SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə78/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   74   75   76   77   78   79   80   81   ...   98

______________Milli Kitabxana_______________ 

329 


 

 

Kürün məməsini sorur doyunca;  



Solmayır o aylar, illər boyunca;  

Həşyəsi yamyaşıl bir xalı kimi....  

Bir saf məhəbbətin vüsalı kimi, 

 

Nə xoşbəxt açılır Muğanda sabah!  



Nizami görmədi bu günləri, ah!..  

Tapmadı qəlbinə bir istinadgah,  

Getdi, ürəyində vətən möhnəti... 

 

Uzundur Muğanın sözü, söhbəti,  



Ondan ayrılmayaq, ömür yarıdır...  

İndisə qəlbimi çəkib aparan,  

Yorğun ayağımı yerdən qoparan  

 

Muğan səhrasının ormanlarıdır:  



Sərvlər görürəm ehramlar kimi... 

Yaz günü, xoş mehli axşamlar kimi,  

Xoşdur ağacların sərin kölgəsi.  

Quşlar bölük-bölük meşəyə gəlir;  

Yolçular arxların üstdə dincəlir;  

Sərinləyir anamız Odlar ölkəsi.  

Soyuyur torpağın can yanğıları...  

Budur, cərgə-cərgə cənuba sarı  

Dayanmış nizamlı ordular kimi  

Qovaqlar, ardıclar, söyüdlər, narlar,  

Bir də qatar-qatar boylu çinarlar  

Danışır arzusu, dili var kimi.  

Onların qəlbini duya bilsəniz!  

Meşələr! Meşələr! Doğrudan da siz  

Yayda da, qışda da bir baharsınız.  

İrandan Muğana taun tək əsən,  

Yelin qabağını dağ kimi kəsən  

Sizsiniz!.. Nə qədər lütfkarsınız!  

Elə ki od tutub yanır gündoğan,  

Bürküdən darıxır, boğulur Muğan, 

 

 



______________Milli Kitabxana_______________ 

330 


 

 

Elə ki, ağzını açır gilavar,  



Bir ölüm istisi duyur səhralar,  

Yenə bir fəlakət olmasın deyə,  

Zəmilər saralıb solmasın deyə,  

Sinə gərirsiniz ölümə siz də.  

Od-alov püskürən hərcayı yellər  

Əsib parçalanır tunc sinənizdə...  

Sizə taleyini tapşıran ellər  

Şair xəyalı tək hüdudsuz çöllər  

Kasadlıq çəkməyir, qalmayır darda!  

Meşələr! Solmayın fırtınalarda!  

Ana örpəyini boranda, qarda  

Doğma balasının üstə sərən tək,  

-

 

Əsdikcə boz üzlü amansız külək,  



Muğanın üstünə şal salırsınız...  

Ellərin qeydinə siz qalırsınız...  

Gecə də, gündüz də keşik çəkərək!  

Şaxtalar vurmayır bağçanı-bağı,  

Vaxtsız tökülməyir güllər, çiçəklər.  

Saralıb solmayır göy biçənəklər,  

Vaxtsız qocalmayır vətən torpağı...  

Baxıb tarlaların yanmış üzünə,  

Qocalar, qarılar döyür dizinə,  

-

 



Ömrü yazıq keçən balalarım tək.  

Bu xoşboxt sabahı duyduqca ürək,  

Yaşamaq istəyir daima insan.  

Qələm dikə gəlir, coşur arzular,  

Ancaq sabahın da öz şairi var!  

Gələcək günlərin simfoniyasından  

O öz rübabilə söz açan zaman,  

Bilirəm, məni də yad edəcəkdir!..  

Onun da xeyirxah dilində ellər,  

Onun da qəlbində sönməz əməllər,  

Açdığım cığırla yol gedəcəkdir,  

Bilirəm, məni də yad edəcəkdir... 




______________Milli Kitabxana_______________ 

331 


 

  

Epiloq 

 

Günəş salamlasın, a dostlar, sizi!  



Gəlin vidalaşaq bu əsərimlə.  

Hörmətlə sıxıram əllərinizi,  

Vidalaşmayırıq əməllərimlə... 

 

"Muğan" dastanını iki il qabaq  



Bir səyahət günü başlamışam mən.  

O öz vədəsinə gecikdi, ancaq,  

Nə məndən inciyin, nə də qələmdən... 

 

Yazdıqca "Muğan"ın hər nəğməsini  



Gecələr şam kimi mən də yanmışam...  

Duyduqca çöllərin xoş nəfəsini  

Vaxtından gec yatıb, tez oyanmışam... 

 

Nə qədər doğmadır burda hər nəfəs,  



Bir də hər insanın, hər şeyin adı...  

Bir ovuc torpağı göyə dəyişməz  

Bir həyat şairi, bir yer övladı... 

 

Mən indi hər sözün üstündə bəzən  



Saatlar uzunu fikrə gedirəm.  

Ayrılıb qocalmış qərinələrdən,  

İndi öz əmrirni təsvir edirəm. 

 

Desəm doğrusunu, Muğan düzündə  



Açıldım neçə yol bir səhər kimi...  

Yenə də gözlərim qaldı üzündə,  

Doymadım, yarımçıq qitələr kimi... 

 

Bəlkə də yazdığım bu gözəl pəri  



Kamala yetməmiş bir gözəldir, ah!..  

(Ancaq, o doğmadır, həm də xeyirxah...  

Bir də lütfkardır onun gözləri!) 

  



______________Milli Kitabxana_______________ 

332 


 

 

Sənin də ürəyin olsa lütfkar,  



Bu canlı sənəti öz bağrına bas.  

Hər kiçik sözün də öz dünyası var:  

Yarımçıq olsa da, mənasız olmaz... 

 

Gördüyün, seçdiyin nöqsanları sən  



Bağışla, oxucum... mümkünsə, əgər...  

Buyur, köməkçim ol, yapış əlimdən;  

Mənim yaratdığım bu sadə əsər  

Sənin şöhrətinlə bir dastan olsun...  

Bir zəmiyə dönsün hər kiçik sünbül;  

Muğanda əkdiyim bu xırdaca gül  

Qoy sənin əlinlə gülüstan olsun!.. 

 

1948-1949 



  


______________Milli Kitabxana_______________ 

333 


 

 

AYGÜN 

 

    I 


 

Aygün hələ soyunmamış toy paltarını,  

Hələ şaddır, bəxtiyardır dünyalar qədər;  

Salamlayıb gözəl ömrün xoş baharını  

Günəş ilə bir oyanır evdə hər səhər. 

 

Əmirxanı oyatmayır, dincəlsin deyə,  



Bəzən onun nəfəsinə qulaq da asır.  

Şadlığından sığışmayıb yer ilə göyə,  

Öz eşqini övlad kimi bağrına basır. 

 

Qartal gözlü Əmirxanın baxışlarında  



Bir kişilik, bir də vüqar oxuyur gəlin.  

Onun geniş sinəsində, sıx qaşlarında  

Deyirlər ki, gözü varmış neçə gözəlin. 

 

Bir də ağır oturmağı, ağır durmağı,  



Polad kimi cingildəyər nüfuzlu səsi,  

Səxavəti, dostlar ilə məclis qurmağı,  

Gözlərindən aşıb-daşan həyat həvəsi. 

 

Hətta onun hər tərsliyi, hər inadı da,  



Öz sözündən, dediyindən dönməməyi də,  

Min insandan seçilməyən sadə adı da  

Xoş görünür, şirin gəlir Aygünə hələ. 

 

Bəzən ayna qabağında dayanıb gəlin  



Öz hüsnünə dönə-dönə baxır vüqarla.  

O duyduqca mənasını ilk məhəbbətin,  

Xəyalında məclis qurur saf arzularla. 

 

Arabir də pianonun ağ dillərini  



Danışdırır, min zövq alır onun səsindən.  

Göyərçin tək uçan görüb öz əllərini  

Vəcdə gəlir ürəyinin titrəməsindən. 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə