Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə8/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   4   5   6   7   8   9   10   11   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
19 
19 
kimi]; II. “Alpamış” dastanının özbək variantı [“Alpamış” dastanının özbək variantı 
və akademik V.M. Jirmunskinin məktubu]; III. Məqalələr [dastançı-şair, özbək xal-
qının  dastan  yaradıcılığının  yazılı  ədəbiyyatına  təsiri,  özbək  qəhrəmanlıq  eposu 
ölməz abidə kimi, “Alpamış” və “Alıp-Manaş” dastanlarının müqayisəli öyrənilməsi 
məsələsi,  özbək  dastançılarının  (bilicilərinin)  məktəbləri,  özbək  xalq  bilicilərinin 
ənənəvi öyrənilmə forması, xalq poeziyasının incisi, Özbəkistan xalq poeziyası, çox-
cildli özbək xalq folklorunun toplanması  və nəşrə hazırlanması təcrübəsindən, xalq 
bilicilərinin  bədii  yaradıcılığı,  folklor  elmi].  Adları  sadalanan  bu  məsələlər 
göründüyü kimi, çox ciddi araşdırmaların nəticəsinin göstəricisidir. Tanınmış özbək 
folklorçusu  (Azərbaycanın  tanınmış  folklorçusu  Azad  Nəbiyevin  yaxın  dostu  və 
məsləkdaşı)  bu  əsərini  məşhur  folklorşünas  alim  Hadi  Zərifovun  xatirəsinə  ithaf 
etmişdir. Yəni bu nüans özü də əsərin ciddiliyinə növbəti bir işarədir. 
Tura  Mirzəyev  bu  əsəri  ilə  bir  daha  əmin  olur  ki,  xalqın  ən  böyük  xəzinəsi 
onun folklorudur. Şifahi xalq ədəbiyyatı – nəğmələr, nağıllar, atalar sözləri,  əfsanə 
və  əsatirlər,  tapmacalar,  epik  dastanlar  –  xalq  qəlbinin  tərcümanı,  onun  psixo-
logiyası, tarixi, ümid və inamlarının güzgüsüdür, saysız- hesabsız incilər xəzinəsidir. 
Əsərin  yekununda  belə  bir  nəticə  qətiləşir:  Müəllif  bu  fundamental  əsərini 
yazarkən  təkcə  öz  elmi-nəzəri  bilgiləri,  istifadə  etdiyi  ədəbiyyat  siyahısından  yox, 
eyni  zamanda,  uzun  illərin  ekspedisiya  müşahidələri,  ayrı-ayrı  folklor  yaddaşlı 
insanlarla  görüşləri,  topladığı  folklor  nümunələrini  müqayisəli  təhlil  süzgəcindən 
keçirməsi, eləcə də elmi folklor sorğularından faydalanmışdır.  
 
Qaynaqlar 
1.
 
Azad  Nəbiyev.  Azərbaycan  xalq  ədəbiyyatı.  II  hissə  (orta  əsr  və  yeni  dövr 
folklor yaradıcılığı) // Bakı, Elm, 2006, 648 səh. 
2.
 
Almaz  ÜLVİ.  Azərbaycan-  özbək  (cığatay)  ədəbi  əlaqələri  (dövrlər, 
simalar, janrlar, təmayüllər) // Bakı, “Qartal”, 2008. 334 səh. 
3.
 
Тура Мирзаев. Эпос и сказитель // Ташкент, Фан, 2008, 410 стр. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
20 
20 
Aynur Qəzənfərqızı,  
AMEA Folklor İnstitutu, doktorant 
aynurqezenferqizi@yahoo.com
  
 
QUMUQ YIRLARINDA TARİXİN BƏDİİ ƏKSİ 
 
Özət 
Yırlar qumuq folklorunda önəmli bir yer tutur. Mövzu və məzmun baxımından 
çox  zəngindir.  Qumuq  folklorunda  bir  janrın  adı  kimi  işlədilən  yır  bir  çox 
məqamlarda  Azərbaycan dastanlarından parçaları, kiçik sujetli  mənzum hekayələri, 
bəzən vücudnamələri xatırladır. Bəkir Çobanzadə, Abdulhakim Acıyev, K. Sultanov, 
Çetin  Pekaçar,  Əli  Şamil  kimi  tədqiqatçıar  yırlar  haqqında  araşdırma  aparsalar  da, 
yırların tədqiqatına çox ehtiyac duyulur. Biz öz araşdırmamızda  yırları Azərbaycan 
folklorundakı örnəklər ilə müqayisə edərək, həm də onlarda tarixiliyi araşdıracağıq.  
Açar sözlər: yır, qumuq folkloru, tarixilik 
 
Резюме 
Йыры занимают значительное место в кумыкском фольклоре. Они очень 
богаты  с  точки  зрения  тематики  и  содержания.  Йыр  это  название  жанра, 
схожего  с  малосюжетными  стихотворными  формами  Азербайджанских 
эпосов,  а  иногда  вуджуднаме.  Несмотря  на  наличия  трудов  Б.  Чобанзаде,  А. 
Аджиева,  К.  Султанова,  Четин  Пекачара,  Али  Шямиля  относительно  йыр,  в 
этом  направлении  требуются  новые  исследования.  В  этой  статье  мы 
сопоставляя  йыры  с  подобными  примерами  Азербайджанского  фольклора 
исследуем их в историческом контексте.  
Ключевые слова: Йыр, фольклор кумуков, исследование 
 
Summary 
Yirs take important parts in kumuk folklore. Due to the theme and maintenance 
they  are  very  rich.  Yir  used  as  the  name  of  the  genre  in  kumuk  folklore  in  some 
conditions it reminds some parts of sagas in Azerbaijan folklore, expressed in verse 
in  little  topic,  sometimes  vucudnames.  Though  some  investigators  such  as  B. 
Chobanzade, A. Ajiyev, K. Sultanov, Chetin Pekachar, Ali Shamil have studied this 
problem one need to investigate the problem of yir. In our investigation compairing 
yirs  with  the  sample  in  Azerbaijan  folklore  we  shall  investigate  the  historicity  in 
them, too. 
Key words: yir, kumuk folklore, historicity 
*** 
Qumuqlar  şifahi  xalq  ədəbiyyatının  mənzum  olan  janrlarından  birini  yır 
adlandırır. Qıpçaq qrupuna daxil olan türk xalqlarında  yır sözü oğuz qrupuna daxil 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
21 
21 
olan xalqlarla müqayisədə çox işlədilir. Belə ki, heca vəznli şerin bir növünə Krım 
və Kazan tatarları cır, cir, qazax və qırğızlar jır, noqaylar, qaraçay-balkarlar və b. yır 
deyir.  Keçmişlərdə  isə  türk  xalqlarında  yır,  jır,  cır  sözü  geniş  işlənmişdir.  Ərəb 
dilinin təsirilə  yır, jır, cır şeir sözü ilə əvəzlənsə də, hazırda Orta İran türkləri Savə 
və Qum bölgələrində yaşayan soydaşlarımızın dilində hələ də yır və yırçı sözləri şeir 
və şair sözlərilə paralel işlənilir. (7, 98)  
Qumuq  folklorunda  bir  janrın  adı  kimi  işlədilən  yır  bir  çox  məqamlarda 
Azərbaycan  dastanlarından  parçaları,  kiçik  sujetli  mənzum  hekayələri,  bəzən 
vücudnamələri xatırladır. Türkiyəli folklorşünas Doğan Kayaya görə, yır qumuqların 
türkü  yerinə  istifadə  etdikləri  termindir  (9,  796).  Doğan  Kayanın  bu  fikri  qumuq 
yırlarını tam əhatə etmir, çünki türkülərin hamısı deyil, bir qismi yırlara oxşayır. 
Qumuq  folklorşünaslarının  toplayıb  çap  etdirdikləri  yırlar  sayca  çox  və 
çoxsujetlidir.  Janrın  təsnifatının  verilməsində,  mövzusunun  araşdırılmasında 
alimlərdən  Bəkir  Çobanzadə,  Abdulhakim  Acıyev,  İmperiyat  Xalipayeva,  Tamsted 
Qustav,  Çetin  Pekaçarın  zəhmədi  çoxdur.  Lakin  bu  müəlliflərin  kitab  və  məqa-
lələrində  janr  hərtərəfli,  türk  xalqlarının  folklorundakı  oxşar  janrlarla  müqayisəli 
şəkildə hələ tam öyrənilməyib. Bəkir Çobanzadənin başladığı işi 1990-cı ildən sonra 
türkiyəli araşdırıcı Çetin Pekaçar davam etdirsə də, onların işi dəryadan damla təsiri 
bağışlayır. Mövzu ilə bağlı çoxsaylı araşdırıcı fikrinə hələ böyük ehtiyac var. 
Əldə edə bildiyimiz qaynaqlardan bu qənaətə gəlmək olur ki, qumuq folklorunda 
həcminə  görə  sarınlardan  sonrakı  yeri  yırlar  təşkil  edir:  “Qumuqlarda  yırlar  bir  neçə 
misradan başlayaraq bir neçə yüz misrayadək uzana bilir. Mövzusunda isə məhdudiyyət 
yoxdur”  (8,  299).  Yırların  qafiyələnmə  sistemi  mərsiyə  kimidir.  İki  misradan  bir 
qafiyələnmə dəyişir. Əsasən ab şəklindədir.  
Yırlar  qumuq  folklorunda  böyük  əhəmiyyətə  malikdir.  Ancaq  bununla  yanaşı, 
yırlar  ciddi  bir  tədqiqata  ehtiyac  duyur.  Yırların  bölgüsünü  qumuq  folklorşünasları 
igitlik  yırları  (qəhrəmanlıq  mahnıları),  kalendar-adat  yırları;  (mövsüm  və  mərasim 
nəğmələri)  yaslar,  vayahlar,  şahalaylar  (ağılar),  zahmat  yırlar  (iş  nəğməsi),  sibir  ve 
tusnak  yırlar  (əsirlik  nəğmələri),  haşık  yırlar  (məhəbbət  nəğmələri)  kimi  növlərə 
bölürlər  (4,  159).  Çetin  Pekaçar  isə  igitlik  yırları  başlığı  altında  dastanlar  və 
qəhrəmanlıq  türkülərini  vermişdir.  Çetin  Pekaçarın  bu  bölgüsü  ilə  razılaşa  bilmirik. 
Çünki qeyd etdiyimiz kimi, yırlar öz əhəmiyyətinə və böyüklüyünə görə az qala qumuq 
folklorunun  yarısını  təşkil edir.  Və ona görə də  məzmun, mövzu  və süjet baxımından 
xeyli zəngin olan yırların iki başlıq altında bölünməsi çox da qəbul edilə bilməz. 
Abdulhakim  Acıyevin  bölgüsü  də  diqqətiçəkəndir.  O,  yırları  tarixi,  tarixi-
qəhrəmanlıq,  qəhrəmanlıq  yırları  kimi  bölgülərə  bölür.  Tarixi  yırları  da,  öz 
növbəsində,  erkən  tarixi  yırlar,  XIX  əsr  Qafqaz  döyüşləri  zamanı  yaranmış  tarixi 
yırlar,  1877-ci  il  üsyanına  qoşulmuş  yırlar,  müstəmləkəçilik  və  feodalizm  əleyhinə 
“dinc”  dövr  yırları  kimi  bölmüşdür.  Abdulhakim  Acıyev  Çetin  Pekaçaradan  fərqli 
olaraq kalendar-adat yırları yox, kalendar-adət poeziyası başlığında vermişdir. Yəni 
kalendar-adat poeziyasını yırlara aid etməmişdir (13). 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə