Microsoft Word zamanin sinagi-26. 10. 16. doc



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə39/50
tarix30.12.2017
ölçüsü2,49 Kb.
#18714
1   ...   35   36   37   38   39   40   41   42   ...   50

Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
187
Qoca kişi hara, cavan qız hara? Ancaq belələri var. 
Elə qocalar var ki, cavan qızlara aşiq olurlar. Yaşlarına 
və başlarına uyğun olmayan işlər görmək istəyirlər. 
Ancaq yaş  hər  şeyi deyir. Yaşla zarafat etmək olmaz. 
Baxmayaraq ki, bəziləri zarafat edirlər. 
Deyilənə görə, bir qoca kişi cavan bir qızı alır. Toy 
gecəsi qoca kişi deyir: Çayımızı içək, qəlyanımızı çəkək, 
qalaya hücum edək. Toy gecəsi beləcə keçir. Səhərisi 
günü qoca kişi yenə  də eyni sözləri deyir. Belə olanda 
cavan qız qoca kişiyə deyir: Çayını iç, qəlyanını  çək, 
ancaq qala sənin sadağan oldu. 
 
*** 
Sovet dövründə kolxozçular əkin sahəsində 
işləyirlərmiş.  Əkin sahəsi qəbiristanlığın yanında imiş. 
Tənbəllərdən biri-bir kişi aradan çıxıb qəbir daşlarının 
arasında yuxuya gedir. Kolxoz sədri  əkin sahəsinə  gəlir 
və görür ki, hamı  işləyir, bir nəfər yoxdur. Onu 
yaxınlıqdakı  qəbir daşlarının arasında yatmış  vəziyyətdə 
tapır. Kolxoz sədri qəbir daşları arasında yatan kişini 
oyadaraq deyir ki, hamı  işləyir, sən isə yatırsan. Ayağa 
dur, işlə. Qəbir daşları arasında yatan kişi kolxoz sədrinə 
deyir ki, o birilərini (o, qəbiristanlıqda yatan ölüləri 
nəzərdə tutur) də oyat, onlar da işləmir. 
 
*** 
ADPU-nun fizika fakültəsinin müəllimi  İsrail 
Məmmədov 48 yaşında fizika üzrə fəlsəfə doktoru diplo-


B u l u d x a n   X ə l i l o v  
 
188 
munu almışdı. Bu barədə dost-tanışa məlumat verirdi. Bu 
məlumatı Mahir Qabiloğluna da dedi. Mahir Qabiloğlu 
dedi ki, mən bir İsrail tanıyırdım. O, İsrail Mustafayev 
idi. Üzünü mənə tutub dedi: Buludxan, sənə  İsrail 
Mustafayev dərs deyib. Dedim ki, deyib. Qayıdıb dedi ki, 
mən onu tanıyırdım. O, əlli yaşında dünyasını dəyişdi. Bu 
İsrail isə 48 yaşında fizika üzrə fəlsəfə doktoru olubdur. 
 
*** 
Günlərin bir günü İsmayıl Şıxlı, Hüseyn Arif və di-
gər dostları yaxşıca yeyib içirlər. Hüseyn Arif bədahətən 
deyir: 
Şuşanın dağları  çəndi, dumandı  İsmayıl  Şıxlı ya-
manca vurandı. 
 
*** 
Amasiyaya – Ağbabaya dönən olsa, məndən salam 
söyləsin. Mənim gəzdiyim yer - yurdlara salam söyləsin. 
Futbol oynadığım, xizək sürdüyüm, qaçma - tutma oyna-
dığım, çilik-ağac oynadığım yerlərə salam söyləsin, 
üstündə  gəzdiyim,  əzdiyim güllərin, çiçəklərin torpağın 
dərin qatlarındakı kökünə salam söyləsin. Ulularımızın, 
müqəddəslərimizin narahat ruhlarına salam söyləsin. 
 
*** 
Bir xahişim var. Mənə dünyaya gəldiyim kənddən 
bir qəbir yeri verin. Bu barədə bir xəbər bilsəniz, 
söyləyin. Allah eşqinə mənə deyin!!! 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
189
*** 
Şair Oqtay Rza mənim barəmdə bədahətən bu mis-
raları dedi: 
Bütün ürəkləri dərk edən dekan, 
Hamıdan tez gəlib gec gedən dekan
*** 
Məmməd Araz, Söhrab Tahir və digər bir neçə şair 
Moskvada yeməkxanaların birində çörək yeyirlərmiş. Bu 
zaman həmin yeməkxanaya Səməd Vurğunla birgə 
Fadeyev də daxil olur. Məmməd Araz, Söhrab Tahir tez 
yeməklərini yeyib yeməkxanadan çıxmaq istəyirlər. Bu 
böyük sənətkarın yanında utanıb çəkinirlər. Ona görə də 
yeməkxanadan tez çıxmağa çalışırlar. Və  çıxanda nə 
qədər pul ödəyəcəklərini soruşurlar. Ancaq onlara deyilir 
ki, sizin pulunuzu Səməd Vurğun ödəyibdir. 
 
*** 
Dilimizdə belə bir misal var: “Burada alaqarğa bala 
çıxarmaz”. Bu misalın mahiyyəti belədir ki, qarmaqa-
rışıq, səsli - küylü, təbiəti təmiz olmayan, suyu, havası 
təmiz olmayan yerdə alaqarğa yurd salmır, yaşamır. Ala-
qarğa çox həssas, təmizliyi sevən bir quşdur. Hətta onu 
da deyirlər ki, alaqarğa olmayan yerdə yaşamaq olmaz. 
Yəni alaqarğa yaşamayan yerin təbiəti, suyu, havası in-
sanın yaşaması üçün münasib deyildir. 
Deyilənlərə görə, qədim insanlar ilk məskunlaşdıq-
ları yerin yaşayış üçün nə  qədər  əhəmiyyətli olduğunu 
bilmək məqsədilə fikir verirlərmiş ki, burada alaqarğa 


B u l u d x a n   X ə l i l o v  
 
190 
yaşayırmı.  Əgər alaqarğa yaşayırmışsa, onda həmin 
yerdə məskunlaşmağı məqsədəuyğun sayırlarmış. 
 
*** 
Mən hər cür adamla yol gedərəm, ancaq ədalətsiz 
adamnan yol gedə bilmərəm.Ona görə ki, hər pis şey 
ədalətsizlikdən başlayır. 
 
*** 
“Qocanın ağlı, gəncin biləyi”. Bu o deməkdir ki, 
qocanın ağlı, gəncin isə biləyi güclü olar. 
 
*** 
Əminliklə demək istəyirəm ki, ədəbiyyat tariximiz 
müstəqilliyimizin, dövlətçiliyimizin, milliliyimizin maraq-
ları istiqamətində yenidən öyrənilməli və  tədqiq edilmə-
lidir. Klassik ədəbiyyatımız, ümumiyyətlə,  ədəbiyyatımız 
ideoloji basqıların təsiri altında tədqiq edilibdir. Zaman isə 
göstərdi ki, ədəbiyyat, əsl ədəbiyyat sənətdir, onu ideoloji 
təsirlər altında öyrənmək olmaz. Heç şübhəsiz, Nizami, 
Füzuli, Yunis İmrə, Nəsimi, Ş.İ.Xətai, M.F.Axundov, Aşıq 
Ələsgər, C.Cabbarlı, S.Vurğun, S.Rüstəm və digərləri 
yenidən tədqiq edilib öyrənilməlidir. 
 
*** 
İnsanda  əsas xüsusiyyətlərdən biri onun ruhudur. 
Ruh insanı daha canlı  və  cəlbedici edir. İnsan ruhsuz 
olanda ölü kimi bir şeydir. Təsadüfi deyil ki, “Ruh ki 
bədəndədir sənindir” deyilmişdir. 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
191
Heykəllər də, qəbirlər də ... ruhsuzdur. Ona görə də 
hər hansı görkəmli bir şəxsin heykəli onun özü deyil, 
məhz elə heykəlidir. Qəbirlərdə isə uyuyanlar canlı 
insanın özü deyil, cəsədidir. Müdriklərdən biri demişdir 
ki, mən öləndən sonra harada istəyirsiniz orada da dəfn 
edin. Ona görə ki, mənim qəbrimin harada olması  əsas 
deyil. Yəni həmin qəbir mən deyiləm. Mənim cəsədim-
dir. Məni ziyarətə  gələnlər məni yox, mənim qəbrimi 
görəcəklər. 
*** 
Dünyada elə insanlar var ki, onlar ölü kimidir. On-
ları  nə itirib - axtaran olur, nə yada salan olur, nə  də 
onlara baş  çəkən olur. Əslində dünyasını  dəyişən insan 
hələ ölmür. O vaxta qədər ölmür ki, onu yada salırlar, 
ondan danışırlar, onu yad edirlər, qəbrini ziyarət edirlər 
və s. Elə ki, dünyasını dəyişmiş adam unudulur, onda o 
artıq ölür. 
 
*** 
Görkəmli aktyor Əliağa  Əliyev küçə ilə gedirmiş. 
Birdən binanın yuxarı  mərtəbəsinin birindən bir xanım 
ona olan hörmətini, sevgisini bildirmək istəyir. Balkonda 
olan dibçəkdəki gülün çiçəklərinin birini qırıb onun 
üstünə atır. Bunu görən  Əliağa  Əliyev zarafatından qal-
mır, dayanır xanıma baxır. Xanım yenə  də onun üstünə 
çiçək atır.  Əliağa müəllim zarafatından geri qalmayaraq 
yerindəcə durur. Xanım  əsəbiləşir və balkondakı gül 
dibçəyini götürüb yerə atır. 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə