Бисмиллаһир-рәһманир-рәһим


KİŞİNİN MƏHRƏMLƏR VƏ BAŞQA KİŞİLƏR QARŞISINDAKI GEYİMİ



Yüklə 1,72 Mb.
səhifə10/29
tarix12.10.2018
ölçüsü1,72 Mb.
#73233
1   ...   6   7   8   9   10   11   12   13   ...   29

KİŞİNİN MƏHRƏMLƏR VƏ BAŞQA KİŞİLƏR QARŞISINDAKI GEYİMİ


Diqqət:

Bu bölmənin bütün hökmlərindən həyat yoldaşı istisna olunur.

Məsələ 95: Kişilər öz övrəteynini başqa kişilər­dən, həmçinin öz məhrəmlərindən örtməlidirlər. Onla­rın bədənlərinin başqa yerlərini örtmək vacib deyil­dir.

İmam və Fazil: "Ürvə", "sətr və satir", 1-ci məsələdən qabaq.

Təbrizi və Xamenei: İstifta

Sistani: "Minhacus-salihin", "nikah", 19-cu məsələdən istifadə etməklə.

Bəhcət: Amma əgər başqalarının harama düşməyinə kö­mək olarsa, bədənin başqa yerlərini örtmək vacib olur.



İstifta.

Məkarim: Kişilər öz bədənlərini məhrəmlərinin müqa­bilində çılpaq edə bilməzlər, yalnız o miqdar istisna olunur ki, məhrəmlər qarşısında adi bir haldır və qadınlar da öz məhrəmlərinin qarşısında eynilə.



İstifta.

Məsələ (Sual) 96: Geyildiyi zaman övrəteyninin həc­mini göstərən, lakin bədənin dərisini göstərməyən şort və sair alt paltarları başqalarının müqabilində örtük üçün kifayətdirmi?

Cavab: Əgər bu işin ardınca bir fəsad gəlməzsə, işkalı yoxdur.

İmam, Fazil və Məkarim: "Ürvə", "sətr və satir", 44-cü məsələdən qabaqkılardan istifadə etməklə, səh.551.

Təbrizi: "Siratun-nəcat", 907-ci sualdan istifadə etməklə.

Xamenei və Fazil: İstifta

Sistani: "Minhacus-salihin", "əhkamut-təxəlli", 55-ci məsələdən qabaqkından istifadə etməklə.

İmam: İstifta

Bəhcət: Əgər fitnə-fəsada səbəb olarsa, caiz deyildir. İstifta.

Məkarim: Əgər övrəteynin həcmi kamil şəkildə görünərsə, işkalı vardır. İstifta

Məsələ 97: Başqalarını harama salmaq məqsədilə bədənin hər hansı bir yerini örtməmək haramdır.



İmam, Təbrizi, Xamenei, Sistani, Fazil: İstifta

Bəhcət: Bədənin örtülməsi vacib olan hissəsini ört­mə­mək haramdır, hətta başqaları bu işlə harama düş­məsə də belə və bədənin örtülməsi vacib olmayan yerlərdə harama kömək edilməsi fərz olunarsa, onun örtülməsi vacibdir. İstifta.

Məkarim: Ləzzət və reybə qəsdi olmadan da müxalif cinsin müqabilində, işkallıdır. Hərçənd məhrəmlərdən olsa da belə. İstifta.

Məsələ 98: Məhrəmlərin qarşısında, ya başqa kişilərin müqabilində ləzzət və reybə məqsədilə bədəni açmaq (həyat yoldaşı istisna olunur) haramdır.



İmam, Təbrizi, Xamenei, Sistani: İstifta

Bəhcət və Məkarim: (Bundan qabaqkı məsələyə bax.)

Məsələ 99: Həkim olmaq istisna hallarından deyil­dir, buna görə də kişilər öz övrəteynini həkimlərdən də örtməlidirlər, yalnız iztirar halı istisna olunur. (Əlbəttə, həyat yoldaşı həmişə istisnadır.)

İmam, Fazil və Məkarim: "ürvə", "sətr və satir", səh.509 və 550.

Bəhcət, Təbrizi, Xamenei: İstifta

Bəhcət: "Tovzihul-məsail", 1942 və 1938-ci məsələlərdən istifadə etməklə.

Sistani: "Minhacus-salihin", "əhkamut-təxəlli", 55-ci məsələdən qabaqkılardan istifadə etməklə; "Nikah", məsələ: 20.

İzah: Kişilərin örtüyündən istisna olunanlar izti­rar (zərurət) halıdır. Buna görə də əgər bir şəxs iztirar halına düşsə, həkimin müqabilində də övrəteynini aça bilər. (Misal üçün, övrəteynini həkim üçün açmadıqda müalicə olunması mümkün olmayan xəstəliklərdə; əks halda bunlardan qeyri-hallarda (iztirar məqamı və şiddətli hərəc8 məqamından başqa hallarda, uşaq doğumunun qarşısını almaq kimi hallar) kişilər öz övrəteynini başqalarından örtməlidirlər, hətta əgər başqası onun atası, qardaşı, oğlu, yaxud məhrəmlərindən digərləri, bacı, ana, xala və s. hər bir şəxs olsa da belə.


KİŞİNİN NAMƏHRƏM QADINDAN ÖRTÜLMƏSİ


Məsələ 100: Kişilər öz övrəteynini naməhrəmlərdən örtməlidirlər və bədənin başqa yerlərini onlardan örtmək vacib deyildir.

İmam və Fazil: "Ürvə", "sətr və satir", səh.549.

Sistani: "Minhacus-salihin", "nikah", məsələ: 19.

Bəhcət: Ehtiyat-vacibə görə, kişi gərək öz bədənini naməhrəmdən örtsün, hətta onun harama düşməsinə kömək olmasa da belə. Əgər harama düşməsinə kömək olsa, bədə­ni örtmək şübhəsiz vacibdir, eləcə də övrəti naməh­rəm­dən örtmək də vacibdir.



"Tovzihul-məsail", 1937-ci məsələ.

Xamenei: Kişilər üçün bədənin vacib miqdarda örtülməsi övrəteyni örtməkdir, belə ki, şəhvət yaratmağa və fəsada səbəb olmasın. Əgər fəsada düşmək məsələsi varsa, bədənin sair yerlərini də – baş, boyun və əllərdən başqa hər yerini – gərək örtsün.

Məkarim: Naməhrəm qadınlar baxdığı halda vacibdir ki, bədənini örtsün, yalnız adi halda açıq qalan hissələr istisna olunur. İstifta.

Məsələ 101: Kişilər ehtiyat-müstəhəbə görə adi hal­lar­da kişilərin örtdüyü yerləri naməhrəmdən örtmə­lidirlər. Xüsusilə əgər naməhrəmin ləzzət və ya reybə qəs­di­lə onlara baxdığını bilərsə.



İmam və Fazil: "Ürvə", "nikah", məsələ: 51.

Bəhcət: Ehtiyat-vacibə görə kişi gərək öz bədənini naməhrəmdən örtsün, hətta onun harama düşməsinə kömək olmasa da. Əgər harama düşməyə kömək edərsə, bədəni örtmək şübhəsiz vacibdir. Əgər başqalarını harama salmaq qəsdi olmazsa, lakin yəqin şəkildə bilsə ki, baş­qası harama düşəcəkdir, onun caiz olması işkallıdır.



"Tovzihul-məsail", məsələ: 1937 və İstifta.

Xamenei: Əgər kişi naməhrəmin onun bədəninə baxdığını bilsə, ehtiyat-vacibə görə öz bədənini – baş, boyun və əlləri istisna olmaqla örtməlidir. İstifta.

Məkarim: (Ehtiyat-vacib) budur ki, kişi adətən kişilər arasında adi qaydaya görə örtülən yerləri yad qadının ona baxdığını bildiyi halda örtsün. İstifta.
* NƏTİCƏDƏ: Kişi biləkdən yuxarını, sinəni və öz ayaqlarını, eləcə də kişilərin adətən örtdükləri yeri, ona baxan naməhrəm qadından örtməlidir, başqa yerləri, məsələn baş, üz, əllər və s. kimi örtmək lazım deyildir.

Məsələ 102: Bədənin hər hansı bir yerini naməhrəmi harama salmaq məqsədilə açıq qoymaq haramdır.



İmam, Xamenei, Sistani və Məkarim: İstifta

Bəhcət və Fazil: Əgər bu iş haram işə kömək sayılarsa, onları örtmək qəti şəkildə vacibdir.



Bəhcət: "Tovzihul-məsail", 1937-ci məsələdən istifadə etməklə.

Fazil: İstifta.
* NƏTİCƏDƏ: Əgər bir kişi özünün biləyini, sinəsini, yaxud bədənini naməhrəmin ona baxması məqsədilə açsa, yaxud bədənini göstərən nazik köynək geyərək məqsədi də onun bədənə baxması olarsa, bu iş haramdır, bu işdən ictinab etmək lazımdır. Amma əgər, misal üçün, qolu qısa paltar geyərsə və başqalarını harama salmaq məqsədilə olmazsa, hətta başqalarının bu işlə harama düşəcəyini bilsə də belə, ehtiyat-müstəhəbbə görə gərək belə paltar geyməsin.

Məsələ (Sual) 103: Naməhrəm qadınlar kişilərə iynə vura bilərmi, yaxud qan təzyiqini ölçə bilərmi və ya radioloji şəkillər götürə bilərmi?

Cavab: Əgər kişinin bədəninə haram olan toxunma, yaxud baxışa səbəb olarsa, caiz deyildir, yalnız iztirar məqamı istisna olunur.

İmam, Fazil və Məkarim: "Ürvə", "nikah", 47 və 31-ci məsələlərdən istifadə etməklə.

İmam: "Tovzihul-məsail", məsələ: 2433 və İstifta

Xamenei: İstifta

Sistani: "Minhacus-salihin", "nikah", 19, 20 və 21-ci məsələlərdən istifadə etməklə.

Bəhcət: Naməhrəm kişinin bədəninə baxmaq, əgər ha­ram işə kömək olmazsa, ehtiyat-vacibə görə caiz deyildir və əgər haram işə kömək olarsa, şübhəsiz haramdır. Hər bir halda, naməhrəmin bədəninə toxunmaq zərurət halından başqa hallarda caiz deyildir.



"Tovzihul-məsail", 1933 və 1937-ci məsələlər.

Məsələ (Sual) 104: Kişilər naməhrəmlərin ona baxdığını bilə-bilə bədənlərinin kişilərin adətən örtdükləri çox hissəsini aça bilərmi? Məsələn: Mayka ilə evdə ola bilərmi, halbuki naməhrəmin ona baxdığını bilir, yaxud xalça-palaz, yaxud maşın və s. kimi şeyləri yumaq üçün öz şalvarlarının balağını yuxarı çəkirlər, yaxud naməhrəmin gözü önündə üzürlər?

Cavab: Əgər naməhrəmi harama salmaq məqsədi ilə olarsa, haramdır, bundan qeyri-hallarda yaxşı olar ki, tərk olunsun, xüsusilə əgər baxanlar cavan olarsa.

İmam və Fazil: "Ürvə", "nikah", 51-ci məsələdən istifadə etməklə.

Bəhcət: Əgər öz ardınca haram gətirərsə, bu iş caiz deyildir. Əgər haram iş gətirməzsə, ehtiyat-vacibə görə kişi gərək öz bədənini naməhrəmdən örtsün. "Tovzihul-məsail", 1937-ci məsələdən istifadə etməklə.

Xamenei: Əgər fəsada səbəb olarsa, yaxud şəhvəti təhrik edərsə, bu iş caiz deyil. İstifta.

Sistani: Əgər məqsədi naməhrəmin onun bədəninə baxması olarsa, yaxud bu kimi yerlərin açıq qoyulması əsas etibarı ilə fitnə yaradarsa, caiz deyildir. İstifta.

Məkarim: Bu halda da ehtiyat-vacib, tərk etməkdir. İstifta.


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə