Daha güclü, daha etibarlı bir bp qururuq



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə6/33
tarix07.04.2018
ölçüsü0,93 Mb.
#36497
1   2   3   4   5   6   7   8   9   ...   33

10

standart kubfut) qaz, eləcə də 80 milyon barel (10,1 

milyon ton) kondensat ixrac edilib. 

ŞD Mərhələ 1 layihəsi indi hasilatın ən yüksək sabit 

səviyyəsindədir. Hasilat obyektləri maksimum gücü 

ilə işləyərək bazarda tələbat olduqca gündə 27,3 

milyon standart metr (966 milyon standart kubfut) 

qaz və gündə təxminən 55 000 barel kondensat 

hasil edir. 

2012-ci il ərzində ŞD üzrə məcmu əməliyyat 

xərcləri 269,3 milyon dollar olub. Əsaslı xərclər 1,1 

milyard dollara çatıb. 2013-cü ildə ŞD üzrə 

əməliyyat xərclərinə 222 milyon dollar, əsaslı 

xərclərə isə 2,67 milyard dollar vəsait təsdiqlənib.



Şahdəniz Mərhələ 2

ŞD Yatağının Tammiqyaslı İşlənməsi və ya ŞD 

Mərhələ 2 (ŞD2) Azərbaycandan Avropa və 

Türkiyəyə qaz çatdıracaq nəhəng bir layihədir. Bu, 

yeni bir cənub qaz dəhlizi açmaqla Avropa 

bazarlarının qaz təchizatını və enerji təhlükəsizliyini 

gücləndirəcək. Bu layihənin hazırda ŞD Mərhələ 

1-dən hasil olunan illik təxminən 9 milyard kubmetr 

qaza daha 16 milyard kubmetr qaz əlavə edəcəyi 

gözlənilir.

Dünyanın ən böyük qaz işlənməsi layihələrindən 

biri olan ŞD2 üçün planlara körpü ilə birləşdirilən iki 

yeni dəniz platforması, iki yarımdalma qazma 

qurğusu ilə qazılacaq 26 sualtı quyu, suyun dərinliyi 

550 metrə çatan ərazidə 500 km uzunluğunda 

sualtı boru kəmərləri, Cənubi Qafqaz Boru 

Kəmərinin (CQBK) ixrac gücünə ildə 16 milyard kub 

metr əlavə olunması və Səngəçal terminalının 

genişləndirilməsi daxildir. ŞD qazının Türkiyə və 

Avropa ərazisində nəqli üçün yeni boru kəmərləri 

çəkiləcək və ya köhnələri genişləndiriləcək. 

Layihə 2012-ci ildə çox yaxşı irəliləyib, apreldə 

layihəöncəsi sənədlərin hazırlanması, 

layihələşdirmə və dizayn mərhələsinə daxil oldu. 

Türkiyə ərazisində Trans-Anadolu Boru Kəməri 

(TANAP) adlanan ayrıca yeni bir boru kəmərinin 

tikilməsi üçün iyun ayında Azərbaycan və Türkiyə 

hökumətləri arasında Hökumətlərarası Saziş və 

Türkiyə höküməti ilə TANAP arasında Tranzit Əraziyə 

Malik Ölkə Hökuməti ilə saziş imzalandı. Daha 

Quyu üzrə məsləhətçi – Xəzər üçün 

yeni qabaqcıl texnologiya

Qazma qurğularında, əsasən kəmərin 

endirilməsi zamanı ilişməsi nəticəsində qeyri-

məhsuldar vaxtın yüksək səviyyələrə çatması 

neft sənayesi üçün həmişə problemli məsələ 

olub. 2012-ci ildə bu problemi həll etmək üçün 

“BP Well Advisor” (“vel ədvayzə”) – BP-nin quyu 

üzrə məsləhətçisi adlanan yeni bir aləti tətbiq 

etməyə başladıq. İnanırıq ki, öz növbəsində 

bu, əməliyyatlarımızın təhlükəsizliyi və quyu 

strukturunun səmərəliliyini də artıracaq. 

BP-nin tədqiqat və layihələşdirmə üzrə 

mütəxəssislərinin Konqsberq Neft-Qaz 

Texnologiyaları şirkəti ilə əməkdaşlıq edərək 

hazırladıqları bu alətin əsas ideyası daha çox 

təhlükəsizlik və daha çox məlumatın olmasıdır. 

“BP Well Advisor” 2012-ci ilin aprelində 

istifadəyə verildi. Proses noyabrın əvvəlində 

qoruyucu kəmərin endirilməsini konsolunun 

Azəri və Dərinsulu Günəşli platformalarında tam 

istismara verilməsi ilə tamamlandı. 

“İndi qoruyucu kəmərin endirilməsi prosesində 

dəyişiklikləri real vaxt rejimində yoxlaya 

bilirəm”, – Mərkəzi Azəri platformasının baş 

qazma mühəndisi Eduardo Lukuara bildirir. 

Real vaxt rejimində qazma, qoruyucu kəmərin 

endirilməsi, sementləmə, süxurların sabitliyi 

kimi fəaliyyətlərlə bağlı informasiyanı göstərən 

konsollara malik “BP Well Advisor” həm 

də əməliyyat göstəricilərini proqnozlaşdırma 

prosesləri ilə inteqrasiya etməyə kömək edir. 

Lukuara deyir ki, nəticədə “qazmanın bütün 

mərhələlərində operativ qərarlar daha ətraflı 

məlumatlar əsasında qəbul edilir.” Potensial 

olaraq, “BP Well Advisor” istismara veriləcək 

yeni quyuların sayını və tezliyini artıra bilər. 

“BP Well Advisor” buna düzgün informasiyanın 

vaxtında və effektiv istifadə olunmasını təmin 

etmək üçün külli miqdarda verilənləri idarə 

edərək tövsiyə olunan təcrübələrlə inteqrasiya 

eməklə nail olur. Beləliklə, mühüm əməliyyat və 

avadanlıqların monitorinqini aparmaqla quyunun 

texniki bütövlüyü yaxşılaşdırılır.

sonra, 2012-ci ilin sonunda 2013-cü ilə 

planlaşdırılmış ŞD Yekun İnvestisiya Qərarı qəbul 

edilənə qədər ŞD konsorsiumu ilə Azərbaycan 

Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) arasında 

bir sıra sazişlər imzalandı. 

İl ərzində ŞD konsorsiumu TANAP konsepsiyasını 

ŞD Mərhələ 2 layihəsi ilə əlaqəli hazırlamaq 

istiqamətində Azərbaycan və Türkiyə 

hökumətlərinin məqsədlərini dəstəklədi. Bundan 

əlavə, ARDNŞ TANAP layihəsində 12% payla iştirak 

etmək üçün BP-yə rəsmi dəvətini təsdiqlədi. 

Şərtlərin 2013-cü ildə yekunlaşdırılacağı gözlənilir. 

Eyni zamanda, biz TANAP layihəsinin bütün 

iştirakçıları ilə sıx işləməyə davam edirik. 

Paralel olaraq, qazın Türkiyənin qərb sərhədindən 

Avropanın böyüməkdə olan bazarlarına çatdırılması 

üçün mümkün Cənub Dəhlizinin yekun hissəsi kimi 

Trans-Adriatik Boru Kəməri (TAP) və Nabukko Uest 

ilə bağlı variantların qiymətləndirilməsi 2012-ci ildə 

də davam etdi. 

Bəzi ŞD ortaqları, o cümlədən BP son nəticədə ŞD 

qazını Avropaya daşıyacaq istənilən boru kəmərinin 

hər bir hissəsində iştirak etməyi planlaşdırır. Buraya 

Cənubi Qafqaz Boru Kəməri, TANAP, eləcə də TAP 

və ya Nabukko Uest aiddir. Həm TAP, həm də 

Nabukko Uestlə artıq iştirak payı almaq hüququ və 

maliyyələşmə haqqında sazişlər bağlanıb. Bu, hər 

iki layihəni qısa müddətə maliyyələşmə ilə təmin 

edir və ŞD konsorsiumuna iki variant arasından 

Avropa marşrutu kimi seçiləcək boru kəmərində 

iştirak payı almaq hüququ verir. 

2013-cü ilin əvvəlindən diqqətimizi Avropa 

marşrutunun yekun seçimi prosesinə yönəltmişik. 

Buraya bu ilin sonuna ŞD2 Yekun İnvestisiya Qərarı 

qəbul edilməzdən əvvəl 2013-cü ilin ortalarına 

qədər TAP və Nabukko Uestin tam 

qiymətləndirilməsi ilə marşrutun seçilməsi ilə bağlı 

yekun qərarın verilməsi daxildir. 

Bu günədək əldə edilmiş irəliləyişin nəticəsi olaraq 

2013-cü ildə təxminən 2,3 milyard dollar vəsaitin 

xərclənməsi planlaşdırılır ki, ŞD2 layihəsi 2018-ci 

ildə ilkin hasilata hazır olsun.

BP-nin Azərbaycanda fəaliyyəti 

BP Azərbaycanda. Davamlı inkişaf haqqında hesabat 2012



Şahdəniz qaz və kondensat hasilatı

(bscm – milyard standart kubmetr, bscf – milyard standart kubfut, mmboe – milyon barel neft ekvivalenti, 

mmbbl – milyon barel, mmte – milyon ton)

Hasilatın  

başlanma tarixi

Ölçü 

vahidi

Hasilat  

başlanandan 2012-ci 

ilin sonunadək

2011

2012

Şahdəniz qazı

Noyabr 2006

bscm


37,6

6,7


7,7

bscf


1 328,8

235,4


272,8

mmboe


229,1

40,6


47,0

Şahdəniz kondensatı

Noyabr 2006

mmbbl


79,8

14,0


16,1

mmte


10,1

1,8


2,0


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə