27
Təkrarlanan epizodlu rekurrent depressiya
1. Son 12 ay ərzində 2 və ya daha çox depressiv epizodların
müşahidə edilməsi təkrarlanan epizodlu rekurrent depressiyanın
mövcudluğunu təsdiq edir.
2. Dəstəkləyici antidepressant terapiya sonrakı depressiv
epizodların tezliyinin qarşısını almağa imkan yaradır.
Təkrarlanan epizodlu rekurrent depressiya zamanı antidepressant-
lar iki ildən az olmayan müddətə təyin olunmalıdır. [B].
3. Təkrarlanan rekurrent depressiya zamanı icra olunan antidepressant-
lı profilaktik terapiya pasiyentin kəskin depressiv vəziyyətdən
çıxması üçün istifadə edilən doza üzrə aparılmalıdır [C].
4. Antidepressantlı dəstəkliyici terapiya alan pasiyentlərdə
təkrarlanan depressiv epizodların inkişafı zamanı müalicəyə
əhval-ruhiyyə stabilizatorları (Litium duzları, Valproat və ya
Lamotrigin) əlavə etmək lazımdır [B]. Preparat seçimi, onun
profilaktik məqsədlər üçün uzunmüddətli istifadəsinə (6 aydan az
olmayaraq) və pasiyent üçün olan təhlükəsizliyinə əsaslanmalıdır.
5. Təkrarlanan epizodlu rekurrent depressiya zamanı əhval-ruhiyyə
stabilizatoru ilə monoterapiyadan istifadə etmək tövsiyə edilmir.
Əgər sonradan təkrarlanan epizodlu rekurrent depressiya
yaşayan, antidepressant və əhval-ruhiyyə stabilizatoru qəbul edən
pasiyentə iki preparatdan yalnız birini təyin etmək, digərinin
qəbulunu isə dayandırmaq lazım gələrsə, bu zaman əhval-ruhiyyə
stabilizatorunun qəbulunu dayandırmaq lazımdır [C].
Atipik
depressiya
1.
Atipik simptomlu depressiya qadınlarda kifayət qədər çox
təsadüf olunur. Onun əsas əlaməti – emosional reaktivlikdir.
Aktual və ya potensial müsbət hadisələrə cavab olaraq
əhvalın yaxşılaşmasıdır. Atipik depressiya diaqnozunun
qoyulması üçün aşağıdakı əlamətlərdən iki və ya daha çoxu
tələb olunur:
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
28
Hiss olunacaq çəki artımı və ya iştahanın artması
Gün ərzində yüksək yuxuculluq və ya hipersomniya
Əzginlik hissi (yorğunluq, zəiflik, ətraflarda ağırlıq hissi)
Şəxsiyyətlərarası münasibətlərdə müşahidə edilən və sosial
və ya professional disfunksiyaya səbəb olan qəbul etməmə
hissinə qarşı davamlı yüksək həssaslıq
2. Atipik depressiyalı xəstələrin terapiyasını SİUSİ ilə aparmaq
lazımdır. Atipik depressiya zamanı TSA istifadəsinin qeyri-
effektivliyinə dair sübutlar mövcuddur [C].
3. Atipik depressiya yaşayan pasiyentlərin SİUSİ qəbulunu ağır
keçirdikləri və ya müsbət dəyişikliklərin olmadığı təqdirdə
MAOİ terapiyasına keçmək lazımdır [C]. MAOİ-ni digər
preparatlarla eyni vaxtda təyin etmək olmaz. Buna görə də MAOI
terapiyasına keçid zamanı xəstənin digər preparatlar qəbul
etmədiyini yoxlamaq və orqanizmin təmizlənməsi üçün iki həftə
gözləmək lazımdır
4. MAOİ təyin edilən pasiyentlərin vəziyyətinə dair dəqiq
monitorinqlər (arterial təzyiqin ölçülməsi daxil olmaqla)
keçirilməli və süd məhsullarını istisna edən qida rasionuna riayət
edilməsinə dair tövsiyələr verilməlidir [A].
5. MAOİ-ya alternativ (əvəz) hesab edilə bilən Buprapionun atipik
depressiya zamanı effektiv təsir göstərdiyinə dair məlumatlar
mövcuddur [D]. Buprapionun həyəcan yaratma və ya onu
gücləndirmə xüsusiyyətlərinə malik olduğunu nəzərə alsaq, onu
həyəcan təzahürləri olan atipik depressiya yaşayan pasiyentlərə
təyin etmək lazım deyil.
Xroniki
depressiya
1. Xroniki depressiya diaqnozu iki ildən az olmayaraq davam edən
depressiv əlamətləri olan pasiyentlərə qoyulur. Xroniki
depressiya bir qayda olaraq müxtəlif xoşagəlməz psixososial
faktorlarla müşayiət edilir və sosial uyğunlaşmanın zəifləməsinə
gətirib çıxara bilər
[A].
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
29
2. Xroniki depressiyadan əziyyət çəkən pasiyentlər özündə
antidepressantları və psixoterapiyanı cəmləyən kompleks terapiya
qəbul etməlidirlər [B].
3. Xroniki depressiyanın medikamentoz müalicəsi kəskin depressiv
epizodların müalicəsində istifadə edilən prinsiplər əsasında
aparılır [C].
4. Əmək qabiliyyətini itirmiş xroniki depressiyalı pasiyentlər üçün
bərpa (reabilitasiya) tədbirlərinin keçirilməsi və sosial yardımın
alınması imkanını nəzərdən keçirmək lazımdır [C].
Rezistent
depressiya
1. Rezistent depressiya diaqnozu, adekvat zaman ərzində adekvat
dozada təyin edilən iki və ya daha çox antidepressantın
qəbulundan sonra durumu yaxşılaşmayan pasiyentlərə qoyulur.
2. Xroniki depressiya zamanı SİUSİ və noradrenergik və ya
dofaminergik (Buprapion) təsirə malik olan iki antidepressantın
təyin olunması perspektivini nəzərdən keçirmək lazımdır [A].
Belə hallarda terapevtik təsirin, əlavə təsirlərin və xüsusilə də
serotonin sindromunun dəqiq monitorinqini keçirmək lazımdır.
3. Tədqiqatlar
əsasında antidepressant terapiyaya atipik
neyroleptikın – Respiridonun əlavə edilməsinin, müalicəyə olan
həssaslığın yüksəlməsinə gətirib çıxarması aşkar edilmişdir [C].
Həmçinin digər neyrolertiklər – Sulpirid və Flüonksol da
istifadə edilə bilər.
4. Digər alternativ, SİUSİ-yə və ya TSA-ya standart terapevtik
dozalarda əhval stabilizatorlarının (Litium duzları, Valproat,
Lomatrigin) əlavə edilməsidir [B]. Onu da nəzərə almaq
lazımdır ki, Valproat qanda TSA-nın konsentrasiyasını azalda
bilər.
5. Bəzi hallarda TSA-nın təsirini gücləndirən, gün ərzində 50 mkq
dozada istifadə olunan Triyodtironin ilə kombinəolunmuş
terapiyadan da istifadə edilə bilər [D].
6. Bəzi tədqiqatlarda TSA-nın psixostimulyatorlarla (Metilfendat)
kombinasiyasının mümkünlüyü də göstərilmişdir. Bu preparatı
ürək patologiyası olan pasiyentlərə təyin etmək olmaz.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
Dostları ilə paylaş: |