Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə51/57
tarix14.09.2018
ölçüsü3,74 Mb.
#68441
1   ...   47   48   49   50   51   52   53   54   ...   57

 
15 
    Icbari  sığortanın  iqtisadi-  təşkilati  və  hüquqi  əsasını  aşağıdakı  prinsiplər  təşkil 
edir: 
-
 
icbari və çoxəhatəli xarakter
-
 
sosial ədalət və ictimai həmrəylik 
-
 
dövlət zəmanətli tibbi yardımın pulsuz alınması. 
     Könüllü tibbi sığorta icbari tibbi sığorta  proqramında müəyyənləşdirilən əlavə 
könüllü tibbi sığorta  müqaviləsi əsasında əhalinin tibbi və digər xidmətlər almasını 
təmin edir. 
     Tibbi  sığortanın  subyektləri  sığorta  olunanlar,  sığorta  edilənlər,  tibbi  sığorta 
təşkilatları, tibbi müəssisələri və qanunvericiliklə müəyyən olunmuş qaydada özəl 
tibbi xidmətlə məşğul olan şəxslərdir. 
    Tibbi  sığorta  onun  subyektləri  arasında  bağlanmış  müqavilələr  formasında 
həyata keçirilir. 
    Tibbi  sığorta  müqaviləsi-  qanunvericilikdə  müəyyən  olunmuş  qaydada  sığorta 
edənlə  tibbi  sığorta  təşkilatları  arasında  bağlanan  və  sığorta  olunana  tibbi  sığorta 
proqramına uyğun olaraq göstərilən tibbi yardımın maliyələşdirilməsini və təşkilini 
müəyyən edən, sığorta olunanın digər mənafelərini müdafiə edən yazılı sazişdir. 
    “  Tibbi  sığorta  haqqında”  Azərbaycan  Respublikasının  qanununa  uyğun  olaraq 
icbari  tibbi  sığorta  sistemi  dövlət  büdcəsinin  vəsaiti,  sığorta  edənin  ödəmələri, 
icbari tibbi sığorta  haqlarının ödənilməsi qaydalarının pozulması hallarında tətbiq 
olunan cərimə və dəbbə pulu, qanunvericilikdə qadağan olunmayan digər mənbələr 
hesabına maliyyələşdirilir. 
Ədəbiyyat: 
1. Azərbaycan Respublikasının Konstitusiyası 2004. 
2. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının qanunu 2006. 
3. Azərbaycan Respublikası Prezidentinin 2002- ci il 31 avqust tarixli, 781 nömrəli 
Fərmanı  ilə  təsdiq  edilmiş  “  Azərbaycan  Respublikasında  Dövlət  Sosial  Müdafiə 
Fondu haqqında” əsasnamə. 
4.  Dövlət  Nüft  Fondunun  yaradılmasına  dair  Azərbaycan  Respublikası 
Prezidentinin 1999- cu il 29 dekabr tarixli 434 nömrəli Fərmanı. 
KitabYurdu.az 
160


 
16 
5. Kollektiv müəlliflər. Maliyyə Bakı2001 
6. M. Novruzov, X, Hüseynov . Maliyyə Bakı 2007. 
7. M, M, Sadıqov , Z, Hüseynov , V, Zeynalov korporativ maliyyə. Bakı2007. 
KitabYurdu.az 
161



 
Mövzu  15  :  Büdcələrarası    münasibətlər:  gəlirlərin  və    xərclərin    büdcələr 
arasında   bölgüsü 
1.
 
Büdcələrarası  münasibətlər  və  büdcələrin  tənzimlənməsinin  mahiyyəti 
2.
 
Büdcələrarası    münasibətlərin    təşkilinin    prinsipləri.  Gəlirlərin  büdcələr  arasında 
bölgüsünün  məqsədi. 
3.
 
Büdcələrin  xüsusi  tənzimləyici  gəlirləri 
4.
 
Azərbaycan  Respublikası  dövlət büdcəsinin  gəlirlərinin  tərkibi və quruluşu 
5.
 
Dövlət  büdcəsi  xərclərinin  tərkibi  və  quruluşu  
6.
 
Yerli  özünüidarəetmə    orqanlarının    orqanlarının    (  bələdiyyələrin  )  büdcələri  ,  onların  
gəlirləri  və  xərcləri   
7.
 
Yerli  büdcələrin  tənzimlənməsində  dövlət  büdcəsinin rolu  
8.
 
Dotasiya , subsidiya  və  subvensiyaların  tətbiqinin  zəruriliyi ilə  və  büdcə ssudaları  və  
büdcə  krediti , onların  mahiyyəti. 
 
Ədəbiyyat  
1.
 
Azərbaycan  Respublikasının  Konstitusiyası.                 Bakı   2009  
2.
 
“ Büdcə sistemi haqqında ” Azərbaycan Respublikasının  qanunu – 2002  
3.
 
Azərbaycan  Respublikasının  vergi  məcəlləsi.              Bakı   2011 
4.
 
“ Bələdiyyələrin  maliyyəsinin  əsasları haqqında ”  Azərbaycan Respublikasının Qanunu .                                                
Bakı  1999 
5.
 
Ş.Ş. Bədəlov ,R.B. Məhərrəmov, F.Ə. Qurbanov  “ Büdcə  sistemi ” Bakı  2003 
6.
 
N.A.Novruzov, X.Ə. Hüseynov   “ Maliyyə “                 Bakı   2007  
7.
 
N.A.Novruzov, E.Ə. İbrahimov   “ Büdcə  sistemi ”       Bakı   2012 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
KitabYurdu.az 
162



 
 
Büdcə    quruculuğunda    ən  mürəkkəb  problem  mərkəz    ilə  yerlərin  qarşılıqlı  büdcə  
münasibətləridir.  Büdcə    sisteminin    səmərəli    fəaliyyət    göstərməsi  xeyli  dərəcədə 
büdcələrarası    münasibətlərlə    müəyyən  edilir.  Dövlətin    əhali    və    təşkilatlar  ilə  büdcə 
vəsaitlərinin  formalaşması,  bölgüsü  (  yenidən  bölgüsü  )  və  istifadəsi    üzrə    yaranan    iqtisadi              
( pul ) münasibətləri  büdcə münasibətləri adlanır. 
 
Azərbaycan    Respublikasının    büdcə    sisteminə    daxil  olan    bütün    səviyyəli  büdcələr   
büdcələrarası  münasibətlərarası  münasibətlər  çərçivəsində  qarşılıqlı  əlaqədədirlər. 
 
Büdcələrarası  münasibətlər – müvafiq  büdcələrin formalaşması  və icrası ilə əlaqədar  
Azərbaycan  Respublikası  dövlət  büdcəsinin  Naxçıvan  Muxtar  Respublikasının  büdcəsi  ilə  
yerli  büdcələrlə    qarşılıqlı    əlaqəsini    ifadə    edir.  Başqa    sözlə    büdcələrarası    münasibətlər  
maliyyə    resurslarının    büdcələr  arasında    yenidən    bölgüsü   prosesində    əmələ  gələn  iqtisadi 
münasibətləri ifadə edir. 
 
Büdcə  münasibətləri  vasitəsi ilə  ayrı – ayrı  büdcələr  yenidən  bölüşdürü – lən  milli 
gəliri müəyyən hissəsini  öz  sərəncamına  alır ki,  bu da  funksiyaların  hakimiyyət  ilə idarə 
etmə  səviyyələri    arasında    bölgüsüdən  asılı  olaraq    ciddi    müəyyən    edilmiş    məqsədlərə  
yönəldilir.  Bu    zaman    büdcə    fondlarında    toplanmış    maliyyə    resurslarının    həcmi  bir  sıra  
amillərdən  aşağıdakılardan  ibarətdir : 
-
 
İqtisadiyyatın  inkişaf  səviyyəsindən
-
 
Müəssisələrdə  ( təşkilatlarda )  mövcud   təsərrüfatçılıq  metodlarından ; 
-
 
 Cəmiyyət  qarşısında  duran  sosial – iqtisadi vəzifələrdən  
-
 
İqtisadiyytda  nəzərdə  tutulan  struktur  yenidənqurmanın  miqyasından      və s. 
Büdcə  münasibətləri  subyektivdir, onlar  maliyyə  münasibətlərinin tərkib  hissəsidir  və  
təsərrüfatçılığın   bütün  səviyyəsini  ( respublika, region  və  yerli ) əhatə  edir. Ayrı – ayrı  
büdcələrin  maliyyə  resursları  ilə yalnız  təhkim  edilmiş gəlirlər hesabına  təmin  edilməsi 
çox hallarda  kifayətedici  olmaz ki, bu  da  dövlətin  öz  funksiyalarını  yerinə  yetirməsini  
təhlükə    altında    qoyur.  Bu    kimi    problemlərin    həll    edilməsi    məqsədilə    ayrı  –  ayrı  
büdcələrin   maliyyə  resurslarının  kifayətedici  olmaması  büdcə  sisteminin  gəlirlərinin  
bir hissəsinin  büdcələr arasında  yenidən  bölüşdürülməsi  hesabına  tamamlanmış olur. 
 
Deməli  büdcələrarası    münasibətlər    maliyyə    resurslarının    büdcələr  arasında  yenidən  
bölgüsü    prosesində    əmələ  gələn  iqtisadi  (  pul  )  münasibətləri  ifadə  edir.  Büdcə  
münasibətlərinin    köməyi    ilə  büdcə    federalizmi    sözün  geniş  mənasında    büdcə  
münasibətləri  sistemi və  ya prinsipi  kimi  başa  düşülə bilər.    
 
Büdcələrarası  münasibətlərin əsasında  aşağıdakı  prinsiplər durur : 
-
 
Azərbaycan    Respublikasının    büdcə    sisteminin    bütün    səviyyəli  büdcələrinin  
müstəqilliyi; 
-
 
Azərbaycan    Respublikasının    büdcə    sisteminin    büdcə    münasibətlərinin  bütün  
iştirakçılarının  maraqlarının  balanslaşdırılması ; 
-
 
Azərbaycan    Respublikasının    büdcə    hüquqların,  Naxçıvan    Muxtar    Respublikasının   
büdcə  hüquqlarının  və  yerli  ( bələdiyyə ) büdcə hüquqlarının  eyniliyi 
KitabYurdu.az 
163


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə