Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə135/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   131   132   133   134   135   136   137   138   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

410

 

yası; mənası: piyada əsgər (İstanbul, 2000); H.Araslının nəşrində: 



babası (Bakı, 1978); Zeynalov-Əlizadə  nəşrində: yiyəsi (Bakı, 

1988); S.Əlizadənin nəşrində: yiyəsi (Bakı, 2000)... S.Əlizadə hə-

min yazılış  şəklinin oxunuşu barədə yazır: “yiyəsi. Er-də (M.Er-

gində - Ə.T.) “yayası”, HA-da (H.Araslıda – Ə.T.)”babası”. M.Er-

ginin hansı mənada nəzərdə tutduğu aydın olmasa da, mətndə “yi-

yə”, “sahib” anlayışı hasil olur”

1

.  Bu qeydlər onu göstərir ki, qor-



qudşünaslıqda həmin yazılış şəklinin oxunuşu və semantikası mə-

sələsi hələ də mübahisəlidir. Amma bu da var ki, təqdim olunmuş  

transkripsiyalar mətnlə səsləşir. Bu da təsadüfi deyil. Çünki həmin  

yazılış şəklində ifadə olunmuş sözdə kiməsə işarə olunur. Bu mə-

nada oxunuş formalarının eyni semantik şaxədə birləşməsi təbii 

qarşılanır: “piyada əsgərinin//yiyəsinin//babasının çiynində qal-

xan oynayar”. Bu fikirlərdən, daha doğrusu, oxunuş  formaların-

dan hansının düzgün olmasını isə yalnız “Kitab” və digər qədim 

mənbələr kontekstində  dəqiqləşdirmək mümkündür. Faktlara 

diqqət yetirək: 

− birincisi, yuxarıdakı yazılış  şəklinin “yaya” formasında 

oxunuşu və “piyada əsgər” mənasında izahı yerinə düşmür. Ona 

görə ki, “Kitab”da “piyada əsgər” anlamlı “yaya” yox, ayaqla, pi-

yada anlamlı “yayaq” sözü işlənib. Digər tərəfdən, M.Kaşğarinin 

“Divan”ında “yadhag” sözü məhz piyada, ayaqla mənasında 

verilib (I c., səh.382); 

− ikincisi, “yiyəsi” oxunuş forması mətnin ümumi seman-

tik yükü ilə səsləşsə də, “Kitab”da yiyə, sahib anlamlı “iyə” (Qo-

ηur atıη iyəsi...) sözü işlənsə də, “Kitab” və digər qədim türk mən-

bələrində “yiyə” anlamlı “iss” sözü üstün mövqedə görünür: “Bə-

dəvi atlar issin görüb oğradıqda” (“Kitab”); “İtin issi var isə, tov-

şanın tanrısı var” (“Oğuznamə”); Gənciyəm, gənc issinün bən 

gənciyəm” (Nəsimi)... Digər tərəfdən, Selcan xatunun dilindən ve-

rilmiş “Həq təala atamıη köηlinə rəhmət eləsə, kəbin kəsüb məni 

                                                            

1

 S.Əlizadə. Nüsxə fərqləri və şərhlər. Kitabi-Dədə Qorqud. 1988, səh.243. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

411

 

ol yigidə versə” cümləsindəki “ata” sözü də həmin yazılış şəklinin 



“yiyəsi” formasında oxunuşunun düzgün olmadığını göstərir. 

Fikrimizcə, “babası”  şəklində oxunuş forması düzgündür. 

Mətnə nəzər salaq: 

“Oğul, sən varacaq yerüη 

“Dolamac-dolamac yolları olur. 

Atlu barub çıqamaz 

                      anuη balçığı olur. 

Ala yılan sökəməz 

              anuη  ormanı olur. 

Göglə pəhlu uran 

              anuη qalası olur. 

Göz qaquban köηül alan 

              anuη görklüsi olur. 

“Hay!” demədin baş götürən 

               cəlladı olur. 

Yağrınında qalqan oynar 

                  yiyəsi olur. 

yavuz yellərə yeltəndiη, 

                  qayıda döngil! 

Ağ saqallu babaηı,  

Qarıcıq olmuş anaηı bozlatmağıl! – dedi” (D- 175-176). 

Bu parçada həmqafiyə kimi işlənmiş sözlər cərgəsində incə 

saitli sözlər yox dərəcəsindədir, daha dəqiqi, “görklüsü” sözündən 

başqa, qalanları qalın saitli sözlər olub, ahəngdarlıq yaradan, poe-

tik mənanı qüvvətləndirən vasitələr kimi çıxış edir: yolları olur, 

balçığı olur, ormanı olur, qalası olur, cəlladı olur (burada yalnız 

“cəlladı” sözündə incə sait işlənib). Bu cür həmqafiyə sözlər sıra-

sında  “yiyəsi” deyil, “babası” oxunuş formasının açıq-aydın  şə-

kildə  görünür (babası olur); ikincisi, “Kitab”da “baba” (ata) statu-

sunda  çıxış edənlərin şücaəti, igidliyi, eyni zamanda silahlanma-

ları tam fərqli şəkildə təqdim olunur: qurt sinirli yay yalnız Dirsə 

xana aiddir: “Dərsə xan qurt siηirli qatı yayı  əlinə aldı (V-12); 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

412

 

“Yüzi dönməz qılıcum ələ aldım” (D-277), “Qazan qalqan yapın-



dı, sügüsin əlinə aldı” kimi cümlələr  daha çox Qazan xan obrazını 

səciyyələndirir; düşmən Bəkilin atını görəndə vahiməyə düşür: 

“Bu at Bəkiliη, biz qaçırız” (D-246). Deməli, həmin yazılış şəkli-

nin “babası” formasında oxunuşu daha məntiqli görünür; üçüncü-

sü, Oğuz cəmiyyətində atanın xüsusi statusa malik olması qabarıq 

şəkildə canlandırılıb: “Ata tururkən oğıl əlinmi öpərlər?” (D-74); 

dördüncüsü, Qanturalının dilindən verilmiş parçada həmin yazılış 

şəkli, əsasən, eynilə təkrarlanıb (-nın şəkilçisi istisna olmaqla) və 

bu yazılış şəkli qorqudşünaslıqda daha çox “babasının” formasın-

da oxunub (H.Araslı, F.Zeynalov, S.Əlizadə...). V.V.Bartold da 

babasının (atasının) mənasında başa düşüb:  отцу (göstərilən 

mənbə: səh.65). Bu, Qanlı qoca (ata) və Qanturalı (oğul) obrazla-

rının dilindən verilmiş misraları (həmin yazılış  şəkilləri işlənmiş 

misralar nəzərdə tutulur) qarşılaşdırdıqda daha aydın görünür: 

“Yağrınında qalqan oynar babası olur” (Qanlı qoca) – “Yağrınında 

qalqan oynar babasınıη//Qadir qorsa, başın kəsəyim” (Qanturalı). 

Bütün bunlar yuxarıdakı yazılış şəklinin məhz “babası” formasın-

da transkripsiyasının düzgün olduğunu arqumentləşdirir. 

 

Üç yüz say cidalu yigit 

 

Qorqudşünaslıqda Drezden nüsxəsinin 254-cü səhifə-



sindəki “say” sözünə (“Üç yüz say cidalu yigit bunıη yanına cəm 

oldı”) müxtəlif bucaqlardan münasibət bildirilib: 

− V.V.Bartoldun tərcüməsində “say” miqdar bildirən söz 

mənasında verilib: “...джигиты  в  числе  трехсот…» (göstərilən 

mənbə: səh.89); 

− O.Ş.Gökyaya görə, “say” leksemi düz, düzgün, cilalı 

mənasındadır (İstanbul, 2000); 

− M.Erginin fikrincə, “Kitab”da işlənmiş “say “sözü düz, 

düzgün, cilalı, parlaq kimi mənaları ifadə edir (Ankara, 1958); 

− Zeynalov-Əlizadə  nəşrində “say” leksemi “seçmə” 

mənasında “igid” sözünün təyinedicisi kimi təqdim olunur: “Üç 



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə