Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə34/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   30   31   32   33   34   35   36   37   ...   121

71 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 4(78) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 4 (78) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 4 (78) 
 
 
                                       ARİFƏ ZEYNALOVA 
                                  Naxçıvan Dövlət Universiteti 
UOT:81 
VURĞUNUN TƏDRİSİ PROSESİNDƏ QARŞIYA ÇIXAN BƏZİ MƏSƏLƏLƏR 
 
 
 
Açar sözlərvurğu, fonetika, leksikologiya, morfologiya, nitq hissələri, dilin struktur   
 
Key words: stress, phonetics, lexicology, morphology, speech parts, the structure of the  language 
Ключевые слова: ударение, фонетика, лексикология, морфология, части регги, структура 
языка.
 
Vurğu  dilçilik  elminin  maraqlı  və  mübahisəli,  bir  qədər  də  mürəkkəb  hesab  olunan 
mövzularındandır.  Qrammatika  kitablarında  vurğu  ilə  bağlı  mövzuların  tədrisi,  adətən,  dilçiliyin 
fonetika  bölməsində  öyrənilir.  Lakin  konkret  dil  faktları  göstərir  ki,  vurğu  dilin  ümumi 
xüsusiyyətləri ilə bağlı olduğundan onun yalnız bir dilçilik sahəsi ilə əlaqədar öyrənilməsi kifayət 
deyil.  Konkret  əlamətlərə  malik  olan  dil  faktı  olaraq  vurğunun  tədrisi  zəruri  və  aktualdır.  Lakin 
vurğunun tədrisində yalnız indiyə qədərki nəzəri məlumatlarla kifayətlənmək olmaz. Vurğu nəzəri 
baxımdan əhəmiyyətli olduğu kimi, praktik cəhətdən də maraqlıdır. 
         Dilçilik  ədəbiyyatlarında  vurğu  əsasən,  nəzəri  baxımdan  və  daha  çox  fonetik  məsələ  kimi 
işıqiandırılmışdır.  Lakin  araşdırılmalar  göstərir  ki,  vurğunu  yalnız  dilçiliyin  fonetika  bölməsi  ilə 
məhdudlaşdırmaq düzgün deyil və bu, tədrisin keyfiyyətinə əsaslı dərəcədə təsir göstərir. 
Vurğunun  tədrisində  onun  əsas  roluna  xüsusi  diqqət  edilməlidir.  “Sözdə  hecanın,  cümlədə  sözün 
qüvvətlənməsi,  tələffüz  zamanı  səs  tonunun  alçalıb  yüksəldilməsi,  səsin  və  ya  sözün  uzanma 
prosesi, işlənmə baxımdan fərqləndirmə və s. vurğudan asılıdır” (5, 186).   
Vurğunun  tədrisi  prosesində  təlimin  keyfiyyətini  təmin  etmək  və  mürəkkəb  problemlərin  aradan 
qaldırılması üçün bir sıra məsələlərə diqqətlə yanaşmaq zəruridir. Bunlar özünü aşağıdakı formada 
göstərir: 
1.Vurğu haqqında formalaşan fikirlərin ümumiləşdirilməsi 
2.Vurğunun rolu 
3.Vurğunun yeri 
4.Vurğunun növləri 
Azərbaycan,  o  cümlədən,  türk  dillərində  vurğu  haqqında  bir  sıra  dilçi  alimlər  bir-birindən 
maraqlı  fikirlər  irəli  sürmüşlər  ki,  ali  məktəblərdə  vurğunun  tədrisi  prosesində  onlardan  istifadə 
etmək  faydalıdır.  Vurğunun  səciyyəsinin  hansı  baxımdan  (fonetik,leksik  və  ya  qrammatik) 
formalaşması  məsələlərinə,  həmin  fikirlərin  əsas  motivinə,  onların  bir-biri  ilə  müqayisəsinə 
müəyyən qədər yer vermək lazımdır. Məsələn, Azərbaycanda, o cümlədən, türk dillərində vurğunun 
təbiəti  haqqında  fikirlərin  əksəriyyəti  eyni  olsa  da,  hansı  vurğu  növünün  əsas  hesab  edilməsi 
mübahisəlidir. 
Vurğunun növləri aşağıdakı prinsiplərə görə müəyyənləşir: 
a) səs (hərf) tərkibinə görə oxşar vahidlərin mənaca bir-birindən fərqləndirilməsi prinsipi. 
b) cümlənin hər hansı bir üzvünü məntiqi baxımdan nəzərə çatdırmaq prinsipi. 
c) ifadə və cümlələrdəki emosional incəlikləri bildirmək prinsipi. 
Fonetik  baxımdan  sözlərin  formalaşmasında  vurğunun  əhəmiyyətli  rolu    tədris  zamanı 
nəzərdən yayınmamalıdır. Vurğu semantik baxımdan da özünəməxsus mahiyyətə malikdir. Belə ki, 
bəzi sözlərin mənaca seçilməsində vurğu müəyyən rol oynayır. 
        Vurğu ilə bağlı məlumatların  fonetika bəhsində verilməsi  və fonetika ilə məhdudlaşdırılması, 
fikrimizcə, düzgün, daha doğrusu dəqiq deyil. Ona görə ki, vurğu dilin bütün strukturu ilə bağlıdır. 
O  həm  fonetik  (tələffüzə,  sözün  səs  baximdan  formalaşmasına  görə),  həm  semantik  (eyni  səs 
quruluşuna  malik  olan  sözlərin  məna  fərqinə  görə),  həm  qrammatik  (morfoloji  yolla  yaranan 


72 
 
sözlərdə  leksik  şəkilçinin,  yəni  şəkilçi-morfemin  üzərinə  düşməsi  ilə  əlaqədar  olaraq)  xarakterə 
malik olduğundan dilçiliyin bütün sahələri ilə əlaqələndirilməlidir. Belə ki, heca mövzusu dilçiliyin 
fonetika  bəhsində  öyrənildiyindən,  və  ya  orfoepik  qaydalar,  sözlərin  tələffüzü  fonetik  norma  ilə 
bağlı  olduğundan  sözlərin  heca  yaratmaq  əlamətinə  malik  olması  vurğunun  fonetik  əlaməti  ilə 
bağlıdır. Bu mənada, vurğu dilçiliyin fonetika bəhsi ilə sıx əlaqəli mövzusudur. 
Vurğu  dilçiliyin  leksikologiya  bölməsi  ilə  də  əlaqəlidir.  Belə  ki,  sözlər  olmadan  onlardakı 
vurğudan  danışmaq  mümkün  deyil.  Leksikologiya  isə  sözləri  öyrənən  dilçilik  sahəsidir.  Bu  cəhət 
vurğunu dilçiliyin həmin bölməsi ilə bağlayır. Ona görə də leksik materialların tədrisini vurğu ilə 
əlaqəli  aparmaq  lazımdır.  Xüsusilə  də,  “sözlərin  leksik  məna  qruplarını  öyrədərkən  vurğuya 
müraciət etmək lazımdır” (1,86). Bu baxımdan, omonimlər mövzusunun tədrisi səciyyəvidir. Çünki, 
vurğu  omonimlərdə  əsas  məsələdir.  Məlumdur  ki,  omonimləri  sözlərin  digər  leksik  məna 
qruplarından  fərqləndirən  əlamətlərdən  biri  onlarda  vurğunun  eyni  yerə  düşməsidir.  Ona  görə  də 
“gəlin”,  “oyun”,  “alın”  və  s.bu  kimi  sözlərdə  vurğunun  yeri  dəyişdikdə  fərqli  məqamlarla 
rastlaşırıq,  yəni  belə  sözlərdə  vurğu  sözün  sonuna  düşdükdə  onlar  kök  sözlər  kimi  işlənir,  əvvələ 
düşdükdə  isə  sözün  tərkib  hissələri,  yəni  kök  morfemlə  şəkilçi  morfem  üzə  çıxır.Belə  sözlər 
omonim sözlər yox,vurğusu dəyişərək mənası dəyişən sözlərdir. 
 Şəkilçi  morfem  isə  qrammatik  səciyyə  daşıyaraq  feilin  əmr  şəklinin  ikinci  şəxs  cəmindəki 
morfoloji  əlamətinin  göstəricisi  kimi  işlənir.  Yəni  vurğu  birinci  hecada  olduqda  həmin  sözlərin 
omonim hesab edilməsi mümkün deyil. Bu, omonimlərdə vurğunun sabitliyi ilə bağlıdır. 
Beləliklə,  omonimləri  vurğu  ilə  bağlı  şəkildə  öyrətdikdə  uğurlu  nəticələr  alınır,  və  ya 
vurğunun tədrisində omonimlərə müraciət edilməsi zəruridir. 
Söz yaradıcılığının (derivatologiyanın) tədrisində vurğuya ehtiyac daha artıq hiss olunur. Məlumdur 
ki, söz yaradıcılığının aşağıdakı yolları var: 
1. Leksik yol 
2. Morfoloji yol 
3. Sintaktik yol 
Hər üç yolla düzələn sözlərdə vurğunun ayrı-ayrı təbiəti özünü göstərir. Belə ki, leksik yolla 
yaranan sözlərdə vurğu,  əsasən, son hecaya düşür. Əgər söz kök şəklində işlənirsə vurğunun  yeri 
dəyişmir,  söz  kökünün  son  hecasında  qalır.  Lakin  həmin  sözlər  səkilçi  qəbul  edib  dəyişdikdə 
(məsələn,hallandıqda,mənsubiyyətə görə morfoloji əlamətlə işləndikdə, cəmləndikdə, onlara zaman 
şəkilçiləri  qoşulduqda  və  s.)  vurğu  şəkilçinin  üzərinə  düşür.  Tədris  zamanı  bu  məsələyə  diqqət 
etmək lazımdır.  Ona  görə ki,  (Azərbaycan  dilində vurğu sözün son hecasının üzərinə düşür)  fikri 
tələbələri ilk baxışda çaşdıra bilər. Bəzən son heca dedikdə söz kökünün sonu başa düşülür. Lakin 
vurğu  haqqındakı  “son  heca”anlayışı  şərti  xarakter  daşıyır  və  həmişə  özünü  doğrultmur.  Çünki, 
bəzən son heca vurğulu olmaya da bilər, yəni vurğu qəbul etməyən şəkilçidən ibarət ola bilər. Bu 
mənada vurğunun yeri məsələsi xüsusi diqqətlə və faktlar əsasında öyrədilməlidir. 
Vurğunun  tədrisi  təkcə  fonetik  və  derivatoloji  mövzularla  məhdudlaşmır.  Qrammatikanın 
hər  iki  bölməsində  (morfoloji  və  sintaksis)  ondan  istifadə  edilməlidir.  Qrammmatik  anlayışlarda 
vurğu fərqli şəkildə işlənir. Belə ki, morfologiya nitq hissələri və onların dəyişməsindən bəhs etdiyi 
üçün  vurğu  nitq  hissələri  çərçivəsində  öyrədilir.  Lakin  nitq  hissələri  özəlliklərinə  görə 
fərqləndiyindən onlardakı vurğu da həm təbiətcə, həm də məqamca seçilir. “ Vurğu bu və ya digər 
dilin ümumi xüsusiyyətləri, daxili qanunauyğunluqları ilə bağlı olur” (2, 275). 
İsmin tədrisində bilik və məlumatlar vurğu ilə əlaqəli şəkildə verilməlidir. Məsələn, ismin 
hal  kateqoriyası  tədris  edilərkən  bildirilməlidir  ki,  həmin  kateqoriyanın  morfoloji  əlamətləri 
vurğunu özünə çəkir. Bu zaman konkret nümunələrdən istifadə etmək yerinə düşür. Yəni hər hansi 
bir isim, və ya isimlər hallanmalı, onların vurğusu göstərilməlidir. 
 
Məsələn: 
A.
 
         Müəllim
              kitab            rayon               ömür  
Yiy.        Müəllimin´          kitabın´       rayonun´          ömrün´   
Yön.       Müəllimə´           kitaba´         rayona´            ömrə´ 
Təs.        Müəllimi´´           kitabı´         rauonu´            ömrü´                   


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə