ilk 
xəstəsidir? Bəxtə bax. Bu da belə çıxdı. 
Xəstənin də, həkimin də, elə Allahın da aciz 
qaldığı mərəz...
O bu barədə lap əvvəllər – hələ sapsağlam 
olanda da düşünmüşdü: Allahın çarəsini  
yaratdıqlarından gizlətdiyi yeganə xəstəlik. 
Bu tanrıyla insanlar arasında bir qırılan 
həlqədir həm də. Daha “Allaha təvəkkül” də 
keçmir  bu yerdə... Ən pisi isə odur ki, guya 
ziyalı xəstəliyi adlanan bu bəla son vaxtlar 
çoban-çoluğa da tamah salır... 
(Yadındadır, əmisini həkimə aparmışdı 
illər öncə. O çağlarda xəstəyə xərçəng 
olduğunu demirdilər. Gizlincə qohumlarına 
pıçıldayırdılar. Əmisində də o zibildən tapıldı. 
Həkim saxta gülüşlə demişdi: “Bu koykada 
bilirsiniz kim yatıb? Dahi Qara Qarayev!” 
Və həkim əmisinin gözündəki işığın bircə 
anda söndüyünü görüb tələsik palatanı tərk 
etmişdi. Həkim çıxan kimi əmisi kəsmişdi 
onun üstünü:”Bura bax, Qara Qarayev 
rakdan ölməyib? Özün deyirdin ki?! Hə, niyə 
dinmirsən? Evin yıxılsın dədə! Balalarım 
ləmyesir qaldı ki...”  Gecə əmisinin bağrı 
çatlayıb ölmüşdü...)
 – Bəlkə gülü götürəsiniz? – Nəhayət, 
gənc həkimin dili açıldı. 
Gül ayrı aləm idi. On il sərasər görüşdüyü 
sevgilisi göndərmişdi dünən. Üstündə ad-filan 
yoxuydu. İri  gül dəstəsinin ortasına sarı bir 
xrizantema sancılmışdı. Bu Onun naxışıydı. 
Bütün gülləri sevsə də, xrizantemadan, özü 
də sarısından olmazın  xoşu gəlirdi...
...Şirkətin pillələrini düşəndə arxadan 
qadın dikdabanlarının səsini eşidib  geri 
qanrılmadan ayaq  saxladı.  Bu səs başqa 
qadınların ayaq səsinə bənzəmirdi. Bu ayaq 
səsi açıq-aydın meydan oxuyur, danışırdı: 
“M-ə-n  qa-dı-nam!  M-ə-n  gö-zə-ləm! Ge-ri 
qan-rıl!”
Özünə söz verdi: dönməyəcək!  Amma  
ayaq səslərinin şiddətli təhdidinə dayana 
bilmədi. Səs çox amansız idi. Qanrıldı. Və 
gördüyü mənzərədən elə sarsıldı ki, “geriyə 
dön!” komandasını eşitmiş əsgər kimi bir 


söz  məkanı
93
USTAD 
dərgisi \ Fevral 2016
92
USTAD 
dərgisi \ Fevral 2016
ayağı üstə bir daha döndü: qadın, qadın kimi 
düşmürdü pillələri, güldən-gülə sıçrayan bal 
arısı kimi səkirdi. Şümşad kimi düz ayaqları, 
üzükdən keçən beli, uzun Nefirtiti boynu və 
çilçıraq kimi şölə saçan gözləri... 
Kapituliyasiya başlandı... batmış nitqini 
cilalayınca O ötüb keçə bilərdi, ona görə elə 
batıq səslə gülümsəməyə çalışaraq dedi:
– Sizin tuflilərinizin altında nəsə var?
Qadın qəşş eləyib güldü.  Özü də bu gülüş 
deyildi,  bir az da davam etsəydi orqazm  halı 
baş verəcəkdi.  Bütün şəhərin yaxşı tanıdığı 
bu yaraşıqlı televiziya icmalçısının qabağında  
saymazyana dayanmaq  mümkün deyildi 
zatən. 
– Ayaqqabımı deyə bilmərəm, amma 
ayaqlarımda nəsə olduğunu dəqiq bilirəm. – 
Ayaq səslərinin dediklərini indi dili deyirdi. 
Qadının əlində gül dəstəsi vardı... Axı 
televiziyaya gələnlərə gül bağışlamırdılar, 
hələ onlara gül aldırır, başqa təmənnada da 
olurdular. Burda nəsə başqa ovsun vardı. 
Qadın icmalçının onun əlindəki güllərə 
baxdığını görüb bu dəfə açıq təhdidlə ona 
meydan oxudu:
– Nədi, elə bilirsiniz, elə sizə gül 
bağışlayırlar?! Mənim pərəstişkarlarım 
buracan dalımca gəlmişdilər...
– Axı siz... – Sözünün dalısını gətirə 
bilmədi. Qadın onu tam əsarətdə saxlayırdı. 
Bütün doqquz milyonluq tamaşaçını özünə 
qulaq asmağa məcbur edən  icmalçı – Aqil 
müəllim bir qadının girovuna çevrilmişdi
özü də teleşirkətin pilləkənlərində... Dayan, 
dayan, deyəsən, onu hardansa tanıyırdı, 
amma hardan?
– Mən, mifoloqam, Yaz  bayramı 
haqqında  ilk tədqiqatların müəllifiyəm. Hər 
il Novruz bayramında Bahar qız da mən 
oluram... Siz məni həmişə milli geyimdə 
görmüsünüz, ona görə tanıya  bilmədiniz... 
Bir də biz hər gün televiziyaya çıxmırıq axı...
Oooooooo! Bu daha çox irəli getdi. Öz 
aləmində zəfərini qeyd edir, deyəsən... “Sən 
mifoloqdan çox, mifsən, mən ölüm!”
Tanıdı onu. Hətta sədrin yanında bir dəfə 
görmüşdü də. Sədr ağzını elə açmışdı ki, elə 
bil bu saat yeyəcəkdi qızı...
– Yaxşı, biz indi neyləyək? – lap fərsiz 
adamlar kimi dilləndi. 
“Zəhrimar elə, çor elə! Axmaq adam. 
Sual verməyinə bax?!” – ürəyində özünü o ki 
var danladı.
Qadın yenə o  qəddar gülməyini 
başlamışdı ki, yavaşca ona tərəf əyildi:
– Nolar, burda belə gülməyin... Bəlkə  sizi 
maşınla aparım?
– Olar, niyə olmur ki? Dədəmiz 
döyməyəcək, nənəmiz döyməyəcək...
Bu da bir işarə...
Və maşına minib getdilər  bir baş 
bulvardakı Gəmi-restorana...
          
***
 
İki gün sonra zəngləşib görüşmüşdülər. 
Bu dəfə artıq Aqilin şəhərdən kənarda – 
Günəşlidə  hamıdan gizli  tutduğu birotaqlı 
evində. Sonralar da davam etdilər. Həftədə 
iki, bəzən üç dəfə. Bu görüşlər onun 
həyatında yeni bir səhifə açdı, bəlkə də 
stimul oldu. İndi o, efirdə daha coşqulu 
danışırdı. Elmi işini daha ürəklə yazırdı və 
bu qadın onsuz da hələ cavan olan icmalçını 
daha da cavanlaşdırmışdı...
(Belə hal həyatında bir neçə dəfə 
olmuşdu. Amma epizodik. Ən uzun çəkəni 
bir, yaxud iki ay. Sonra həmin qadınla dost 
kimi qalmışdılar. Bu isə ayrı aləm idi. Bu 
yanmışda nə sirr vardısa, Aqili salmışdı 
tilsimə. Adamın içinə duman kimi sıımış – bu 
onun nənəsinin sözüydü, qısılmaq, yayılmaq, 
bürümək anlamlarına yaxındır, amma o deyil 
– sevgi vurub çıxmışdı sifətinə. Elə bil üzündə 
yazılmışdı: “Mən xoşbəxtəm! Mən sevirəm!”)
Əlbəttə, itkisiz ötüşmədi. Arvadı onun 
“üzündə yazılanları tez oxuya bildi”, deyəsən, 
– pal-paltarını çamadana yığıb dəhlizə 
qoymuşdu. O da götürüb səssizcə getdi. İndi 
ora hərdən qızlarını görməyə gedir, bir də 
pul-para verməyə.
***
 
Bir dəfə o gün-gündən daha çox 
bağlandığı qadına dedi:
– Sən heç məndən bir şey 


Yüklə 9,34 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə