SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə75/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   71   72   73   74   75   76   77   78   ...   98

______________Milli Kitabxana_______________ 

317 


 

 

Şahın şiri quyruq qısar tülkülər kimi...  



Eh, onunla nə işim var, cəhənnəmə ki!  

İran, Turan, nə olsa da, yad torpağıdır.  

Söz açdığım, Sarvanımın əllərindəki  

Vətənimin, dövlətimin al bayrağıdır. 

Bu gün tez açıldı səhər vaxtından;  

Üfüqlər donunu geydi qırmızı.  

Günəş - təbiətin xeyirxah qızı  

Yerlərə düşmədi kəhər atından – 

Gah düzə səyirtdi, gah dağa çıxdı; 

Naxırlar, sürülər yaylağa çıxdı. 

Meşələr səslənib, çöllər sevindi;  

Lalələr açıldı Muğanda, Mildə.  

Ötən qumruların rübabı dindi;  

Sular şərbət oldu ağızda, dildə. 

Ağaclar suyunu içdi yağışdan;  

Doyunca islandı göy biçənəklər.  

Quşlar yaxasını qurtardı qışdan;  

Uçuşdu arılar, ağ kəpənəklər. 

Gül açdı, ot bitdi qaya döşündə;  

Baharın eşqilə göyərdi qumlar.  

Dünya yerindədir, insan işində;  

Buğlandı səhralar, qaraldı şumlar... 

Çıxdı traktorlar Muğan düzünə,  

İnsanı "gəl!" - deyə torpaq səslədi.  

Kolxozçu baxdıqca yerin üzünə,  

Hər kiçik sünbülə ümid bəslədi... 

Qocalar dən səpdi xeyirxah əllə,  

Dedilər: bərəkət çox olar şəksiz.  

Ürək qan dağıdar cana əməllə.  

Yer susuz yaşamaz, insan çörəksiz... 




______________Milli Kitabxana_______________ 

318 


 

  

Qızlar, gəlinlər də çiynində kətmən,  



Deyib gülə-gülə dağıldı çölə. 

Elə bil, axışıb sonalar göydən  

Uçub bölük-bölük töküldü gölə... 

Duydu nəfəsini yer insanların;  

El axıb düzlərə, çöllərə gəldi.  

Şairi olduğum qəhrəmanların  

Şöhrəti aylara, illərə gəldi. 

Bəs bu iş zamanı, bu səhər çağı  

Bizim Sarvanımız, deyin, hardadır?  

Yaninda keçici qızıl bayrağı,  

Yenə öz yerində, boz dağlardadır. 

Bir təpə üstündə sancmışdır onu;  

Meh əsir, astaca yellənir bayraq,  

Yer bilir Sarvanın kim olduğunu;  

Elə bil, dil açıb danışır torpaq. 

Ekskavator açır nəhəng ağzını;  

Dağlara səs düşür səsindən yenə.  

Yer sevir, yer sevir hər saf arzunun;  

Yol verir qəlbinin dərinliyinə... 

"Təslim ol, dəli Kür, inadı burax!  

İndi sürməyirəm yerimi xışla;  

Min illik yuxudan oyanır torpaq...  

Bu insan eşqini sən də alqışla!" - 

Dedikcə Sarvanın coşur ürəyi,  

Önündə diz çökür boz qaya, Bozdağ;  

Bayrağı yelləyir səhər küləyi;  

Kürün ürəyisə titrəyir zağ-zağ. 

Sarvanın alnından sel axır, bir sel,  

İslanıb su olur əynində köynək. 

  



______________Milli Kitabxana_______________ 

319 


 

 

Qəlbi qanadlanır, açılır tel-tel,  



Yanan gözlərində rəqs edir şimşək. 

 

İradə! İradə yaşadır bizi,  



Onun nəfəsidir dağları yaran...  

Odur məşəl tutan ürəyimizi,  

Gələcək günlərə salam aparan... 

 

Odur öz qüvvəti, öz qüdrətilə  



Yalçın qayaları mum tək əridən;  

İnsan xəyalının şeriyyətilə  

Suları başqa bir səmtə yeridən... 

 

Yüz min sətirdən çox söz sənətini  



İradə əlilə yazdı Nizami...  

Onunla göstərdi öz sənətini  

Böyük dahilərin hər bir kəlamı. 

 

Onsuz hünər evi gülşad olmazdı;  



Gülüb sevinməzdi nə göy, nə də yer.  

Firdovsi otuz il "Şahnamə" yazdı;  

Bir də "İlliada"nı yaratdı Homer. 

 

Marks da öz sonsuz iradəsilə  



Yazdı "Kapital"ı fikrə nur saçdı;  

O, fəhlə sinfinin həyat səsilə  

Bir yeni aləmə qapılar açdı. 

 

Lenin - o möhtəşəm dağlar qartalı  



Uçuşda yorulub durmadı bir an;  

Günəşli-gündüzlü bir istiqbalı  

Qurtardı quzğunun caynaqlarından... 

 

Bu dünya belədir, dərs olsun bizə,  



Səbr ilə yaranar hər böyük zəfər...  

Barı yüz addımlıq bir mənzil isə  

Başa vurmamışdır iradəsizlər... 

  



______________Milli Kitabxana_______________ 

320 


 

 

Az qalır, az qalır işin ömrünə;  



Kür öz məcrasını dəyişəcəkdir...  

El axıb, el gəlir bu böyük günə,  

Sən elə bilmə ki, Sarvanın təkdir. 

 

Qoy Sarvan işləsin, dağın üstdəki  



Qızıl bayrağı da yelləsin külək.  

Bizsə o bayraqla bir səyyah təki  

Bir az yer üzünü gəzib seyr edək. 

 

Xəzər dənizindən başlayaq sözü:  



Dəniz buruqları qatar-qatardır.  

Burda olmasa da Sarvanın özü,  

Hər buruq üstündə bayrağı vardır... 

 

May bayramı, Bakı böyük; parad keçir, bax,  



Şəhər axır qoşun-qoşun sıx dalğalarla;  

Sarvanımın əlindəki o qızıl bayraq  

Bayram günü yüz-yüz olub keçir qatarla. 

 

İndi fikrim Ural üstdə gəzdirir məni:  



Neçə yerdə sancılmışdır bu qızıl bayraq.  

Üzə çıxır yer altının qızıl mədəni.  

Bir bəxtiyar ana kimi sevinir torpaq. 

 

Yerə girib göz qoyuram şaxtalara mən;  



İnsan oğlu yer altda da uçurur dağı.  

Məşəl ilə yol açıram yüz təbəqədən,  

Yer altda da seyr edirəm bu al bayrağı. 

 

Uzaq toplar dilə gəlib dinəndə ruzgar,  



Mərd oğullar bu bayraqla qalxdı ayağa.  

Ömrü boyu tanrı deyən dindar qocalar  

Baxıb xeyir-dua verdi bu al bayrağa. 

 

Reyxstaqı seyr elədiın iki il qabaq,  



Meyit kimi tökülmüşdü qaşı-qabağı... 


Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə