MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə211/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   207   208   209   210   211   212   213   214   ...   228

 

395


Cədvəl 20.6 

 

İdarəetmənin və istehsalın inkişafına görə Azərbaycanın şəhər tipli yaşayış məntəqələrinin təsnifatı 

(Əfəndiyev, 2004) 



 

Qr  Əsas ixtisaslaşma təmayülü Adları 

I. Paytaxt şəhəri 

 



 

İqtisadi, siyasi idarəetmə, 

müxtəlif təmayüllü sənaye, 

nəqliyyat, mədəni quruculuq, 

elmi, maarif, səhiyyə, 

beynəlxalq iqtisadi əlaqələr, 

dövlətin hökumət mərkəzi 

Bakı, Naxçıvan 



II. İri şəhərlər – respublika tabeliyində 

 



 

Metallurgiya, kimya, tikinti 

sənaye kompleksi, yüngül, 

yeyinti sənayesi, elm, səhiyyə, 

mədəni mərkəzi 

Gəncə, Sumqayıt 



III. Orta şəhərlər 

 



 

Yüngül, yeyinti sənayesi, 

tikinti materialları, kənd 

təsərrüfatı, aqrosənaye 

inzibati mərkəzi 

Ağdam, Ağdaş, Bərdə, 

Cəlilabad, Füzuli, Göyçay, 

Quba, Sabirabad, Şamaxı, 

Şəmkir, Şəki 

2 Yüngül,  sənaye, kənd 

təsərrüfatı, dəmir yolu, 

avtomobil nəqliyyatı, inzibati 

rayonu 

Qazıməmməd, Xaçmaz, 



Ağcabədi 

3 Yeyinti, 

yüngül, 

energetika, 

maşınqayırma, kimya, neft-

qazçıxarma, dəmir yolu, avto-

mobil nəqliyyatı, tikinti 

materialları 

Salyan, 

Əli Bayramlı, 

Yevlax,Siyəzən, İmişli, Dəvəçi 

4 Yüngül, 

yeyinti, 

cihazqayırma, 

elektroenergetika, dağ-mədən 

sənayesi, kurort, inzibati 

mərkəzi 

Mingəçevir, Xankəndi, 

Naxçıvan, Lənkəran 

IV. Kiçik şəhərlər – rayon mərkəzləri 

1 Yüngül,  sənaye, kənd 

təsərrüfatı, inzibati mərkəz, 

kurort, rekreasiya sərhəd 

zonasına və  sərhəd ötürücü 

xidməti olan 

Ağstafa, Ağsu, Astara, Balakən, 

Beyləqan, Biləsuvar, Cəbrayıl, 

Kəlbəcər, Qax, Qazax, Qəbələ, 

Oğuz, Saatlı,  Şuşa, Tovuz, 

Qubadlı, Qusar, Laçın, Masallı, 

Culfa, Sədərək, Kürdəmir, 

Tərtər, Zaqatala, Zəngilan

Zərdab, Xocalı, Xocavənd, 

Beyləqan, İsmayıllı, Goranboy 

2 Yüngül,  sənaye, kənd 

təsərrüfatı, neftçıxarma, dağ-

mədən, dəmir yolu, avtomobil 

nəqliyyatı, inzibati mərkəzi 

Ucar, Neftçala, Ordubad,, Şərur, 

Balakən, Gədəbəy 

 

Bununla bərabər respublikanın çatmış olduğu urbanizasiya səviyyəsi tam mənası ilə şəhər əhalisinin  xüsusi 



çəkisinə müvafiqliyi cəhətdən də geri qalır. Başqa sözlə desək, respublikada şəhər əhalisinin xüsusi çəkisi və ar-

tım tempi, ona yaradılmalı olan müvafiq sosial-iqtisadi bazanın inkişaf tempini ötüb keçir. Məsələn, əgər şəhər 

əhalisinin ümumi çəkisinə görə Azərbaycan ittifaq səviyyəsindən 12% geri qalırsa və keçmiş SSRİ-nin müvafiq 

respublikaları arasında 8-ci yeri tuturdusa, əsas  şəhəryaradıcı faktor olan sənayenin inkişaf səviyyəsinə görə 

müttəfiq respublikalar arasında 11-ci yeri tuturdu. Məhz elə ona görə  də respublikada urbanizasiya səviyyəsi 



 

396


aşağıdır, yəni Azərbaycanda inkişaf etməkdə olan ölkələrə xas olan «yalançı urbanizasiya» prosesi gedir. Bu-

nunla yanaşı, bir sıra təbii-iqtisadi səbəblər üzündən Bakı, Gəncə, Sumqayıt şəhərləri də daxil olmaqla, bütün 

şəhər və şəhər tipli yaşayış məntəqələri tam mənada öz ətraf rayonlarının sosial-iqtisadi istinad mərkəzləri rolu-

nu oynaya bilmirlər. Bu yaşayış məntəqələrində müasir tələblərlə ayaqlaşa bilən sənaye, sosial, mədəni-məişət 

müəssisələrinin olmaması ilə əlaqədar nəinki ətraf kəndlərin, hətta onların özlərinin əhalisi belə uzun müddət 

(son dövrə kimi xüsusilə əmək qabiliyyətli əhali) respublikanın və qonşu ölkələrin sənaye cəhətdən yüksək inki-

şaf etmiş ölkələrinə axışıb getmişdir. Belə bir prosesin uzunmüddətli davam etməsi istehsalın ərazi təşkilini və 

əhalinin məskunlaşmasının nizamlanmasını  çətinləşdirir. Yəni urbanizasiya səviyyəsi yüksək olan ərazilərdə 

(Abşeron) əhalinin daha çox cəmlənməsi, urbanizasiya səviyyəsi aşağı olan dağlıq və digər ərazilərdə isə əhali-

nin nisbi azalması prosesi gedir. Ona görə də ümumiyyətlə respublikada urbanizasiya səviyyəsinin geniş məna-

da yaxşılaşdırılması və urbanizasiyanın ərazi proporsiyasını optimallaşdırmaq üçün Azərbaycanın və onun iqti-

sadi-coğrafi rayonlarının, şəhərlərinin sosial-iqtisadi inkişaf planlarında müasir tələblərə cavab verən şəhəryara-

dıcı yüksək əmək tutumlu sənaye sahələrinin – elektrotexnikanın, maşınqayırmanın, neft və kimya sənayesinin, 

trikotaj, toxuculuq və s. inkişafına üstünlük verilməsi məqsədəuyğun olar. (Əyyubov, 1999) 

Azərbaycan respublikasında şəhər əhalisinin sayı 1989-cu ildə 3805 min nəfər olmuşdur, onun 77,0%-i şə-

hərlərdə, 23,0%-i şəhər tipli qəsəbələrdə yaşayırdı. Hazırda şəhər əhalisi 65 şəhərdə, 122 şəhər tipli qəsəbədə və 

fəhlə qəsəbələrində cəmləşmişdir. Halbuki Azərbaycanda 1913-cü ildə cəmi 13 şəhər var idi. Respublikada So-

vet hakimiyyəti illərində şəhər və şəhər tipli yaşayış məntəqələrinin sayı ildən-ilə artmağa başladı. Əgər 1926-cı 

ildə burada 18 şəhər və 16 şəhər tipli qəsəbə var idisə, artıq 1939-cu ildə müvafiq olaraq onların miqdarı 25 və 

56, 1959-cu ildə 40 və 93, 1989-cu ildə isə 65 və 122 olmuşdur. Ümumiyyətlə sovet hakimiyyəti illərində Azər-

baycanda hər ildə orta hesabla 2,8 şəhər məskəni əmələ gəlmişdir. 

Respublikada  əhalinin məskunlaşması sistemində  şəhərlərin və  şəhər tipli yaşayış  məntəqələrinin  şəbəkəsi 

artmış, onun sıxlığında irəliləyişlər az olmamışdır. Azərbaycan şəhərlərinin əksəriyyətinin ən kiçik (əhalisi 10-

19,9 min nəfər) və kiçik (20 mindən 49,4 minə qədər) şəhərlər təşkil edir. Onların payına bütün respublika şə-

hərlərinin və əhalisinin müvafiq olaraq 41,5 və 21,5%-i düşür. Bu yaşayış məntəqələrində bütün şəhər əhalisinin 

müvafiq surətdə 13,3 və 13,9%-i cəmləşmişdir. Əhalisi 5 mindən 99 minə qədər olan xırda şəhərlərin payına bü-

tün şəhərlərin 24,6%-i düşdüyü halda, onlarda respublika şəhər əhalisinin cəmi 4,1%-i cəmləşmişdir. Respublika 

şəhər əhalisinin əksəriyyəti iri və nəhəng şəhərlərin payına düşür. Bu yaşayış məntəqələri, yəni Bakı, Gəncə və 

Sumqayıt bütün respublika şəhərlərinin sayca 4,6%-ni təşkil etdiyi halda, onlarda (qəsəbələrsiz) şəhər əhalisinin 

58%-i yaşayır. 

1950-ci illərdən başlayaraq sənayenin zəif inkişaf etmiş olduğu rayonlarda iri sənaye müəssisələrinin və 

onun filiallarının yerləşdirilməsi ilə əlaqədar olaraq urbanizasiyanın ərazi strukturunda böyük dəyişikliklər əmə-

lə gəldi. Respublikanın bütün iqtisadi rayonlarında yeni zavod və fabriklər yarandı, Kür-Araz iqtisadi-coğrafi ra-

yonunda müharibə qurtardıqdan sonra 1970-ci ilə kimi 43, Gəncə-Qazaxda 37, Şəki-Zaqatalada, Lənkəran-Asta-

ra və Naxçıvan Muxtar Respublikasının hər birində 11, Quba-Xaçmaz və Dağlıq Qarabağın hər birində 8, Dağ-

lıq Şirvanda 7 və s. nəhəng sənaye müəssisəsi yaradıldı. Bu müəssisələrdən Əli Bayramlı DRES, Mingəçevir su 

elektrik stansiyasını, Daşkəsən dağ-mədən kombinatını, Zəylik filiz idarəsini, Gəncə alüminium, cihazqayırma, 

Mingəçevir Azərelektroid, kabel, rezin-texniki məmulatlar zavodlarını, şüşə liflər zavodunu, Xankəndi elektro-

texnika zavodunu, Gəncədə, Mingəçevirdə toxuculuq kombinatlarını, Gəncə və Qazaxda xalça kombinatlarını, 

Naxçıvan, Xankəndi, Şəki, Lənkəran, Göyçay, Bərdə, İmişli və başqa şəhərlərdə dəmir-beton konstruksiyalar və 

detallar zavodlarını göstərmək olar. Bu müddətdə Naxçıvan, Xankəndi,  Şəki, Lənkəran, Göyçay, Bərdə, Xaç-

maz və başqa yerlərdə xeyli miqdarda konserv, şərab, süd və çörək zavodları, ət kombinatları, respublikanın bir 

çox rayon mərkəzlərində çay fabirikləri və s. yaradılmışdır. Bütün bunlar respublikada urbanizasiyanın  ərazi 

strukturunun optimallaşdırılmasına müsbət şərait yaratmışdır. 

Lakin 1988-ci ildən başlayan erməni separatizmi, 20%-dən çox ərazini Ermənistanın işğal etməsi, Xankəndi, 

Şuşa, Ağdərə, Ağdam, Qubadlı, Zəngilan, Kəlbəcər, Laçın, Füzuli, Xocalı, Cəbrayıl kimi şəhərlərin və Kərkica-

han, Mincivan, İstisu,  Şıxarx, Horadiz, Qırmızıbazar, Hadrut, Əsgəran qəsəbələrinin düşmən tərəfindən viran 

qoyulması, Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Naftalan, Bərdə, Sədərək və digər yaşayış məntəqələrinin isə mü-

təmadi olaraq Ermənistan ordusu tərəfindən atəşə tutulması şəhərlərin inkişafına – urbanizasiya prosesinə ağır 

zərbə vurdu. Azərbaycan  əhalisinin məskunlaşma forması tarixində öz dədə-baba yurdlarından qovulanların 

Beyləqan, İmişli, Ağcabədi, Bərdə və s. rayonlarda yeni tip məskənləri – «çadır şəhərcikləri» yarandı. Məcburi 

köçkünlər əsasən böyük və orta şəhərlərdə yerləşdirildiyindən əhalinin ərazi yzrə proporsiyasındakı nisbətlər da-

ha da dərinləşdi, xüsusən də respublikanın qərb ilə şərq, dağlıq yerlərilə düzən arasındakı fərqlər daha da artdı. 

Müharibə şəraiti iqtisadi tənəzzüllə müşayiət olunduğundan şəhər əhalisinin mütləq sayının cüzi artımına bax-

mayaraq, ümumi əhali içərisində onun payı 52,7%-ə (1996) düşdü. 

Azərbaycan şəhərlərinin müasir inkişaf səviyyəsinin yaxşılaşdırılması, onların ərazi üzrə yerləşmə proporsi-

yasının nizamlanması hər şeydən əvvəl onların iqtisadi və sosial bazalarını mövcud və perspektiv demoqrafik 

potensiala uyğunlaşdırmağı tələb edir. Bunun üçün işğal olunmuş torpaqlar azad edilməli, iqtisadi dirçəlişə nail 

olunmalıdır. (Əyyubov, 1999). 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   207   208   209   210   211   212   213   214   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə