Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə12/253
tarix02.10.2017
ölçüsü5,08 Mb.
#2707
1   ...   8   9   10   11   12   13   14   15   ...   253

 

 

44 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

bilmədiyini mümkün hesab edərək, insan şəxsiyyətinin me-



yarı olaraq heç də var-dövləti, bilikləri, gücü, əsil-nəcabəti 

deyil, məhz yüksək  əxlaqı, mərhəmət, səxavət,  şəfqət kimi 

fəzilətləri irəli sürürdülər. Cəmiyyət üzvlərinin qarşılıqlı mə-

həbbəti, bilik və  fəaliyyətdə birliyi – Yer üzündə  Fəzilətli 

Şəhərdə ədalətli həyat quruculuğunun təməli bax, bunlardır. 

Öz traktatları ilə Qardaşlar düşünən insanlarda belə bir 

inamı möhkəmləndirirdilər ki, cəmiyyəti onun bütün üzvlə-

rini maarifləndirməklə  dəyişmək olar. Bu humanist ideya 

İslam  İntibahının korifeyi Əbüvəlid ibn Rüşdün yaradıcı-

lığında mükəmməl  şəkildə  işlənilmişdir. O, özünün ictimai 

qanunlar konsepsiyasını, “elitaları” və “kütlələri” haqq-əda-

lət haqqında və “ədalətli xəlifələr” deyilən xəlifələrin dövrü 

– “ilk müsəlmanların kamil fəzilətə çatdıqları” dövr üçün 

səciyyəvi olan “ədavətsiz” zəmanənin gəlməsi haqqında arzu 

ilə əlaqələndirirdi

1



İstərdik ki, oxucu İslam sosial-siyasi fikrinin tarixinə qısa 

ekskursumu haqsız olaraq Qərb nəzəriyyələrinin kölgəsində 

qalan bu çox zəngin irsin mənimsənilməsinə çağırış kimi 

qəbul etsin. Müasir rus tədqiqatçısının düzgün qeyd etdiyi 

kimi: “Orta əsr  ərəb-İslam fəlsəfəsi özünün bütün zəngin 

məzmunu ilə dünya tarixi-fəlsəfi prosesində mühüm 

mərhələdir.  Ərəb-İslam mədəniyyətinin çiçəklənmə döv-

ründə (IX-X əsrlər) bütün təsirlərə açıqlıq ona xas xüsusiyyət 

idi. Dövrün bu pafosunu əl-Kindi gözəl ifadə etmişdir. O 

yazırdı: “Gərək biz haradan – hətta uzaqda olan və bizə 

oxşamayan tayfalardan gəlməsindən asılı olmayaraq, Həqi-

qəti qəbul etməkdən utanmayaq”. Heç də  təkcə filosoflara 

ünvanlanmayan bu çağırışa,  əslində, bütün mütəfəkkirlər 

                                                 

1

 

А.В.Сагадеев. Ибн-Рушд. М., 1973.



 


 

 

45



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

cavab vermişlər. Bir neçə  əsr sonra İbn Rüşd bu çağırışı 



güclənməkdə olan mədəni tənəzzül  şəraitində  təkrar edir. 

“Biz hər dəfə keçmiş xalqların varlıq barədə demiş olduqları 

və kitablarda yazdıqları sübut şərtlərinin tələblərinə uyğun 

gələn müəyyən bir fikir və baxışlarla rastlaşdıqda onları 

öyrənməli, həqiqətə uyğun gələnləri qəbul edərək sevinməli 

və  təşəkkürümüzü bildirməli, uyğun gəlməyənləri isə 

müəllifləri üzrlü hesab edərək, açıb göstərməli və insanları 

onlardan çəkindirməliyik”. 

Doğrudan da, bu, indi tolerantlıq adlandırılan və israrla 

Qərb mənşəli hesab edilən belə yanaşmaya ruhlandırıcı 

nümunə deyilmi? İslami yanaşmalara zidd olaraq, onlara 

iblis donu geydirir, dözümsüzlük, fanatizm kimi adlar verir 

və digər mənfi keyfiyyətlər yapışdırırlar. Halbuki ərəb-İslam 

mədəniyyəti “Mindarvazalı” adlandırılmış  əfsanəvi  şəhərə 

bənzəyirdi. Təsadüfi deyil ki, erkən Avropa utopiyasında – 

F.Bekonun “Yeni Atlantida”sında xoşbəxt insanlar adası ərəb 

tərzində Bensəlim, onların kralı isə Altabin adlandırılır. 

Xristian dünyasında son orta əsrlər demokratik təfəkkürü 

öz ifadəsini kilsəyə və Papaya müxaliflikdə tapırdı. Mütəfək-

kirlərin əksəriyyəti təkcə siyasi sifarişlərin yerinə yetirilməsi 

üçün deyil, həm də öz baxışlarının ifadəsi üçün dəstəyi im-

peratorlarda axtarırdılar. Foma Akvinalıdan sonra daha çox 

tanınmış sxolast olan Uilyam Okkamın imperatorla görüşdə 

söylədiyi bu sözlər səciyyəvidir: “Sən məni qılıncla müdafiə 

et, mən isə  səni qələmlə qoruyacağam”. Beləliklə, kilsəyə 

müxaliflik və müvafiq olaraq, kralların və hökmdarların mə-

nafelərinin qorunması qələmlə təmin edilirdi. 

Təbib və ilahiyyatçı Marsili Paduanski (1270-1342) impe-

ratora, əsasən, fəxri bəzək rolu ayırmağa çalışan Papa haki-



 

 

46 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

Hər kəs nəyə inanmaq istəyində 



azaddır. Mən yalnız hamını nə isə 

bir şeyə inandırmağa məcbur 

etməyin əleyhinəyəm. 

Ayzek Əzimov 

miyyətinə qarşı siyasi müxalifətin təməlini qoymuşdur. O, 

papaların mütləq hakimiyyətə olan iddialarına qarşı  xəyali 

ümumdünya monarxiya nəzəriyyəsini deyil, demokratik 

azadlığı qoyur, kilsə xadimlərinin hər cür məcburi 

hakimiyyətini inkar edirdi. O, hər cür iyerarxik kilsə qay-

dasını  rədd etmiş yeretiklər arasında XIII əsrdə meydana 

gələn təlimi katolisizmin ən dərin qatlarına keçirmişdir. 

Paduanskinin 1324-cü ildə 

nəşr edilən “Dünyanın mü-

dafiəçisi” (Defensor Pacis) 

əsəri belə siyasi baxışların 

manifesti oldu. O deyirdi 

ki, qanunverici hakimiyyət 

çoxluğa məxsus olmalıdır 

və çoxluğun hökmdarları cəzalandırmağa ixtiyarı var. Marsili 

Paduanskinin təklif etdiyi sistemdə, dünyəvilər də daxil 

olmaqla, yerli kilsə məclisləri çağırmaq nəzərdə tutulurdu və 

onlar ümumdünya kilsə  məclislərinə nümayəndələr seçməli 

idi. Kilsədən uzaqlaşdırmaq və Müqəddəs kitabın icbari olan 

şərhini vermək hüququ ancaq ümumdünya kilsə yığıncağına 

məxsus olmalı idi. Belə sxem doktrinal məsələlərin həllində 

dindarlara səs hüququna malik olmaq imkanı verərdi. 

Paduanski təkid edirdi ki, kilsə dünyəvi hakimiyyət 

iddiasında olmamalıdır; mülki hakimiyyətin razılığı olmadan 

kimisə kilsədən uzaqlaşdırmaq olmaz; Papa heç bir əlahiddə 

hakimiyyətə malik ola bilməz. Paduanskinin təlimində  əsas 

qanunverici və  hər cür hakimiyyətin mənbəyi kimi xalqın 

aydın şəkildə vurğulanması nəzərə çarpır. 

Bertran Rasselin

1

 qeyd etdiyi kimi, yeni dövr kilsənin nü-



fuzdan düşməsini şərtləndirdi və elmin nüfuzunun artmasını 

                                                 

1

 

Б.Рассел. История западной философии.



 


Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə