E d. professor Rəyçilər: M. C. Atakişiyev


«üçlük  ittifaqı»  reallığa



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə70/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   66   67   68   69   70   71   72   73   ...   106

təfiqlik  müqaviləsi  -  «üçlük  ittifaqı»  reallığa  çevrilmişdir. 
Tədricən  İngiltərə,  Fransa  və  Rusiya  bloku  (Antanta) 
yaranmışdır.  Bu  Antanta  İttifaqı  Birinci  Dünya  müharibəsi 
dövründə tam formalaşmışdı. 
Qeyd  etməliyik  ki,  Antanta  İttifaqının  yaranması  öz 
başlanğıcım 
1893-cü 
ildə 
Fransa-Rusiya 
İttifaqımn 
yaranmasından götürmüşdür. Bu İttifaqın yaranması da Avropada 
Almaniyanın  mövqeyinin  güclənməsi  qorxusundan  irəli 
gəlmişdir. 
Sülh konfransları. XIX əsrin son illərində silahlanmanın 
genişlənməsi və yeni silah növlərinin meydana gəlməsi mütərəqqi 
təbəqələri  düşündürməyə  bilməzdi.  Odur  ki,  silahlanmanın 
məhdudlaşdırılması  barədə  beynəlxalq  konfrans  çağ-  rılması 
ideyası yaranmışdır. Tarixdə bu ilk belə bir konfransın çağrılması 
təşəbbüsü Rusiya tərəfindən irəli atılmışdır. 
Konfrans  1899-cu  ilin  may-iyun  aylannda  Haaqada 
keçirilmişdir.  Konfransda  27  dövlətin  nümayəndəsi  iştirak 
etmişdir. Konfrans o qədər də praktiki nəticə verməmişdir. Çünki 
böyük 
dövlətlər 
silahlanmanın 
məhdudlaşdırılması 
ilə 
razılaşmamışlar. 
Odur 
ki, 
müharibə 
qorxusu 
aradan 
qaldırılmamışdır. 
Hər halda üç razılıq əldə edilmişdir: 
-
 
Beynəlxalq münaqişələrin sülh yolu ilə həll edilməsi
-
 
Quru ərazilərdə müharibənin qaydaları və adətləri
-
 
Dəniz 
müharibələrində 
Cenevrə 
müqaviləsinin 
şərtlərinə (yaralılar və xəstələr barədə) riayət edilməsi. 
Bundan  əlavə,  hərbi  yürüşlərin  məhdudlaşdırılmasma 
dair üç bəyannamə də qəbul edilmişdir. Beynəlxalq çəkişmələrin 
sülh yolu ilə həll edilməsi barədəki beynəlxalq saziş üç bölmədən 
ibarətdir: 
-
 
Ümumi sülhün saxlanılması; 
-
 
Xeyirxah xidmət və vasitəçilik
-
 
Beynəlxalq istintaq komissiyası. 
1907-ci  ildə  (iyun  ayında)  Amerika  prezidenti  T.Ruz- 
veltin təşəbbüsü ilə (Rusiymın dəstəyi ilə) ikinci «Sülh Kon 
223 


fransı»  çağnlmışdır. Burada artıq 44 dövlət iştirak etmişdir. Bu 
konfrans  10  yeni  beynəlxalq  razılaşma  qəbul  etmişdir  (əsasən, 
neytrallıq və dəniz m.üharibəsi hüququ barədə). 
Rusiya - Yaponiya müharibəsi 
və beynəlxalq münasibətlər 
XX
 
əsrin  ilk  illərində  Uzaq  Şərqdə  yaranan  vəziyyət 
bütövlükdə  dünya  miqyasında  baş  verən  hadisə  və  proseslərdən 
heç  nə  ilə  fərqlənmirdi.  Bölüşdürülmüş  dünyanın  yenidən 
bölüşdürülməsi  uğrunda  gedən  mübarizə,  hərbi-siyasi  blokların 
yaradılması  bu  dövrün  xarakterik  cəhətləri  idi.  Bütün  bunların 
nəticəsi  idi  ki,  dövlətlərarası  qarşıdurmalar  sürətlə  güclənirdi. 
Dünya  siyasətinin  önündə  ABŞ,  Almaniya,  Yaponiya,  Çin, 
Türkiyə, İran dayanırdı. Afrika ölkələri isə onların siyasi təsiri və 
iqtisadi asılılığı altına düşmüşlər. 
Uzaq  Şərqdə  Yaponiya  iqtisadiyyatının  güclənməsi. 
Yaponiya  1900-cu  illərdə  Koreyada  və  Çində  xammal  bazan 
uğrunda  geniş  kompaniya  aparırdı.  Yaponiya  öz  sənayesi  üçün 
əlavə  dəmir  filizi  və  kömür  bazası  yaratmağa  çalışırdı.  O,  hələ 
Rus-Yapon  müharibəsindən  çox-çox  əvvəl  belə Uzaq  Şərqdə  öz 
mövqeyini möhkəmlətməyə hazırlaşırdı. 
Belə  ki,  hələ  1873-cü  ildə  ümumi  hərbi  çağırış  həyata 
keçirilmişdir.  1894-1895-ci  illərdə  Çinlə  müharibə  aparmışdır. 
Yaponiya  ordusu  sayca  çox,  hazırlıqlı  və  nizam-intizamlı  idi. 
1895-ci ilin aprelində Simon şəhərində Yaponiya ilə Çin arasında 
sülh  müqaviləsi  bağlanmışdır.  Müqaviləyə  əsasən,  Lyaodun 
yarımadası  ilə birlikdə Mançj^oriya sahili  Yaponiyaya verilmiş, 
Koreya  isə  Yaponiyanın  protektoratma  çevrilmişdir.  Rusiya, 
Fransa və Almaniya Yaponiyanın bu cür işğalçılıq siyasətinə qarşı 
çıxmışlar.  Nəticədə,  Yaponiya  Formoza  və  Peskador  adaları  ilə 
kifayətlənərək Lyaodun yarımadasından imtina etmişdir. 
224 


Yaponiyanın  güclənməsi  bu  Ölkədə  yavaş-yavaş 
işğalçılıq meyllərinin artmasına zəmin yaradırdı. Böyük Yaponiya 
ideyası  təbliğ  edilirdi.  Bu  ideya  ilə  Kuril  adalarını,  Saxalin, 
Kamçatka,  Formoza,  Mançjuriya  adalarını,  Koreya  və  Şərqi 
Sibirin  böyük  bir  hissəsini  Yaponiyanın  tərkibində  görürdülər. 
Yaponiyanın  rəhbərliyi  1895-ci  ildən  artıq  bu  proqramın  həyata 
keçirilməsi kursuna başlamışdır. 
Yaponiya  Çinə  soxulmağı  gücləndirirdi.  İngiltərə, 
Almaniya, Fransa, ABŞ da ondan geri qalmaq istəmirdilər. Rusiya 
da  öz  növbəsində  Uzaq  Şərqə  olan  öz  təsir  dairəsini 
möhkəmləndirirdi.  Sakit  okeanda  donmayan  liman  əldə  etməyə 
çalışırdı. Sibir dəmir yolunun tikintisinə başlanmışdır. Rusiyanın 
Çinə təsiri möhkəmlənirdi. Dünyanın böyük dövlətləri tərəfindən 
Çinin  bölüşdürülməsi  geniş  xalq  kütləsinin  narazılığına  səbəb 
olmuşdur.  XIX  əsrin  axırlarında  bəzi  şəhərlərdə  çıxışlar 
başlaimıışdır.  1901-ci  ilin  yazında  bu  çıxışlar  xalq  üsyanına 
çevrilmişdir (Bu üsyan tarixdə «bokslaşma» adı kimi qalmışdır). 
Pekindəki  diplomatik  nümayəndələr  həbs  edilmiş, 
Almaniya  nümayəndəsi  isə  öldürülmüşdür.  Uzun  müddətli 
mübahisədən  sonra  İngiltərə,  Fransa,  Almaniya,  Rusiya  və 
Yaponiya  razılığa  gəlmişlər  ki,  öz  hərbi  heyətlərini  Çinə 
göndərsinlər  (alman  feldmarşahnm  ümumi  rəhbərliyi  altında). 
Alman  feldmarşalı  Çinə  çatmamış,  rus  generalı  Lineviçin 
rəhbərliyi  altında  beynəlxalq  ekspedisiya  korpusu  çinliləri 
məğlubiyyətə uğradaraq xarici nümayəndələri azad etmiş, üsyanı 
da  yatırmışdır.  Üsyançılar  Mançjuriya  dəmir  yolunu  dağıtdığına 
görə Rusiya Çinin bu ərazisində öz ordusunu yerləşdirmişdir. Çinə 
bildirmişdir  ki,  Mançjuriyada  sakitlik  yarandıqda  ordu  Çini  tərk 
edəcəkdir. Lakin başqa dövlətlərdə öz ordusunu çıxarmamışlar. 
Ayrı-ayrı 
dövlətlərin 
Çin 
barədəki 
diplomatik 
mübarizələri  aydındır  ki,  Rusiyanın  mənafeyinə  zidd  idi. 
Yaponiya, ABŞ, İngiltərə və Almaniya Rusiyanın Uzaq Şərqdəki 
möv 
225 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə