Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə17/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   ...   13   14   15   16   17   18   19   20   ...   131

 

55 


san, öz ərizənlə...”. 

O vaxt təhlükənin bu dərəcədə qatı olduğunu anlamadığım üçün 

bu humanist təklifi qəbul etmədim, məni axıra qədər qorumağa 

redaktorun mərdliyi çatmadı  və bu il yanvarın 3-də verməyə 

məcbur olduğu saxta ömrlə  mənim guya “məşğələlərə vaxtında 

gəlmədiyimi” “əsas” tutdu, işdən azad etdi. Kafedradan, həmkarlar 

və partiya təşkilatından, tələbələrdən xəbərsiz bir növ gizli verilən 

bu “saxta” əmrə etiraz ərizəmi partiya özəyinə  təqdim etdikdən 

sonra mən təmkin və  səbr yolunu seçdim. Sizinlə anlaşmağa 

çalışdım və ailəmi dolandırmaq üçün “Bi-lik” toplumu xətti ilə 

mühazirələr oxumağa başladım...”. 

Bundan sonra martın 12-də Yazıçılar Birliyinin V.İ.Leninə həsr 

olunmuş açıq plenum iclasında mənim barəmdə dediyiniz 

üstüörtülü tənqidi bir cümlə öz karyerası üstündə  əsim-əsim 

əsənləri təşvişə saldı. Mənim APİ partiya təşkilatına yanvarın 9-da 

verdiyim ərizəni yalnız martın 18-də “müzakirə etməyə” başladılar, 

buna uyğun olaraq Yazıçılar  İttifaqında da martın 25-də  mənim 

“məsələm” ilə bağlı iclas keçirildi. Əslində “mənim məsələm” 

deyilən iş yox idi. Bu qondarma məsələ və gərəksiz iclaslar yalnız 

mənim barəmdə sizin tənqidi cümlənizdən sonra başlamışdı. 

Buna etiraz olaraq mən işsizlik günlərimdə Dövlət 

Təhlükəsizlik Komitəsinə  ərizə verməyə məcbur oldum. Ərizədən 

üç ay sonra məni qəbul edən DTK başçıları, Ramiz Məmmədzadə 

və Maqsud Məmmədov yoldaşlar məni inandırmağa çalışdılar ki, 

şübhəniz  əbəsdir, DTK sizinlə maraqlanmayıb,  əgər belə olsaydı 

siz keçən il Türkiyə səfərinə buraxılmazdınız. 

Əlbəttə, bu nəzakətli cümlələr məni az inandırsa da bircə şeyə 

əminəm ki, əgər doğrudan da Ə.Vəliyevin dediyi kimi DTK 

mənimlə maraqlanıbsa, bu maraq fıs çıxıb, başqa cür ola da bilməz. 

Ancaq bu maraqlanma mənə baha başa gəlib, yeddi ay işsiz 

qalmışam, həyatda ən böyük 

  

 



  


 

56 


zövqdən - dərs deməkdən, tələbə-müəllim təmasının verdiyi 

səadətdən məhrum edilmişəm, on ildən bəri nəfəsini, qayğısını 

duyduğum institut kollektivindən, mənim üçün son dərəcə  əziz

doğma insanlardan ayrı salınmışam. Mənə vurulan zərbə  əslində 

məndən daha çox tələbə-gənclərin inamına, onların  ədalət, 

humanist və düzlük haqqında qənaətlərinə vurulmuş zərbə idi... 

...Hələ  mətbuat dərdləri.... “Ədəbiyyat” qəzetinin redaktoru 

bəhanə  gətirir ki, senzor sənin  şeirlərini buraxmaz, MK-dan izn 

almalısan. Sizə üz tuturam. Bildirirsiniz ki, Yazıçılar  İttifaqına 

müraciət et. Əlbəttə, mən Mirzə  İbrahimov kimi adamlara ağız 

açmağın faydasız olduğunu bilməyəcək qədər təcrübəsiz deyiləm. 

İki il bundan qabaq verdiyim adicə bir yaradıcılıq ezamiyyəti 

ərizəsinə  hələ  də cavab ala bilmədiyim halda, sözünüzü yerə 

salmamaq üçün onun stolu qarşısında dayanmağa vadar oldum. 

-Bala (?!), sənin şeirlərini İmran Qasımov da oxuyub, bəyənib, 

məndən soruşsalar, öz müsbət rəyimi deyərəm, ancaq senzuranın, 

MK-nın işinə qarışa bilmərəm... 

...Müxtəlif xalqlara və müxtəlif  əsrlərə  mənsub bu 

sənətkarlardan etdiyim tərcümələrin bir qismi mətbuatdan sizə 

tanışdır. Az-çox tərcümə  dəyərini,  ədəbi  əhəmiyyətini hələ bir 

kənara qoysaq, axı bu qədər çevirmələr hər hansı  tərcüməçi, 

tədqiqatçı  və oxucu üçün hər  şeydən öncə böyük bir 

beynəlmiləlçilik məktəbidir. Belə bir ağır, şərəfli zəhməti boynuna 

götürən, gecəsini gündüzə qatan, səadətini gözlərinin işığından, 

ürəyinin alovundan qoparan bu şairin gözdən salınması, yaxud 

izlənməsi nə dərəcədə insaflıdır və ya gülünc deyilmi?.. 

Mən hələ 1962-ci ildə “Ana dili” şeirim üstündə Vəli Axundov 

yoldaş  tərəfindən milli məhdudluqda, lovğalıqda ittiham 

olunduğum üçün bu tənqidin obyektiv olmadığını bir daha yada 

salmaq üçün MK-ya məhz həmin kitabı göndərməyi lazım 

bilmişdim. Rus, belarus, ukraynalı anaların dərdlərini öz dərdi 

bilən, onların göz yaşlarını 

 

  



 

57 


ovcuna toplayan bir şairin ürəyində  cılız duyğular axtarmayın - 

demək istəmişdim. Sözümün canı budur ki, Azərbaycandakı milli 

geriliyə, qayğısızlığa, milli simasını itirmişlərə qarşı apardığımız 

mübarizə, yaxud ana dilinin hüdudlarını genişləndirmək, 

təmizliyini qorumaq, zənginliyini təmin etmək uğrunda 

cəhdlərimiz  əslində partiyamıza, ideallarımıza məhəbbətdən, 

sədaqətdən irəli gəlir. Hətta, bu yolda qüsurlarımız da inamımızın 

dərinliyi, idealımızın ucalığı ilə mövcud yaramazlıqlar arasındakı 

uçurumdan doğur (Şairin arxivindən. 14 sentyabr 1969) [318]. 

Xəlil Rza 30 iyun 1969-cu ildə Azərbaycan KP MK-nın birinci 

katibi Vəli Axundov yoldaşa ərizə ilə müraciət etmişdir: “Yeddinci 

aydır işsizəm. Sanki qəsdən, bilə-bilə  mənim ailəmi, uşaqlarımı 

aclıq halqasında boğmağa çalışırlar. İş o yerə çatıb ki, ev kirayəsi, 

uşaq bağçası haqqı vermək, çörək və duz almaq belə mənim üçün 

ciddi problemə çevrilmişdir. Belə getsə  mənim özüm aclıq elan 

etmək məcburiyyətində qalacağam. Mən qətiyyən inana bilmirəm 

ki, Az.KP MK - bu yüksək partiya aparatı bu dərəcədə süst, biganə, 

qayğısız, bürokrat əllərə tapşırılmış olsun... 

...Vaxtilə bizim Qulu Xəlilov ilə  şərikli yazdığımız və 

“Azərbaycan” jurnalında çap etdirdiyimiz “Yaşamaq istəyirəm” 

povestinin yalnız Q.Xəlilovun adına kitab halında buraxılmasına 

Cəfər Cəfərov yoldaşın razılıq verməsi məndə  oğurluğa qarşı 

böyük üsyankar ruh doğurmuşdur. Ümumi milli gerilik, 

qənimətçilik, rüşvətxorluq  şəbəkəsinin bu dərəcədə güclü olması 

da,  əlbəttə, bu ruhu alovlandırmaya bilməz. Nöqsanım, 

səbirsizliyim bəlkə də bundan doğur...” (Şairin arxivindən. 30 iyun 

1969) [318]. 

5.X.Rza “elə faktlara, elə  mətləblərə üstünlük vermişdir ki, 

həmin fakt və  mətləblər axır nəticədə söhbəti milli özünüdərk 

probleminə, Azərbaycan mədəniyyətinin, onun ümumtürk 

qaynaqlarının qədimliyinə və özünəxas 

 

  



 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə