Азәрбајчан елмләр академијасы милли мүнасибәТЛӘр институту



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/54
tarix08.03.2018
ölçüsü5,01 Kb.
#30950
1   ...   15   16   17   18   19   20   21   22   ...   54

1
 ARDA, F.970, s.1, iş 1, v.29; Bax: Cəmil Həsənov, Azərbaycan beynəlxalq münasibətlər 
sistemində, 1918-1920, Bakı,1993, səh. 
2
 ARDA, f.970,s.1,iş 1, v.27; Bax: Cəmil Həsənov, göstərilən əsəri, səh. 72. 
 
 hazırlayırlar, Gümrüdə bulunan 250 xanə (ev) türkləri arabalara mindirib, Arpaçay üzərindəki 
körpüdən keçirərək türklərə təslim edirlər.
1
 
Bu hadisə ilə  ədaqədar Kazım Qarabəkir paşa yazır: “Gümrü köylərində  tək-tək qoca 
qadın və kişi qalmışdır. Gümrüdə 8-10 türk evi var. Orada türk gəncləri görünməyir. Qoca türk 
ana və ataları, qoca babalar əsgərlərimizə sarılıb öpürlər. Əlində qanlı bir dəyənək, aq saqqallı və 
bir çox yerlərindən qanlar axan, fəqət dim-dik duran bir baba əsgərlərimizin qoynuna sarılıb belə 
hayqırır: 93 hərbindən (yəni 1878-ci il) bəri bir gün dəxi ümidimizi kəsmədən sizinlə 
qovuşacağımı bilirdim. Fəqət artıq dünyanın sonuna qədər ayrılmayacağıq və gözlərindən yaşlar 
axır”.
2  
Gümrünü azad etdikdən sonra türk qoşunları iki istiqamətdə - İrəvan və Qarakilsə 
(Kirovakan) irəliləməyə başlayırlar. Mayın 28-də Hamamlı (Spitak) və Qarakilsəni azad edirlər. 
Mayın 26-da Zaqafqaziya Seymi buraxıldıqdan sonra əvvəlcə Gürcüstan, mayın 28-də isə 
Azərbaycan və Ermənistan öz müstəqilliyini elan edir. İyunun 4-də Türkiyə ilə Ermənistan 
arasında Batumda sülh müqaviləsi imzalanır. Bü müqaviləyə əsasən Ermənistan Respublikasının 
ərazisi təqribən  9 min kv.km, əhalisi isə 321 min nəfər (o cümlədən 230 min erməni, 80 min 
müsəlman, 5 min yezidi kürdləri, 6 min digər millətlər) təşkil edirdi. Bu respublikanın ərazisinə 
Yeni-Bəyazid qəzası,  İrəvan qəzasının beşdə üçü, Eçmiədzin qəzasının dörddə biri, 
Aleksandropol qəzasının dörddə biri daxil idi.
3
 Alman diplomatı Bernsdorf bu mənzərəni belə 
təsvir etmişdi: “Türkiyə ermənilərə ancaq Sevan (Göycə-müəllif) gölünü saxlayıb, hansı ki, çimə 
bilərlər, ancaq çıxmağa və özlərini qurutmağa yer qalmayıb.”
4
 
 
1
 Fahrettin Erdoğan, Türk Ellerində Hatıralarım, səh. 155. 
2
 Kazım Karabekirin Kalemindən, Doğunun Kurtuluşu, Ərzurum, 1990, səh. 371. 
3
 Киракосян Дж. Младотурки перед судом истории, İrəvan,1986, səh.239. 
4
 Киракосян Дж., göstərilən əsəri,  səh.239. 
 
 Ümumiyyətlə, Batum müqaviləsinə  əsasən Ermənistan Respublikasının  ərazisi Birinci Dünya 
müharibəsinə  qədər ermənilərin  İrəvan quberniyasında kompakt yaşadıqları  ərazilərə 
məhdudlaşırdı. 
Mütəxəssis Makkartinin hesablamalarına görə, Birinci Dünya müharibəsi zamanı rus və 
erməni hərbi birləşmələrinin Şərqi Anadolunu işğalı nəticəsində həmin ərazidən 800 min nəfər 
müsəlman qaçqın düşmüşdür. Müharibənin sonunadək Qafqazdan 400 mindən artıq müsəlman 
onların cərgəsinə əlavə olmuşdur. Şərqi Anadoluda milyondan artıq müsəlman - o cümlədən ən 
azı 130 min Qafqazdan olan müsəlman qaçqınlar qırılmışdır.
1
 
Ermənistanda daşnakların hakimiyyəti dövründə türklərə qarşı soyqırım daha geniş vüsət 
almış, onların yaşadıqları ərazilər demək olar ki, bütünlüklə xarabazarlıqa çevrilmişdi. 
  
 
4. 1918-Cİ İLİN ƏVVZLİNDƏ BAKI QUBERNŞASINDA ERMƏNİ 
VƏHŞİLİKLƏRİ. 
 
Son iki əsrdə bilavasitə Rusiyanın himayədarlığı ilə istədikləri  əməlləri həyata keçirən 
ermənilər Qafqaza gəlmə bir xalq olmalarına baxmayaraq, bu qədim və  zəngin  ərazidə yurd 
salmaq, dövlət yaratmaq üçün hər cür hiyləyə, fitnə-fəsada əl atmışlar. 
Bu haqda rus tarixçiləri  İ.Dyakonov və N.Şavrov belə demişlər: “Qədim ermənilər, 
təxminən bizim eradan əvvəl birinci minillikdə, Fərat çayının yuxarı vadisi zonasında meydana 
gəlmişlər”.
1
 XX əsrin başlanğıcında Zaqafqaziyada yaşayan 1300000 ermənidən 1 milyondan 
artıqı bu rayonun yerli əhalisi deyildir: onlar buraya bizim tərəfimizdən köçürülmüşlər.



Ermənilərin Qafqaza köçürüldükləri barədə (Türkiyədən və İrandan) “Ermənilər, əsasən, 
müsəlman mülkədarların torpaqlarında yerləşmişlər” - deyən vəziri-muxtar, diplomat və 
dramaturq A.Qriboyedovun “Ermənilərin İrandan bizim əyalətlərə köçməsi haqqında qeydlər”ini 
oxumaq kifayətdir.
3
 
Ermənilərin Qafqazın aborigen xalqı olmamaları barədə vaxtilə mənşəcə erməni alimlərin 
özləri də etiraf etmişlər. Tarixçi B.İşxanyan “Qafqaz xalqları”  əsərində yazır: “Antik dövrdə 
ermənilərin  əsl vətəni olan Böyük Ermənistan Kiçik Asiyada, yəni Rusiyadan kənarda 
yerləşirdi.
4
 
Ermənistan SSR EA-nın ilk prezidenti İ.Orbelinin qeydinə diqqət yetirək: “İndiki Dağlıq 
Qarabağ orta əsrlər Albaniyasının bir hissəsi olmuş, 
 
1
 Dyakonov İ., Erməni xalqının ilkin tarixi, İrəvan, 1968, səh. 237, (rus dilində) 
2
 Шавров Н., Новая угроза русскому делу в Закавказъе S.-Peterburq, 1911, səh.61. 
3
 Qriboyedov A., Seçilmiş əsərləri, 2-ci cild, M.1977, səh. 399-444. 
4
 İşxanyan B., Qafqaz xalqları, Petroqrad, 1916, səh.18 (rus dilində). 
 
sonradan erməni feodalları tərəfindən zəbt edilmişdir.”
1
 
Ermənilərin kim olduqlarını  və harada təşəkkül tapdıqlarını, fikrimizcə, tanınmış alim 
Manuk Abeqyan daha dəqiq və düzgün ifadə etmişdir: “Erməni xalqının əsili nədir; necə və nə 
vaxt, haradan və hansı yollarla o buraya (İrəvan torpaqlarına - müəl.) gəlib, erməni olmazdan 
əvvəl və sonra hansı tayfalarla əlaqədə olub, onun dilinə, etnik tərkibinə kim necə təsir göstərib? 
Bizim əlimizdə bunları sübuta yetirən aydın və dəqiq dəlillər yoxdur.”
2
 
Hansı dona, hansı cildə istəsən girməyi bacaran erməni daşnakları 1917-ci ildə belə bir 
plan hazırlamışdılar ki, istər Şimali Azərbaycanda, istər tarixi Azərbaycan torpaqlarında, istərsə 
də Qafqazın digər  ərazilərində yaşayan azərbaycanlıları bütünlükdə  məhv etsinlər, ermənilərin 
əsas məqsədi bir xalq və millət kimi azərbaycanlıların ən dəhşətli soyqırımını təşkil etmək idi. 
Daha doğrusu, erməni daşnak partiyasının liderləri 1918-ci ilin ilk aylarından etibarən Bakıdan 
başlayaraq Tiflisə  qədər məskunlaşan azərbaycanlıları  qırıb Kür çayına, Qubadan Astarayadək 
yaşayanları isə Xəzər dənizinə tökməyi planlaşdırmışdılar. 
Həmin plana uyğun olaraq 1918-ci ilin mart-may aylarında Bakıda, Şamaxıda, Qubada və 
Göyçayda ermənilər yerli əhaliyə qarşı kütləvi qırğın tədbirlərinə əl atdılar. 
Həmin günlərin acı  həqiqətlərini qocaman müəllim Məmməd Hüseyn Axundov belə 
xatırlayır: “Ermənilər azərbaycanlıları  qıra-qıra Göyçaya çatmışdılar. Onlar görünməmiş 
vəhşiliklər törədir, hamilə qadınların qarnını yarıb uşağı nizəyə keçirib, divara sancır, camaatı 
məscidə doldurub yandırır, qız və  gəlinlərin kürəyinə qaynar simavar bağlayır və başqa 
vəhşiliklər edirdilər.” 
 
1
 Orbeli İ., Seçilmiş əsərləri, İrəvan, 1963, səh.358 (rus dilində). 
2
 Abeqyan M., Erməni ədəbiyyatı tarixi, İrəvan, 1975, səh.11 (rus dilində). 
 
1917-ci ildə Rusiyada çar hökuməti devrildikdən sonra Almaniya və Avstriya cəbhələrində 
xidmət edən minlərlə erməni əsgəri öz silahları ilə (o vaxtlar rus ordusuna azərbaycanlılar hərbi 
xidmətə çağırılmırdılar,  əvəzində dövlətə vergi verilirdi) daşnakların niyyətlərini həyata 
keçirmək üçün Bakıda cəmləşmişdilər. Hətta xatirələrdən məlum olur ki, 1918-ci ilin yanvar-
fevral aylarında özlərinə çox arxayın olan daşnak zabit və əsgərləri Bakının küçələrində belə bir 
mahnını oxuya-oxuya gəzirlərmiş: 
 
Bir, iki, Qafqaz oldu bizimki, 
  Bir, iki, Bakı oldu bizimki, 
  Dənizdən dənizə, 
Qara dəniz, Aralıq dənizi, 
Üstəlik Kirit adası. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə