Ulduz Oktyabr Layout 1



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə10/36
tarix30.12.2017
ölçüsü0,92 Mb.
#18650
1   ...   6   7   8   9   10   11   12   13   ...   36

ÇÖRƏK QIRAĞI QADIN

(altunay şeiri)

Çörək qırağı qadın,

indi səndən “Necəsən?” yox, “neçəsən?” soruşmaq

istəyirəm.

Bizim orta məktəb yaşımız deyil axı,

indi bizi 2 almaq deyil, iki ola bilməmək ağrıdır...

İndi


- “Salam. NEÇƏSƏN?”

- “Salam. YOXAM”la başlayır bütün ayrılıqlar...

Yalandı, “ayrılıq” sözünün yanında heç vaxt

“başlamaq” sözü olmur ...

Ayrılıq elə sondu, bitməkdi

gecələr...

Gecələr öz yatağının içində itməkdi.

Yerdən götürüb daşın üstə qoyduğum tikələr haqqı,

bir xalqın çörəksizliyi qədər ağrıyıram.

Çörək qırağı qadın, görəsən,

bir pencəyin altında iki can gəzdirənlər daha çox

bədbəxtdi,

ya eyni yorğan altında bir-birini bezdirənlər?

Sən də bilirsən,

sevgidə ayaqları yox, əlləri yorur gözləmək...

Çörək qırağı qadın,

bu şiddətli ağrıların bir asta-asta öldürməyi var,

bir də gecə yarısı yuxudan oyatmağı.

Səndən heç nə istəmirəm... bircə

ayaqlarına qayıtmağı öyrət, qayıtmağı...



QƏPİK SOYUQLUĞU, SAAKAŞVİLİ VƏ

DİGƏR ADAMLAR

2008… Obamanın Makkeynə donuz dediyi gün idi.

Ürəkdən gülmüşdük Saakaşvilinin qalstuk

gəmirməyinə,

sonra ağlamışdıq...

Ağlamışdıq aclıqdan ölən uşaqlar yadımıza düşəndə.

Rəvvadilər dövlətinin yaranma tarixin öyrənə-öyrənə

unutmuşduq anamızın doğum, ömrümüzün anım

gününü -

qəpik soyuqluğunda küləklər gəlib tapmışdı bizi,

Matilda.

Dostumuz Rəşadın atasını müharibə aparmışdı,

anasını ərsizlik.

Hər dəfə onun yanında atamı çağıranda üzr

istəyərdim,

yəni bir az daha atasızlaşdırardım onu,

bir az daha sığalsızlığı öyrədərdim saçlarına...

Sonra heç nə olmadı...

Obama Makkeynə donuz desə də, heç nə dəyişmədi

atamızın cibində...

Sadəcə, qızılı qəpiklər dövriyyəyə buraxıldı,

sadəcə, “şirvan”ı iki manat əvəz elədi.

Biz də təkliyimizi bölüb iki nəfər olmağa çalışdıq,

Matilda.


Böyüdükcə yalnız atamızın qocalmağından danışdıq,

Matilda.


20

I

ULDUZ

Aqşin EVRƏN

(Bu yaxınlarda çıxacaq “Mənfi sənsiz

dərəcə” şeirlər kitabından seçmələr)



№10 (569) oktyabr 2016

I

21



Uşaqlıq dostlarımızı da sonuncu gizlənqaçda itirdik,

gözümüzü yumub 10-a qədər saydıq... və açanda

onlar yox idi.

Adamlar, Matilda, adamlar...

Adamlar çox idi...

Biri əllərimizi apardı,

biri ağlımızı,

Biri ürəyimizi apardı... biri uşaqlığımızı...

və biri gəldi... özünü bizdə qoyub getdi...

Daha gülə bilmədik Saakaşvilinin qalstuk

gəmirməyinə.

KONFUTSİ BELƏ BUYURDU

(Etimad Başkeçid “Min yol mənə söylər”)

Cənab qrossmeyster, bu ağaclar ölülərin əlləridi,

torpaqdan çıxıb yaşama doğru dartınırlar,

demək, özlərini damdan atanlar

əslində, yaşamaq uğrunda mübarizəyə atılırlar.

İnsanlar arasında kimyəvi reaksiyadı atılmaq

Əvvəlcə, atasının bədənindən anasının bədəninə, 

sonra Yer kürəsinə atılır insan;

kapitalizmdə dünyaya gəlməkdən çox, dünyaya

satılır insan...

Qırmızı diplom qara çörək almaqçün verilmiş

talondu indi,

“Sən, ey uşaqlıq”, “sən, ey uzaqlıq” kimi oxunur.

İndi daha çox sabun sata bilir bizim Cəbiş müəllim

İndi Bakının köhnə stalinkalarında can verir SSRİ...

İndi oğullarçün yol hərəkəti qaydalarıdı ataların alın

qırışları...

Ölkə gözləyir bayraq işıqforunda,

ağaclar bar verdiyindən deyil, bezdiyindən başını

çırpır asfalta.

Tanrı planetləri təsbehinə düzüb fırladır.

Bu nəhəng dövretmədə övlad üçün

anasının böyrək daşından qorxulu meteorit yoxdur

dünyada.

Hamı azdır, hamı acdır.

Yer kürəsindən başqa hamı toxdur dünyada.

Ən axırıncı yoxluğa kimi hər şey gedəcək

qalaktikadan -

əvvəlcə zərrəciklər, molekullar, atomlar gedəcək,

elə həmin an Atomlar gələcək...

...Sonra ilk insan “Böyük partlayış”dan danışacaq,

yapışıb Allahın təsbehindən bir qabırğa üstündə

onunla qırışacaq.

Bakının köhnə stalinkalarında can verir SSRİ...

Burda ən dəhşətli yol qəzaları

ata ilə oğul arasındakı münasibətdə baş verir.

YAŞ KÖYNƏYİN FOTOSU

İndi bütün gözləməklər qapında ölüb

Day o gəlmir deyə, pəncərən kor qalıb,

qapın da ölüb...

Elə bil saçın da onu tapmaqçün

uzanır harasa... harasa gedir.

Sənin bədəninin yarısı evdədir,

geyinib yarısı harasa gedir.

Köynəyin ütüləyirsən, əlin üşüyür,

atıb getmək istəyirsən, ağrıyır ayaqqabın.

Bilirsən, ömürdən doğma biri gedəndə

üşüyüb tez evə girər çöl qapın...

Hə, asandı qab yumaq, yemək bişirmək,

bircə həmişə oturduğunuz skamya indi bir az soyuq,

indi bir az kirlidi.

İndi xatirələrə toxunmaq onun yaş köynəyini 

elektrik xəttindən asmaq kimidi.

JAN VALJANDAN 

SONRAKI  ADAM

Uşaqlığı qocalar evində,

qocalığı uşaq evində keçən ömürəm, maestro.

Köhnə şalvarımın cibindən çıxan 20 qəpiyə

sevinmək,

oğlumun aldığı çəliklə şikəst qalmaq olub peşəm.

Mən qucağına körpə alıb bətninə körpə ala bilməyən

anayam,


mən südəmər körpənin ağzında kəsilən döşəm.

Qocalıq...

Bu məzlumun yaşadığı otel Mədain xarabalarıdı,

Bu ömür yolunda, bu Tolstoy taleyimdə

sürülməmiş qəzaya uğrayan ilk maşınlar əlil

arabalarıdı.

Yəni ayaqlarını itirmiş bir şagirdə

ayaqqabı ölçüsü adi bir rəqəm,

iki aldığı riyaziyyat kimi.

Doğmaların torpaqda gizlənməsi 

ən dəhşətli gizlənqaç,

ən dəhşətli zarafat kimi...




Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə