Göz yaşları içindən baxan təbəssüm



Yüklə 23,73 Mb.
Pdf görüntüsü
səhifə8/22
tarix15.10.2018
ölçüsü23,73 Mb.
#74404
1   ...   4   5   6   7   8   9   10   11   ...   22

Dostlar, yoldaşlar

Bahar gəlmişdi.

Biz çıxıb dərsdən

Evə gedirdik,

Bir sən, bir də mən.

 

Papağımızı

Yan qoymuşduq, yan,

Deyib-gülürdük

О gün ucadan.

 

Gödəkcəmizin

Yaxası açıq.

Gözəl bir gündə

Yola çıxmışdıq.

 

Niyə gedirdik,

Наrа gedirdik?

Biz hara gəldi –

Ora gedirdik.

 

Sonra - geriyə,

Sonra - sağ, sola,

Sonra tullandıq,

Sonra yüyürdük

Biz bala-bala.

 

Gəzib dolaşdıq

Bir sən, bir də mən.

Evə qayıtdıq

Üzügülər, şən.

 

Gülə-gülə də

Ayrıldıq onda.

Sevinərik biz

Bir də, yenidən

Qarşılaşanda.

Durğu işarələri

Axırıncı

Sətirdə,

Sözlər qurtaran yerdə

Durğu işarələri

Dayandılar üz-üzə,

Dayandılar göz-gözə.

 

Əl-qolunu ata-ata,

Qaça-qaça

Gəldi nida.

Bağırdıqca bağırdı,

Çığırdıqca çığırdı: -

Ura! Ura!

Qara - vuul!

Taladılar!

Наrа baxırsan,

Наrа?!

 

Gəlib çıxdı hardansa

Əyricəburun sual.

Yanlarını basa-basa

Yağdırırdı sualları

Dalbadal,

Bircə-bircə: -

Kim?

-   Kimi?

-   Hardan?

-   Necə?

 Gəlib çıxdı vergüllər –

Qıvrımsaçlı gözəllər.

Dayanırsan, boylanırsan

Nəfəsini dərən kimi,

Hər vergülü görən kimi.

 

Çapıb gəldi iki nöqtə,

Diyirlənə-diyirlənə

Qopub gəldi üç nöqtə.

 

Vergüllər başladılar: -

Bizim öz yerimiz var!

İmla yazanda - vergül,

Müəllimin sözünə

Qulaq asanda - vergül!

 

Nöqtəli vergül xala

Heç kəsdən qalmaz dala:

- Nöqtə yoxsa üstünüzdə -

Gərək deyilsiniz siz də!..

 

Qoşa gözlərində nəm,

Qışqırdı iki nöqtə:

- Nöqtəli vergüldən də,

Vergüldən də üstünəm -

Baxın, təkgöz nöqtədən

İki dəfə böyüyəm mən!

İki gözlə baxıram,

Əyri yolla yoxdu aram.

 

Gözünü döyə-döyə,

Özünü öyə-öyə

- Yoox! - səsləndi üç nöqtə -

Mən hamıya gərəyəm,

Tezcə görürlər məni!

Elə ki söz qurtardı –

Düzürlər üç nöqtəni...

 

Sual boynunu bükdü,

Heyrətləndi: - Sözə bax!..

Nida çiynini çəkdi,

Deyindi: - hm... Sözə bax!..

 

Tənha nöqtə birdən-birə

Ayağını vurdu yerə:

- Gərək son sözü mən deyəm!

Cümlə mənlə qurtarır –

Mən hamıdan gərəkliyəm!..

Göy qurşağı

Göy üzündə çaxdı şimşək,

Tez gözünü yum görək!

 

Asta-asta yağış yağır,

Üzə gülür göy qurşağı.

 

Uşaqlar, tez olun,

Çıxın, çıxın həyətə!

Uşaqlar, düzülün!

Şehli otlar içində

Ayaqyalın qaçarıq,

Qaçarıq,

Tullanarıq,

Göy üzünə uçarıq.

 

Uşaqlar, tez olun,

Göy qurşağı üstündə

Düzülün!

Əl çalın, əl çalın!

Göy qurşağı rəngbərəng

Çiçək kimi açılıb.

Göy qurşağı

Boyunca

Gedək üzüaşağı,

Göy üzünü dolaşaq.

Göy qurşağı üstündən

Yerə mayallaq aşaq.

Huşsuza bax, Huşsuza

Harda yoxdu, harda vardı,

Basseyn küçəsində

Bir huşsuz yaşayardı.

Əyləşib, səhər-səhər

Köynək geydi birtəhər.

“Qoluna bax, nə gendi,

Vay... şalvarmış!” - deyindi.

Harda yoxdu, harda vardı,

Basseyn küçəsində

Bir huşsuz yaşayardı.

Palto geyinərdi о –

Özgənindi о palto.

Coraba əl atardı –

Corabın yiyəsi vardı.

 

Harda yoxdu, harda vardı,

Basseyn küçəsində

Bir huşsuz yaşayardı.

 

Papağın əvəzinə

Tava geyindi yenə.

Çəkmə yerinə - əlcək,

Dedilər: - huşsuz, əl çək!

Əyləşib tramvaya

Yol gedirdi vağzala.

Qapını açdı - vay-vay,

Yıxılmışdı, az qala.

 

Bələdçiyə üz tutdu,

Biletçiyə üz tutdu: -

Ay izzətli, hörmətli

Vaqonlar bələdçisi,

Vaqonlar biletçisi!

Hər nə olursa-olsun -

İndi düşməliyəm mən.

Olmazmı tramvayı

Vağzalda əylədəsən?

 

Bələdçi hay-haraya

Əylədi tramvayı.

Harda yoxdu, harda vardı,

Basseyn küçəsində

Bir huşsuz yaşayardı.

Bilet almaq eşqinə

Getdi bufetə yenə.

Sonra pul saya-saya

Kvas almaqdan ötrü

Tez yüyürdü kassaya.

 

Harda yoxdu, harda vardı,

Basseyn küçəsində

Bir huşsuz yaşayardı.

 

Sonra qaçdı perrona,

Mindi açılmış vaqona.

Çamadanı,

Bağlamanı

Tez yerbəyer elədi,

Özünə “afərin” - dedi.

Pəncərənin qabağında

Getdi yuxuya bir anda.

 

Alatoran gəldi dilə:

-     Bura haradı belə?

-     Leninqraddı, - dedilər,

-     Leninqrad! - söylədilər.

 

Bir az yatdı, oyandı,

Pəncərədən boylandı,

Baxdı böyük vağzala,

Keçdi sorğu-suala:

-     Bəs buranın nədi adı,

-     Boloqoyedi, Popovkadı?

-     Leninqrad! - dedilər,

-     Leninqrad! - söylədilər.

 

Yatdı, yenə oyandı,

Pəncərədən boylandı.

Baxdı böyük vağzala,

Yenə keçdi suala:

-     Stansiyanın nədi adı?

-     Dibunadı, Yamskayadı?

-     Platformadan cavab gəldi,

-     Leninqrad! - kimsə dedi..,

Dedi: - Bu nə zarafatdı?

Yol getdim, iki gün yatdım,

Heç çatmadım Leninqrada –

Getmədim, geri qayıtdım.

 

Harda yoxdu, harda vardı,

Basseyn küçəsində

Bir huşsuz yaşayardı...

Karusel

Nəhəng çadır altında

Dalbadal atlar keçir,

Qızıl yüyənlər keçir,

Qızıl qanadlar keçir.

 

Qızlar xizək üstündə,

Oğlanlar at üstündə,

Xizəyi qovhaqovda,

О qızların qəsdində.

 

Naxış-naxış xizəklər

İşıldar işım-işım.

Oğlanların atları –

Bozumtul, ya qaraşın.

-     Qamçılayıb atları

-     Xizəklərə çatarıq!

-     Vurmayın atları, siz,

-     Yox... çata bilməzsiniz!

Rəngbərəng fanarların

Altında cıdıra bax!

İgidlər qovhaqovda,

Titrəyən çadıra bax!

 

Evlər necə fırlanar,

Keçə-keçə fırlanar –

Coşqun seldi elə bil.

Meydan özü fırlanır –

Karuseldi elə bil.

Nəzakət dərsi

Beş-altı yaşlı ayını

Öyrətdilər bala-bala –

Bəlkə о da “adam” ola: -

Yaxşı-yaxşı qulaq as!

Qonaqlıqda Olmaz

Nə çığırmaq, nə bağırmaq.

Tanışları görəntək

Tezcə baş əyəsən gərək;

Çıxarasan papağını,

Yeriyəndə heç kəsin

Əzməyəsən ayağını,

Birələri qapmayasan,

Dörd ayaqla çapmayasan!..

 

Marçıldatma ağzını,

Əsnəməkdən gözünü çək!

Əsnəyəndə pəncəni

Ağzına tutasan gərək!

 

Üzüyola mehriban ol,

Yolu kəsmə, söz qanan ol,

Qocalara hörmət elə;

 

Hərdən ayı nənəni də

Dumanda, şaxtada, çəndə

Evə ötür gülər üzlə.

 

Hə... ayıya bax, beləcə

Dərs verdilər gündüz, gecə.

 

Dərsin xeyri olmadı,

Ayı lələ ayılıqdan qalmadı.

Qonşulara - ayılara,

Tülkülərə baş əydi,

Tanışları görəntək

Yer verərək,

Üstəlik,

Çıxardı papağını,

Tanış olmayanların

Tapdadı ayağını.

 

Harda aşdı –

Orda başdı,

Ot-əncəri tapdaladı,

Başına min oyun açdı.

 

Metrolarda harın-harın

Hara gəldi atlanırdı.

Qocaların, qarıların

Qabırğası çatlayırdı.

 

Beş-altı yaşlı ayını

Öyrətdilər, bax beləcə,

Əbəs yerə gündüz-gecə -

Dərsin xeyri olmadı,

Ayı lələ ayılıqdan qalmadı.

9

N 12(21) 3.04.2015

Marşakın şeirləri 

İsa İsmayılzadənin 

tərcüməsində



Yüklə 23,73 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə