SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə74/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   70   71   72   73   74   75   76   77   ...   98

______________Milli Kitabxana_______________ 

313 


 

 

Ağ ulduzlar çiçək-çiçək, göy üzü çəmən...  



Təbiətin bu mənalı, gözəl çağında  

Yainıarınşıq, düşünürük Sarvan ilə mən.  

Uzanmamış qəhrəmanım hələ yataqda,  

Şar kimi min zövq alır Kürün səsindən.  

Ayaq üstdə fikirləşir, gəzir otaqda...  

Mənsə ona göz qoyuram pəncərəsindən.  

Bəzən onun kaman kimi çatılır qaşı,  

Bəzən də bir gülüş gəzir dodaqlarında;  

Gəlir gözü qarşısına ürək sirdaşı:  

Dağ laləsi açılmışdır yanaqlarında...  

OdurlOdur! Kənd yerində açılır səhər...  

İndi bulaq başındadır onun dildarı:  

Ürəyindən nələr keçir o qızın, nələr!  

Həsrət ilə salamlayır uzaq yolları...  

Elə bu dəm xəyalında uçur qəhrəman,  

Qartal kimi gəlib qonur bulaq başına;  

Nur tökülür bu vaxt qızın baxışlarından,  

Səhəngini söykəyərək bulaq daşına,  

Gülər üzlə qarşılayır gələn qonağı;  

Sevgililər həsrət ilə qucaqlaşırlar.  

Bir od kimi yanır qızın bir cüt yanağı;  

Təpə üstdən yavaş-yavaş kəndə aşırlar... 

Nə xoşbəxtdir bu aləmdə sevən ürəklər!  

Məhəbbətin meyvəsidir müqəddəs insan!  

Saf analar, saf əməllər, təmiz diləklər  

Yaranmışdır məhəbbətin ilk mənasından...  

Oğlum oğlum! Kimə yoldaş olsan əzəldən,  

Omrün boyu eşqə can ver, yaşa vüqarla.  

Öz oğlunun, öz qızının sifətinə sən  

Şərəfli bir ata kimi bax iftixarla! 

Sən de, qızım, gözəl balam, sevsən ürəklə  

Yaman gündə ayrı düşmə öz peymanından!..  

Ömrün boyu yaşasan da yavan çörəklə,  

Başqasının şöhrətini düşünmə bir an!.. 

 



______________Milli Kitabxana_______________ 

314 


 

 

Gecə keçmiş, Sarvan yenə düşünür yalqız;  



Əlindəki məktubunu oxuyur bir də:  

"Gözlə məni, gözlə məni, ey vəfalı qız!  

İlk işıqlar yanan zaman Mingəçevirdə  

Sən də bizim bn şəhərə gəlin gələrsən!  

Əllərimlə yaratdığım, tikib qurduğum.  

Keşiyində əsgər kimi ayıq durduğum  

Bu şəhərdə səadatlə deyib gülərsən.  

Elektrik qatapaların şöləsi rəng-rəng  

Yayıldıqca bizim geniş, yaşıl eyvana,  

Aylar, illər səadətlə gəlib keçəcək,  

Mən bir ata olacağam, sən də bir ana!  

Üçotaqlı bir evim var Kür kənarında,  

Sarmaşıqlar boy atmışdır eyvana sarı.  

Axar Kürün silsiləli dalğalarında  

Min rəng alıb, min rəng verir yer ulduzları...  

Yerin məlum!.. Bilsən necə, necə yaraşar  

Gəzişinə, duruşuna bizim bu şəhər.  

Lap yadımdan çıxmışdı ki, necə deyərlər,  

Hər intizar acısının bir şirnisi var..."  

Gecə keçmiş, Sarvan yenə düşünür yalqız:  

"Gözlə məni, gözlə məni, ey vəfalı qız!"  

Sarvanımın bir arzusu şirin olsa da,  

Birdən fikri uçub gedir lap uzaqlara...  

Hər xəyalın min oylağı vardır dünyada,  

İqlim-iqlim seyrə çıxar dağ yara-yara...  

İnsan fikri səyyar olar, bir yerdə durmaz.  

Yer oğlunun ziynəlidir, məncə, bu nemət.  

Tısbağalar şahin kimi çolpa uçurmaz;  

Öküzlərdə nə qanad var, nə də ki, sürət!..  

Hara keçir ürəyindən, Sarvanın, hara?  

O yerləri görmüşdümü barı bir dəfə?  

Xeyr, xeyr, getməmişdir o uzaqlara,  

Heç yolu da düşməmişdir şimal tərəfə... 

Ürəyindən keçən yeri kinolarda görmüş, ancaq  

İndi fikri şimşək kimi yarıb keçir göy havanı; 

 

 




______________Milli Kitabxana_______________ 

315 


 

 

Qızıl Meydan üstündəki insanlara qarışaraq,  



O müqəddəs bir ürəklə salamlayır Moskvanı...  

O, əvvəlcə ürəyində, vicdanında "Lenin" deyə,  

Papağını başdan alıb daxil olur Mavzoleyə...  

Addım-addim, asta-asta o türbəyə ayaq basır;  

Ziyarətə gələnlərin ağzı qıfıl, dili laldir,  

Bu sükntun mənasına öz qəlbində qulaq asır...  

Ürəklərdən-ürəklərə keçən hansı həsbi-haldır?  

Aynabəndli bir tabutun qabağında o dayanır,  

Milyonların ürəyi tək, o da yanır, o da yanır...  

Lenin yumub gözlərini, elə bil ki, yuxu yatır...  

Sarvan baxır, gözü dolur, qaşlarını sıx-sıx çatır,  

Min sizıltı gəlib keçir ürəyindən onun bu an...  

Qucaqlayıb öpüm, deyir, qoy Leninin ağ alnından.  

Baxır... baxır... O, Leninin sifətinə, baxır yenə  

Döşündəki bir ordenə, bir də kiçik əllərinə.  

Qoca dünya! Qoca dünya! Sən Lenini bir də tanı!  

Bu allərlə o yazmışdır kommunizmin dastanını!  

Bu əllərlə bizim Lenin zülm evinə balta vurdu,  

Bu əllərlə bizim Lenin yetimlərə yuva qurdu...  

Bu əllərlə o uçurdu qəsbkarlar dünyasını;  

Azadlığın, qurtuluşun, qardaşlığın mənasını  

Bu əllərdə o gəzdirdi məşəl kimi diyar-diyar  

Dünya böyük, Lenininsə hər ürəkdə bir evi var. ...  

Gələcəyə yol göstərən bu əllərlə salamladı;  

İnsanlığa ziynət oldu bu aləmdə Lenin adı!  

Aylar, illər gəlib keçir öz ömrünü saya-saya,  

Bir türbəyə sığan Lenin siğışmayır bir dünyaya... 

Sarvan çıxır Mavzoleydon, rəngi saralmış;  

Bulud kimi tutulmuşdur qara gözləri...  

Moskvanın axşamıdır, hava qaralmış,  

Hələ Sarvan doymamışdır, gəzir şəhəri... 

Saatları xəbər verir Kremlin zəng səsi;  

Şəhər üstə qanad gərir bir yaz axşamı.  

Qədim-qədim kilsələrin xaçlı qülləsi 

  

 

 




______________Milli Kitabxana_______________ 

316 


 

 

Varaqlayir kitab kimi keçmiş əyyamı.  



Sarvan hara baxır indi? - Yanır vüqarla,  

Yanır Kremlin beşbucaqlı yaqut ulduzu.  

Gör nə qədər ucalmışdır o iftixarla,  

Ucalmasaq bizi görməz bütün yer üzü... 

 

Sarvan baxır ulduzlara, baxır hörmətlə;  



Elə bil ki, ürəyində səhər oyanır,  

Uçur fikri, kainatı gəzir sürətlə, 

Gözlərində bütün cahan nura boyanır...  

... Rəssam gərək bu səhnəni yazıb-yarada!  

Xəyalatdan ayrılmışdır Sarvanım, bu dəm  

Onun xoşbəxt ürəyində saz tutur aləm...  

Sarvan, Sarvan, çoxmu qalır, söylə, sabaha?  

Uzan, qardaş, yuxuya gəl, bır azca dincəl!  

Mən də bu gün çox yazmışam, yorğunam, daha:  

Sən yenə də oyanaraq quşlardan əvvəl,  

Tunc sinəni verməlisən bizim Bozdağa.  

Mən də, qardaş, sənin kimi dağ aşmalıyam,  

Sabah sənin əlindəki qızıl bayrağa  

Ayrıca bir fəsil açıb söz qoşmalıyam...  

Artıq, gecən xeyrə qalsın, bir az dincələk,  

Sabaha da bu gün kimi zəfərlə gələk! 

 

 

 



 

On altıncı nəğmə  

 

QƏHRƏMANIN BAVRAĞI 

 

Bn dünyada bayraqların hədsizdir sayı,  



Yer üzünün xəritosi gör tıeçə rangdir!?  

Yüz xətt bölür hər ümmanı, hər kiçik çayı; 

İranın da bayrağı var, rəmzi "pələngdir"... 

 

O, qulların, zəiflərin üstünə hər an  



Qızıb coşar, hücum çəkir "şiri-nər" kimi;  

Mərd oğullar dilə gəlib, qızanda meydan 

  



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə