VilayəT ƏLİyev heydəR ƏLİyeviN



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə3/19
tarix21.07.2018
ölçüsü0,56 Mb.
#57550
1   2   3   4   5   6   7   8   9   ...   19

 

7

Dünyanın bütün qitələrində ünsiyyət vasitəsi kimi səslənən bu dil-Azərbaycan dili Azərbaycan 



xalqının milli mənliyi və ən qiymətli, əvəzolunmaz sərvətidir. Azərbaycan dilinin inkişafı, çiçəklənməsi, 

zənginləşməsi uzun və ziddiyyətli bir yol keçmişdir. Bu işdə xalqımızın soykökündə iştirak edən qəbilə, 

tayfa, xalq və neçə-neçə etnik qrup fəal rol oynamışdır. 

Azərbaycan dilinin bu günkü səviyyəyə çatmasında xalqımızın mənəvi zənginləşməsi və 

təkmilləşməsi, elmi, bədii və  məntiqi təfəkkürünün formalaşması mühüm rol oynamışdır. Azərbaycan 

dilinin yüksək zirvəyə qalxmasında, beynəlxalq nüfuz qazanmasında aşağıdakı amillər  əhəmiyyət kəsb 

edir: 

[8-9]


 

 

          1.   Dilimizin şirinliyi, sadəliyi, ahəngdar səslənməsi və dil faktları ilə zəngin olması; 



2.   Bu dili yayan, təbliğ edən çox güclü bədii, fəlsəfi və siyasi əsərlərin yaranması; 

3.   Bütün dövrlərdə dilimizin canlı təbliğatçısı olan istedadların olması; 

4.   Dilimizin yayıldığı, işləndiyi tarixi-coğrafi mühit; 

5.  Azərbaycan dili hakim dil iddiasına düşməsə  də, bu dildən çoxları  bəhrələnmiş  və indi də 

istifadə edirlər. Azərbaycan dili Azərbaycan türklərinin ana dili olması ilə yanaşı, respublikamızda 

yaşayan diğər etnosların da ikinci ana dili kimi çıxış edir; 

6.  Siyasi-iqtisadi və ictimai amillərdən irəli gələrək Azərbaycan dili həmişə öz mövqeyini 

möhkəmləndirmişdir; 

7.   Dövlət dili statusu daşıyır. 

Məlum bir tezisi xatırlatmaq yerinə düşərdi:  

Xalq təkcə özünün çoxluğu, geniş  ərazisi, təbii sərvətləri, iqtisadi inkişafı ilə deyil, həmçinin mə-

nəvi sərvəti sayılan dili, mədəniyyəti,  ədəbiyyatı, musiqisi, incəsənəti,  şərəfli tarixi ilə, xüsusi ilə bütün 

bunları yaradıb-yaşadan övladları ilə tanınır. O övladlar ki, öz həyatını xalqının taleyi ilə bağlamışlar. 

Onlar ayrı-ayrı dövrlərdə xalqının kimliyini sübut edən ölçü vahidinə çevrilirlər. Azərbaycan 

Respublikasının Prezidenti Heydər Əliyev cənablarının təbirincə desək, xalqının tale yükynü daşıyan bu 

cür övladlar, qeyri-adi iste - 

[9-10]


 dadlar   «Mənalı   həyatlarını   xalqına, vətəninə xidmətdə» görürlər. 

Azərbaycan xalqının tarixində bu sahədə  ən böyük xidmət yazıçılara, alimlərə, sənət adamlarına, 

şifahi xalq ədəbiyyatının daşıyıcılarına,  Şah  İsmayıl Xətai, N.Nərimanov, M.Ə.Rəsulzadə  və  əlbəttə, 

Heydər Əliyev kimi dövlət başçılarına nəsib olmuşdur. XI əsrdən ta bu günə kimi Xətib Təbrizi, Qətran 

Təbrizi, Xəqani, Nizami, Əvhədi, Həsənoğlu, Nəsimi, Xətai, Füzuli, Qövsi Təbrizi, Saib Təbrizi, Vaqif, 

Aşıq  Ələsgər, M.F.Axundov, Ə.Haqverdiyev, N.Vəzirov, C.Məmmədquluzadə, Sabir, Müşfiq, 

C.Cabbarlı, S.Vurğun, S.Rüstəm, R.Rza, S.Rəhimov, B.Vahabzadə, M.Araz, Şəhriyar, Qabil, Anar və 

onlarca digər yüksək mədəniyyət sahibi, söz bilicisi, Xətai, N.Nərimanov və Heydər Əliyev kimi dövlət 

xadimləri Azərbaycan ədəbi dilinin inkişafında, çiçəklənməsində, zəngin üslubların formalaşmasında öz 

sözlərini demişlər. Bunun bariz nümunəsini Azərbaycan ədəbiyyatının klassikləri, xalqımızın müdrik söz 

söyləyənləri  əməli olaraq dəyərli bir xəzinə kimi gələcək nəsillərə ötürmüşlər. Aşağıdakı seçmələr 

dilimzin ilahiliyindən xəbər vermirmi?! 

 

          «Söz dünyanın naxışıdır» (Atalar sözü). 



«Dadlı söz - can arzusu, 

Dadsız söz - baş ağrısı» 



                                        (Atalar sözü) 

«Ayırdı könlümü bir xoşqəmər üz, can fəza dilbər,  

[10-11]

 

           Nə dilbər, dilbəri - şahid, nə şahid, şahidi - sərvər». 



                                                        (Həsənoğlu) 

«Üzünü məndən nihan etmək dilərsən, etməgil! 

Gözlərim yaşın rəvan etmək dilərsən, etməgil!» 

                                                       (Nəsimi) 

«Söz vardır, kəsdirər başı 

Söz vardır, kəsər savaşı» 

                          (Xətai) 

«Məni candan usandırdı, cəfadan yar usanmazmı? 

Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?» 

                                         (Füzuli) 

«Kür qırağının əcəb seyrəngahı var, 

Yaşılbaş sonası, hayıf ki, yoxdur!» 

                                          (Vaqif) 



 

8

Gəlib gedər yaxşılar da, yaman da. 



Qu tükündə, saman üstdə yatan da.  

Aşıq Alı, nə qazandın cahanda?...  

Səndən qalan qatar-qatar söz oldu. 

                                      (Aşıq Alı) 

Danışdığı sözün qiymətin bilə.  

Məcazi danışa, məcazi gülə  

Kəlməsindən ləl, gövhər süzülə  

Tamam sözü müəmmalı gərəkdi. 

                                 (Aşıq Ələsgər) 

Ulduzlar fikrimin çırağbanıdır,  

Bulud xəyalımın karivanıdır.  

Səma ki, hissimin aşiyanıdır,  

Böylə bir səmadan necə əl çəkim? 

                                  (M.Müşfiq)  

[11-12] 


 

          Adın sözdür, özün insan! Nə mənalar yaşar səndə?!  

          Şüurlar dərs alar hər an sənin yetkin kamalından ...  

          Sözün eşqilə, qəlbilə yaşayır aləmdə dastanlar.  

          Sözün səyyar xəyalilə gəzər dünyanı insanlar...  

          Sözün qəlbində sakindir göyün eşqi, yerin eşqi.  

          Sözün şənində şöhrət var, bu məna qəflətən sönməz. 

                                                   (S.Vurğun)  

Sən ki, mehvərisən söz dünyasının,  

Qəlbinə bir həmdəm dünyamı yoxdur?  

Söylə, bir aşiqin könül yasını  

Baxışı dağıdan Leylamı yoxdur? 

                                                  (Məmməd Araz) 

 

Göründüyü kimi, bu seçmələrin hamısında dilə qayğı, hörmət və məhəbbət sözdən başlayır. Onlar 



yaradıcılığa başladıqları andan söz sənətinin çətinliyini anlamış və sözdən, ifadələrdən nəcib məqsədlər 

üçün istifadə etmiş, canlı danışıq dilinin sirlərini öyrənmiş və başa düşmüşlər ki, söz, səs, söz birləşməsi, 

ibarələr və cümlələr insan beyninin ən qiymətli, dəyərli, əvəzsiz məhsuludur. Bu ilahi vasitələrə insanlar 

hisslərini, arzu və istəklərini, təəccüb və etirazlarını, məhəbbət və nifrətlərini, bəşəri ideyaları, elmi və 

fəlsəfi düşüncələrini nəsillərə bir ərmağan kimi çatdırmışlar. Dahiləri dahi edən, zamanın sınaqlarından 

çıxaran da elə dildir. Dil, söz ağlın,  şəxsin, millətin güzgüsüdür. Dahi Nizami Gəncəvi «Leyli və 

Məcnun» poemasında deyəndə ki, «Aqil ki, görünməz bir xəlifədir; Qüvvəti, qüdrəti sözlərindədir», - 

məhz bunu nəzərdə tutmuşdur. 

[12-13]

 

         Sözün, dilin ilahi qüdrəti haqqında çoxları söz açsa da, onun dəyərini, qiymətini M.Füzuli qədər heç 



kim verməmiş. Onun sözə verdiyi qiyməti şərh etmək üçün cilid-cilid kitablar lazımdır. M.Füzuli «söz»ü 

belə qiymətləndirir: 

 

«Xəlqə ağzın sirrini hər dəm qılır izhar söz,  



 Bu nə sirdir kim, olur hər ləhzə yoxdan var söz.  

 Artıran söz qədrini sidq ilə qədrin artırır,  

 Kim nə miqdar olsa da, əhlin eylər ol miqdar söz.  

 Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl  

 Edə hər saət səni ol yuxudan bidar söz...»  

       Verdiyimiz seçmələrdən göründüyü kimi, bu insanlar ixtisasca dilçi, dil nəzəriyyəçiləri olmasalar da, 

öz yazılarında, söhbətlərində dilə dair olduqca dəyərli fikirlər söyləmiş, dilimizi yad təsirlərdən qorumuş, 

Azərbaycan ədəbi dilinin formalaşmasına əməli kömək göstərmişlər. 

700 il öncə «Məndə  sığar iki cahan, mən bu cahana sığmazam», - deyən böyük Nəsimi bütün 

dövrlərdə  şerin, sözün zirvəsində dayanmış, dilimizin ilahiliyindən, gözəlliyindən xəbər vermişdir. 

Nəsimidən danışarkən ilahi bir gecəni, Azərbaycan dilinin şirinliyini, ilahiliyini Nəsiminin sözləri ilə 

minlərcə insanı ovsunlayan böyük sənətkar Rasim Balayevin qardaş Türkiyənin Pambuqqala adlanan 

əfsanəvi bir diyarında, aylı-ulduzlu bir gecədə Türk dünyasının ziyalılarından ibarət olan bir toplantının 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə