Yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü m əsləhətçi redaktor



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə11/100
tarix21.06.2018
ölçüsü0,59 Mb.
#50617
növüYazı
1   ...   7   8   9   10   11   12   13   14   ...   100

38 
S
ən Şərq ilə Qərbin qapısı oldun, 
Artdıqca şöhrətin göyə ucaldın. 
Xain düşmənləri lərzəyə saldın, 
Elin igid qızı, oğlusan, Şabran, 
Süfr
əsi bərəkət dolusan, Şabran. 
 
Qayıtdı özünə tarixi adın, 
Gözün
ə ox batdı düşmənin, yadın. 
F
əxr edir səninlə Zakir övladın, 
Onun h
əm sağı,  həm solusan, Şabran, 
Süfr
əsi bərəkət dolusan, Şabran! 
 
Şabran  torpağı  qalalar  məskənidir.  Bu  qalaların  ən 
möht
əşəmi isə yüksək dağ silsiləsində sıldırım qayalar üzərin-
d
ə hərbi strateji məqsəd üçün tikilmiş Cıraqqala istehkamıdır. 
Çıraqqala  Şabran  elinin  daşlaşmış  yaddaşıdır.  Dəniz 
s
əviyyəsindən 1232 metr hündürlükdə  inşa  edilmiş,  V-VI 
əsrlərə  aid edilən  böyük hərbi məskəndir. Erkən orta əsrlər 
tarixin
ə  aid olan bu qala dörd yandan qayalar və  yarqanlarla 
əhatə  olunmuşdur.  Tarixçi  alimlərin  ehtimallarına  görə 
Çıraqqala  V-VI  əsrlərdə  tikilməsinə  baxmayaraq 1200 ildən 
artıq, yəni XVIII əsrədək hərbi müdafiə məqsədi  üçün  isifadə 
olunmuşdur. 
M
ən  Şabranın  daş  yaddaşı  sayılan  bu  qalanı  demək olar 
h
ər il ziyarət edirəm. Bu ilki, yəni 2015-ci ildə bura  gəlişim 
is
ə  yayın ən isti vaxtına təsadüf etmişdi. Ancaq piyada qalanın 
lap yaxınlığına getmək lazım idi. Yaşlı olsam da, normal nəfəs 
almağa  havanın isti olması çətinlik yaratsa da biz düz qalanın 
yanına qədər yoxuşu çıxa bildik. Qala ilə bizim aramızda olan 
m
əsafə on metrdən də az idi. 
Hava  çox  aydın  idi.  Bir  anlığa  qalanın    duruşu,  baxışı 
m
ənə çox canlı göründü. 


39 
 
 
Zakir Bayramlı oğlu Ramin müəllimlə Çıraqqalada 
 
 
Çıraqqala  mənə  elə  canlı  göründü  ki,  hətta  donmuş  buz 
ür
əkləri belə riqqətə gətirə bilərdi. Əsrlərlə yaşı olan bu qədim 
tikili  Az
ərbaycanın hərb tarixinin bir möhtəşəm  yadigarı kimi 
öz vüqarı ilə yenidən gözlərim önündə  canlandı... 
Açığını  deyim  ki,  Çıraqqaladan  Şabran  ərazisini  seyr 
etm
ək  dəfələrlə mənə qismət olub.  
Ömrümd
ə  bir neçə  dəfə  mənə  çox yüksəkliklərdən yerə 
baxmaq n
əsib olub. Təyyarədən yeddi min metrdən  artıq 
yüks
əklikdən,  Kazbek  dağlarından,  Elbrusun  zirvəsindən, 
Şahdağından, Babadağdan, Dibrar dağından yerin üfüqə qədər 
uzanıb  gedən  ərazisini maraqla  seyr  etmişəm. Ancaq 
Çiraqqaladan tarixin neç
ə-neçə  əsrlərin  sınağından  uğurla 
çıxmış  Şabran  adlı  geniş  bir  ərazini adi gözlə  seyr etdikcə 
ür
əyim sanki dağa döndü. 
Sanki bir neç
ə saniyə ərzində hansı qüvvəsə məni qala ilə 
birlikd
ə  durna  qatarı  kimi  topa-topa hərəkət edən  buludların 
s
əviyyəsindən də yuxarı qaldırdı. Elə bil həmin zirvədən mən  


40 
dünyaya açılan pəncərəni axtarıb tapdım. Durduğum bu zirvə 
m
ənə  yerdən 1232 metr  yüksəklikdə  yox, bəlkə  də  yerdən 
10232 metr hündür  göründü. 
 
 
 
“Çıraqqala” qoruğuna aid məlumat lövhəsi 
 
Aşağı  baxanda  hər dərd-qəmimi unutdum. Bir neçə  sani-
y
ədən sonra hər  şey  kino  lenti  kimi  gəlib gözlərim önündən 
keçm
əyə başladı. Əvəlcə yavaş-yavaş uzaq keçmişə, sonra isə 
bu gün
ə  və  sabaha  baxdım.  Birdən bu əlçatmaz xəyallardan 
ayrılaraq qaladan Xəzər dənizinə qədər uzanan Şabran adlı bir 
m
əkanın  geniş  ərazisini seyr etdim. Olduqca yerdən hündür 
olan, uca bir zirv
ədə dayandığımı bir daha açıq-aydın duydum.  
V-VI 
əsrlərdə texnikanın olmadığı bir vaxtda dəniz səviy-
y
əsindən 1232 metr hündürlükdə  tikilən  belə  bir möhtəşəm, 
h
ərbi-strateji  əhəmiyyətli abidənin  əzəmətini  öz gözlərimlə 
t
əkrar-təkrar gördükcə  heyrətimi heç cür saxlaya bilmədim. 
Vaxtıkən bu qalanın layihəsini verən mühəndisə, onu inşa edən 
z
əhmətkeş  insanlara  ucadan  min  alqış  dedim.  Bu  unudulmaz 
anlarda qalanın duruşu da məni özünə çox valeh elədi. Tikili 


41 
yerind
ə sanki cəsur əsgər kimi çox vüqarlı dayanmışdı. Elə bil  
o  k
ərpiclə,  daşla  hörülməmiş,  mahir heykəltaraş  tərəfindən 
qranitd
ən yonulmuşdu.  
 Qala m
ənə  obrazlı  şəkildə  desək həqiqətən sanki  uca 
zirv
ədə  dayanan və  bütün  insanları  qələbəyə  səsləyən cəsur 
igid  
əsgər abidəsini xatırladırdı. Mən təkcə qalanın deyil, onu 
tik
ən  insanların  cəsarətinə,  igidliyinə  də  çox-çox  heyran 
qaldım.  Çünki  coğrafi  şəraiti  əlverişsiz  dağlıq,  sıldırım  qaya-
lıqlarla  əhatə  olunmuş  belə  bir  ərazidə  bu cür möhtəşəm 
tikintini aparan, h
ər cür çətinliyə, əzab və əziyyətə qalib gələn 
h
əmin insanları əsl qəhrəman adlandırmaq olar. O dövrlərdən 
neç
ə  əsrlər ötsə  də  nə  düşmənlərin xəyanətkar hücumu və 
saysız fitnə-fasadı, nə təbiətin şıltağlığı qalanın vüqarına zərrə 
q
ədər xələl gətirə bilməyib. Bu gün mənim gözümdə Çıraqqala 
düşmən üzərində  saysız  qələbələrlə  yekunlaşan hərbi  savaş-
ların canlı bir nümunəsidir. O Azərbaycanın dilbər guşəsi  sa-
yılan  Şabran  elinin  vətənpərvərlik rəmzi, igidlik simvolu, 
daim h
ər  bir şabranlının  qulağında səslənən həzin qəhrə-
manlıq simfoniyasıdır:  
 
ÇIRAQQALA 
 
Uca dağlar zirvəsində tutdun qərar
S
ənə tez-tez qonaq olur sıx buludlar. 
S
ənin kimi şan-şöhrətli qalamı var? 
Qalaların qalasısan, Çıraqqala. 
 S
ən əbədi qalasısan, Çıraqqala. 
 
Qartal kimi yuva qurdun dağ başında, 
Bir tarix var  k
ərpicində, sərt daşında. 
Qalib çıxdın sən ədalət savaşında, 
Qalaların qalasısan, Çıraqqala. 
S
ən əbədi qalasısan, Çıraqqala. 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə