Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə41/57
tarix14.09.2018
ölçüsü3,74 Mb.
#68441
1   ...   37   38   39   40   41   42   43   44   ...   57

     Ailə başçısını itirməyə əmək pensiyası ölüm gününədək Qanunda  tələb edilən 
sığorta stajı  olduqda təyin edilir. Ailə başçısını itirməyə görə əmək  pensiyasının  
baza  hissəsinin  məbləği    hər  iki  valideynini  itirmiş    uşaqların  və  ya  vəfat  etmiş 
tənha ananın uşaqlarının  hər biri üçün, habelə vəfat etmiş ailə başçısının  bir uşağı 
olduqda həmin şəxs üçün  yaşa görə əmək pensiyasının  baza hissəsinin 100 faizi  
məbləğində,  digər  ailə  üzvlərinin  hər  biri  üçün  isə  yaşa  görə  əmək  pensiyasının  
baza hissəsinin 50 faizi məbləğində hesablanır. 
     Azərbaycanın  Milli  Qəhrəmanlarının  ailə  üzvlərinin  əmək  pensiyasının  baza 
hissəsinin  üzərinə  yaşa  görə  əmək  pensiyasının    baza  hissəsinin  30  faizi 
məbləğində əlavə hesablanır. 
     Əmək pensiyasının baza hissəsinin  üzərinə müvafiq hallarda aşağıdakı hallarda 
əlavələr hesablanır: 
-  öhdəsində  əmək  qabiliyyəti  olmayan  ailə  üzvləri  olan  işləməyən  I  və  II  qrup 
əlillərə  ailənin  əmək  qabiliyyəti  olmayan    hər  üzvü  üçün  yaşa  görə  əmək 
pensiyasının baza hissəsinin  5 faizi məbləğində
- I qrup əlillərə qulluq üçün – yaşa görə əmək pensiyasının baza hissəsinin 10 faizi 
məbləğində; 
- siyasi represiyalara məruz qalaraq sonradan bəraət qazanmış şəxslərə - yaşa görə 
əmək pensiyasının baza hissəsinin 10 faizi məbləğində; 
- müharibə əlillərinin yaşa görə əmək pensiyalarına; 
- I qrup əlillərə yaşa görə əmək pensiyasının baza hissəsinin 100 faizi məbləğində; 
- II qrup əlillərə yaşa görə əmək pensiyasının baza hissəsinin 70 faizi məbləğində; 
- III qrup əlillərə yaşa görə əmək pensiyasının baza hissəsinin 50 faizi məbləğində. 
KitabYurdu.az 
130


 

Mövzu 12: Ümumdövlət xidmətlərinə, qanunvericilik və icra hakimiyyəti
yerli özünüidarəetmə orqanlarının , müdafiə, hüquq -  mühafizə, məhkəmə 
orqanlarının  saxlanmasına büdcə xərcləri. 
 
1. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq dövlət hakimiyyəti 
sistemi. 
2.  Ümumdövlət  xidmətləri,  qanunvericilik  və  icra  hakimiyyəti  ,  yerli 
özünüidarəetmə orqanlarının saxlanması xərcləri. 
3. Beynəlxalq təşkilatlara üzvlük haqqı xərcləri. 
4.  Hüquq  mühafizə,  təhlükəsizlik  orqanlarının  və  prokurorluğun  saxlanması 
xərcləri. 
5. Digər kateqoriyalara aid edilməyən  ümumi dövlət xidməti xərcləri. 
 
Ədəbiyyat 
1. Azərbaycan Respublikasının Konstitusiyası.2002. 
2. “Büdcə sistemi haqqında “Azərbaycan Respublikasının Qanunu.2002. 
5. Ş.Ş.Bədəlov,R.B.Məhərrəmov,F.Ə.Qurbanov. Büdcə sistemi. Bakı 2003. 
6. N.Novruzov,X.Hüseynov.Maliyyə.Bakı 2007. 
7.M.M.Sadıqov, S.Məmmədov. Maliyyə.Gəncə 2010. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
KitabYurdu.az 
131


 

     Azərbaycan  Respublikasında  idarəetmə  orqanları  sistemi    bütün  səviyyələrdə 
hakimiyyət,  qanunvericilik,icra,  məhkəmə,  prokurorluq  və  təhlükəsizlik  
orqanlarının məcmusunu təşkil edir. 
     Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq dövlət  hakimiyyəti 
sistemi  qanunvericilik,  icra,  məhkəmə    hakimiyyətinin  bölüşdürülməsi 
prinsiplərinə əsaslanır. 
     Azərbaycan 
Respublikasında  qanunvericilik  hakimiyyətini  Azərbaycan 
Respublikasının Milli Məclisi həyata keçirir.(maddə 81) 
     Azərbaycan  Respublikasında  icra  hakimiyyəti  Azərbaycan  Respublikasının 
Prezidentinə mənsubdur.(maddə 99) 
     Yerli səviyyələrdə idarəetməni bələdiyyələr həyata keçirir. Bələdiyyələrin qəbul 
etdikləri  aktlar  hüquqa  və  haqq-  ədalətə  əsaslanır.  Azərbaycan  Respublikasının 
Konstitusiyasına, 
qanunlarına,Azərbaycan 
Respublikası 
Prezidentinin  
fərmanlarına,  Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinin  qərarlarına  zidd 
olmamalıdır. 
     Azərbaycan  Respublikasında  mövcud  qanunvericiliyə  əsasən  dövlət  və  yerli 
idarəetmə  orqanlarının    saxlanmasına  xərclər  hər  il  ,  optimallıq  prinsipinə  əsasən  
dövlət büdcəsində təsdiqlənir. 
     Azərbaycan  Respublikası  Beynəlxalq  Təşkilatların    üzvüdür  və  beynəlxalq 
təşkilatlara  üzvülük  haqqı  ödəyir.  BMT,  BVF,  Dünya  Bankı,  Avropa 
Yenidənqurma və İnkişaf Bankına və digər beynəlxalq  təşkilatlara üzvülük haqqı 
ödəyir. 
2.  Ümüumdövlət  xidmətləri,  qanunvericilik  və  icra  hakimiyyəti,  yerli 
özünüidarəetmə orqanlarının saxlanması xərcləri. 
     Qanunvericilik  və  icra  hakimiyyəti,  yerli  özünüidarəetmə    orqanlarının 
saxlanması    xərclərinə  daxildir:  Azərbaycan  Respublikasının    Milli  Məclisi 
aparatının,  Azərbaycan  Respublikası  Prezidenti  aparatının,  Naxçıvan  Muxtar 
Respublikasının  Ali  Məclisi    aparatının,  Azərbaycan  Respublikasının    Nazirlər 
Kabineti  aparatının,  yerli  bələdiyyə  orqanlarının,  Azərbaycan  Respublikasının 
Nazirləri,  Dövlət  Komitələri,  baş  idarələri  və  başqa  icra  orqanlarının    mərkəzi 
aparatının,  Naxçıvan  Muxtar  Respublikasının    Nazirlər  Kabineti  aparatının, 
Azərbaycan Respublikasının xaricdə olan səfirlik, Konsulluq və başqa diplomatik  
nümayəndəliklərinin saxlanması xərcləri. 
KitabYurdu.az 
132


 

      Ümumdövlət  xidmətləri  xərclərinə  həmçinin  beynəlxalq  təşkilatlara  üzvülük 
haqları,  xarici  dövlətlərə  iqtisadi  yardım  xərcləri,  elm  xərcləri,  başqa 
kateqoriyalara aid edilməyən ümumi dövlət xidməti xərcləri daxildir. 
     Azərbaycan  Respublikasının  Konstitusiyasına  uyğun  olaraq  məhkəmə 
hakimiyyətini ədalət məhkəməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. 
     Məhkəmə 
hakimiyyətinin 
Azərbaycan 
Respublikasının 
Konstitusiya 
Məhkəməsi,  Azərbaycan  Respublikasının  Ali  Məhkəməsi,  Azərbaycan 
Respublikasının    İqtisad  Məhkəməsi,  Azərbaycan  Respublikasının  Ümumi 
Məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələr həyata keçirirlər. 
     Azərbaycan Respublikası Prokurorluğu  ərazi və ixtisaslaşdırılmış prokurorların  
Azərbaycan  Respublikası  Baş  Prokuroruna    tabeliyinə  əsaslanan    vahid 
mərkəzləşdirilmiş  orqandır.  Hüquq  mühafizə  ,  təhlükəsizlik  orqanlarının    və 
prokurorluğun  məhkəmə hakimiyyəti orqanlarının  xərclərinə onların  saxlanamsı 
xərcləri daxildir. 
     Idarəetmə  aparatının  saxlanması  xərclərinin  tərkibinə  əmək  haqqı,  əmək 
haqqına üstəlik, təsərrüfat, ezamiyyət və digər xərclər daxildir. 
     Illik əmək haqqı fondu əmək haqqının  orta aylıq məbləğini  işçilərin orta illik 
sayına və 12 aya vurmaqla hesablanır. 
     Əmək  haqqının  orta  dərəcəsi  ştat  cədvəli  ilə  təsdiq  olunmuş    vəzifə  maaşları 
üzrə  aylıq əmək haqqı fondunu ştat vahidinə bölməklə hesablanır. 
     Malların  alınması    və  xidmətlərin  haqqının  ödənilməsi  xərclərinə  dəftərxana 
ləvazimatı,  cari  təsərrüfat  məqsədləri  üçün  mal  və  materialların  alınması  , 
kommunal,  rabitə,enerji  və  başqa  kommunal  xidmətləri  haqqının    ödənilməsi 
daxildir. 
     Işçilərin  ezamiyyət  və  xidməti  səfər  xərclərinə,  gediş  haqqı,  əmək  haqqına 
müxtəlif  əlavələr,  ezamiyyə  hesabına  ödənişlər(  kirayə  haqqı,  gündəlik  yemək 
xərci) və başqa ödənişlər daxildir. 
     Nəqliyyat  xidməti  xərclərinə    nəqliyyatın  saxlanması,  onun  cari  təmiri,  şəxsi 
minik avtomobillərindən istifadəyə görə kompensasiya ödənişləri daxildir. 
     Rabitə  xidməti  xərclərinə  beynəlxalq  və  digər  telefon  danışıqları  ,  telefakslar, 
poçt xidməti, internet xidməti və digər xidmət ödənişləri daxildir. 
    Kommunal xidmətləri xərclərinə  binanın icarəsi, istilik, enerji , su təchizatı və 
digər xidməti ödənişləri daxildir.  
     Digər cari xərclərdə avadanlıq və inventarın  cari təmiri, işçilərin ixtisaslarının 
artırılması və digər xərclər nəzərdə tutulur. 
KitabYurdu.az 
133


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə