Daha güclü, daha etibarlı bir bp qururuq



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə9/33
tarix07.04.2018
ölçüsü0,93 Mb.
#36497
1   ...   5   6   7   8   9   10   11   12   ...   33

15

Biz necə işləyirik 

BP Azərbaycanda. Davamlı inkişaf haqqında hesabat 2012

2012-ci ildə işçilərimizin idarə olunması və inkişaf etdirilməsini yaxşılaşdırmaq, 

əməyin təhlükəsizliyini gücləndirmək, podratçı və maraqlı tərəflərlə əlaqələrimizi 

dərinləşdirmək üçün müxtəlif fasiləsiz təkmilləşdirmə təşəbbüsləri həyata keçirdik.



Biz necə işləyirik

Hədəflərimiz

Biz sənayemizdə təhlükəsizlik 

üzrə lider, dünya səviyyəli 

operator, məsuliyyətli korporativ 

vətəndaş və yaxşı bir 

işəgötürən olmaq üçün səy 

göstəririk.

Məqsədimiz işgüzar 

fəaliyyətimizi yerli icmalara 

faydalar gətirəcək şəkildə 

aparmaqdır. 

Bu bölümdə

13

%



 

2011-ci illə müqayisədə 

2012-ci ildə yüksək vəzifəli 

yerli işçilərin sayında artım.

6,8

$

 



milyon 

Azərbaycan, Gürcüstan 

və Türkiyədə işçi heyətin 

təlimləri üçün insan 

resursları şöbəsi vasitəsilə 

çəkilən xərc.

Biz Azərbaycanlı 

məzunları BP şirkətində 

uğurlu karyera qurmağa 

hazırlamaq üçün yeni Neft-

qaz ixtisaslı məzunların 

təkmilləşdirilməsi 

proqramına start verdik.

Şərqi Azəri platforması

Biz əməliyyatların idarə edilməsi sistemimizi BP-nin 

fəaliyyət tərzi kimi tətbiq etməyə davam edirik.



ƏİES-in əməliyyat elementləri

Əməliyyat elementləri BP-də əməliyyatların necə 

aparılmalı olduğuna ümumi baxışdır. Burada necə 

fəaliyyət göstərməyimiz dörd geniş sahəyə ayrılır: 

İnsanlar, Qurğu, Proses və İcraat. Bunlar öz 

növbəsində diqqət mərkəzində olan daha səkkiz 

əsas sahə üzrə təsnif olunub. Bir-birindən asılı 

olan elementlər əməliyyatlarımıza 

balanslaşdırılmış yanaşma və əməli fəaliyyətimizi 

təsnif etmək üçün ümumiləşmiş bir üsul təqdim 

edir. Səkkiz əməliyyat elementindən hər biri bir 

neçə altelementə ayrılır. Bu altelementlər həyata 

keçirilməli olan konkret əməli fəaliyyətləri təsvir 

edir və BP qrupu səviyyəsində qoyulan tələbləri 

təsnif etməkdə bizə kömək edir.

16

Biz necə işləyirik 



BP Azərbaycanda. Davamlı inkişaf haqqında hesabat 2012

Mark Tomas 

Əməliyyatlar üzrə 

vitse-prezident, BP AGT

Sistematik fasiləsiz təkmilləşmə sadəcə bir 

proqram və ya hər gün fasiləsiz təkmilləşmə 

barədə düşünən sadəcə 100 əməkdaşımızdan 

ibarət bir qrup deyil. Bu, təşkilatımızda hər gün 

“Öz işimi necə bir az daha yaxşı və daha asan 

edə bilərəm?” deyə fikirləşən hər bir işçidir. 

Buna görə də, mən fasiləsiz təkmilləşdirmə 

üzrə fəalların şirkətimizdəki hər bir əməkdaşa 

yardım edərək onların işgüzar fəaliyyəti 

daha da yaxşılaşdırmaq üçün malik olduqları 

imkanlardan faydalanmasına köməklik 

göstərməsini gözləyirəm.

Əməliyyatların idarə edilməsi sistemi 

Əməliyyatların idarə edilməsi sistemi (ƏİES) bütün 

BP qrupunda əməliyyatların təhlükəsiz, standartlara 

uyğun və etibarlı şəkildə həyata keçirilməsi üçün 

vahid bir çərçivə təyin edir. Bu sistem BP 

əməkdaşlarına çatışmazlıqları müəyyən etmək və 

onları aradan qaldırmaqda, gündəlik fəaliyyətdə real 

təkmilləşmələr aparmaqda kömək etmək üçün 

hazırlanıb.

Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) regionunda 

ƏİES bizim bütün əməliyyatlarımız üçün çərçivələri 

təyin edir. O, bizim fəaliyyətimizdə vahid sistematik 

yanaşmanı təmin edir, təhlükəsizlik və risklərin 

idarə olunmasını işlərimizin təməl prinsipinə çevirir. 

Sistemin ayrılmaz hissəsi olan icra göstəricilərinin 

təkmilləşdirilməsi dövrəsi fasiləsiz təkmilləşdirməni 

stimullaşdırır. ƏİES dəyərlərimizin və davranışımızın 

təməlinə sirayət edir və bu sistem şirkətin bütün 

səviyyələrində dərin bacarıqlar və təhlükəsiz 

fəaliyyət mədəniyyəti formalaşdırmaq üçün 

hazırlanıb.

ƏİES daxilində təhlükəsiz, etibarlı və standartlara 

uyğun əməliyyatlar üçün əsas rəhbər prinsiplər və 

tələblər öz əksini tapıb. O, insanlar, qurğu, proses 

və icraat sahəsində səkkiz “əməliyyat elementini” 

özündə ehtiva edir.

Regionumuzda əməliyyatların bir fəaliyyət 

gündəliyinə malik vahid komanda şəklində fəaliyyət 

göstərməsinə və yekdil fikirlər ifadə etməsinə 

yardım etmək məqsədilə 2012-ci ildə BP AGT-də 

“Biz necə işləyirik” adlı sənəd hazırladıq. Bu 

istiqamətverici sənədin məqsədi hər bir əməkdaşın 

qlobal BP Apstrim (kəşfiyyat və hasilat) biznes 

bölümünə verdiyi töhfəni və öz mühüm rolunu 

anlamasını təmin etməkdir.

Bu bələdçi sənəd tez bir zamanda BP Apstrim 

biznes bölümünün bir hissəsi kimi bu regionda 

işgüzar fəaliyyətimizin bütün aspektləri barədə,  

o cümlədən dənizdə və quruda işləyən minlərlə 

əməkdaşın sayəsində təhlükəsiz və dünya səviyyəli 

əməliyyatlarımızı necə həyata keçirdiyimiz barədə 

əhəmiyyətli informasiya mənbəyinə çevrildi.

Məqsədimiz bu sənədin onlayn əldə edilə biləcək 

cari və işlək sənəd olmasını təmin etmək, 

vəzifələrimiz, təşkilatımız, yaxud proseslərimizdə 

baş verən bütün təkmilləşmə və dəyişiklikləri əhatə 

edəcək şəkildə yeniləməkdir.

Fasiləsiz təkmilləşmə

Fasiləsiz təkmilləşmə (FT) işlərimizi ümumi yüksək 

standartlarımız səviyyəsində daha təhlükəsiz, daha 

etibarlı və tələblərə daha uyğun etmək üçün 

çatışmazlıqları aradan qaldırmaq və fürsətləri 

dəyərləndirməyə yönəlib. Regionumuzda FT bizim 

əməyin təhlükəsizliyi, hasilat və xərclər kimi 

prioritetlərimizə uyğundur. Yalnız işgüzar 

fəaliyyətdəki icra göstəriciləri təkmilləşdirilmir, 

insanların işlədiyi mühit də daha stimullaşdırıcı və 

dəyərli olur, bu da, ümid edirik ki, ruh yüksəkliyinə 

gətirir. Bu layihələrin təxminən 150-si il ərzində 

Azərbaycanda BP tərəfindən həyata keçirilib. 

Əməkdaşlarımız arasında FT mədəniyyətinin daha 

yaxşı mənimsənməsi üçün biz bəzi FT 

layihələrindən bəhs edən altı video-film 

hazırlamışıq.

2012-ci ilin sonunda BT AGT-də FT üzrə fəalların 

ikinci illik forumu keçirildi. Bu forum regiondakı hər 

komanda və hər iş növbəsindən olan 96 əməkdaşı 

bir yerə topladı. FT üzrə bu fəallar o şəxslərdir ki, 

onların fasiləsiz təkmilləşmənin sistematik tətbiqinə 

dəstək olmaqla, təşkilatımızı daha da gücləndirə 

biləcəklərinə inanırıq.

2012-ci ildə keçirilmiş forumun mövzusu “Ayrı-ayrı 

FT-lərdən sistematik FT-yə” idi və burada 30-dan 

artıq FT layihəsi nümayiş olundu. Forumda canlı 

müzakirələr aparıldı, səsvermə üçün layihə 

plakatları təqdim edildi və fəalların FT layihələri 

barədə məlumatları bölüşmək üçün onlayn 

platformamız – “CI Connect”i sınaqdan keçirməsi 

və sistematik fasiləsiz təkmilləşmə barədə daha 

çox məlumat əldə etməsi üçün canlı nümayiş 

stendləri yerləşdirildi.

BP qrupunun əməliyyatların idarə edilməsi sistemi bizim bütün 

fəaliyyətlərimizə sistematik şəkildə nəzarət edilməsini dəstəkləyir.

İdarəetmə sistemləri

N

tic

l r

R

hb

rli

k

Ris

k

F aliyy

t

imtiyaz

ı

T

şk

ila

t

Op

tim

allaşdırm

a

Mülki

yy

t

Pr

os

ed

ur

la

r

İcraat

İn

sa

nl

ar

P

ro

se

s

Qurğu

Fasiləsiz təkmilləşmə üzrə fəalların forumu 

Azərbaycan-Gürcüstan-Türkiyə regionundan 

həmkərları bir araya gətirdi.




Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə