Хошбяхт ялийева



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə28/74
tarix10.11.2017
ölçüsü2,89 Kb.
#9620
1   ...   24   25   26   27   28   29   30   31   ...   74

Folklorşünaslığa giriş   
 
 
95 
“Şifahi folklora bəzi siyasi mövzular daxil olmaqla bir sıra 
m
əsələlərlə  bağlı  ictimai  rəyin daha dəqiq barometri kimi 
yanaşmaq mümkündür”
86
.   
Bel
ə demək mümkünsə, folklor mətni bu halda sanki 
xalq s
əsverməsinin  –  “referendum”unun yekunu kimi diq-
q
əti cəlb etməkdədir. 
Şifahi  xalq  ədəbiyyatının  ən qədim  janrlarından  olan 
nağıllarda hüquq və idarəçilik müxtəlif vasitələrlə öz əksini 
tapmışdır. Məlumdur ki, nağıllarımızın əsas ideyası ədalətli 
hökmdar v
ə  firavan həyat  haqqında  xalq  düşüncələridir. 
Y
əni hər  zaman  haqqın  qələbəsinə  inanan insanlar bu 
dünya
görüşlərini müxtəlif vasitələrlə ifadə etməyə çalışmış-
lar. N
ağıllarımızda tez-tez qarşılaşılan dövlət quşu ilə bağlı 
xalq  düşüncəsi bu cəhətdən diqqəti cəlb  edir.  Əslində 
demokratik seçkinin r
əmzi ifadəsi  olan  bu  quş  hökmdarı 
ölmüş  bir  məmləkətə  gəlib  çıxan  cır-cındır  geyinmiş  bir 
q
əhrəmanın başına qonar. Ən ağıllı, xalqını hər çür bəladan 
(d
əhşətli  əjdəhadan,  yeddibaşlı  divdən) qoruya bilən bir 
igidi hakim seç
ən  quşa  bəzən inam olmaz. Seçimin 
doğruluğu  çübhə  altına  alınarsa,  quş  yenidən uçurular. 
Lakin 
əgər xalqın seçdiyi qəhrəmandırsa,  neçə  dəfə  təkrar 
edils
ə də, quş yalnız həmin adamın başına qonar. 
Dövl
ət quşunun həqiqi və rəmzi mənaları, hansı quş-
ların  bu  ad  altında  nağıllarda  işlənməsilə  bağlı  maraqlı 
fikirl
ər vardır. Onların bəzilərinə qısa nəzər salmaq yerinə 
düşər. 
Bel
ə tədqiqatlardan biri Almaniyanın Berlin şəhərində 
                                                           
86
 
Алан  Дандес.  Фольклор:  семиотика  и/или  психоанализ 
(Сборник  статьей),  Москва:  Восточная  литература  РАН,  2003,s. 
190 


Almaz H
əsənqızı                                                   
 
 
96 
n
əşr  edilən  “Qurtuluş” dərgisinin 1936-cı  il  19-cu  sayında 
verilmişdir. “Nuhoğlu V.” imzası ilə verilən həmin məqalə 
“Dövl
ət quşu” adlanır.   
H
ər şeydən əvvəl qeyd etməliyik ki, bu əslində Azər-
baycanın tanınmış ziyalılarından siyasi mühacir Mirzə Bala 
M
əmmədzadənin  imzalarından  biridir
87
  v
ə  həmin məqalə 
d
ə  rus-sovet müstəmləkəçi idarəçiliyinin tənqidi münasi-
b
ətilə  qələmə  alındığından siyasi mahiyyət  daşımaqdadır. 

əllif vətəninin var-dövlətini talan, ruhunu məhv etməkdə 
olan imperialist qüvv
ələrə  etirazını  bildirmək üçün cox 
maraqlı  bir  vasitədən  –  folklordan məharətlə  istifadə  et-
m
əklə nail olmuşdur. Beləliklə, nağıl elementləri müəllifə, 
bir t
ərəfdən, öz düşüncələrinin ifadəsi  üçün  yardım  etmiş-
dirs
ə, digər tərəfdən, xalq müdrikliyinin, milli fəlsəfənin 
t
əbliği,  tanıtdırılması  diləklərindən irəli gəlmişdir.  Məqa-
l
ənin adından da göründüyü kimi, Nuhoğlu məşhur bir nağıl 
fiqurundan  –  dövl
ət quşu  və  onun xalq təfəkküründəki 
yerini aydınlaşdırmaqla siyasi düşüncələrini ifadə etmişdir: 

İnadın,  ehtirasın,  ötkəmliyin qüvvəti “dövlət  quşu”nun 
qar
şısında bir heçdir. “Dövlət quşu”nun iltifatına nail olmaq 
üçün  ağlından  başqanlıq  və  vəzifə  fikirləri keçirmədən, 
böyük milli m
ənfəətlər uğrunda fədakarlıqlarda bulunmaq, 
t
əhlükələrlə  qucaqlaşmaq,  xalqı  ən qorxunc fəlakətlərdən 
qurtarmış olmaq, mərdliyin, qəhrəmanlaığın yüksək həmlə-
l
ərini göstərmək kimi yüksək insani xarakter sahibi olmaq 
g
ərəkdir”
88

                                                           
87
 
Reşid  Rahmeti  Arat.  Makaleler,  I  c.,Yayına  hazırlayan: O.F.Sert-
kaya, Ankara: 1987, s.1034 
88
  Nuh-
oğlu V. Devlet kuşu, “Kurtuluş” dergisi, Berlin: 1936, mayıs, 
sayı 19, s. 536 


Folklorşünaslığa giriş   
 
 
97 
Bel
əliklə, ilk növbədə xalqa başçılıq edən şəxsin hansı 
keyfiyy
ətlərə malik olması aydınlaşdırılmışdır. “... Azərbay-
can dövl
ət  quşu  yalnız  Azərbaycan  türkünün  başına  qona 
bil
ər”  –  yazaraq,  əsl məqsədini bildirən  Nuhoğlu  “Dövlət 
quşu”  məqaləsində  nağıllarımıza  xas  olan  fiqurları  təhlilə 
c
əlb etməklə əcnəbi oxucuda Azərbaycan xalqının milli dü-
şüncə tərzi, demokratik idarəçilik əxlaqı haqqında təsəvvür 
yarat
mağa nail olmuşdur.
 
 
Dövl
ət  quşu  ilə  bağlı  məlumatlara Azərbaycanın  mü-
hacir ziyalılarından Səlim Rəfiq
 
R
əfioğlunun
 
1933-1934-cü 
ill
ərdə  yazdığı  “Azərbaycan və  Anadolu xalq hekayələrinin 
t
əhlili və  müqayisəsi”  əsərində  təsadüf edilməkdədir.  Mü-
əllif bu barədə yazır: “Hekayələrdə dövlət quşuna əhəmiyyət 
verildiyi n
əzəri-diqqəti cəlb etməkdədir. Ancaq padşah oğlu-
nun  başına  qonar.  Bir  məmləkətin  padşahı  öldükdən sonra 
xalq toplanaraq yeni padşahı intixab etmək üçün dövlət quşu 
uçu
rurlar.  Quş  kimin  başına  qonarsa,  o,  padşah  olurdu... 
Dövl
ət  quşu  sadəcə  xalq  ədəbiyyatında  deyil,  yazılı  ədə-
biyyata da girmişdir”, – yazan tədqiqatçı “Şahzadə İbrahim”, 
“Ayğır Həsən”, “Məlikməmməd” və başqa nağıllarla yanaşı, 
M.F.Axundzad
ənin yaradıcılığını xatırlatmışdır
89
.   
Ümumiyy
ətlə, dövlət  quşu  ilə  bağlı  tədqiqat aparan 
aliml
ərin bəziləri  onun  nağıllarımızda  rastlaşdığımız  əfsa-
n
əvi  Simurğ  olduğunu qeyd etməkdədirlər. Yuxarıda  bəhs 
olunan t
ədqiqatında  Simurğla  bağlı  ayrıca  təhlillər aparan 
S.R
əfiq yazmışdır: “Simurğ iranlıların əfsanəvi bir quşudur 
ki, “s
ək” – “köpək” və “mürğ” – “quş” kəlmələrinin birləş-
                                                           
89
 
Selim  Refik  Refioğlu.  Azerbaycan  ve  Anadolu  Halk  hikayelerinin 
tahlili  ve  mukayesesi,  İstanbul:  1933-1934, Bayazit Devlet Kütüp-
hanesi, 894.35-
09 (0.201694) şifreli elyazma, s.72 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə