Tofiq Xəzər



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə16/54
tarix17.11.2018
ölçüsü1,63 Mb.
#80775
1   ...   12   13   14   15   16   17   18   19   ...   54

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
86 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
      "Yarımçıq əlyazma"da Şah İsmayıl dövrünə qayıdış 
da, Şah İsmayıl obrazı da yazıçının bu istəyi 
gerçəkləşdirmə təşəbbüsünün variasiyalarından biridir. 
 
      Tənqidi ədəbiyyatlarda romanın bu xəttində Şah 
İsmayılla bağlı tarixi həqiqətlərin, onun şəxsiyyətinin 
təhrif və ya inkarı ilə bağlı çox ciddi tənqidi fikirlərin 
səsləndiyini nəzərə alaraq, öncə bədii mətn materialı 
əsasında tarixi həqiqətin bədii həiqətə çevrilməsinin 
xüsusiyyətlərini aşkarlamağa çalışaq. 
 
      Romanda Şah İsmayılın həyatı və hökmdar kimi 
fəaliyyəti bütün-lükdə yox, fraqmental olaraq təsvir 
obyektinə çevrilmişdir. Şah İsmayıl Çaldıran döyüşü 
ərəfəsində və zamanında bədii təsvir və təhlilin mərkəzinə 
çəkilir. Şah İsmayılla bağlı hissələrdə sücet xətti üç əsas 
obrazın taleyinə işıq salır: Şah İsmayıl, Lələ Hüseyn bəy, 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
87 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
Şah İsmayılın oxşarı Xızr. Hadisələr isə Şah İsmayılın bir-
birinin ardınca əldə etdiyi tarixi qələbələrdən faciəvi 
Çaldıran döyüşünə doğru inkişaf edir. Əlbəttə, romanda 
Şah İsmayılın Çaldıran döyüşünə qədərki tarixi 
qələbələrinin təfsilatlı təsviri yoxdur. Ümumiyyətlə, epik 
təfsilat bu roman üçün səciyyəvi deyil. Əsərdə Şah 
İsmayılın tarixi qələbələrinə müəyyən işarələr var. Həmin 
işarələr bizə Çaldıran döyüşü ərəfəsinə gəlib çıxan 
hökmdarın böyük bir zəfər yolu keçməsi haqqında 
təsəvvür yaratmağa qadirdir (əlbəttə ki, bu zaman 
oxucunun Şah İsmayıl haqqında tarixi həqiqətlərə, onun 
böyük qələbələrinə dair məlumata malik olması nəzərə 
alınır). Şah İsmayılın Şeybani xan üzərindəki tarixi 
qələbəsi hökmdarın döyüşqabağı düşüncələrində oxucu 
yaddaşını oyadır və onunla birləşərək tarixi hadisənin 
kifayət qədər əhatəli məzmunda idrakına imkan verir: 
"Sabah ağır gün idi. Hərbi məşvərət çağırmışdı. 
Düşüncəsi, fikri-zikri Şahın son zamanlar ancaq özbək 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
88 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
Şeybani idi. Bilmirdi nə üçün, amma onun əlindən zəncir 
çeynirdi."  
 
      Romanda Şah İsmayılın Şirvan səfərinə də işarə var. 
Lakin bu işarə olub-keçmişlərin müəyyən münasibətlə 
xatırlanmasından ibarət olsa da, məntiqi idrakın gücü ilə 
bu nüans oxucuya(söhbət intellektual oxucudan gedir) çox 
şey deyir. Lakin "Yarımçıq əlyazma"da Şah İsmayılın və 
onun yaratdığı dövlətin taleyində böyük iz buraxan 
Çaldıran döyüşü ən müxtəlif rakurslardan bədii təhlilin 
predmeti olur. Bu döyüşlə bağlı epizodlarda biz Şah 
İsmayılı sözün həqiqi mənasında öz tarixi xarakterində 
görürük. Həm də Kamal Abdulla bu tarixi xarakteri 
konkret çizgi və detalların rəsmi vasitəsilə tamamilə canlı 
şəkildə təqdim edə bilir. Romanda oxuyuruq: "Osmanlı 
Sultan Səlimlə Şahın döyüşü Çaldıran adında bir kənd 
vardı, orda başladı. Şah özü döyüşə rəhbərlik edir, 
sərkərdələri cinahlara bölür, hücum, yaxud geri 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
89 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
çəkilmələri barədə əmrlər verirdi." Çaldıran döyüşündəki 
məğlubiyyətin obyektiv və subyektiv səbəbləri tarixçilərin 
əsərlərində bütün təfərrüatı ilə öz əksini tapmışdır. Oxucu 
da bundan xəbərdardır. K.Abdulla romanda Şah İsmayılı 
son dərəcə ağıllı, hərbi işi bilən, ən çətin məqamlarda belə 
özünü itirməyən cəsur bir sərkərdə kimi təsvir edir. 
Gözümüzün önündə vəziy-yətdən asılı olaraq qəti qərarlar 
qəbul edən, qoşunun döyüş taktikasını tez-tez dəyişən, son 
ana qədər məğlubiyyətlə barışmaq istəməyən qəhrəman 
bir sərkərdənin obrazı canlanır. Döyüşün ən ağır 
məqamlarında kimsəyə hiss etdirmədən vuruş meydanına 
atılıb, cəsarətlə döyüşməsi və belə döyüşlərin birində 
düşmənin ən şöhrətli pəhləvanı Malbaşoğlunu qılıncla 
ikiyə parçalaması epizodları Şah İsmayılın tarixi 
xarakterini nəinki ən aydın cizgilərlə göstərir, həm də bu 
tarixi xarakteri bir qədər də dolğunlaşdırır və tamamlayır.  
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
90 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
      Nəzərə alsaq ki, Şah İsmayılın cəsur döyüşçü və 
sərkərdə xarakteri haqqında eyni döyüş epizodu haqqında 
müxtəlif səciyyəli insanlar - Şah İsmayıla fərqli münasibət 
bəsləyən Lələ Hüseyn bəy və Xızr (epizodun danışıldığı 
məqamda isə Şah) danışır, onda bu epizodun çılpaq 
həqiqət olmasına heç bir şübhə qalmır. Yeri gəlmişkən
orasını da deyək ki, həqiqətin bu şəkildə təqdimi 
K.Abdullanın romanının davamlı üslub xüsusiyyətlərin-
dən biridir.  
 
      Şah İsmayılın tarixi şəxsiyyət və hökmdar kimi 
xarakterinin dolğunluğu ilə təqdimində ətrafdakıların ona 
münasibəti də əhmiyyətli rol oynayır.  
 
      Bu baxımdan Lələ Hüseyn bəy obrazı romanda xüsusi 
məna yükünə malikdir: "Lələ göz qoyub fikir vermişdi. 
Şah nə qədər kəskin, cəsarətli, heç kimin günahından 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə