Təsisçi: “Hədəf” nəşrləri Baş redaktor: fil.ü. f d., dos. Şəmil Sadiq Redaktor



Yüklə 9,34 Kb.
Pdf görüntüsü
səhifə52/53
tarix13.11.2017
ölçüsü9,34 Kb.
#9835
1   ...   45   46   47   48   49   50   51   52   53

əlyazmalar oxunur
113
USTAD 
dərgisi \ Fevral 2016
112
USTAD 
dərgisi \ Fevral 2016
XX əsrin ən maraqlı nasirlərindən 
biri və bir çox qələm sahiblərimiz 
kimi repressiya qurbanı olan Seyid 
Hüseynin faciəli həyatı da, sonluğu 
da ədəbiyyatsevərlərə bəllidir. Onun 
yaradıcılıq nümunələri – hekayələri 
müstəqillik dövrü oxucularına dəfələrlə 
təqdim olunub. Lakin arxivlərimizdə 
hələ də bu çoxşaxəli yaradıcılığa malik 
olan qələm sahibinin dərc edilməmiş 
sənət nümunələri vardır: Təqdimatında 
və şərhində, tərcüməsində dərc olunan 
əsərlər də daxil olmaqla...
Onlardan birini – Viktorin Orinin 
“Diş ağrısı, yaxud zavallı Matoren”i 
Seyid Hüseynin düzəlişləri ilə 
(tərcüməçi Təkəzadə Səid) sizə təqdim 
edirik.  Onu da qeyd edək ki, 1912-
ci ildə əski əlifba ilə dərc edilmiş 
əsəri əski əlifbadan Könül Nəhmətova 
transfoneliterasiya etdi.
Viktorin Ori
DİŞ AĞRISI, 
YAXUD ZAVALLI MATOREN
ETİZAD
İ
ş bu gözəl hekayənin caiz əhəmiyyət 
olan məzmunu və nətayecindən bizim 
Qafqaz türkləri də məhrum olmayıb 
ondan məəssəfiz olmaq üçün əsl şivəsini 
dəyişib kəndi şivəmizə salmaqdan möhtərəm 
mütərcim cənablarından üzr istiyoruz.
                                                                                           
Seyid Hüseyn
Matoren işlərinin kəsrətindən axşam 
təmamı üçün evinə gecikmiş, iştəhası da 
nəhayət, dərəcədə qələbə etmiş idi. Təəccüb 
etməyiniz, çünki bu zavallı adam gün 
çıxandan qüruba qədər meşədə qış üçün 
kəsib doğradığı odunları məhəl məxsusinə 
səliqə ilə yerləşdirməklə vəqtini keçirdi. 
Mədəsinin fövqəladə qüvvətli olduğu hər 
gecə dəxi məlum idi.
Özü evdə olmayan zaman Jaqlin adlı 
övrəti evinin təzbinatını tənzim və hər tərəfi 
silib-süpürdükdən sonra şorbasını da bişirmiş 
idi.
Jaqlin həm iş görər, həm də qonşuları ilə 
çənə yarışdırmaqdan – yəni danışmaqdan 
geri qalmazdı.
Heyfa ki, biçarə övrətciyəz yanşaqlığın bir 
parə şayan təəssüf olan halətini bilmiyordu.
Jaqlinin himmət və səyi ilə nəfis şorbası 
süfrə üzərinə qonuldu. Buxarı, iyi otağın içini 
doldurmağa başladı. 
Sahibi Maturan bir az yorğunluğunu 
aldıqdan sonra süfrəyə üzbəüz oturdular. 
Şorbadan çıxan lətif qoxu Matorenin 
məşaminə vasil olduqca məmnuniyyəti, 
iştahası bir qat daha artırdı. 
Ah! Böylə təamı kim arzu etməz?!
Jaqlin işvəbazilə bir tövr ilə zövcünün 
çuğuru şorba ilə ləbaləb doldurdu.
Maturan şiddəti cəvədən ruzi-buzi 
görmədən insanlar kibi bir tələsiklik ilə qaşığı 
isti şorbaya batırıb və bilafasilə içirdi.
***
Eyvah! Birdən-birə “Ay!”, “Ay!” deyə 
çığırmağa başlayınca Jaqlin heyrətə düçar 
olaraq əlində tutmaqda olan şorba kasasının 
qapağını birdən-birə buraxmasıyla kasa 
parçalanıb masanın üzərinə yayıldı.
– Nə var, nə oldu sənə? – dedi.
Matoren səsinin gərçi çıxdığı qədər 
çığıraraq ayaqlarını yerə peydərpey vura-
vura:


əlyazmalar oxunur
113
USTAD 
dərgisi \ Fevral 2016
112
USTAD 
dərgisi \ Fevral 2016
– Ah, dişim! Ah! Ah! – deyirdi.
– Dişinə nə oldu?
– Ah!.. Dişim!.. Dişim!..
Maturan ağzından bir çaqıl daşı çıxarıb 
kamal qəzəblə arvadına göstərərk:
– Şorbanın içində bu daşın nə işi var?
Bəli, zavallı adamcığaz çox haqlı idi. 
Ağrının şiddətindən bu şikayətli cümləni 
təkrar ediyordu.
Həqiqətdə bu, Jaqlinin diqqətsizliyindən 
idi. Əgər qonşusu Jətərut ilə boşboğazlıq 
edərək vəqtini keçirməyib düyünü layiqlə 
təmizləmiş olsaydı, biltəbii şorbanın içində 
daş filan bulunmaz; əri də bu hərəkətə düçar 
olmazdı! 
Jaqlin qəbahətini və haqsızlığını anladı. 
Özünü təmizliyə və ərini təlliyə və təskinə 
cürət etdisə də, biçarə Maturan zövcəsinin 
böylə nümayişlərinə əsla əhəmiyyət 
verməyirdi. 
Nəhayət, çətinliklə bir səndəlyəyə oturdu. 
Başını iki əllərinin içinə alıb, həzin-həzin 
zarımağa başladı:
– Ah! Ah! Ah! Getdikcə dişimin ağrısı 
artır!.. Avam arasında tütün çəkmək diş 
ağrısını sakitləşdirir deyə iddia olunduğundan 
Jaqlin də kişisinə dedi:
– Ah, zavallı qocacığım! Çubuğunu 
doldurub versəm, çəkərmisən?
– Ver görüm!
Maturan çubuğu alıb artıq qəzəb ilə 
çəkməyə başladı. Çubuğundan çıxan kəsif 
dumanlar dişinin ortasında qaldı. Vahiqa ki 
tütün təsir etmiş olmadığından yüzü-gözü 
getdikcə şişirdi. Aliəltualuali:
– Ay! Ay! Ay! Şimdi də bütün çənəm 
sızlıyor! Aman? ya rəbbi, ölürəm! Yüzüm 
büsbütün şiçir! – diyordu.
Fəqir Maturanın bu halına gülməyiniz! 
Zira diş ağrısı ağrıların ən şiddətlisidir.
Həqiqətən də zavallı adamcığaz şayani-
mərhəmət bir halda idi. Jaqlin ərinin bu 
fəlakətli halını gördükcə diqqətsizliyindən 
peşimançılıq çəkirdi. Ərinin yüzünü sarımaq 
üçün güllü dəsmallarından ən sevdiyini, ən 
gözəlini seçib gətirdi. Gözəlcə qatladıqdan 
sonra Maturanın yüzünə sarıyıb dəsmalın hər 
iki ucunu da zərifanə dügümlədi. 
Jaqlin bu vəzifəsini ifa etdikdən sonra 
qayət müşfiqanə dedi:
– Qocacığım! İstərsən ağzına bir az araq 
alıb qarqara et. Jəmtərutən dişi ağrıdıqca 
araq qullanıyor, təsirini də görürmüş. Haydı, 
qocacığım, bir dəfə təcrübə edəlim! 
Maturana göstərilən əlacların heç biri 
faydabəxş olmayırdı. 
İlk bir şüşəni bu surıtlə israf etdiyi üçün 
ciddətən öz özünü məzəmmətliyordu. Çünki 
artıq dərəcədə qənaətkar idi. 
Maturan bu təcrübənin faydasını gördü. 
Daha doğrusu, bu şüşə arağın təsirindən 
sərməst olduğundan dişinin ağrısını qabaqkı 
qədər hiss etməyirdi.
Jaqlin tədbirinin səmərəbəxş olduğunu 
görüncə məğrur və məsrur olmağa başladı. 
Fəqət çox keçmədən məsruriyyəti küdurətə 
mübəddəl oldu. Çünki bir yarım saat sonra 
Maturanın ağrısı təzədən başlamasından 
şikayətamiz cümlələr ilə deyinməyə başladı. 
Jaqlin xatirinə bir tədbir gəlməsilə həman 
saat bir qab soyuq su çəkib gətirdi. 
Guya soyuq suyun diş ağrısına çox nəfi 
olduğunu birindən eşitmiş idi.
Daima itaətdə olub söylənilən şeyi icra 
etməyə tərəddüd etməyən zavallı Maturan 
zövcəsinin əmri ilə yenə başını su qabının 
içinə saldı. Başını suya salar-salmaz can 
xaraşanə bir səda ilə:
– Ah!... Aman, aman!.. Qızarmış şişdən 
daha bədtər imiş!.. Ay, dişim!... Ay, ay, ay!.. 
– deyə vaveylaya başladı. 
Jaqlin bu tədbirin axırıncı təsirindən 
bir çarə olacağı ümidində idisə də, əksini 
görəndə pək mütəəssir olub qəmli-qəmli dedi 
ki:
– Ah zavallı qocacığım! Bu da mı fayda 
etmədi?!..
Jaqlinin bu sözü cavabsız qaldı. Bir 
müddət fikirləşdi. Xatirinə bir şey gəldi. 
Birdən-birə yerindən sıçrayıb:
– Artıq bu səfər tapdım.  Mətafən istidən 
həz edəcəksən, bundan əminəm, – deyərək 
otaqdan çıxıb qaib oldu.
Beş-on dəqiqədən sonra qayıtdı. Maturanı 
alıb qayət isti etdiyi bir ocağın yanına 
götürərək dedi ki:
– Yüzünü oda tut, qocacığım!.. Bax, 
istidən nə qədər xoşdil olursan!...


Yüklə 9,34 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə