Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   11   12   13   14   15   16   17   18   ...   145

 
35
Məmmədağa dənizə  tərəf bir-iki addım atıb qayalıqlara baxdı. Indi xəzri 
dənizin ləpələrini qayalara çırpmırdı və bu sal qayalar bayaqkı ağırlığını tamam atıb 
yüngülləşmişdi, elə bil bu qayalar bu saat böyük qayıqlar olub dənizə girəcək, 
ehmallıca suyu yara-yara üzəcəkdilər. 
Məsməxanım da əli ilə qayalığı göstərdi: 
– Uşaq vaxtı axşamlar qorxardım bu qayalardan...  Sözə baxmayanda anam 
deyərdi: «Bax, o qayalar var ha, gecələr gəlib sözə baxmayan uşaqları aparırlar!» 
Mənim də canıma üşütmə düşərdi... Heç soruşmazdım da ki, hara aparırlar? 
Qorxumdan büzüşüb yerimdə oturardım... Səni də qorxudurdular uşaqlıqda? 
– Məni? Yox... 
– Heç qorxmamısan uşaqlıqda sən? 
– Bir dəfə qorxmuşam. 
Məsməxanım gözlərini qayalıqdan çəkib Məmmədağaya baxdı, diqqətlə baxdı 
və Məmmədağaya elə gəldi ki, gilavar əsəndə dənizlə danışan bu qarabuğdayı qız bu 
saat onun başındakı fikirlərin də hamısını oxuyacaq, ürəyindən keçənlərin də 
hamısını biləcək, həmin ürəyindən keçənləri ki, Məmmədağa özü bu saat onlardan 
baş aça bilmirdi, təkcə bunu hiss edirdi ki, bir hərarət var ürəyində, elə bil, içində 
xəfif bir gilavar əsir. Çoxdan idi, lap çoxdan, evlərinin qır damında yatdığı o yay 
gecələrindən bəri Məmmədağanın ürəyində belə bir hərarət olmamışdı, yəni bu illər 
ərzində o çox sevinmişdi, çox şadlıq eləmişdi, amma, bax, bu cür bir hərarət 
olmamışdı ürəyində  və indi o burasını da hiss etdi ki, bir belə illər  ərzində ürəyi 
beləcə bir hərarətin həsrətində imiş. 
Sonra Məsməxanım soruşdu: 
– Nədən qorxmusan? 
– Heç... 
Məmmədağa Abşeron yollarında dolaşdığı axır vaxtlar bu köhnə  əhvalatı, 
nədənsə, tez-tez yadına salardı  və  hərdən yenə  də iyirmi il bundan əvvəlki kimi, 
Kitabullanı gülümsəyən görərdi; Kitabulla gülümsəyəndə dodaqlarının qırağından 
qızıl dişi parıldayardı; həmin qəribə yay gecəsi Zuğulbanın qumlu dəniz sahilində 
birdən-birə Kitabulla yenə də gülümsədi və onun qızıl dişi yenə də parıldadı. 
Məsməxanım bir də soruşdu: 
– Nədən qorxmusan uşaqlıqda?  
Məmmədağa dedi: 
– Heç... Küləyi görürsən, heç izi də qalmayıb. 
Məsməxanım soruşdu: 
– Nədən qorxmusan, de.  
Məmmədağa dedi: 
– Köhnə söhbətdi e, bu. Elə-belə  ağzıma gəldi dedim sənə. Istəyirsən sənə 
başqa bir şey danışım, gülməli? 
– Yox, istəmirəm, nədən qorxmusan uşaqlıqda? 
...Kitabullagil üç qardaş idi: böyüyü Səmədulla, sonra Yadulla, sonra da 
Kitabulla. Səmədulla yaşlı kişi idi, dənizdə işləyirdi, eşmə bığı vardı, hər dəfə 
bayram olanda müharibədə aldığı medalları döşünə taxıb nümayişə gedirdi və 
məhəllənin bütün uşaqları bu medalların azarkeşi idi. Yadulla çəkməçi idi, bulvarın 
girəcəyində, indiki Kukla teatrının yanında bir köşkü vardı və məhəllə uşaqları tez-
tez bu köşkə gedib-gələrdi: Yadulla həmişə məhəllədəki uşaqların çəkməsini pulsuz 


 
36
yamayardı. Kitabullanın iyirmi beş yaşı vardı, şofer idi, «poluturka» sürürdi və 
hərdən bu «poluturka» Dar dalanın qabağında dayananda bütün məhəllə uşaqları 
bura yığışıb kuzova dırmaşardı. Məmmədağagilin arasında ən sayılanları bir-bir 
kabinkada oturardı və Kitabulla evdən çıxıb gülə-gülə kabinkada öz yerinə qalxardı, 
uşaqları beş-on məhəllə gəzdirib yenə Dar dalanın qabağına gətirərdi. 
Kitabullanın kabinkası həmişə səliqəli olardı. Kitabulla içəridən maşının qabaq 
şüşəsini bəzəyərdi. Şüşənin kənarlarına «otkritka» keçirmişdi və məhəllə uşaqlarının 
hamısı bu «otkritka»dakı yazını  əzbər bilirdi. Qırmızı ürək  şəklinin içində bir qız 
başını bir oğlanın sinəsinə qoyub gülümsəyirdi, bir dəstə  bənövşəyi, qırmızı, sarı 
gülü isə öz sinəsinə  sıxmışdı. «Otkrıtka»nın yuxarısında dimdik-dimdiyə iki 
ağappaq göyərçin şəkli vardı, aşağıda isə yazılmışdı: 
 
Pust naşa drujba budet veçnoy 
Kak drujba etix qolubey. 
 
Uşaqlar bilirdi ki, məhəllədəki qızların çoxu Kitabullanın dərdindən divanədi, 
aşiqdilər ona. (Məhəllədə  uşaqların bilmədiyinə qurd düşərdi.)  Əlbəttə, məhəllədə 
yaraşıqlı cavan oğlanlar çox idi, amma Kitabulla bu cavanların gözü idi. Qəssab 
Ağanəcəfin arvadı Balacaxanım dəmir  şəbəkəli küçə  pəncərələrinin qabağında 
balaca taxta kətilin üstündə oturub tum çırtlaya-çırtlaya Dar dalana tərəf göz eləyib 
yanında dayanmış məhəllə qızlarına deyirdi: 
– Ciyəriyanmış sir-sifətdən elə bil Yusifdi... Adam barmağını soğan yerinə 
doğrayar, «uf» deməz!.. 
Məmmədağagilin belə söhbətlərdə  səriştəsi var idi və başa düşürdülər ki, 
söhbət Kitabulladan gedir. Kitabullanın «poluturka»sı Dar dalanın qabağında 
dayanan kimi, məhəllə qızları pəncərələrdən oğrun-oğrun maşına tərəf baxır, bir iş 
bəhanə eləyib küçəyə  çıxırdılar. Amma uşaqlar, məhəllədəkilərin hamısı kimi, 
burasını da bilirdilər ki, Kitabulla başqa bir qız istəyir və bu qız başqa yerdə olur; 
qız da Kitabullanı istəyirdi, amma hamı bilirdi ki, qızın ata-anası onu Kitabullaya 
vermir. Bu söhbət neçə müddət idi ki, məhəllədə  gəzirdi və heç kimin ağlına 
sığışmırdı: necə ola bilər ki, Kitabulla kimi bir oğlana qız etibar etməyəsən? 
Günlərin bir günü gecə vaxtı bütün məhəlləyə bir xəbər yayıldı: Kitabullanın 
istədiyi qız ona qoşulub qaçıb, indi Səmədullagildədi, sabah yox, birisi gün 
Kitabulla ilə həmin qızın toyu olacaq. 
Kitabullagil Dar dalanın axırındakı həyətdə olurdu. Həyətlərində üç bina vardı. 
Məhəllədə bu binalar «Mənsur şüşəbəndi» adı ilə məşhur idi. Mənsur Kitabullagilin 
babası imiş  və bu birmərtəbəli üç binanı öz əlləriylə tikibmiş. Hər binanın qabağı 
şüşənbənd idi və bu şüşəbəndlərin taxta şəbəkələrinin fotoşəkli muzeydən asılmışdı. 
Binalardan birində  Səmədulla ailəsi ilə olurdu, o birində Yadulla ailəsi ilə olurdu, 
üçüncüdə də Kitabulla ailəsi ilə olacaqdı. 
Və  həmin gecə  Məmmədağagil Dar dalanın qabağında tonqal qaladı, 
məhəllənin qızları isə ikibir, üçbir Dar dalanın qabağından keçib Kitabullagilin 
həyət qapısına tərəf boylanırdı. 
Səhəri gün Səmədulla, bayram günləri nümayişə gedirmiş kimi, medallarının 
hamısını döşünə taxıb məhəllədəki qapıları bir-bir açdı. Məmmədağagilin də 
həyətlərinə gəldi, kiçik foto-dəvətnaməni Səkinə xalaya verdi: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə