Torpaqlarin səhralaşmasi üZRƏ İzahli lüĞƏT



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/56
tarix30.04.2018
ölçüsü5,01 Kb.
#40723
1   ...   8   9   10   11   12   13   14   15   ...   56

 
37 
örtüyünün bilərəkdən yandırılması. Bitki örtüyünə çox böyük 
zərər vurur. 
 
ÇXR SƏHRA  İNSTİTUTU  (Institute of Desert Research, 
IDRAS) – 1958-ci ildə yaradılmış  səhraların öyrənilməsi üzrə 
qrupun bazasında 1978-ci ildə təşkil edilmişdir. Ilk əvvəl institut – 
qlyasiologiya, donuşluq və  səhra institutu adını daşıyırdı. Fəaliy-
yətinin  əsas istiqamətləri: coğrafiya, geomorfologiya, torpaqşü-
naslıq, hərəkətli qumsalların möhkəmləndirilməsi, meşəşünaslıq, 
kənd təsərrüfatı, heyvandarlıq, su sərvətləri, otlaqlar, botanika, 
suvarma, 
мясафядян zondlaşdırma, və iqtisadiyyatın öyrənilməsi-
dir.  Əsas diqqət səhralaşma problemi, onun prosesləri, proqnoz-
laşdırma 
идейасы, onunla mübarizə, hərəkətli qumların möhkəm-
ləndirilməsi üsulu, texnikası  və modelləşdirilməsi, sərvətlərin 
səmərəli istifadəsi və  mənimsənilməsi.  İnstitutun tərkibinə 
səhralaşma, hərəkətdə olan qumların möhkəmləndirilməsi, qumla-
rın möhkəmləndirilməsi üsulları, xəritələşdirmə, planlaşdırma və 
beynəlxalq  əməkdaşlıq  şöbələri var. Üç elmi-təcrubi stansiyaları 
var.  
Nəşrləri: “Səhraların öyrənilməsi” jurnalı (Journal of Desert 
Research), Elmlər Akademiyası, Səhralar  İnstitutunun  Əsərləri 
(Memories of the Desert Research, Academic Sinica), “Dünyanın 
səhraları” (World Desert Study). 
Yerləşdiyi ərazi: Lançjou, ÇXR. 
 
ЧЫНГЫЛЛЫ  ГУМЛУ-ОЙМАЛЫ  СЯЩРАЛАШМА-(Sand-
gravel desertification) – Cənubu Çinin təpəli 
бюлэяляриндя  su 
eroziyasının nəticəsi. 
 
ÇINQILLI SƏHRALAŞMA (Gravel desertification) – Çinin 
cənub-qərbi dağlıq rayonlarında və quru vadilərində sel 
суларынын 
йаратдыьы akkumlyaтив чюкцнтцляр(Zhu Zhenda and oth ., 1988)  
 
“ÇİNİN ARİD TORPAQLARININ TƏDQİQATI JUR-
NALI” (Chinese Journal of Arid Land Research) – Çinin arid və 
yarımarid torpaqlarının tədqiqatının, təbii sərvətlər və onların 


 
38 
təkamülünün bütün aspektlərini; təbii təhlükəli hadisələr və 
onlarla mübarizə üzrə tədbirlər; torpaqdan istifadənin planlaşdırıl-
ması; əhali və onun yerləşdirilməsi və s.-ni əks etdirən, hər 
рцбдя  
buraxılan, yeganə ingilis dilli jurnal. Jurnalda əsasən Çində arid 
mövzular üzrə buraxılan bu jurnallardan olan ayrı-ayrı  məqalələr 
çap olunur: Arid zonaların tədqiqatı (Arid Land Research); Arid 
torpaqların coğrafiyası (Arid Land Geography); Çin səhraları 
(Chinese Research); Arid torpaqların sərvətləri və  ətraf mühit 
(Journal of Arid Land Resources and Environment). Jurnalı Nyu-
York, ABŞ-ın “Alletron Press” Nəşriyyatı buraxır.   
 
ÇİUAUA SƏHRA ARAŞDIRMALARI 
İNSTİTUTU 
(Chihuahuan Desert Research Institute) – xüsusi, qeyri-
kommersiya institutu. əsası 1973-cü ildə qoyulmuşdur. Maraq 
dairələri: təbiət elmləri, təbii sərvətlərin bərpası, ekoloji 
araşdırmalar, təbii sərvətlərin inventarlaşması. Nəşrləri: Çiuaua 
səhrasının kəşfi, (The Chihuahuan Desert Discovery)-altı aydan 
bir buraxılır, Xəbərlər (Newsbriefs) – məlumat bülleteini, altı 
aydan bir çıxır.  
Yerləşdiyi ərazi: Alpin, Texas ştatı, ABŞ. 
 
 

 
DAŞLI SƏHRA  (Stone desert) – zəif aşınan 
ана süxurlar 
üzərində inkişaf edən və çınqıllı, çaqıl daşlı səthi olan, demək olar 
ki, torpaq-bitki örtüyündən məhrum səhra. Sinonimi – hamada 
(bax).  
 
DAYANIQLI EKOLOJİ ZONALAR (Sustainable 
ecological zones) – yer səthinin kəsilməz hissəsi (5 min kv km-
dən çox) olub, cəmiyyətin  ətraf mühitin komponentlərinə elə  şə-
kildə təsir göstərdiyi məskunlaşma sahəsidir ki, onun istifadəsinin 
kəmiyyət və keyfiyyət potensialı və/və ya əhalinin rifahı
на uyğun 
sosial-iqtisadi və/və ya texnoloji dəyişikliklərinin uzunmüddətli 
dövrü ərzində 
дяйишилмяз qala bilər.   


 
39 
DAYANIQLI  İNKİŞAF  (Sustainable development) – hal-
hazırkı zamanın tələblərini ödəyən, lakin gələcək nəsillərin öz 
şəxsi tələbatlarını odəməyi təhlükə altına qoymayan və bu zaman 
digər ölkələrin milli suverenitetinə  təhlükə yaratmayan inkişaf. 
Ona iki əsas anlayış daxildir:  
-
 
tələbatlar anlayışı, xüsusi olaraq birinci dərəcəli prioritetlə-
rin predmeti olmalı olan kasıb əhali təbəqəsinin mövcudluğu üçün 
lazım olan tələbatlar; 
-
 
məhdudiyyətlər anlayışı,  ətraf mühitin indiki və  gələcək 
tələbatları ödəmək bacarığına qoyulan, cəmiyyətin təşkili və 
texnologiyaların vəziyyəti ilə şərtlənən.  
Bu anlayış ilk dəfə KOSR-un “Bizim ümumi gələcəyimiz” 
(bax) məruzəsində yaranmışdır. BMT BA 42/186 və 42/187 
qətnamələri ilə bu məruzə dayanıqlı inkişaf strategiyalarının 
reallaşması üçün rəhbər sənəd kimi bəyənmişdir.  
KOSR-da qəbul edilmiş  Ətraf mühit və inkişaf üzrə Rio-de-
Janeyra Bəyannaməsi (bax) bütövlükdə dayanıqlı inkişaf kon-
sepsiyasının reallaşması məqsədlərini açıqlayır və onun dövlət və 
dövlətlərarası siyasət səviyyəsinə keçməsi vacibliyini təsdiq edir.   
UNSED-ə hazırlığın gedişində BMT çərçivəsində dayanıqlı 
inkişaf üzrə xüsusi komissiyanın (bax) yaradılması vacibliyi 
haqda qarşılıqlı anlaşmaya nail olunmuşdur.  
 
DAYANIQLI İNKİŞAF ÜZRƏ SAHİBKARLAR ŞURASI 
(
Busлness Council for Sustainable Development) – 1990-cı ildə iri 
isveç sənayeçisi Stefan Şmidheyn tərəfindən yaradılmışdır və bura 
dayanıqlı inkişaf konsepsiyasını (bax) – təbiət imkanlarının 
tələbləri və  sərhədləri ilə uyğunlaşan inkişafı – müdafiə edən 
işgüzar dairələrin 50-yə yaxın aparıcı nümayəndələrini daxil edir. 
Məqsədi – bütün hökumət səviyyələrində  və iqtisadiyyatın bütün 
qollarında ekoloji və iqtisadi siyasətlər arasında  əlaqələr təmin 
etməkdir. Iqtisadi gəlir sağlam təbii sistemlərdən gəldiyi kimi, 
iqtisadi artım ekoloji gəlir verməlidir.  Şuranın ideyaları S. 
Şmidheynin 1992-ci ildə çıxmış “Dəyişən kurs. Inkişaf edən ətraf 
mühitdə qlobal sahibkarlığın perspektivləri” kitabında verilmişdir.  
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə