Naxçıvan Muxtar Respublikası



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə10/37
tarix01.02.2018
ölçüsü0,98 Mb.
#23033
1   ...   6   7   8   9   10   11   12   13   ...   37

 
25
Onu demək istərdimki, bugünki kəhriz bərpa işlərinin aparılması bir növ özfəaliyyət xarakterlidir. 
Hər kəs özü bildiyi kimi kəhrizi bərpa edir, onun üzərində işin prinsipinə zidd inşaat işləri aparır, nəticədə 
kəhrizin gələcək  fəaliyyəti üçün problemlər yaradırlar. 
Son illərdə  yeraltı sulardan istifadə və onların mühafizəsinə dair görülən işlərə baxmayaraq kəhiz 
sistemlərinin sıradan çıxması ilə yeraltı suların çirklənməsi baş verməkdədir. Yaşayış  məntəqələrində 
bunlar problem yaratmağa başlamışlar. 
Kəhriz sistemləri və onların qidalanma mənbələri  ətrafında qazılan subartezian quyular kəhriz 
sistemləri üçün problem yaratmışdır. Subartezian quyuların fəaliyyəti nəticəsində qidalanma mənbələri 
ətrafında yeraltı suların rejimi dəyişmiş kəhrizlər sıradan çıxmışlar. Fəndgir işbaz hidrogeoloqların «çevik 
su  çıxarma üsulu» məhz babalarımızın təcrübəsi əsasında işləyən kəhrizlərin sıradan çıxarılmasına xidmət 
etmişdir. Deməli kəhriz sistemləri yayılmış  Kəngərli, Ordubad və s. rayonlarda subartezian quyuların 
qazılmasında olduqca  diqqətli olmalıyıq. 
Naxçıvan şəhərində indi də fəaliyyətdə olan kəhrizlər vardır ki, onlara vəsait qoyan xeyriyyəçilərin 
adları ilə adlandırmışlar. Həmin kəhrizlər Cəfərquluxan, Qızxanım, Mirzəbədəl, Korkişi, Qələndər, 
Kərbəlayi Musa, Sarbanlar (Mirişağa), Çuxur, Məşhədi Tahir, Ağaməli (xan), Şahbazağa, Cığatay, 
Cənənbər və başqalarıdır. 
Haliyyədə Muxtar Respublika Kəhrizlər İdarəsi tərəfindən milli sərvətlərimiz olan kəhriz təmir-bərpa 
olqunaraq su potensialını artmaqla xalqın istifadəsinə verilir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  


 
26
“Su! Səni təsvir etmək qeyri-mümkündür. 
Çünkü sən həyatın özüsən... 
     Sən düyanın ən böyük sərvətisən. 
(Antuan Sent-Ekzüperi.) 
 
Mineral bulaqlar 
 
Naxçıvan Muxtar Respublikasında 200-dan artıq mineral bulaqlar vardır. Onların əksəriyyəti Şərqi 
Arpaçay, Naxçıvançay,  Əlincəçay, Gilançay, Ordubadçay və Qaradərə ilə  Əyilis çaylarının 
vadilərindədir. 
Ərazidəki mineral bulaqlar ən qədim geoloji dövrlərin süxurlarından (onların yaşı 400 mln.-700 min 
il arasındadır) çıxırlar. 
El arasında yerin təkindən çıxan qazlı sulara “Tanrı möcüzəsi” kimi inam gətirilərək, “yel suyu”, 
“sirli su”, “şor su” və başqa adlar deyilmişdir. 
1843-cü ildən başlayaraq bu cür sular diqqəti cəlb etməklə sonrakı  əsrlərdə mükəmməl 
öyrənilmişdir. 
Naxçıvan çuxurunda olan mineral sular 6 tipə, 16 sinfə və 33 növə ayrılmışlar. Suların 98 %-i karbon 
qazlı olub, hidrokarbonatlı mineral sulara aiddir. Təbii mineral suların temperaturu +8-22 Cº arasındadır. 
Sirab və Darıdağdakı mexaniki üsulla qazılmış borularla çıxan mineral suların temperaturu isə +50-60 Cº 
arasındadır. 
Bütün Azərbaycanda olan mineral suların 35 %-i Naxçıvan Muxtar Respublikası  ərazilərindədir. 
Mineral suların ion tərkiblərində Ca (kalsium) qələvilər, Na+K və Mg kationları ilə birlikdə HCO
3
 
(hidrokarbonat), SO
4
 (sulfat) və Cl (xlor) anionları da vardır. 
Naxçıvan MR-da mövcud mineral bulaqlarından gün ərzində (sutkada) 24 milyon litr su axıb gedir. 
Culfa rayonunda 85 mineral bulaq (onlardan 42-si mexaniki üsul ilə qazılmışdır), Ordubad rayonunda 
isə 29 mineral bulaq vardır. 
 
Darıdağ mineral bulaqları qurupundan sutkada 3125783 litr termal mineral su axıb gedir. Həmin 
suların bir neçəsi fontanla yer səthinə çıxırlar. 
Darıdağ mərgümüşlü mineral suları, dünyada məşhur olan İtaliyadakı “Cənubi Tirol”, “Ronçenyo”, 
Fransadakı “Lua-bulbul” mərgümüşlü mineral sularından istər keyfiyyət və istərsə  də  çıxma debütünə 
görə çoxdur. 
 
Şahbuz rayonu ərazisində 50 mineral bulaq vardır ki, onların içərisindəki “Badamlı” mineral suyu 
soyuq,  şəffaf, iysiz və dadlıdır.  Ərazidəki bulaqların birlikdə sutkalıq (rayon üzrə) debütü (su sərfi) 
2750640 litrdir. 
“Badamlı” mineral suyu qaraciyər və öd kisəsi xəstəliklərinə qarşı müalicəsində xeyirlidir. Həmin 
suların tərkibi Rusiyadakı  (Şimali Qafqaz) Kislovodsk şəhərindəki “Narzan” mineral suyu ilə eyni 
tərkiblidir. 
 
Babək rayonunda 50 mineral bulaqlar elmi şəkildə öyrənilmişdir ki, onların 27-si mexaniki üsul ilə 
qazılmışdır. 
Rayondakı “Sirab” mineral bulaqlarının gündəlik debütü (su sərfi)  22477265 litrdir. 
“Sirab” suyu müalicə  əhəmiyyətinə görə rayondakı “Qahab”, “Vayxır”, “Cəhri” və “Qızılvəng” 
mineral sularından üstündür. 
 
Şərur rayonunda mineral bulaqlar azlıq təşkil etsə  də,  ərazidəki 7 mineral bulağın sutkalıq 
debütləri(su sərfi)  1,5 milyon litrə çatır. 
 
Kəngərli rayonunda mineral bulaqlar azdır.  Əsasən Araz çayı sahilində  və  Şaxtaxtı  kəndindəki 
suların tərkibləri hidrogen sulfidlidir. Zəif minerallaşmış mineral suların sutkalıq debütü(su sərfi)  50 m³-
dir. 
 


 
27
Sədərək rayonunda mineral su mənbələri azlıq təşkil edir. Araz çayı sahilindəki “Bahadur” mineral 
suyu, tərkibinə görə Muxtar Respublikada yeganə hidrokarbonatlı-maqneziumludur. Bulaq suyu orta 
dərəcədə minerallaşaraq sutkalıq debütü(su sərfi)   150 m³-dir. 
 
Culfa rayonu əraziləri xüsusilə Araz və Əlincə çayları vadiləri boyunca soyuq sulu mineral bulaqlar 
vardır. Rayon mərkəzinə yaxın yerdə Darıdağın cənub ətəklərində isti sulu (termal) mərgümüşlü mineral 
bulaqları qaynayır. 
1947-ci ildən “Badamlı” və “Darıdağ” balneoloji müalicəxanaları fəaliyyət göstərirlər. 
Sənaye üsulu ilə haliyyədə “Badamlı”, “Vayxır”, “Sirab” və “Gülüstan” mineral suları 
qablaşdırılaraq kütləvi şəkildə istehsal olunmaqdadır. 
 
Biləv mineral bulağı. Ordubad rayonu ərazisində Biləv kəndindən 15 km şimal-şərqdə Ulu çayın sol 
sahilindədir. 
 
Kimyəvi tərkibi: 
 
CO
2
 1,5 M 2,0 HCO
3
 75 SO
4
 14 .pH 5,9;  D 20,0 m³/gün, T 18 Cº 
                        (Na+K) 51 Ca 32 
 
Zəif minerallaşmış karbon qazlı, hidrokarbonatlı  və natriumlu-kalsiumlu su mədə-bağırsaq 
xəstəliklərinin müalicəsi üçün əhəmiyyətlidir. 
 
Bist mineral bulağı. Ordubad rayonu ərazisindəki Bist kəndindən 350 metr aralı  Ələhi çayının 
dərəsindədir. 
 
Kimyəvi tərkibi: 
 
CO
2
 1,1 M 3,9 HCO
3 
76 SO
4
 14 .pH 5,6;  D 35 m³/gün, T 18 Cº 
             
            Ca 61 Mg 33 
 
Karbon qazlı zəif minerallaşmış su daxili xəstəliklərin müalicəsi üçün əhəmiyyətlidir. 
 
Dəstə mineral bulağı. Ordubad rayonu ərazisində  Dəstə  dəmiryolu stansiyasından cənub-qərbdə 
Araz çayı sahilindən çıxaraq axıb çaya tökülür. 
 
Kimyəvi tərkibi: 
 
CO

0,7 M 1,4 HCO
3
 61 SO
4
 32_____ .pH 6,5; D 15 m³/gün, T 18 Cº 
             
        Ca 61 (Na+K) 21 Mg 18 
 
1961-ci ildə ərazidə iki quyu qazılaraq boru ilə yüksək minerallı karbonqazlı-xlorlu-hidrokarbonatlı-
natriumlu su çıxmışdır. 
 
Kimyəvi tərkibi: 
 
CO

0,8 M 18,5 Cl 66 HCO
3
 31 .pH 6,6; D 150 m³/gün, T 20 Cº 
             
            (Na+K) 0,3  
 
Karbonqazlı yüksək minerallaşmış su daxili xəstəliklərin müalicəsi üçün əhəmiyyətlidir. 
 
Ələhi mineral bulağı. Ordubad rayonu ərazisində  Ələhi kəndindən 500 metr cənub-qərbdə, 
Gilançay dərəsində qoşa bulaqlardan ibarətdir. 
 
Kimyəvi tərkibi: 
CO

1,3 M 3,6 HCO
3
 79 SO
4
 12_____ .pH 6,1; D 21 m³/gün, T 13,5 Cº 
             
        (Na+K) 38 Ca 33 Mg 28 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə