Torpaqlarin səhralaşmasi üZRƏ İzahli lüĞƏT



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/56
tarix30.04.2018
ölçüsü5,01 Kb.
#40723
1   ...   41   42   43   44   45   46   47   48   ...   56

 
143 
funksiyaları  və  vəzifələri - ətraf mühit sahəsində beynəlxalq 
əməkdaşlığa yardım və uyğun siyasət  üzrə  tövsiyələrin 
hazırlanması; siyasətə  ümumi rəhbərlik və  ətraf mühitin 
mühafizəsi  сащясиндя BMT proqramlarının  əlaqələndirilməsi: 
UNEP-in İcraedici direktorunun BMT sistemində ətraf mühit 
proqramlarının reallaşması  üzrə  məruzələrinə baxılması; 
dünya ekologiyasının vəziyyəti  üzrə  şərhlərin hazırlanması; 
inkişaf etməkdə olan ölkələrdə  ətraf mühit sahəsində milli və 
beynəlxalq siyasətin təsirlərinin izlənməsi, BMT –nin ətraf 
mühit  üzrə 2 illik fondunun ehtiyatlarının istifadəsi 
proqramlarına müntəzəm olaraq baxılması. İŞ BMT BA-na və 
BMT-nin  İqtisadi və Sosial Şurasına (EKOSOS) öz fəaliyyəti 
haqqında müntəzəm olaraq məruzələr təqdim etməklə hesabat 
verməlidir.  
 
UNEP-in SƏHRALAŞMAYA QARŞI MÜBARİZƏ 
Ü
ZRƏ  BÖLMƏSİ  (UNEP Desertification Branch) - 
səhralaşmaya qarşı mübarizə bölməsinin (bax) yeni adı (1980-
cı ildən).   
 
UNEP-in SƏHRALAŞMAYA QARŞI MÜBARİZƏ 
Ü
ZRƏ FƏALİYYƏTLƏR PLANININ MALİYYƏLƏŞMƏSİ 
ÜÇÜ
N XÜSUSİ HESABI (Special Account to Combat 
Desertification) – 1979-cu ildə  səhralaşmaya qarşı  mübarizə 
ü
zrə  fəaliyyətlər planının tədbirlərinin maliyyələşməsi  üçün 
könüllü ödəmələr üçün açılmışdır. 
 
UNEP-in SƏHRALAŞMAYA QARŞI MÜBARİZƏ 
Ü
ZRƏ SEKTORU (UNEP Desertification Unit) – 1978-ci ildə 
UNEP  İŞ-in qərarına və  səhralaşmaya qarşı  mübarizə  üzrə 
Fəaliyyətlər planının 27-ci tövsiyəsinə uyğun olaraq, UNEP 
çə
rçivəsində səhralaşmaya qarşı mübarizə və arid və yarımarid 
ekosistemlərin 
ö
yrənilməsi 
сащясиндя 
fəaliyyətlərin 
əlaqələndirilməsi məqsədilə yaradılmış UNEP-in bölməsi. S. 
vəzifələri - səhralaşmaya qarşı  mübarizəyə aid olan proqram 
və fəaliyyətlərin qeydə alınması; uyğun layihə və proqramların 


 
144 
tərtib edilməsi üçün əsas kimi texniki-iqtisadi əsaslandırmalara 
və ilkin araşdırmalara yardım; səhralaşmaya qarşı  mübarizə 
ü
zrə layihə  və proqramların maliyyələşməsinin təmini 
məqsədilə alternativ təkliflərin hazırlanması; səhralaşmaya 
qarşı  mübarizə  üzrə  Fəaliyyətlər planının yerinə yetirilməsinə 
nəzarət; səhralaşma monitorinqinin nəticələrinin qeydiyyatı; 
“səhralaşmaya qarşı mübarizə üzrə bülleten”in hazırlanması və 
buraxılışı. Bundan əlavə, S.-un üzərinə  səhralaşma  üzrə 
Katibliyin, səhralaşmaya qarşı  mübarizə  üzrə  Məsləhətləşmə 
qrupunun (bax) və  səhralaşma problemləri  üzrə  İdarələrarası 
işçi qrupun (bax) funksiyaları qoyulmuşdur.  
1980-cı ildə S. Səhralaşmaya qarşı mübarizə üzrə bölməyə, 
1984-cü ildə isə İŞ-nın 12-ci sessiyasının qərarına uyğun olaraq 
- Səhralaşmaya qarşı  mübarizə  üzrə  fəaliyyətlər proqramı 
mərkəzinə (bax)  çevrilmişdir. 
UNEPKOM  (UNEPCOM) – bax, UNEP  İŞLƏRİ  ÜZRƏ 
SSRİ KOMİSSİYASI. 
UNEP, SƏHRALAŞMA  ÜZRƏ  MƏLUMATLANDIR-
MA SİSTEMİ  (UNEP Desertification Information System, 
DESİS) – UNEP İŞ-in 12/10 qətnaməsinə uyğun olaraq 
yaradılmışdır. Onun çərçivəsində quraq torpaqların inkişafı və 
səhralaşma proseslərinin bütün növ məlumatları toplanır, 
təsnif olunur və paylanır. Kompüter мялуматлар bazasına səh-
ralaşmaya qarşı mübarizə və quraq torpaqların idarə olunması 
ilə əlaqəli təşkilatlar üzrə sorğu, səhralaşmaya qarşı mübarizə 
və quraq torpaqların idarə olunması ilə əlaqəli BMT layihələ-
rinin xülasəsi, səhralaşmaya qarşı  mübarizə  üzrə BMT layi-
hələri haqda məlumat və həmçinin ölkələr üzrə fayllar daxildir. 
 
UNESKO  (UNESCO) – bax, ELM, TƏHSİL VƏ 
MƏDƏNİYYƏT MƏSƏLƏLƏRİ  ÜZRƏ  BİRLƏŞMİŞ 
MİLLƏTLƏR TƏŞKİLATI. 
 
UNİTERRA  (UNİTERRA) – UNEP və  təbiəti mühafizə 
ilə məşğul olan digər beynəlxalq təşkilatların cari fəaliyyətləri 


 
145 
haqda dünya ictimaiyyətinin məlumatlandırılması  üçün “Yer 
yalnız bir dənədir” bülleteni. 1975-ci ildən buraxılır. 
 
 
Ü 
 
Ü
MUMDÜNYA  ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ 
GÜNÜ  (World Environment Day) – hər il 5 iyunda qeyd 
olunur. Bu tarixdə Stokholmda BMT-nin insanları əhatə edən 
mühit  üzrə Konfранс  açılmışdır.  Ətraf mühitin mühafizəsinə 
ictimaiyyətin diqqətinin cəlb olunması  məqsədilə bu günün 
Ü
mumdünya  ətraf mühitin mühafizəsi günü kimi qeyd 
olunması tövsiyə edilmişdir 
 
“ÜMUMDÜNYA KEŞİYİ”, “ÜMUMDÜNYA MÜDAFİ-
ƏSİ” İNSTİTUTU (Word Watch Institute) - əsası 1974-cü ildə 
qoyulmuş  müstəqil qeyri-ticarət araşdırma təşkilatı. Planetin 
ətraf mühitinin vəziyyəti və  cəmiyyətin inkişafını “izləyir”. 
Vəzifəsi nəticələr barədə  dünyanın siyasi liderlərini, işgüzar 
dairələrini, ayrı-ayrı  şəxsləri, qərar qəbul edənləri və geniş 
ictimaiyyəti xəbərdar etməkdir.  İnstitutun fəaliyyəti xüsusi 
müəssisələr, BMT sistemi təşkilatları  və  hökumət agentlikləri 
ilə maliyyələşir.  
İnstitut “Dünyanın vəsiyyəti” (“State of the World”) illik 
jurnallarını,  əsas qlobal problemlər  üzrə kitabçalar silsiləsini, 
“World Watch” jurnalını, monoqrafiyaları buraxır.  İllik və 
texniki məruzələri nəşr edir.  
Yerləşdiyi ərazi: Kuetta, Pakistan. 
 
Ü
MUMDÜNYA TƏBİƏT FONDU (World Wildlife Fund
WWF) – beynəlxalq ictimai təşkilat. 1963-cü ildə yaradıl-
mışdır. Nəsli kəsilməkdə olan heyvan və bitkilərin və onların 
yerlərinin qorunması üzrə konkret fəaliyyətlərə maddi yardım 
göstərir.  əsasən inkişaf etməkdə olan ölkələrdə heyvanların 
mühafizəsi tədbirlərini təşkil edir (MSOP-dan olan 
ekspertlərin iştirakı ilə). Təbiətin mühafizəsi proqramlarını 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə