The Holy Bible in Azerbaijani of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey [abz] Ezekiel


  Xudavənd Rəbb bəyan edir: “Vay, vay sənin halına! Sən bütün pis  əməllərindən sonra  24



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə10/35
tarix17.11.2018
ölçüsü0,61 Mb.
#80783
1   ...   6   7   8   9   10   11   12   13   ...   35

23

Xudavənd Rəbb bəyan edir: “Vay, vay sənin halına! Sən bütün pis 



əməllərindən sonra 

24

özünə fahişəlik yuvaları qurdun və hər meydanda 



səcdəgahlar düzəltdin. 

25

Hər yolun başında öz səcdəgahlarını düzəltdin. 



Öz gözəlliyini murdar etdin, hər yoldan keçənə ayaqlarını araladın 

və fahişəliyini artırdın. 



26

Cinsiyyət üzvləri böyük olan qonşuların 



Misirlilərlə pozğunluq etdin, Məni qəzəbləndirmək üçün fahişəliyini 

artırdın. 



27

Buna görə də əlimi sənə qarşı uzadıb sənə təyin olunan 



yeməyi azaltdım. Sənə nifrət edən Filişt qızları səninlə istədikləri 

kimi rəftar etsinlər deyə səni onlara təslim etdim. Hətta onlar sənin 

əxlaqsız əməllərindən utanır. 

28

Aşşurlularla da pozğunluq etdin, çünki 



doymurdun. Onlarla pozğunluq etdin, ancaq bu da sənə kifayət etmədi. 

29

Öz pozğunluğunu ticarət ölkəsi olan Xaldey torpağına qədər yaydın, 



ancaq bu da sənə kifayət etmədi”.

30

Xudavənd Rəbb bəyan edir: “Bütün bunları edərkən ürəyin nə 



qədər aciz oldu, sən həyasız fahişə kimi davrandın. 

31

Hər yolun başında 



fahişəlik yuvaları qurarkən, bütün meydanlarda səcdəgahlar düzəldərkən 

hətta fahişə kimi də olmadın, çünki işinin əvəzində verilən hədiyyəyə 

xor baxdın. 

32

Zina edən, ərinin əvəzinə yadları qəbul edən bir qadın 



oldun. 

33

Bütün fahişələrə hədiyyə verirlər, ancaq bütün oynaşlarına 



sən hədiyyələr verirsən. Onlara rüşvət verirsən ki, hər tərəfdən sənin 

yanına gəlsinlər və səninlə pozğunluq etsinlər. 



34

Fahişəlik etməkdə başqa 



qadınlara bənzəmirsən, çünki heç kəs sənin dalınca düşmür ki, fahişəlik 

edəsən, əksinə, bunun üçün sən hədiyyə verirsən, sənə hədiyyə verilmir. 

Bu cəhətdən başqalarına bənzəmirsən”.

35

Buna görə də, ey fahişə, Rəbbin sözünə qulaq as. 



36

Xudavənd Rəbb 



belə deyir: “Həyasızlığın aşkara çıxdığı üçün, oynaşlarınla fahişəlik 

edərkən çılpaqlığın açıldığı üçün, bütün iyrənc bütlərindən və onlara 

qurban verdiyin oğullarının qanından ötrü – 

37

bütün bunlara görə 



əyləndiyin bütün oynaşlarını – sənin sevdiklərini də, nifrət etdiklərini də 

bir yerə yığacağam. Onları hər tərəfdən sənə qarşı bir yerə yığacağam. 

Onların önündə səni çılpaq edəcəyəm və ayıbını bütünlüklə görəcəklər. 

38

Zina edən və qan tökən qadınlara verilən cəza ilə səni cəzalandıracaq, 



qanlı qəzəbimə və qısqanclığıma təslim edəcəyəm. 

39

Səni oynaşlarının 



əlinə verəcəyəm. Fahişəlik yuvalarını dağıdacaq, səcdəgahlarını 

uçuracaq, paltarlarını əynindən soyunduracaq, zinətlərini əlindən 

alacaq, səni lüt və çılpaq qoyacaqlar. 

40

Camaatı üzərinə qaldıracaq, səni 



daşqalaq edəcək və qılıncları ilə parça-parça doğrayacaqlar. 

41

Evlərinə od 



vuracaq, çoxlu qadının gözü önündə səni cəzalandıracaqlar. Fahişəliyinə 

son qoyacağam və daha oynaşlarına hədiyyə verməyəcəksən. 



42

Beləcə 



sənin üzərində qəzəbimi yatırdacağam, qısqanclığımı söndürəcəyəm. 

Mən susacağam və bir daha qəzəblənməyəcəyəm. 



43

İndi ki sən cavanlıq 



günlərini yadına salmadın və bütün bu əməllərinlə Məni hiddətləndirdin

 

1297 

Yezekel 16

The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation




Mən də əməllərinin əvəzini başına gətirəcəyəm” bəyan edir Xudavənd 

Rəbb. “Bütün iyrənc işlərinə əlavə olaraq pozğunluq etmədinmi?



44

Bax məsəl söyləyən hər kəs sənə qarşı bu məsəli deyəcək: ‹Anası 



necədirsə, qızı da elədir›. 

45

Sən ərindən və övladlarından ikrah edən 



ananın qızısan, sən ərlərindən və övladlarından ikrah edən bacılarının 

bacısısan. Ananız Xetli, atanız isə Emorlu idi.



46

Böyük bacın öz qızları ilə sənin şimalında yaşayan Samariyadır. 



Kiçik bacın isə qızları ilə sənin cənubunda yaşayan Sodomdur. 

47

Ancaq 



sən onların yolları ilə də getmədin, onların etdiyi iyrənc işlər qədər də 

etmədin. Bütün bunları kiçik bir iş sayıb öz əməllərində onlardan da 

pozğun oldun. 

48

Varlığıma and olsun” bəyan edir Xudavənd Rəbb, “bacın 



Sodomla qızları səninlə qızlarının etdiyi işləri etmədi. 

49

Bacın Sodomun 



və onun qızlarının günahı bundan ibarət idi: qürur, toxluq və qayğısızlıq 

içində yaşayarkən məzluma və fəqirə əl tutmadılar. 



50

Qürurlanıb Mənim 



önümdə iyrənc işlər etdilər. Mən bunu görəndə onları rədd etdim.

51

Samariya sənin etdiyin günahların yarısını belə, etməmişdi. İyrənc 



işlərdə onları da ötüb keçdin. Beləcə etdiyin iyrənc işlərlə bacılarını saleh 

kimi göstərdin. 



52

Sən də öz rüsvayçılığının yükünü daşı, çünki bacılarını 



təmizə çıxardın. Etdiyin günahlar onlarınkından da iyrənc olduğuna 

görə onlar səndən saleh göründü. Xəcalətindən utan, öz rüsvayçılığının 

yükünü daşı, çünki bacılarını saleh kimi göstərdin.

53

Sodomdan və onun qızlarından sürgün olunmuşları, Samariyadan 



və onun qızlarından sürgün olunmuşları, onlarla birgə səndən sürgün 

olunmuşları yenidən öz yerlərinə qaytaracağam. 



54

Onda öz rüsvayçılığının 



yükünü daşıyacaqsan və etdiyin hər işdən utanacaqsan, çünki sən 

onlara təsəlli oldun. 



55

Bacıların Sodomla qızları əvvəlki vəziyyətlərinə 



qayıdacaq, Samariya ilə qızları əvvəlki vəziyyətlərinə qayıdacaq, sən və 

qızların da əvvəlki vəziyyətinizə qayıdacaqsınız. 



56

Pisliyin üzə çıxmadan, 



qürurlu olduğun günlərdə bacın Sodomun adını çəkməzdin. 

57

İndi sən 



ətrafındakıların hamısı ilə birgə Aram qızları və Filişt qızları – səni təhqir 

edən ətraf xalqlar tərəfindən rüsvay edilirsən. 



58

Sən pozğunluğunun və 



iyrənc əməllərinin cəzasını çəkəcəksən” Rəbb belə bəyan edir.

59

Bəli, Xudavənd Rəbb belə deyir: “Sən əhdi pozub anda xor baxdın. 



Buna görə də sən necə etdinsə, Mən də sənə elə edəcəyəm. 

60

Ancaq Mən 



cavanlıq günlərində səninlə etdiyim əhdimi yada salacağam. Səninlə 

əbədi bir əhd bağlayacağam. 



61

Səndən böyük və səndən kiçik bacılarını 



yanına aldığın zaman öz əməllərini yada salıb utanacaqsan. Qızların 

olmaq üçün onları sənə verəcəyəm, amma səninlə bağladığım əhddə 

bu yox idi. 

62

Səninlə yenidən əhd bağlayacağam və biləcəksən ki, Rəbb 



Mənəm. 

63

Eləcə bütün etdiklərini bağışladığım zaman bunu yada salıb 



utanacaqsan, rüsvayçılığından bir daha ağzını açmayacaqsan” Xudavənd 

Rəbb belə bəyan edir».



Yezekel 16 

1298 

 

The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə