Təsisçi: “Hədəf” nəşrləri Baş redaktor: fil.ü. f d., dos. Şəmil Sadiq Redaktor



Yüklə 9,34 Kb.
Pdf görüntüsü
səhifə44/53
tarix13.11.2017
ölçüsü9,34 Kb.
#9835
1   ...   40   41   42   43   44   45   46   47   ...   53

mif  söz
95
USTAD 
dərgisi \ Fevral 2016
94
USTAD 
dərgisi \ Fevral 2016
ailənin başına gələn faciələrdən danışır, 
Əyyub kişinin əzminə heyrət edirdilər. Baş 
verənlər bir insanın ağlını başdan çıxaracaq 
qədər çox idi. Bir ilin içində on dörd cənazə 
qalxan həyətdə Əyyub kişi təkbaşına 
qalmışdı. Evin böyük oğlu İshaq Moskvada 
böyük biznes şəbəkəsinə rəhbərlik edirdi. 
Ailəsi ilə birlikdə Moskva ətrafında dəbdəbəli 
bir villada, rusların içində, özü də namazında, 
orucunda qüsur etməyən həqiqi bir mömin 
ömrü yaşayırmış. Atası Əyyubdan aldığı 
tərbiyəni bir gün də unutmazmış. Övladları 
da onun kimi...
Ölkədəki biznesini idarə edən qardaşı 
İlyas isə ailəsini də götürüb Moskvaya  
gəzməyə, qardaşının yanına gedəndə baş 
verəcəklərdən xəbərsizmiş. İshaqın inanclı 
bir insan olduğunu bilən Suriyada döyüşən 
terrorçuların Rusiyadakı dəstəkçiləri ondan 
İŞİD üçün külli-miqdarda ianə tələb etmiş, 
İshaq pul verməkdən imtina etməklə bütün 
ailəsini təhdid altında qoymuşdu. İlyas bütün 
bunlardan xəbərsiz yollanmışdı Moskvaya. 
Qana susamış İŞİD tərəfdarları isə bir gecə 
qəfildən basqın edib hər iki qardaşı və ailəsini 
qətlə yetirmiş, evdə olan bütün sərvəti 
talamışdılar. O dəbdəbəli həyatdan bir ovuc 
kül qalmışdı...
Sonra İlyasın nəzarət etdiyi mebel 
zavodunda yanğın olmuş, bütün sərvəti 
bir gecədə heçə çevrilmişdi. Əyyub kişi və 
Süleyman mərhumlardan qalan borcları 
güclə vermişdilər. İndi də Süleymanın və 
bacısının son yadigarı Yusifin faciəsi... 
O böyük ailədən sadəcə Əyyub kişi sağ 
qalmışdı bu dəbdəbəli, gözoxşayan evdə. 
Çadır boyu ailə üzvlərinin çərçivələnmiş, 
qara lentlə bağlanmış şəkilləri asılmışdı...
***
Əyyub kişi sovetlərin at oynatdığı 
vaxtlarda yüksək vəzifələrdə işləmiş, 
imperiyanın hər üzünü görmüş insan idi. 
Zəhmət, alın təri, əzmkarlıq sayəsində 
müstəqillik illərində böyük sərvət qazanmış, 
amma var-dövlətin çoxluğundan qudurub 
cızığından çıxmamışdı. Qazandığına şükr 
etməyi, əlindəki sərvətin sadəcə özünə 
məxsus olmadığını bilən nadir insanlardan 
idi. Ailə üzvləri də onun kimi imanlı, əqidəli 
və dürüstdü. Qazancından neçə-neçə kasıb 
tələbəyə təhsil haqqı ödəyər, evsizlərin, 
yoxsulların qayğısına qalar, kasıblarla dostluq 
edər, məktəb təmirinə, xəstəxana tikintisinə 
pul xərcləməkdən çəkinməzdi. Dilindən dua, 
şükranlıq əskik olmaz, malın-mülkün əsil 
sahibini bir an da olsun unutmazdı. Hərdən 
məclislərdə Əyyub kişiyə söz atanlar da 
tapılardı: “Ağsaqqal, bu qədər cah-calalın 
olmasa yenə də şükr etməyi, yenə də dua 
etməyi bacararsanmı? Sənin duaların, 
möminliyin var-dövlətə, oğul-uşağına görədir, 
Əyyub kişi!” 
Bu atmacaların qarşısında Əyyub kişi 
ciddiyyətini pozmazdı:
– Onun kəramətindən şübhə edilməz! 
Verən də odur, alan da! İstəsə bir günün 
içində hər şeyi almağı da, geri qaytarmağı da 
bacarar!
Adı dillərdə dolaşan bu ailənin faciəsi və 
Əyyub kişinin əsla asi olmaması hamı kimi 
məni də təəccübləndirirdi...
***
Süleymanın ölümündən üç il keçmişdi. 
Əyyub kişini tamamən unutmuş, gündəlik 
həyatın qayğıları arasında dostumun tənha 
atasından xəbərsiz, məişət qayğılarının və 
rəhbərlik etdiyim xəstəxananın problemləri 
arasında itib-batmışdım. Hər gün palatalara 
bir-bir baş çəkir, xəstələrlə maraqlanır, 
əməliyyatdan çıxan, əməliyyata girən 
həkimlərlə, xəstələrə nəzarət edən tibb 
bacıları ilə söhbətləşirdim. Qazancım 
normal, yaşayışım ürəyimcəydi. Hərdən ağır 
əməliyyatlara özüm girir, gecəni xəstəxanada 
keçirirdim. Bir gün qəbul şöbəsinə ölümcül, 
bədəni yaralarla dolu bir xəstə gətirdilər. Onu 
xüsusi palataya köçürəndən sonra diaqnoz 
qoymaq üçün analizlər alındı. Həkimlər 
ümidsiz halda konsiliuma toplaşmışdılar. 
Ümidsiz xəstənin müalicəsi ilə bağlı qərarımı 
gözləyirdilər. Bütün analiz nəticələri 
qarşımda, həkimlərin xəstə ilə bağlı ümidsiz 
fikirlərini dinləyirdim. Qəfildən onun adı-


mif  söz
97
USTAD 
dərgisi \ Fevral 2016
96
USTAD 
dərgisi \ Fevral 2016
soyadı gözümə sataşdı:
– Təcili xəstəni görmək istəyirəm, təcili! 
Mənə onun yatdığı palatanı göstərin!
***
Əyyub kişinin vəziyyəti olduqca ağır, 
çarəsiz görünürdü. Bütün bədəni yaralar 
içində idi. Ciyərləri soyuqlamış, işıqlı siması 
sapsarı saralmışdı. Heysizlikdən dili söz 
tutmasa da, dodaqlarının arasından süzülən 
duaları eşidirdim:
- Şükür kərəminə, ya rəbb! Verən də 
sənsən, alan da! 
Təcili müalicəyə başlamaq üçün göstəriş 
verdim. Əyyub kişi günlərlə bir nöqtəyə 
baxır, sadəcə dodaqları tərpənirdi. Bəzən 
xəfif xışıltıdan şükür etdiyini anlayırdım. O 
hətta bu ümidsiz halında da dualarından 
qalmırdı. Bütün xəstəxana onun 
qulluğundaydı. Sadəcə dostum Süleymana 
görə yox... Əyyub kişinin səbri və əzmi 
qarşısında da özümü borclu hiss edirdim. 
Bədəninə yayılmış irinli yaralar gündən-günə 
daha da böyüyür, hər yerini işğal edirdi. 
Palatanı nə qədər sərin saxlasaq da, sanitar-
gigienik qaydalara əməl etsək də, bu yaralara 
qurd düşür, üfunət iyindən heç bir tibb bacısı 
palataya girmək istəmirdi. Hər dəfə onu 
görəndə göz yaşlarımı saxlaya bilmir, bu 
çarəsiz xəstəlik qarşısında acizliyimi etiraf 
edirdim. İrandan, Türkiyədən gələn həkimlər 
də xəstəliyin çarəsiz və ümidsiz olduğunu 
təkrar edir, sonra da çıxıb gedirdilər.
Nəhayət, xəstəlik Əyyub kişini tamam 
əldən saldı. Sonuncu dəfə yanına girəndə 
güclə eşidilən xırıltılı səslə mənə yalvardı:
– Həkim, məni evimizə göndər. Öz 
evimdə ölmək istəyirəm...
***
70 yaşlı Əyyub kişi həyətdə 3 yaşlı 
oğlunun əlindən tutub asta addımlarla 
gəzişir, bağçadakı gülləri, meyvə ağaclarını 
yoxlayırdı. Həyət on il əvvəl gördüyüm kimi 
öz şahanə görkəmindəydi. 
...Bu gün səhər qatardan düşəndə güclü 
bir əl yapışmışdı biləyimdən:
– Ver çantanı, oğul, yol yorğunusan. 
Qulaqlarıma inanmamışdım. Bu, 7 il 
əvvəl çarəsiz xəstəlikdən əziyyət çəkən, 
ümidsiz halda evinə göndərdiyim Əyyub 
əminin səsiydi. Üzündə əvvəlki işıq, dimdik 
qarşımda dayanmışdı. “Lexsus”un yük yerini 
açıb çantamı yerləşdirdim. Əyyub kişi cavan 
oğlan qıvraqlığı ilə sükan arxasına keçib 
avtomobili işə saldı. Onun bu qədər qıvraq və 
sağlam olması əsl möcüzəydi. Mən sonuncu 
arzusunu yerinə yetirib evinə göndərəndən 
üç gün sonra Almaniyadan aldığım iş 
təklifini qəbul edib, ölkədən getmişdim. 
Rəhbərlik etdiyim 
xəstəxananı, evimi, 
kiçik laboratoriyamı – 
bir sözlə, hər şeyimi 
qoyub getmişdim. 
İki gün öncə isə bir 
əməliyyat üçün məni 
bura dəvət etmişdilər. 
Yüksək məbləğdə pul 
təklif etdiklərindən 
düşünmədən adıma 
alınan gediş-dönüş 
biletini qəbul edib, 
hesabıma köçürülən 
məbləğdən bir qədər 
xərclik götürüb gecəylə 
Bakıya uçmuşdum. 


Yüklə 9,34 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə